Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə53/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   49   50   51   52   53   54   55   56   ...   214

Telman Huseynov 

 

142



Bundan əlavə firmanın fəhlə kontingentinin say ilə, idarə aparatı 

işçilərinin – «idarə olunanlarla idarə edilənlərin» – say nisbəti tədqiq 

və təhlil edilir. Bu məqsədlə aşağıdakı düsturdan istifadə olunur: 

П

ф



ф

Я

А



К

J

ap

+

=



 

Burada J


ap 

– firmanın fəhlələrinin sayı ilə idarə aparatı işçilərinin 

say nisbətidir;

 

            A



P

 – firmanın idarəetmə aparatı işçilərinin sayıdır. 

Əgər – burada da – kəsrin qiyməti onun məxrəcinin azalması he-

sabına baş verirsə, bu o deməkdir ki, firmanın idarə aparatı sadələşir. 

darəetmə ilə məşğul olanların sayı azalır və bilavasitə məhsul isteh-

salı ilə məşğul olanların sayı isə artır. 



stehsal  işçilərinin  peşə-ixtisas  tərkibinə  gəlincə  o,  hər  bir 

əssisənin  özünəməxsus  xarakterindən  asılı  olaraq  fərqlənir. 

Məsələn, metallurgiya üçün səciyyəvi olan peşə-ixtisas işçisi polad-

əridən və polad yayandırsa, toxuculuq üçün – əyirici və toxucu, kim-

ya  müəssisəsində  aparatçı  və  operator,  maşınqayırma  üçün  torna-

çılar, dəmirçilər, çilingərlər və s.-dir. Bütün bu müxtəliflik müəssi-

sələrin texnoloji özünəməxsusluğundan irəli gəlir, texnoloji əməliy-

yatları icra etmək üçün isə müvafiq peşə sahiblərinin xüsusi hazırlı-

ğı tələb olunur.  

Müəssisənin kadrlarının peşə-ixtisas dərəcələri (kvalifikasiya) üz-

rə təsnifləşdirilməsi onun (müəssisənin) istehsal strukturunda, texniki 

bazasında və işçilərinin mədəni-texniki səviyyələrində baş verən də-

yişikliklərin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.  

Hər  bir  istehsal  sahəsində  baş  verən  əmək  bölgüsü  elmi-texniki 

işləmələrin  istehsala  tətbiqi  və  bununla  əlaqədar  olaraq  müxtəlif  iş 



növlərinin yaranması və həmin işlərin fəhlələr tərəfindən yerinə 

yetirilməsi,  onlardan  müəyyən  nəzəri  və  empirik  biliklər  tələ

edir ki, bunlar da öz əksini müxtəlif peşələrdə tapır.  

Peşənin  tərkibində  isə  əlavə  bilik  və  vərdiş  tələb  edən  ixtisaslar 

formalaşır.  Məsələn,  çilingər  peşəsi  müxtəlif  çilingər  ixtisaslarına  – 

çilingər-yığıcı, çilingər-alətçi, çilingər-təmirçi və s. bölünür.  



xtisas isə öz tərkibində müxtəlif ixtisas dərəcələrini birləşdi-

rir. Yerinə  yetirilən işin mürəkkəbliyi, dəqiqliyi, məsuliyyəti müəy-


Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

143



yən bilik, vərdiş və bacarıq tələb edir.  Bundan asılı olaraq fəhlələrə 

ixtisas dərəcələri verilir.  

xtisas dərəcəsinin mühüm tərkib hissələri fəhlənin ümumi təhsili, 

texniki hazırlıq səviyyəsi və müəyyən ixtisas üzrə onun praktiki vər-

dişləridir.  

stehsalın texniki səviyyəsi yüksəldikcə, istehsala daha mütərəqqi 

və  mürəkkəb  maşınlar  tətbiq  olunduqca,  texnoloji  istehsal  üsulu 

təkmilləşdirildikcə, fəhlənin ixtisas dərəcələrinə tələblər də çoxalır.  

Fəhlələr ixtisas dərəcələrinə görə dörd qrupa bölünür: ixtisassız (ix-

tisas dərəcəsi olmayan), az ixtisaslı, ixtisaslı, yüksək ixtisas dərəcəli. 

Öz-özlüyündə  aydındır  ki,  xüsusi  hazırlıq  tələb  etməyən  işlərin 

icrası  ixtisas  dərəcəsi  olmayan,  başqa  sözlə,  ixtisassız  fəhlələr  tərə-

findən yerinə yetirilməlidir. 

Az ixtisas dərəcəli fəhlənin xüsusi hazırlıq keçmə müddəti cəmisi 

bir neçə həftə ərzində baş verə bilər. Bu qəbildən olan fəhlələrin icra 

etdikləri iş o qədər də mürəkkəb olmur.  

xtisas dərəcəli, başqa sözlə, ixtisaslı fəhlələrin  hazırlanması 2-3 

il müddətində vaxt tələb edir.  

Yüksək ixtisas dərəcəli fəhlələrin hazırlanmasında, onlarda nəzəri 

biliklərlə  yanaşı  müəyyən  iş  təcrübəsinin  formalaşması  da  zəruri 

əhəmiyyət daşıyır. Belə fəhlələr isə nisbətən daha uzunmüddətli vaxt 

ərzində formalaşır.  

stehsal  sahəsində  elmi-texniki  tərəqqinin  təsiri  altında,  tədricən 

olsa da, yuxarıda göstərilən ixtisas dərəcələri arasında ixtisassız fəh-

lələrin sayı azalmağa doğru meyl edir, yüksək ixtisas dərəcəli fəhlə-

lərin sayı isə artır.  

Hər hansı bir istehsal sahəsində ixtisas dərəcəsi aşağı olan fəhlələ-

rin sayca çox olması o deməkdir ki, həmin sahədə elmi-texniki tərəq-

qinin nailiyyətləri lazımınca tətbiq olunmur, köməkçi işlərin, yükləmə-

boşaltma, təmir və s.-nin mexanikləşdirilmə səviyyəsi aşağıdır.  



2. Firmada kadrların idarə olunmasının xüsusiyyətləri 

Firmada kadrların idarə  edilməsi – işə qəbul, fəhlələrə, xüsusilə, 

gənc fəhlələrə hamilik, ixtisas səviyyəsinin yüksəldilməsi və kadrla-

rın  yenidən  hazırlanması,  heyətin  davranışına  nəzarətin  təşkili  və  s. 

bu kimi məsələləri özündə birləşdirir. Bütün sadalanan tədbirlərin sə-



Telman Huseynov 

 

144



mərəli  həllində  yeganə  məqsəd  stabil  əmək  kollektivi  formalaşdır-

maq,  iş  qüvvəsinin  müəssisədən  axıcılığını  minimuma  endirməkdir. 

Çünki yalnız bu halda sahibkar öz məqsədinə – mümkün qədər daha 

çox gəlir götürməyə – nail ola bilər. 

Şəkil 7.1. Müəssisədə kadrların idarə olunması 

Müəssisədə kadrların idarə olunması (şəkil 7.1) aşağıdakı mərhə-

lələri özündə birləşdirir: 

–  kadrlara  tələbatın  planlaşdırılması:  kadrlara  tələbatın  hesablan-

ması; 

–  kadrların  yığılması:  bütün  vəzifələr  üzrə  potensial  namizədlər 



ehtiyatının yaradılması; 

– kadrların seçilməsi: iş yerləri üçün namizədlərin qiymətləndiril-

məsi  və  onlardan  müəssisənin  işçi  heyətini  tamamlamaq  üçün  ən 

yaxşılarının seçilməsi; 

– əmək haqqının və güzəştlərin müəyyən olunması: kadrların cəlb 

olunması, işə götürülməsi və saxlanması məqsədilə əmək haqqının və 

güzəştlərin həcminin və strukturunun hazırlanması; 

– peşə istiqamətinin müəyyənləşməsi və bu istiqamətə uyğunlaş-

ma:  cəlb  olunmuş  kadrların  müəssisədə  iş  yerlərinə  təyin  olunması, 

onlardan nəyin tələb olunduğu və onlarda əməyin qiymətləndirilməsi 

sistemi haqqında təsəvvürün yaradılması; 

–  tədris:  işin  səmərəli  yerinə  yetirilməsi  məqsədilə  tələb  edilən 

əmək  vərdişlərinin  öyrədilməsi  üçün  proqramların  hazırlanması  və 

yerinə yetirilməsi; 

Əmək fəaliyyətinin 

qiymətləndirilməsi 

 

Tədris 


Kadrların peşə istiqaməti-

nin müəyyən edilməsi və 

bu istiqamətə

 

uyğunlaş-



dırılması 

Kadrlara tələbatın 

planlaşdırılması 

Kadrların seçilməsi 

Kadrların cəlb 

olunması  

Kadrların vəzifədən-

vəzifəyə keçirilməsi, 

işdən azad etmə 

Rəhbər kadrların hazırlan-

ması, xidməti vəzifə üzrə 

hərəkətin idarə olunması 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə