Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə94/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   89   90   91   92   93   94   95   96   97

202 
 
şərait  yartmağa  kömək  etdi.  O,  öz  titulunu  qoruyub  saxlamaqdan  əslində  imtina 
etdikdə, meydana yenidən sovet şahmatçıları çıxdı. FIDE ilə uzun sürən danışıqlardan 
sonra  Fişer  iddiaçı  ilə  oynamaqdan  imtina  etdi.  1973-cü  ildə  Anatoli  Karpov  
iddiaçıların  final  matçında  V.  Korçnoyu  məğlub  etmişdi.  Ona  görə  də  1975-ci  ildə 
FİDE prezidenti Maks Eyve Karpovu dünya çempionu elan etdi. Sonrakı turnirlərdə 
Karpov bu şərəfə layiq olduğunu öz yüksək nəticələri ilə təsdiq etdi. 1978 və 1981-ci 
illərdə Karpov Baqioda və Meranoda keçirilən matçlarda Korçnoyu məğlub edib, öz 
ali  titulunu  qoruyub  saxladı.  On  il  ərzində  o,  dünya  şahmat  aləmində  ən  nüfzlu 
idmançıya çevrildi və ona layiqli rəqabət göstərən bir adam yox idi.  
Əlbəttə, SSRİ-də şahmat çox geniş yayılmışdı və bu kütləvilik yeni istedadların 
meydana  çıxmasına  şərait  yaratdı.  Sovet  Şahmat  Federasiyası  ilə  digər  ölkələrin 
federasiyaları  arasında  dərin  uçurum  var  idi.  Sovet  İttifaqında  əgər  federasiya  3,2 
milyon  nəfəri  birləşdirirdisə,  həmin  vaxt  Birləşmiş  Ştatlarda  federasiyanın  15  min, 
Böyük  Britaniyada  isə  8  min  üzvü  var  idi.  Qərbi  Almaniyada  üzvlərin  sayı  1970-ci 
illərdə  50  min,  Niderlandda  isə  16  min  nəfər  idi.  Mübaliğəsiz  demək  lazımdır  ki, 
SSRİ-də  şahmat  milli  idman  növü  idi.  Burada  sadə  adamlar  şahmat  oyunun 
anadangəlmə gözəlliyini qiymətləndirə və başa düşə bilirdi.  
Yəqin  ki,  heç  kəs  belə  bir  faktı  inkar  edə  bilməz  ki,  ümumiyyətlə,  XX  əsrdə 
idman  böyük  cazibə  qüvvəsinə  və  bunun  nəticəsi  kimi  kütləviliyə  yiyələndi. 
Professional  idmanda  isə  ad-san  qazanmaq  heç  də  asan  məsələ  deyildir,  bu,  adətən 
böyük  istedadın,  ağır  zəhmətin,  güclü  ağılın,  dözümlülüyün  və  iradənin,  bəzən  isə 
bəxti  gətirmənin  nəticəsi  kimi  meydana  çıxır.  İdman  növlərində  «yüngül»  (yüngül 
atletika), «bədii» (bədii gimnastika) sözləri işlənsə də, bu sözlər adətən onun zahiri, 
fərqli görüşünü bildirir, onun zirvəsinə yüksəlməkdə heç bir yüngül yol yoxdur.  
İdman həyatı ağır sınaqları, cana doyduran məşqləri ilə romantikadan da çox uzaqdır. 
Hər bir idman növü özünə məxsus olan ağır yükə, bədəni və bəzən ruhu da taqətdən 
salan zəhmətə dözməyi tələb edir. İdmançılar daim bir alətdə çalmaqdan yorulmayan, 
bu  yolla  sənətkarlığını  artıran,  virtuozluğa  yiyələnməyə  çalışan  musiqiçiləri 
xatırladırlar.  İdman  insanda  yeni  fiziki  və  əqli  imkanlar  açır,  əsasən  yüksək  əxlaqi 
keyfiyyətlər formalaşdırır.  
Yuxarı sinfə məxsus olan gənclər bir qayda olaraq idmana maraq göstərmir, ən 
yaxşı  halda  bodibildinqlə  -  bədəni  göz  oxşayan  formaya  salmaq  növünə  üstünlük 
verirlər.  Ona  görə  də  idmançı  karyerası  onlar  üçün  əsasən  yaddır,  bu  kastanın 
nümayəndələri daha çox qladiator oyunlarından həzz alan qədim romalılar kimi idman 
tamaşalarını  bir  əyləncə  növü  hesab  edir,  onlara  yalnız  bu  nöqteyi-nəzərdən  maraq 
göstərirlər.  Qladiatorun  vəhşi  heyvan  və  ya  rəqibi  tərəfindən  parçalanması  da 


203 
 
tamaşaçılarda heç bir mərhəmət hissi doğurmurdu, axı onlar qan axıdılmasına tamaşa 
etməkdən  həzz  alırdılar.  Professional  idmandan  yuxarı  dairələr,  dövlət  rəhbərləri  öz 
ölkəsinin təbliğatı, reklamı üçün istifadə edirlər. İdmanın inkişafı ümumi inkişafın bir, 
özü  də  xüsusi  qiymətə  sahib  olan  cəhəti  kimi  nümayiş  etdirilir.  Beləliklə,  idman 
cəmiyyət üçün vitrin şüşəsi rolunu oynayır.  
Həyatın  digər  sahələrində  uğur  qazanmağa  ümid  bəsləməyənlər  idmana  daha 
çox  maraq  göstərirlər,  ona  özlərinin  yaşayışı  üçün  bolluq  yaradan  «Amalteya 
buynuzu»  kimi  baxırlar  və  bəzən  bu  ümidlərində  heç  də  yanılmırlar.  Cek  London 
özünün  «Meksikalı»  hekayəsində  haqlı  olaraq  qeyd  edir  ki,  idman  yalnız  kasıb, 
yoxsul  ailələrdən  olan  gənclərin    qismətidir.  İmkansız  ailələrin  uşaqları  yoxsulluq 
qurşağının  amansız  boğmasından  qurtulmaq  üçün  idmanın  hansısa  bir  növü  ilə 
məşğul  olmağı  seçir.  Bir  çox  hallarda  bu,  ona  ən  azı  çörək  qazanmaq  imkanı  verir, 
bəzən  isə  şan-şöhrətlə  yanaşı,  onu  həm  də  varlı  həyat  sürməyə  çatdırır.  Amerikanın 
qara dərili boksçuları və ya basketbolçuları təkcə dünya şöhrətinə yiyələnməyib, həm 
də varlı adamlara çevrilmişlər.  
Şahmat da rəqabət, yarış səhnəsi olduğuna görə idman növü hesab olunur, bu 
oyunda əsasən digər növlərdə olduğu kimi, qalib və ya məğlub müəyyən olunur. Qalib 
zirvəyə  doğru  irəliləməyə  başlayır,  istedadı  ilə  yanaşı,  zəhməti,  nəzəriyyəni  yaxşı 
bilməsi  ilə,  dünyanın  qabaqcıl  şahmat  təcrübəsinə  yiyələnməklə  daha  böyük 
nailiyyətlərə imza ata bilir.  
Şahmat həm də olduqca mürəkkəb oyundur, müharibədə hər qoşun növünün öz 
vəzifəsi və başqaları ilə öz hərəkətini əlaqələndirmə qabiliyyəti olduğu kimi, burada 
da  piyadaların  və  böyük  fiqurların  funksiyaları,  vəzifələri,  hücum  və  müdafiə 
olunmaq  variantları  vardır.  Strateji  məqsəd  isə  aydındır  -  qalib  gəlmək  və  mümkün 
olduqca  məğlubiyyətdən  yayınmaq.  Tətbiq  edilən  taktiki  gedişlər  də  məhz  bu 
məqsədə xidmət etməlidir. Çin filosofu Sun-Tszının qeyd etdiyi kimi, «strategiyasız 
taktika - ancaq məğlubiyyətdən əvvəlki hay-küydür».  
Şahmatda  yeganə  bir  demokratik  qayda  da  mövcuddur,  sağ  qalıb  səkkizinci 
xəttə  çıxan  piyada  vəzir  səlahiyyətlərinə  yiyələnə  bilir.  Bu  qədim  çinlilərin 
meritokratiyasını - əyalətdən olan sadə adamın uğurlu imtahanlardan sonra imperator 
sarayında vəzifə tutmasını yada salır. Lakin orduda sıravi əsgər nadir hallarda rütbəcə 
böyüyüb, generala  çevrildiyi kimi, şahmatda da bu çevrilmə  olduqca az hallarda  baş 
verir.  Sıravi  əsgər  kimi  piyadanın  da  xoşbəxt  aqibətinə  heç  də  addımbaşı  rast 
gəlinmir.  
Şahmat  ağıl,  iradə,  dözümlülük,  bəlkə  də  bir  qədər  müsəlmansayağı  deyilsə, 
özünü doğruldan səbir tələb edir. Müdafiə imkanlarını hazırlamadan, bu vacib cəhətə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə