Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə89/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   85   86   87   88   89   90   91   92   ...   97

190 
 
adamlar  çayın  sakit  vaxtlarında  ehtiyatlılıq  tədbirləri  görməlidirlər.  Zamana  bel 
bağlamaq da sərfəli deyildir, axı zaman özü ilə həm şəri, həm də xeyri gətirir.  
Bir  cəhət  də  nəzərə  alınmalıdır  ki,  adamların  xarakteri  də  dəyişilməyən  deyildir, 
həyat  sobasında  hər  cür  filiz  əriməyə  məruz  qalır.  Xarakterlərin  yaxşı  tərəfə 
dəyişiləcəyi  ümidi  bizə  virtual  təsəlli  verməklə  yanaşı,  gələcəyə  inam  qığılcımını 
meydana  gətirməklə  nəcib  bir  iş  görmüş  olur.  Yəhudilər  xanuka  bayramını  qeyd 
edərkən, əcdadlarının işığa münasibətinin ifadəsi kimi “azacıq işıq qaranlığı dağıdır” 
sözlərini  təkrar  edirlər.  Gələcəyə  isə  insanlar  onun  daha  işıqlı  olacağına  görə  ümid 
bəsləyirlər, deməli, nəciblik işığı qüsurları, bütün qaranlıq cəhətləri yoxa çıxaracaq və 
adamların  çox  arzuladıqları  nisbi  ləyaqətlər  səltənəti  bərqərar  olacaqdır.  Ancaq  onu 
yaddan çıxarmaq olmaz ki, insanlar ağaclardan fərqli olaraq bir-biriylə harmoniyada 
yaşamırlar. 
Əsl ləyaqətlər və harmoniya barədəki arzu isə heç də Qiyamət gününə bəslənən 
ümiddən  kiçik  deyildir.  Keçmişə  salınan  kiçik  nəzər  bu  arzunun  reallaşması 
ehtimalının  uzaq  gələcəyə  istiqamətləndiyindən  xəbər  verir.  Dünyaya  nə  qədər 
qocalmış  kimi  baxsaq  da,  Yer  üzü  qocalığını  etiraf  etmir  və  bizi  onun  səthində  baş 
verən olaylardan öyrənməyə çağırır. Şərqin böyük şairi Rabindranat Taqorun yazdığı 
kimi: 
     Dünya  bir sərt müəllimdir. 
     Keçirir ürəklərimizi sınaqdan. 
     Biz hamımız öyrənirik məktəbdə
     Dünya adlanan bir atadan. 
        Atanı,  valideynlərimizi  saydığımız  kimi  dünyanın  da  nəsihətlərinə  onlarınkı tək 
qulaq assaq, yalnız qazanmış olarıq. 
     
                                          Son 
 
 
 
 
 
 
 
 
 
 


191 
 
 
 
Telman Orucov 
 
 
Şahmat dünyası və ilahə Kaissanın kahinləri 
 
Şahmat: mənşəyi və inkişafı. Oyun qaydaları 
 
Bütün  oyunlar  içərisində  şahmatın  icadını,  meydana  gəlməsini  onu  insan 
zəkasının inkişafına xidmət edən bir növ hesab etməklə, ümumi proqressdə xüsusi bir 
mərhələ kimi qəbul etmək olar. Bu oyun ağılın inkişafına, güclənməsinə böyük təsir 
göstərən əyləncə vasitəsinə çevrildi və dünyanın əksər hissələrinə yayılmağa başladı. 
Futbol  azarkeşləri  kütləviliyinə  görə  öz  sevimli  oyunlarını  daha  vacib  hesab  etsələr 
də,  lakin  çox  istedadlı  oyunçular  istisna  olmaqla,  futbolda  bilavasitə  ağılın  itiliyi  o 
qədər  də  mühüm  rol  oynamır.  Şahmatda  isə  əksinə,  ən  sadə  oyunçu  belə  bu  oyunu 
oynayarkən  ağıl,  intellekt  rəqabətinə  girməli  olur.  Digər  tərəfdən,  şahmatla 
müqayisədə  futbol,  yaşına  görə  hələ  körpə  kimidir,  onun  min  ildən  sonra  necə 
olacağını təsəvvür etmək də asan məsələ deyildir.  
Şahmatı, əlbəttə ki, böyük ixtiralardan biri hesab etmək olar. Axı bəşəriyyətin 
elə ixtiraları vardır ki, onlar zaman dəyişsə də, sıradan çıxmırlar, istifadədə qalmaqda 
davam  edirlər.  Çörəyi  ilk  dəfə  bəşər  qidasına  daxil  edənlərə  indi  də  minnətdar 
olmalıyıq,  axı  minlərlə  rəngarənglikdə  qida  növləri  yaransa  da,  çörək  milyardlarla 
insanlar  üçün  öz  dəyərini  hələ  də  itirmir.  Qədim  insan  zeytundan  yağ  almağı, 
üzümdən  şərab,  arpadan  pivə  düzəltməyi  öyrənmişdi  və  bu  gün  də  dünyanın  hər 
yerində onlardan istifadə olunur. Texniki ixtiralar içərisində təkərin meydana gəlməsi 
bir  inqilabi  yenilik  idi.  Ona  qədər  insan  öz  yaşayış  evini,  özünü  əhatə  edən  mühiti 
yaratmaq  üçün  təbiəti,  göy  cisimlərini  təqlid  etmək  yolunu  tuturdu.  Təkərin 
hərəkətinin  isə  təbiətdə  heç  bir  analoqu  yox  idi,  canlılardan  heç  birində  bu  növ 
hərəkətə rast gəlinmirdi. Fırlanmaqla irəli, bəzi hallarda isə geri hərəkət etməklə təkər 
gələcək  bütün  nəqliyyat  növlərinin icad  olunmasına  yol  açdı.  XX  əsrin  əvvəllərində 
isə  döyüş  maşını  olan  tanka,  sonra  isə  iri  traktorlara  çöl  şəraitində  müqavimətsiz 
hərəkətinə  imkan  yaratmaq  üçün  tırtıllar  icad  edildi.  Təkəri  tanımayan  hindular 
(əslində  onların  qoşqu  heyvanları  da  yox  idi)  ispan  işğalına  qədər  yükü  kiçik 
həcmlərdə bellərində daşıyırdılar. Təkər insanı ağır zəhmətdən xilas etməklə yanaşı, 
ən uzaq məsafələrə belə ağla sığmayan həcmlərdə yüklərin daşınmasına şərait yaratdı.  


192 
 
Şahmatın  icadını  öz  sələfləri  olan  bütün  digər  oyunlardan  mürəkkəbliyinə  və 
ağıldan daha çox istifadəyə əsaslandığına görə də təkərin ixtira edilməsi ilə müqayisə 
etmək  heç  də  düzgün  olmazdı.  Şahmat  fərdlərə,  təkər  isə  bəşəriyyətə  xidmət  edir. 
Lakin bunun özü də şahmatın dəyərini azalda bilməz. Şahmat taxta üzərində döyüşə 
girməyə  hazırlaşan  və  bunu  təxirə  salmadan  üz-üzə  dayanmış  iki  ordunu  xatırladır. 
Döyüş isə insana lap çox qədimdən tanış idi. Şahmat əslində silahlı döyüşün miniatür 
formasını təmsil edir. Şahmat müharibə təcrübəsinə əsaslanır, onun strategiyasını və 
taktikasını özündə ehtiva edir. Müharibə heç də adi, sadə iş olmadığı kimi, şahmatda 
da  zahiri  görünüşdən  fərqli  olaraq  elə  bir    sadəlik  yoxdur  və  şahmatçılar  da 
müharibəni özünə sənət kimi seçən hərbçiləri xatırladırlar.  
Bir  idman  növü  kimi  şahmatı  elmin,  zəkanın,  incəsənətin  müsabiqəsi  hesab 
etmək  olar.  Onun  idmana  xas  olan  xüsusiyyətləri  mövcud  olsa  da,  tam  fərqli 
cəhətlərdən  də  xali  deyildir.  Burada  nəzəriyyəyə,  əvvəllər  mövcud  olmuş  məşhur 
oyunçuların  təcrübəsinə  bələdçilik  az  rol  oynamır.  Oyun  vaxtı  meydana  çıxan 
problemləri  həll  etməkdə  birinci  növbədə  ağıl  və  iradə  köməyə  gəlir.  Yalnız 
nəzəriyyəyə  dərindən  bələd  olanlar  isə  çox  hallarda  güclü  şahmatçılara  çevrilə 
bilmirlər, yaxşı halda onlara məşhur şahmatçılara məşqçilik etmək nəsib olur. Onlar, 
zəhmətləri lazımınca qiymətini almayan  sıravi  arxeoloqları  xatırladırlar. Şahmatdakı 
mürəkkəblik  insanın  fiziki  və  psixoloji  imkanlarını  bütünlüklə  sınağa  çəkir.  Hər 
gedişdə onu təkcə həmin ana xas olan çətinliyi dəf etmək deyil, həm də perspektivi, 
xüsusən rəqibin əks reaksiyasını nəzərə almaq vacib əhəmiyyətə yiyələnir. Şahmatçı 
təkcə  rəqibi  ilə  deyil,  həm  də  özündəki  zəifliklərlə,  şirnikləndirilmə  ilə  mübarizə 
aparmalı  olur.  Kronos  öz  övladlarını  yeyən  kimi,  oyuna  ayrılmış  vaxt  da,  zaman 
ölçüsü  də  şahmatçının  əsəblərini  didib-dağıtmaqla  məşğul  olur.  Çünki  müəyyən 
zaman  müddətində  o,  bütün  əqli  imkanlarını,  biliyini,  öyrəndiyi  xəzinədən  nəyə 
müraciət  etməyi  səfərbərliyə  almalı,  ilk  gedişdən  tutmuş  son  qələbə  və  ya 
məğlubiyyət  anına  qədər  bütün  ruhi  gücünü  tam  gərginlikdə  saxlamalıdır.  Sayıqlığı 
azca itirmə daha ağır problemlər əmələ gətirir. Yayın dartılma səviyyəsi onun hədəfə 
dəyməsinə şərait yaratdığı kimi, şahmatçı da mahir oxatan tək bütün diqqətini oyunun 
inkişafına yönəltməlidir. Burada onun müşahidə etmə, seçim etmə qabiliyyəti ağılın, 
iradənin  hökmranlığına  tabe  olur  və  ya  onlar  qarşılıqlı  qaydada  bir-birinə  təsir 
göstərirlər. Bu simbioz şahmatçının nəyə qadir olduğunu göstərir. 
Şahmatdakı  mübarizə  elmi  və  məntiqi  dayaqlara  əsaslanır.  Hər  iki  tərəf 
partiyanın  əvvəlində  döyüş  qüvvələri  və  onların  dəyərlərinə  görə  tam  bərabər 
vəziyyətdə  olur.  Şahmat  ordularında  yer  dəyişmə  və  döyüşçülərin  hərəkətləri  eyni 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə