Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə32/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   28   29   30   31   32   33   34   35   ...   214

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

87



tehsalın tipindən, istehsal prosesində əmək predmetlərinin hərəkət et-

dirilmə  üsulundan  asılı  olaraq  istehsal  tsiklinin  uzunluğu  və  onun 

vaxta görə strukturu fərqli olur.  stehsal tsiklinin tərkibində texnoloji 

proseslərin  ən  yüksək  çəkiyə  malik  olduğu  hallarda  onun  (istehsal 

tsiklinin) strukturu səmərəli hesab edilir.  

stehsal tsiklinin uzunluğu göstəricisindən müəssisənin, sexin 

və  istehsal  sahəsinin  istehsal  proqramını  müəyyən  edərkən,  bit-

məmiş  istehsalın  həcmini  hesablayarkən,  dövriyyə  fondlarının 

kəmiyyəti planlaşdırılarkən istifadə olunur. 

stehsal tsiklinin uzunluğuna texnoloji, təşkilati və iqtisadi amil-

lər təsir göstərir. Texnoloji proseslərin mürəkkəbliyi və əməyin tex-

niki  silahlanma  səviyyəsi  məhsulun  emalı  vaxtını  müəyyən  edir. 

Əmək predmetlərinin emal prosesində hərəkətinin təşkilati amilləri 

iş yerlərinin, əməyin özünün və əmək haqqının təşkili ilə əlaqədar-

dır. Təşkilati şərtlər isə əsasən köməkçi əməliyyatların, xidmətedici 

proseslərin yerinə yetirilməsi və istehsalın gedişatında yaranan fasi-

lələrin müddətinə  təsir göstərir.  qtisadi  amillər  istehsal  prosesləri-

nin  mexanikləşdirmə  və  texniki  cəhətdən  silahlanması  səviyyəsini, 

fəhlə üçün istehsal, məhsul vahidinə vaxt və habelə bitməmiş isteh-

sal normalarının hesablanmasına imkan yaradır.  



stehsal  prosesləri  nə  qədər  sürətlə  baş  verirsə,  yəni  istehsal 

tsikli  nə  qədər  qısadırsa,  dövriyyə  fondlarının  dövretmə  sürəti 

bir o qədər yüksək olur. Nəticədə, müəyyən həcmdə dövriyyə fon-

du təsərrüfat dövriyyəsindən azad olur ki, bu da müəssisədə istehsa-

lın  genişləndirliməsi  üçün  istifadə  edilə  və  eyni  zamanda  bitməmiş 

istehsalın həcmi azala bilər. 

Qeyd etmək lazımdır ki, istehsal prosesinin səmərəli təşkili üçün 

bitməmiş istehsalın (zadelin) həcminin hesablanması da çox vacibdir 

(zadel – natural ifadədə emalı başa çatdırılmamış, bitirilməmiş «məh-

suldur»).  Yaranma  xarakterinə  və  təyinatına  görə  normal,  döv-



riyyə və sığorta zadelləri biri-birindən fərqlənirlər. 

Normal  zadel  istehsal  prosesinin  fasiləsiz  gedişini  təmin  etmək 

məqsədilə yaradılır və bu, iş yerləri ilə müəssisədaxili nəqliyyat vasi-

tələrindəki əmək predmetlərinin cəminə bərabər olur. Normal zadelin 

həcmi (B

n

) axınlı istehsal üçün aşağıdakı düsturun köməyi ilə hesab-



lanır: 


Telman Huseynov 

 

88



B

= (ƏP x  ş



s

 ) + ƏP


n

 + ƏP


ng

 

Burada, ƏP – bir iş yerində mövcud olan zadellərin miqdarı; 



ş

s

 – iş yerlərinin sayı; 



ƏP

n

 – sexdaxili və sexlərarası nəqliyyat vasitələrinə yük-



lənmiş zadellərin miqdarı; 

ƏP

ng



 – nəqliyyatı (nəqletməni) gözləyən əmək predmet-

lərinin miqdarı. 

Dəstəli istehsalda isə zadelin həcmi (B

n

) hesablanarkən aşağıda-



kı düsturdan sitifadə edilir: 

B

n



 = ƏP

os 


×

 T

i.t



 

Burada, ƏP

os

 – zadellərə orta günlük tələbat; 



              T

i.t 


– istehsal tsiklinin uzunluğu. 

Dövriyyə  zadeli  (B

d

)  ayrı-ayrı  iş  yerlərinin,  istehsal  sahələrinin 



əlaqəsizliyi zamanı, yəni bir iş yerində əməliyyata sərf olunan vaxtın 

başqasına nisbətən fərqləndiyi halda yaradılır. Onun həcmi aşağıdakı 

düsturla müəyyən edilir: 

B

d



 = (ƏM

maks


 – ƏM

min


) × T

birg


 

Burada,  ƏM

maks

,  ƏM


min 

–  müvafiq  olaraq  daha  çox  və  daha  az 

məhsul  buraxmaq  qabliyyəti  olan  iş  yerlərində 

orta saatlıq məhsuldarlıq; 

T

birg


  –  iki  əlaqəli  iş  yerinin  birgə,  üst-üstə  düşən  (sinx-

ron) fəaliyyət vaxtı. 

Sığorta zadeli ayrı-ayrı iş yerlərində əvvəlcədən nəzərdə tutulmamış 

boşdayanmalar  yarandığı  və zay  məhsulların  buraxıldığı təqdirdə –  is-

tehsal prosesinin normal gedişini təmin etmək məqsədilə – yaradılır. 

Sığorta zadelinin plan norması keçmiş dövrlərin faktiki məlumatları 

əsasında istehsalda baş vermiş boşdayanmaların aradan qaldırılması-

na yönəldilmiş tədbirləri nəzərə almaqla müəyyən edilir. 

Fərdi istehsalda ayrı-ayrı detallar üzrə zadellər müəyyən olunmur, 

çünki onun yaradılması texniki-təşkilati baxımdan zəruri deyil. Lakin 

bununla yanaşı emal olunacaq materialın istehsala buraxılması qrafi-

kinə və istehsal tsklinin uzunluğuna görə bitməmiş istehsalın ümumi 

həcmi müəyyən olunur. 



Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

89



Qeyd etmək lazımdır ki, müəssisənin istehsal gücü – onun plan 

dövründə maksimum məhsul buraxmaq qabliyyətini əks etdirən bu 

göstərici – istehsal tsiklinin uzunluğundan birbaşa asılıdır. Aydındır 

ki,  istehsal  tsiklinin  uzunluğu  nə  qədər  qısadırsa,  müəyyən  zaman 

kəsiyində daha çox məhsul istehsal etmək mümkün olur. 

stehsal tsiklinin uzunluğu azaldıqda istehsal gücünün artma-

sı hesabına məhsul buraxılışı həcmi artır, ona görə ki, məhsul va-

hidinin  istehsalına  sərf  olunan  köməkçi  və  xidmətedici  işçilərin, 

mühəndis-texniki heyətin və fəhlələrin iş vaxtına qənaət edilir. 

stehsal  tsiklinin  azalması  nəticəsində  məhsul  vahidinə  düşən 

ümumzavod və ümumsex xərclərinin azalması hesabına onun (məh-

sulun) maya dəyəri də aşağı düşür. 

Beləliklə,  bütün  bunlar  göstərir  ki,  istehsal  tsiklinin  qısaldılması 

müəssisədə  istehsalın  səmərəliliyinin  yüksəldilməsinin  əsas  ehtiyyat 

mənbələrindən biridir. 

stehsal  tsiklinin  azaldılmasının  əsas  istiqamətləri  aşağıdakı-

lardır: 

– texnologiyanın təkmilləşdirilməsi; 

– təbii proseslərin süni üsulların köməyi ilə sürətləndirilməsi;  

–  nəqliyyat  və  nəzarət  əməliyyatlarının  texnoloji  əməliyyatlarla 

səmərəli şəkildə əlaqələndirilməsi; 

–  növbələrarası  fasilələrin  azaldılması  məqsədilə  müəssisənin  iş 

rejiminin təkmilləşdirilməsi; 

– iş yerlərində əməyin elmi təşkilinin tətbiqi; 

– əməliyyatların  əlaqələndirilməsinin  səmərəli  üsullarının  tətbiqi 

və s. 


Beləliklə, müəssisədə istehsal tsiklinin azaldılması istehsal-təsər-

rüfat  fəaliyyətinin  kəmiyyət  və  keyfiyyət  tərəflərinə  ciddi  təsir  gös-

tərir, başqa sözlə, onun texniki-iqtisadi və iqtisadi göstəricilərini yax-

şılaşdırır və nəticə etibarı ilə, istehsalın iqtisadi səmərəliliyinin artı-

rılmasının əsas amillərindən biri kimi çıxış edir.  

3. Firmada istehsal prosesinin təşkili prinsipləri 

stehsal  prosesinin  təşkili  dedikdə,  istehsal  amillərindən:  iş 

qüvvəsi, əmək predmetləri və əmək vasitələrindən səmərəli istifa-

dəni  təmin  etmək  məqsədilə  onların  zaman  və  məkan  baxımın-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə