Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə33/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   29   30   31   32   33   34   35   36   ...   214

Telman Huseynov 

 

90



dan düzgün əlaqələndirilməsinə yönəldilmiş texniki-təşkilati təd-

birlər kompleksi nəzərdə tutulur. 

stehsal  prosesinin  təşkilinin  əsas  vəzifələrinə  texnoloji  əməliy-

yatların  yerinə  yetirilməsinin  səmərəli  üsul  və  fəndlərinin  müəyyən 

edilməsi,  istehsal  prosesinin  əməliyyatlara  bölüşdürülməsi,  sexlərdə 

və  istehsal  sahələrində  istifadə  edilən  avadanlıqların  düzgün  yerləş-

dirilməsi, məhsul buraxılışının ahəngdarlığını və birqərarlığını təmin 

etmək  üçün  iş  yerləri  arasında  qarşılıqlı  səmərəli  əlaqələrin  təmin 

olunması aiddirlər. 

stehsal prosesinin təşkili müəyyən prinsiplərə söykənir və onlar 

aşağıdakılardır: 

–  ixtisaslaşma  prinsipi  –müəssisənin  ayrı-ayırı  bölmələri  və  iş 

yerləri  arasında  əməyin  peşələrə  görə  düzgün  bölgüsünü  və  onların 

kooperasiyasını əks etdirir; 

paralellik  prinsipi  –  müəyyən  məhsulun  istehsalı  ilə  əlaqədar 

istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində hə-

yata keçirilməsini nəzərdə tutur; 

– mütənasiblik  prinsipi – müəssisənin qarşılıqlı əlaqəli və biri-

birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bə-

rabər məhsuldarlığını nəzərdə tutur; 

– düzxətlilik  prinsipi – xammal, material və  ya yarımfabrikatın 

istehsala  buraxılıb  hazır  məhsul  alınana  qədər  onların  ən  qısa  yolu-

nun təmin edilməsinə əsaslanır;  

–  fasiləsizlik  prinsipi  –  əməliyyatlararası  fasilələrin  maksimum 

ixtisar edilməsini nəzərdə tutur; 

– ahəngdarlıq prinispi – müəyyən miqdar məhsulun hazırlanma-

sı üzrə istehsal prosesi və onu təşkil edən ayrı-ayrı tərkib hissələrinin 

eyni vaxtdan bir təkrar olunmasına əsaslanır. 

Müəssisədə  istehsalın  təşkili  prosesində  əməliyyatların  əlaqələn-

dirilməsi vaxt və məkan baxımından həyata keçirilir və bunlarsız is-

tehsalın səmərəli təşkili, ümumiyyətlə, qeyri-mümkündür.  

stehsalın təşkilinin vaxt strukturu istehsal prosesinin elementləri-

nin vaxta görə qarşılıqlı təsiri qaydası ilə müəyyən edilir. Vaxt struk-



turunun  növlərinə  görə  istehsalın  təşkili  formaları  əmək  pred-

metlərinin istehsala verilməsinin ardıcıl, paralel və paralel-ardı-

cıl (qarışıq) formaları fərqləndirilir. 


Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

91



Əmək  predmetlərinin  texnoloji  prosesə  ardıcıl  verilməsinə  əsas-

lanan istehsalın təşkili forması emal edilən materialın bütün istehsal 

sahələri  üzrə  istənilən  miqdar  partiyalarla  hərəkətini  təmin  edən  is-

tehsal  amillərinin  əlaqələndirilməsini  özündə  əks  etdirir.  Belə  halda 

əmək predmetləri növbəti iş yerlərinə əvvəlki əməliyyatda bütün par-

tiyanın  emalı  başa  çatdıqdan  sonra  verilir,  yəni  hər  bir  əməliyyatda 

detallar  partiyalarla  emal  edilir.  Belə  forma  istehsal  proqramındakı 

yarana  biləcək  dəyişikliklərə  qarşı  daha  çevik  olur,  avadanlıqlardan 

kifayət qədər tam istifadə etməyə imkan verir.  stehsalın təşkilinin bu 

formasının çatışmamazlığı istehsal tsiklinin nisbətən – nisbi mənada – 

uzunluğu ilə əlaqədar olur. Belə ki, hər bir detal sonrakı əməliyyatın 

yerinə  yetirilməsini  bütün  partiyaya  daxil  olan  detalların  emalının 

başa çatdırılması qədər gözləməli olur.  

Ə

mək  predmetlərinin  texnoloji  prosesə  ardıcıl  verilməsi  za-

manı istehsal tsiklinin uzunluğu (T

i.t.a


) aşağıdakı düsturun köməyi ilə 

müəyyən edilir: 

T

i.t.a


 = T

d

 x N 



Burda, T

– dəstədəki detalların sayı; 



 N – bütün əməliyyatlarda bir detalın emalına faktiki vaxt 

məsrəfidir. 

Əmək predmetlərinin paralel verilməsi prinsipinə əsaslanan isteh-

salın  təşkili  forması  əmək  predmetlərinin  əməliyyatdan  əməliyyata 

tək-tək və partiyadakı bütün detalların emalını gözləmədən buraxma-

ğa imkan verən istehsal amillərinin əlaqələndirilməsinə əsaslanır.  s-

tehsalın  belə  təşkili  emalda  olan  detalların  sayını,  anbar  və  keçidlər 

üçün  zəruri  olan  sahəyə  tələbatı  azaltmağa  gətirib  çıxarır.  stehsalın 

təşkilinin paralellik formasının çatışmazlığı əməliyyatların yerinə yeti-

rilməsi müddətlərindəki fərqlərlə əlaqədar avadanlıqların və fəhlələrin 

boşdayanması ilə müşayət olunur. 

stehsalın  paralellik  prinisipinə  əsaslanan  təşkili  formasında 

istehsal tsiklinin uzunluğu (T

i.t.p

) aşağıdakı kimi hesablanır: 



T

i.t.p


 = T

d

 + (N–1) x T



ə.u 

Burada, T

ə.u

 – ən uzun vaxt tələb edən əməliyyatın yerinə yetiril-



məsinə sərf olunan vaxtdır.  


Telman Huseynov 

 

92



Əmək predmetlərinin texnoloji prosesə paralel-ardıcıl (qarışıq) ve-

rilməsinə əsaslanan istehsalın təşkili forması ardıcıl və paralel formala-

rının ortaq formasıdır və aryı-ayrılıqda onlardan hər birinə məxsus ça-

tışmazlıqları qismən aradan qaldırır. Məmulatlar əməliyyatdan-əməliy-

yata nəqliyyat partiyaları ilə verilir. Bu zaman avadanlıqlardan və işçi 

qüvvəsindən  fasiləsiz  istifadə  təmin  edilir,  texnoloji  prosesin  əməliy-

yatları üzrə detallar partiyasının paralel verilməsi də mümkün olur.  

stehsalın  təşkilinin  paralel-ardıcıl  (qarışıq)  formasında  isteh-

sal tsiklinin uzunluğu (T

i.t.q

) aşağıdakı kimi müəyyən olunur: 

T

i.t.q



 = T

d

 + (N – 1) x (ΣT



u

 – ΣT


q

Burada, ΣT



u

 – uzunmüddətli (daha yüksək əməktutumlu) əməliy-

yatlara sərf olunan vaxtların cəmidir; 

 ΣT


q

 – qısamüddətli (daha az əməktutumlu) əməliyyatlara 

sərf olunan vaxtların cəmidir.  

ki  qısamüddətli  əməliyyatlar  arasında  icra  olunan  əməliyyatlar 

uzunmüddətli, uzunmüddətli əməliyyatlar arasında yerləşənlər isə qı-

samüddətli hesab olunur. Əgər əməliyyat bir tərəfdən uzunmüddətli, 

digər tərəfdən isə qısamüddətli əməliyyatla həmsərhəddirsə, onda bu 

nəzərə alınmır.  

Yuxarıda  qeyd  edilən  formaların  içərisində  istehsal  tsiklinin  ən 

qısa  uzunluğuna  əmək  predmetlərinin  texnoloji  prosesə  paralel  veril-

məsi  zamanı  təmin  edilir.  Lakin  bu  zaman  əməliyyatların  müddətcə 

bərabərliyi  və  ya  tam  bölünən  olması  əsas  şərt  kimi  çıxış  edir.  Əks 

halda,  avadanlıqların  boşdayanması,  iş  vaxtından  səmərəsiz  itkilərlə 

istifadə baş verir və əməliyyatlar arasında normadan artıq və lüzum-

suz fasilələr yaranır.  

stehsalın təşkilinin məkan strukturu istehsal meydançasında yer-

ləşdirilmiş texnoloji avadanlıqların miqdarı (iş yerlərinin sayı) və on-

ların  əhatə  olunduqları  sahədə  əmək  predmetlərinin  hərəkəti  istiqa-

məti üçün nəzərdə tutulmuş yerlərlə müəyyən olunur. Texnoloji ava-

danlıqların (iş yerlərinin) miqdarından asılı olaraq xüsusiləşmiş iş ye-

rinə malik birhəlqəli istehsal sistemi və sex, xətti və qarışıq strukturlu 

çoxhəlqəli istehsal sistemi fərqləndirilir. 



stehsal prosesinin sex strukturu texnoloji həmcinslik üzrə ixti-

saslaşmanı nəzərdə tutan avadanlıqların  (iş  yerlərinin)  materialla-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə