Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə91/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   87   88   89   90   91   92   93   94   ...   97

195 
 
xanaya  malik  olur.  Ağ  piyadalar  elə  bil  ki,  yuxarıya  doğru  hərəkət  edirsə,  qara 
piyadalar da müvafiq olaraq aşağıya doğru hərəkət edir. 
Hər  bir  rəqib  16  fiqura  malik  olur,  biri  açıq  rəngdə  olmaqla  ağ  tərəf  hesab 
olunur, digəri, qara rəngdə başlayan isə qara tərəf hesab olunur. Bu fiqurlar dəstəsinin 
hər  ikisi  bir-birilə  üz-üzə  yerləşmişdir,  vuruşmağa  hazır  olan  iki  düşmən  qoşununu 
xatırladırlar.  Birinci  cərgədə  o  fiqurlar  yerləşir  ki,  onlar  özlərinin  beş  növü  ilə  bir-
birindən fərqlənirlər. Şah, vəzir, top, fil, at adlanan bu fiqurların qarşısındakılar ikinci 
dəstəni əmələ gətirir və piyadalar adlanırlar. Onların da sayı səkkizdir. Beş fiqurdan 
ikisi  -  şah  və  vəzir  təkdirlər,  top,  fil  və  at  isə  cüt  saydadır.  İkimənalılıqdan  qaçmaq 
üçün iri fiqurlar və piyadalar birlikdə bəzi hallarda maddi qüvvə kimi qəbul olunurlar.  
Ser  Uilyam  Cons  Kaissanı  yaratmaqla  yanaşı,  özünün  «Hind  oyunu  olan 
şahmat  haqqında»  essesində  Hindistanın  şahmatın  beşiyi  olduğu  barədəki  ideyanı 
müdafiə edir. Göstərir ki
 həmin  oyun  qədim  dövrlərdən  çaturanqa  adı  ilə  məşhur  idi.  Bu  sözün  mənalandığı 
dörd  ordu  hissələri  -  fillər,  atlar,  arabalar  və  piyada  əsgərlər  olmaqla  qədim  hind 
eposunun tərcüməsindən götürülmüşdü. O, sübut etməyə çalışırdı ki, çaturanqa bizim 
eranın  VI  əsrində  bir  oyun  kimi  Persiyada  tətbiq  edilmiş  və  oradan  Şartanc  (və  ya 
şirtanc) adı altında Ərəb ərazilərinə yayılmışdır. «Şatranc» sanskrit dilindəki «dörd» 
mənasını  verən  «şatr»  və  «dəstə»  mənasını  verən  «anqa»  sözlərinin  birləşməsindən 
ibarət idi. Hind mistitsizminə görə «şatranc» kainatı, onun dörd tərəfi isə Yerin dörd 
elementini - torpağı, havanı, odu və suyu, həmçinin dörd mövsümü təmsil edir.  
H.Marrey  isə  özünün  «Şahmatın  tarixi»  əsərində  belə  bir  nəticəyə  gəlir  ki, 
şahmat  hind  oyununun  törəməsi  olub,  Qərbdə  VII  əsrdən  yayılmağa  başlamışdır. 
Onun  versiyasına  belə  bir  hipoteza  da  əlavə  olunur  ki,  şahmatın  başlanğıcına, 
quruluşuna  və  cazibədarlığına  qədim  simvolizmin  müəyyən  elementlərinin 
xüsusiyyətləri  uyğun  gəlir.  Şahmatın  inkişafı  genetik  olaraq  qədim  dövrlərin  gizli 
sirləri  və  dini  ritualları  ilə  birləşir.  Şahmatçıların  seçimi  və  şahmat  hərəkatı  kosmik 
elementlərlə  də  əlaqələndirilir  və  hətta  belə  bir  fikir  də  irəli  sürülür  ki,  adamların 
şahmat  taxtası  arxasında  oynaması  həm  də  astronomiyaya  və  kainata  müəyyən 
işarədir. 
Sehrli  xanalardakı  şahmat  hərəkətləri  və  bəzi  cəngavər  («at»  fiquru  ingilis 
dilində knight - «rıtsar», yəni «atlı» deməkdir, çünki avropalı rıtsar - cəngavər yalnız 
at üstündə güclü, qüdrətli döyüşçüyə çevrilirdi, piyada olduqda isə 40 kiloqramlıq ağır 
zirehli  paltarda  hətta  yeriməyə  çətinlik  çəkirdi)  səfərləri  elə  vəziyyət  yaradır  ki, 
burada rıtsarlar («atlar») taxta üzərində hər bir xanaya toxunmaqla dövr edirlər. Bütün 
bu simvollar şahmat kimi stolüstü oyunlardan müharibə meydanına keçmişdi.  


196 
 
Alleqorik  qaydada  olan  çox  sayda  pritçalar  -  ibrətamiz  hekayətlər  və 
metaforalar  əsrlər  ərzində  şahmat  sirlərinə  cəlb  olunurdu  və  şahmat  motivləri 
ikonaqrafiyada xüsusi cazibədarlıq yaradırdı.  
 Bu mürəkkəb oyun müsəlmanlar vasitəsilə ispanlara, bizanslılar tərəfindən isə 
italyanlara  keçmişdir.  Bundan  sonra  isə  Avropanın  içərilərinə  ayaq  açmışdı.  Oyun 
tezliklə  kübarlığın  ən  sevimli  əyləncəsinə  çevrildi.  Şahmat  populyarlaşdıqca  və 
küçələrdə xalqın içərisinə çıxdıqca müsəlman və xristian kilsələrinin müqaviməti ilə 
qarşılaşdı.  Axı  ruhanilər  heç  vaxt  yeniliyi,  xüsusən  biliklə,  elmlə  əlaqədar  olan 
yeniliyi  müsbət  qarşılamırdılar,  ona  qadağa  qoymağa  çalışırdılar.  Yeni  Dünyadan  - 
Amerikalardan  gətirilən  və  tanış  olmayan  ərzaq  bitkilərinin  adlarının  Bibliyada 
çəkilmədiyini əsas götürərək xristian kilsəsi onların istehlakına, əkilib-becərilməsinə, 
məhsul istehsalına zidd çıxırdı. İnsanlar kütləvi şəkildə aclıqdan əziyyət çəksə də olar, 
təki  dini  ehkamlara  xələl  gəlməsin.  Ona  görə  də  dinlər  bu  dəfə  də  iti  silahları  olan 
qadağalara əl atmaq yolunu tuturdu.  
Şahmat  Avropaya  daxil  olduqdan  sonra  oyunun  qaydaları,  gedişləri  və 
qanunları mühüm dəyişikliklərə məruz qaldı və oyun prosesi xeyli sürətləndi. «Vəzir» 
öz adını, cinsini və qüdrətini dəyişdirməli oldu. Şatrancda bu fiqur «farz» və ya «firz» 
adlanırdı. Bu da «müşavir» və ya «general», qədimdə isə «nazir» mənasını verirdi. Bu 
mənalar da Azərbaycan dilindəki «vəzir» termininin mahiyyətinə daha yaxındır. Rus 
dilində isə bu fiquru qədim adına yaxın olan «ferz» adlandırırlar. Fransızlar bu sözü 
«fierse»,  «fierce»  və  ya  «vierce»  («bakirə»)  kimi,  dəyişdirdilər,  bu  isə  onun  qadın 
cinsinə aid olduğunu bildirirdi. Ona görə də bəzi Avropa dillərində bu fiqura əsasən 
«kraliça» deyilir. İngilis dilində bu söz «queen» kimi səslənir.  
Digər  bir  dəyişiklik  də  ondan  ibarət  idi  ki,  köhnə  piyada  səkkizinci  xəttə 
çatdıqda, onun qiyməti yüksəlir və farza («vəzirə») çevrilirdi. Başqa heç bir fiqur isə 
buna qadir deyildi. Beləliklə, piyada sonrakı yüksək rütbəli xanıma və ya kraliçaya - 
queen-ə çevrilirdi. Məhz həmin vaxtdan da «vəzir» fiquru dama (nəcib qadın), donna 
və başqa dillərdəki buna bənzər qaydada adlanmağa başladı.  
Şah keçmişdə yalnız iki diaqonal xətdə hərəkət edə bilərdi, bu vaxt isə artıq hər 
tərəfə  bir  xana  irəli  və  geri,  həmçinin  yana  addımlaya  bilərdi.  Nəticədə,  şah  taxta 
üzərində  ən  zəif  fiqura  çevrildi,  çünki  hərəkət  etməyə  qadir  olduğu  kimi  ona  həmin 
səkkiz istiqamətdən də həmlə gələ bilərdi.  
Fil  əgər  diaqonalla  cəmi  iki  xana  hərəkət  edə  bilərdisə,  bu  vaxt  artıq  bütöv 
diaqonal boyu gediş edə bilərdi. Persiyalılar arasında bu fiqur «pil» adlanırdı, bu isə 
«fil» demək idi. Ərəblər isə öz əlifbalarında «p» hərfi olmadığından, onu «fil» kimi və 
öz  artikulları  ilə  «al-fil»  kimi  yazırdılar.  Azərbaycan  dilində  həmin  fiqur  «fil»,  rus 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə