Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə25/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   21   22   23   24   25   26   27   28   ...   214

Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

67



fəətin  (gəlirin)  bölüşdürülməsi  qaydası,  yenidən  təşkil  olunmanın 

şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi məsələləri 

göstərilir. 

Ölkə prezidenti  . Əliyevin  «Sahibkarlıq fəaliyyəti subyektlərinin 

fəaliyyətinin  «bir  pəncərə»  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi 

haqqında» sərəncamına qədər Azərbaycan Respublikasında müəssisə-

lərin yaradılması aşağıdakı qaydalar əsasında həyata keçirilirdi.  

Ədliyyə  Nazirliyində  qeydiyyatdan  keçdikdən  sonra  firma  və  ya 

müəssisə  yaradılmış  hesab  olunurdu.  Müəssisənin  dövlət  qeydiyyatın-

dan keçməsi üçün Ədliyyə Nazirliyinə təsisçi tərəfindən aşağıda göstəri-

lən sənədlər təqdim edilirdi: 

a) təsisçinin ərizəsi. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bü-

tün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs 

tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənirdi.  

b) təsis sənədləri dövlət qeydiyyatından keçirilən müəssisənin tə-

sisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tə-

rəfindən təsdiq edilmiş nizamnaməsi, həmin müəssisənin yaradılması 

və nizamnaməsinin təsdiq olunması haqqında qərar (qərarda qeydiy-

yatdan  keçmək  istəyən  müəssisənin  təsisçiləri  tərəfindən  onun  təsis 

edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni müəssisə 

yaradılarkən yenidən təşkilinin şərtləri, nizamnamənin təsdiq edilmə-

si, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən 

zəruri  hesab  olunan  digər  məsələlər  göstərilir  və  bu  qərar  bütün  tə-

sisçilər tərəfindən imzalanır); 

c) dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 

d)  təsisçi  hüquqi  şəxs  olduqda  onun  dövlət  qeydiyyatı  haqqında 

şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin 

notariat qaydasında təsdiq olunmuş surəti; 

e)  icraedici  və  sərəncamverici  səlahiyyətlərə  malik  olan  qanuni 

təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları 

əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə 

notariat qaydasında təsdiq olunmuş imza nümunələri; 

f)  dövlət  qeydiyyatından  keçirilən  müəssisənin  hüquqi  ünvanını 

təsdiq edən sənəd. 

Yenidən təşkil nəticəsində yaradılan müəssisələrin dövlət qeydiy-

yatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilirdi: 




Telman Huseynov 

 

68



– yenidən təşkil haqqında qərar;  

– təhvil aktı və ya bölünmə balansı;  

– mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.  

Respublikada müəssisənin dövlət qeydiyyatı, bir qayda olaraq, 40 

gündən  gec  olmayaraq  həyata  keçirilirdi.  Dövlət  qeydiyyatına  alın-

ması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Ədliyyə Nazirli-

yinə təqdim olunduqdan sonra, bu orqan 30 gün müddətində onların 

Azərbaycan  Respublikasının  Konstitusiyasına,  "Hüquqi  şəxslərin 

dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında"  qanuna  və  digər  qa-

nunvericilik  aktlarına  uyğunluğunu  yoxlayırdı.  Müstəsna  hallarda, 

yoxlama  zamanı  əlavə  araşdırma  aparılması  zərurəti  yarandıqda,  bu 

müddət daha 30 günə qədər uzadıla bilər. Təqdim edilmiş sənədlərdə 

müəssisənin dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olma-

yan çatışmazlıqlar aşkar edildikdə, bu çatışmazlıqların 20 gün müd-

dətində aradan qaldırılması üçün həmin sənədlər geri qaytarılırdı. Bu 

zaman imtinaya səbəb olmayan bütün çatışmazlıqlar qeydiyyat orqa-

nı tərəfindən eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün 

müraciət edənə qaytarılmalı idi. 

Dövlət  qeydiyyatını  həyata  keçirən  orqan  tərəfindən  təqdim 

edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edil-

miş  çatışmazlıqlar  aradan  qaldırıldıqdan  sonra,  10  gündən  gec  ol-

mayaraq,  müəssisə  dövlət  qeydiyyatından  keçirilir  və  ona  dövlət 

qeydiyyatı  haqqında  şəhadətnamə  və  ya  dövlət  qeydiyyatına  alın-

masından  imtina  (qanunvericiliyin  həmin  imtinaya  səbəb  olmuş 

müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat 

verilirdi. 

Müəssisəyə,  onun  yuxarıda  qeyd  olunan  müddətdə,  dövlət  qey-

diyyatına  alınmasından  imtina  barədə  cavab  verilmədikdə,  həmin 

müəssisə dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda qeydiy-

yat  orqanı  10  gündən  gec  olmayaraq  müəssisəyə  dövlət  qeydiyyatı 

haqqında şəhadətnamə verməlidir. 

Müəssisənin  dövlət  qeydiyyatı  haqqında  məlumat  Azərbaycan 

Respublikasının  uçot  vahidlərinin  dövlət  reyestrinə  daxil  edilmək 

üçün qeydiyyat orqanı tərəfindən Maliyyə Nazirliyinə, Dövlət Statis-

tika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin Dövlət vergi mü-

fəttişliyi orqanına göndərilirdi. 




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

69



Göründüyü  kimi,  yuxarıda  təsvir  olunan  qaydalar  çox  mürək-

kəb, çox pilləli və elə bunlara görə də xeyli vaxt tələb edən prose-

duralar  idi.  Lakin  məlum  nöqsanlarına  baxmayaraq  sahibkarlıq 

fəaliyyətinə başlamaq məqsədilə müəssisə və firmaların yaradılması 

qaydaları öz dövrü üçün müəyyən müsbət rol oynadığından məqbul 

sayılmalıdır. Bununla yanaşı o da bir fakt idi ki, həmin qaydalar sa-

hibkarlıq  fəaliyyətinin  sürətləndirilməsinə  lazımınca  yardımçı  ola 

bilmirdi.  Məhz  bu  məqsədlə,  başqa  sözlə  sahibkarlıq  fəaliyyətinin 

inkişafını sürətləndirmək üçün ölkə prezidenti 25 oktyabr 2007-ci il 

tarixli 2458 saylı  «Sahibkarlıq fəaliyyəti subyektlərinin  fəaliyyəti-

nin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında» 

Sərəncam  imzaladı.  Sərəncama  müvafiq  olaraq müəssisə və  firma-

ların  dövlət  qeydiyyatı  01  yanvar  2008-ci  ildən  etibarən  «bir  pən-

cərə» prinsipi tətbiq olunmağa başladı. «Bir pəncərə» - vahid dövlət 

qeydiyyatı  orqanı  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 

müəyyən olunmuşdur. 

Haqqında bəhs edilən Sərəncamın tətbiqi ilə bürokratiyaya  («sə-

nədlər  hökmranlığına»,  «sənəd  fetişizmi»nə),  süründürməçiliyə  son 

qoyulacaqdır; süni maneələri doğuran şəraitin yarana bilməsi imkan-

ları yox dərəcəsinə endiriləcəkdir. 

«Bir  pəncərə»  prinsipinə  əsasən  firma  və  müəssisələrin  dövlət 

qeydiyyatı aşağıdakı qaydada həyata keçirilir.  

Müəssisənin  dövlət  qeydiyyatına  alınması  barədə  ərizə  onun  tə-

sisçisi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) tərəfindən və ya 

onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzala-

nır və notariat qaydasında təsdiq olunduqdan sonra onun (onların) və 

yaxud  vəkil  edilmiş  şəxs  tərəfindən  müvafiq  vergi  orqanına  təqdim 

olunur. Ərizə ilə birlikdə dövlət rüsumunun ödənilməsini təsdiq edən 

sənəd (qəbz) təqdim edilməlidir. Rüsum məbləğləri “Dövlət rüsumu 

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirir. 

Müəssisənin dövlət qeydiyyatına alınması “Kommersiya hüquqi şəx-

sin dövlət qeydiyyatı haqqında ərizə” əsasında aparılır. Ərizəyə aşa-

ğıdakılar əlavə edilir: 

– firmanın (müəssisənin) təsisçisi (təsisçiləri) və ya onun  (onla-

rın) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş 2 nüsxədə ni-

zamnaməsi; 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə