Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə51/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   47   48   49   50   51   52   53   54   ...   214

Fəsil 6. Firmada kombinələşdirmə  

 

137



əsaslı vəsait tutumlarının aşağı olması, istehsalın bir növ yekun gös-

təricisi olan məhsulun maya dəyərinin aşağı salınması ilə nəticələnir. 

qtisadiyyatın bir cəhəti olan xərclərin azalması və digər cəhəti olan 

təsərrüfat nəticələrinin yüksək olması – kombinələşdirmənin xidməti 

kimi – sənaye istehsalının iqtisadi səmərəliliyini təmin edir. 

stehsalın  ictimai  təşkilinin  digər  formalarında  olduğu  kimi, 

kombinələşmənin də iqtisadi səmərəlilik, səviyyə və inkişafı dina-

mikasını  öyrənmək,  təhlil  etmək  və  prosesə  nəzarət  etmək  üçün 

göstəricilər sistemindən istifadə olunur və onlar aşağıdakılardır: 

–  kombinatlarda  birləşdirilən  texnoloji  mərhələ  və  sahələrin  sayı  – 

müxtəlifliyin mürəkkəblik dərəcəsi; 

–  kombinatlarda  istehsal  olunan  məhsulun,  ümumiyyətlə,  həmin 

təyinatdan olan məhsul istehsalında payı (natural və dəyər ölçüsündə); 

– kombinələşmiş istehsallarda işləyən fəhlələrin sayı və bunların 

həmin təyinatdan məhsul istehsal edən fəhlələrin ümumi sayında xü-

susi çəkisi; 

– kombinələşmiş istehsalların əsas fondlarının dəyəri və bunun ey-

ni məhsul istehsalında istismar olunan əsas fondalrın ümumi dəyərin-

də xüsusi çəkisi; 

– kombinələşmiş müəssisələrin istehsal həcmi; 

– kombinələşmiş müəssisələrdə emal olunan xammalın növə görə 

sayı və s. 

Sadalanan  göstəricilərin  hesablanması,  müvafiq  məlumatların 

mövcudluğu şəraitində çətin deyil və onların riyazi dildə – düsturlar 

şəklində verilməsinə ehtiyac qalmır. 

Kombinələşmənin  bir  proses  kimi  mürəkkəbliyi  və  bununla 

ə

laqədar kombinatların fəaliyyətinin kəmiyyət və keyfiyyət tərə-



fini  xarakterizə  edən  vahid  bir  göstəricinin  tətbiqi  mümkün  de-

yildir. Elə buna görədir ki, kompleks göstəricilərdən istifadə etməklə 

kombinatların fəaliyyətlərinin texniki, texniki-iqtisadi, iqtisadi və so-

sial cəhətlərini öyrənmək və müəyyən nəticələr əldə etmək və habelə, 

onları ümumiləşdirmək mümkündür. 

Sənaye  istehsalında  kombinələşdirmə  onun  iqtisadi  səmərəliliyi-

nin yüksəldilməsinə çox ciddi dərəcədə təsiretmə gücünə malikdir. 

Sənayedə  kombinələşmənin  iqtisadi  səmərəliliyinin  ən  ümdə  isti-

qamətli  göstəricisi  xammaldan  istifadə  səviyyəsini  yüksəltməklə  eyni 




Telman Huseynov 

 

138



həcmdə  əmək  cismindən  daha  çox  məhsul  istehsalını  təmin  etməsin-

dədir. Konkret olaraq kombinələşmə aşağıda göstərilən istiqamətlər üzrə 

ictimai əməyə qənaətlə nəticələnir və istehsalın səmərəliliyini yüksəldir: 

a)  kombinatın  əsas  istehsallarında  əmək  predmetləri  və  vasitə-

lərinə, iş qüvvəsinə çəkilən xərclərə qənaət; 

b) istehsalın təşkili ilə əlaqədar olan vəsaitə qənaət; 

c) xammal bazasının genişləndirilməsi; 

d) müəssisələrin coğrafi baxımından əlverişli yerləşdirilməsi; 

e) xammal, hazır məhsul və yarımfabrikatların daşınma xərclərinə 

qənaət; 


f) istehsal ehtiyatları həcminin ciddi surətdə azalması və s. 

Kombinələşmə, xüsusilə onun tullantılarının utilləşdirilməsinə əsas-

lanan forması iqtisadi səmərəliliklə yanaşı, ekoloji baxımdan, təbiətin 

mühafizə və ətraf mühitin çirklənməsinin qarşısını almaq nöqteyi-nə-

zərindən müstəsna əhəmiyyətə malikdir. Bütün bunlardan əlavə kom-

binələşmənin tullantılardan istifadə formasının tətbiqilə yeni iş yerlə-

rinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi yolu 

ilə mühüm sosial problemin həlli mümkün olur. 

 

 

 



F   K   R L Ə Ş   N 

 

1. Kombinələşmənin təşkilati-iqtisadi  mahiyyətini izah edin. 



2. Kombinələşdirmənin hansı formaları var? 

3. Kombinatın səciyyəvi cəhətləri hansılardır? 

4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi necə müəyən olunur? 

5. Sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətlərini izah edin. 

6. Kombinələşdirmənin iqtisadi səmərəliliyini səciyyələndirən gös-

təriciləri sadalaya bilərsinizmi? 

7. Kombinələşmə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə 

hansı istiqamətlərdə təsir göstərə bilir? 

8. Azərbaycan sənayesində kombinələşmənin hansı formalarının 

inkişafı üçün real  imkanlar mövcuddur? 

 



 

 

139



 

 

 

 

 

 

BÖLMƏ IV 

F RMANIN  STEHSAL RESURSLARI VƏ ONLARDAN 

SƏMƏRƏL   ST FADƏN N ZƏRUR L Y  

Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və 

ə

mək haqqı  

 1. Firmanın əmək resursları və onun tərkibi  

 2. Firmada kadrların idarə olunmasının xüsusiyyətləri  

 3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları 

 4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri  

 5. Firmada əməyin normalaşdırılması 

 6. Əmək haqqının mahiyyəti və əhəmiyyəti  

 7. Firmada əməyin ödənilməsinin forma və sistemləri 

1. Firmanın əmək resursları və onun tərkibi 

Firmanın istehsal-kommersiya fəaliyyətinin səmərəliliyi onun kadr-

larından, orada çalışan işçilərin səriştələrindən, peşəkarlıq və ixtisas sə-

viyyələrindən bilavasitə asılı olur. Onlar – xüsusilə mühəndislər – əmək 

vasitələri və predmetlərini təkmilləşdirir və texniki tərəqqinin fasiləsiz-

liyində, müvafiq elmi-tədqiqat və layihə təşkilatları ilə yanaşı, çox mü-

hüm rola malik olurlar. Elmi-texniki tərəqqi istehsalın nəinki maddi ün-

sürlərində  keyfiyyət dəyişiklikləri aparır,  həm  də  kadrların özlərini də, 

intellektual  səviyyə  baxımından,  təkmilləşdirir.  Texnika  nə  qədər  mü-

kəmməl olsa da, ondan istifadə edən heyətin səriştəsizliyi həmin texni-

kanın potensial imkanlarını tam reallaşdırmağa mane olur.  

Hər  hansı  bir  müəssisənin  istehsal  proqramını  yerinə  yetirmək 

(başqa sözlə, dolayı olsa da, onu əsaslandırmaq) üçün zəruri sayda iş-

çilər  tələb  olunur.  Sifarişlər  portfelindəki  öhdəlikləri  yerinə  yetirmək 

üçün  lazım  olan  işçilərin  sayı  mücərrəd  anlayış  olmayıb,  onların 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə