Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə47/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   43   44   45   46   47   48   49   50   ...   214

Fəsil 6. Firmada kombinələşdirmə  

 

127



ra, metallurgiya kombinatında ardıcıl olaraq çuqun, polad və prokat 

(yayma, vərəqə polad) alınır (şəkil 6.1). 

 

 

Şəkil 6.1. Dəmir filizinin ardıcıl emalına əsaslanan kombinat  



2.Xammalın kompleks emalına görə. Məlumdur ki, mineral (üz-

vi)  və  kənd  təsərrüfatı  xammalı  bir  sıra  müxtəlif  faydalı  komponent-

lərin  (maddələrin)  birləşmələrindən  ibarətdir.  Elmi-texniki  tərəqqinin 

müasir vəziyyətində, xüsusilə kimyəvi və termiki proseslərin köməyilə, 

xammalın  tərkibində  olan  bütün  faydalı  ünsürləri  ayırmaq  və  istifadə 

etmək mümkün olur. Xammalın son faydalı maddənin alınmasına qədər 

emalı  ondan  kompleks  istifadəni  təmin  edir.  Xammalın  kompleks 

emalı  nəticəsində  müxtəlif  məhsullar  istehsalına  nail  olmaq  üçün 

onun ictimai təşkili vahid bir məkanda birləşdirilir, kombinatların 

yaradılması vasitəsilə həyata keçirilir. 

Xammalın kompleks emalına əsaslanan kombinələşməyə daş kö-

mürün  emalını  misal  göstərmək  olar.  Burada  ilk  əvəl  daş  kömürün 

kokslaşdırılmasından koks və koks qazı alınır, koks və koks qazından 

isə tərkibi müxtəlif və zəngin maddələrdən ibarət bərk, duru və qaz 

halında olan kimya məhsulları istehsal edilir. 

Emalın davam etdirilməsilə növbəti mərhələdə əgər koksdan bərk 

və duru kimya məhsullarından olan qətran, ammonyak, benzol və kü-

kürd  alınırsa,  qaz  halında  olan  hissədən  –  koks  qazından  isə  hidro-

gen, metan və etilen istehsal edilir. 

Bütün  göstərilən  məhsulların  istehsalı  xammalın  kompleks  ema-

lına əsaslanan kombinatlarda həyata keçirilir (şəkil 6.2).  

 

 

 



 

 

 



 

 

 



Şəkil 6.2. Daş kömürün kompleks emalına əsaslanan kombinat 

Dəmir filizi 

Çuqun 

Polad 


Prokat 

Daş kömür 

Daş kömürün kokslaşdırılması 

Hidrogen 

Koks 

Koks qazı 



Qaz halında kimiyəvi maddələr 

Metan 


Etilen

 

Ammonyak



 

Bərk və maye halında kimiyəvi maddələr 

Qətran

 

Kükürd 



Benzol

 



Telman Huseynov 

 

128



3.Tullantılardan istifadəyə görə. Hər şeydən əvvəl, qeyd etmək 

lazımdır ki, təbiətdə monotərkibli mineral xammal yoxdur. Buna gö-

rə də, bu qəbildən olan hər hansı bir xammalın emalı zamanı həmin 

istehsal üçün həm əsas olan və həm də əsas olmayan məhsullar alınır 

və bir də texnoloji tullantılar  yaranır. Buna misal olaraq misin alın-

ması üçün kombinələşməni misal göstərmək olar. 

Təbiətdə misin bir neçə birləşmələri olsa da, bunlardan sənaye əhə-

miyyətlisi  onun  kükürdlə  olan  birləşməsi,  mis  kolçedanıdır-piritdir. 

Piritin emalından əsas məhsul kimi təmiz mis alınırsa, həmin istehsal 

üçün əsas olmayan yanaşı (yanaki, səmt) məhsul kimi kükürd anhid-

ridi də alınır. Kükürd anhidridinin emalından kükürd və sonuncunun 

emalından  isə  sulfat  turşusu  istehsal  edilir  (şəkil  6.3).  Əgər  istehsal 

yalnız  misin  alınması  ilə  tamamlanardısa,  onda  sulfat  anhidridi  hə-

min istehsalın tullantısı hesab olunardı və həmin müəssisə isə kombi-

nat deyil, zavod adlanardı. 

 

 



 

 

 



 

 

 



Şəkil 6.3. Mis kolçedanının (piritin) emal mərhələləri 

Ümumiyyətlə, istehsal (texnoloji, təşkilati-texniki) tullantıları-

nı onların fiziki hallarından asılı olaraq müxtəlif üsulların kömə-

yi ilə emal edir və utilləşdirirlər: 

1.Maye və qaz halında –  absorbsiya (hopdurma, udma), çökdür-

mə, filtrləşdirmə və termiki emal; 

2.Maye və bərk halında – kristallaşdırma və termiki emal; 

3.Maye halında – buxarlandırma, distilləmə və rektifikasiya (ayırma); 

4.Bərk halında – ekstraksiya (çıxarmaq) və kimyəvi emal. 

stehsallar  arasında  əlaqələrin  xarakterindən  asılı  olaraq  kombi-

nələşmə üç tipə: şaquli, üfiqi və qarışıq tiplərə bölünür. 

Ş

aquli  kombinələşmə  xammalın  ardıcıl  olaraq  emal  edilərək 

yarımfabrikat və hazır məhsula çevrilməsini nəzərdə tutur. 

Kükürd 

Mis 


Kükürd anhidridi 

Sulfat turşusu 

Mis kolçedanı 



Fəsil 6. Firmada kombinələşdirmə  

 

129



Üfiqi  kombinələşmə  xammalın  kompleks  emalı  ilə  əlaqədardır. 

Bu  kombinələşmə  növü  ilkin  xammalın  emalının  bir  neçə  axınının 

mövcudluğunu nəzərdə tutur ki, nəticədə bir neçə sahənin məhsulu alı-

nır. Ufiqi kombinələşməyə misal neft-kimya kombinatlarını göstərmək 

olar. Burada neft məhsulları ilə yanaşı kimya məhsulları da alınır. 

Qarışıq  kombinələşmə  o  halda  olur  ki,  xammalın  bir  növünün 

ardıcıl emalından əsas  yarımfabrikat və  ya hazır  məhsul, tullantılar-

dan isə əlavə yarımfabrikat və ya əlavə hazır məhsullar alınır.  

Qeyd etmək lazımdır ki, kombinələşmə istehsalın ictimai təşkili-

nin forması kimi müxtəlif istehsal müəssisələri arasında daha sıx tə-

sərrüfat  əlaqələri  əsasında  fəaliyyət  göstərir.  Bu  onunla  izah  olunur 

ki,  əgər  təsərrüfat  əlaqələri  forması  kimi  maddi-texniki  təminat  və 

kooperativləşmə məkanca müxtəlif ərazilərdə  yerləşdirilmiş müəssi-

sələr arasında baş verirsə, kombinələşmədəki təsərrüfat əlaqələri eyni 

məkan daxilində olur. 



2.Kombinələşdirmənin şərtləri və inkişafı 

Kombinələşdirmə  müəssisədə  istehsalların  ən  sıx  əlaqələndiril-

məsinə  əsaslanan  istehsalın  ictimai  təşkili  formasıdır.  Kombinələş-

miş  müəssisələrdə  texnoloji  prosesin  bir  mərhələsindən  digərinə 

keçid fasiləsiz və ən qısa yolla, az vaxt intervalında baş verir; is-

tehsallardan birinin nəticəsi digəri üçün başlanğıc olur – birinin 

məhsulu  digəri  üçün  xammal,  material  və  ya  yarımfabrikat  ro-

lunda çıxış edir. Bir qayda olaraq, kombinatlar ümumi istilik-enerji 

təchizatına, vahid nəqliyyat sisteminə malik olur və əksər hallarda bir 

ərazidə yerləşirlər. Bütövlükdə isə, kombinatlara 3 əsas cəhət səciy-

yəvidir: 

a) müxtəlif istehsalların birliyi; 

b) kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti; 

c) vahid enerji sistemi və nəqliyyat bazası. 

Kombinələşmənin  müxtəlif  istehsalların  vəhdəti  kimi  şərtlənməsi 

onu  (kombinələşməni)  təmərküzləşdirmədən  –  mahiyyətcə,  prinsipial 

olmasa  da  –  fərqləndirən  cəhətdir.  Çünki  artıq  qeyd  olunduğu  kimi, 

əgər eyni bir ərazidə analoji müəssisələrin cəmləşdirilməsi təmərküz-

ləşdirilmədirsə,  müxtəlif  istehsalların  eyni  bir  ərazidə  (məkanda)  tə-

mərküzləşdirilməsi  kombinələşdirmədir.  Yalnız  müxtəlif  istehsalların 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə