Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi


Şahmatda dünya çempionluğu zirvəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə96/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   89   90   91   92   93   94   95   96   97

206 
 
 
Şahmatda dünya çempionluğu zirvəsi 
 
XX  əsr  həm  də  dünyanın  şahmat  ailəsinə  çox  sayda  görkəmli  şahmatçılar, 
qeyri-adi  istedada  malik  olan  ustalar  bəxş  etmişdir.  Onların  yaradıcılığı  sahəsində 
şahmat  nəzəriyyəsi  və  təcrübəsi  xeyli  zənginləşmiş  və  dərinləşmişdir.  Uzun  müddət 
ərzində  SSRİ-də,  sonra  isə  postsovet  məkanında  çox  qüvvətli  şahmatçılar  nəsli 
meydana gəlmişdir. Başqa ölkələrdə də şahmat iri addımlarla inkişaf etmişdir. 1970-ci 
illərdə dünya çempionu olmuş amerikanın şahmatçısı Bobbi Fişer, şahmatın vətəninin 
yetirməsi,  XXI  əsrin  əvvəllərində bu adı  qazanan hindli  Viştvanatan  Anand, yeganə 
bolqar  dünya  çempionu  olan  Veselin  Topalov  və  nəhayət,  şahmat  səmasında  uzun 
fasilədən  sonra  parlayan  Qütb  ulduzu  timsallı  gənc  norveçli  Maqnus  Karlsen  öz 
oyunları ilə şahmat dünyasına yeni naxışlar vurmuşlar.  
SSRİ-də  isə  1948-ci  ildə  dünya  çempionu  adına  sahib  olan  Mixail  Botvinnik 
həm  də  dünya  çempionluğu  matçlarına  bir  dramatizm  elementləri  gətirmişdi.  O,  öz 
titulunu  qorumaq  üçün  üç  dəfə  iddiaçılarla  mübarizə  aparmış,  bir  dəfə  heç-heçə 
(12:12)  nəticəsi  ilə  titulu  əlindən  verməmiş,  iki  dəfə  məğlub  olduqdan  sonra  qisas 
matçlarında  qalib  gələrək,  yenidən  çempionluğu  özünə  qaytarmışdı.  Beləliklə,  o, 
1948-57, 1959-60 və 1961-63-cü illərdə şahmat aləminin fəxri kürsüsündə əyləşmişdi. 
İlk heç-heçəni 1951-ci ildə David Bronşteynlə oynamış, 1957-ci ildə Vasili Smıslova, 
1960-cı  ildə  isə  Mixail  Tala  uduzmuşdu,  lakin  sonradan  onlardan  titulu  geri  ala 
bilmişdi.  Lakin  1963-cü  ildə  Tiqran  Petrosyana  uduzmaqla,  dünya  çempionluğu  ilə 
birdəfəlik vidalaşmışdı. 
23  yaşlı  Mixail  Talın  Botvinnik  üzərində  qələbəsi  böyük  hay-küyə  səbəb 
olmuşdu.  Bu  vaxtlar  yeniyetməlik  dövründə  heç  13  yaşına  çatmamış  qrossmeyster 
tituluna  yiyələnən  ukraynalı  şahmatçı,  hazırda  Rusiya  bayrağı  altında  çıxış  edən 
Sergey  Karyagin  hələ  dünyaya  gəlməmişdi.  Botvinnik  üzərində  qələbə  sensasiya 
xarakteri daşıyırdı, özü də dünya çempionunu ağlasığmayan kombinasiyalarla udması 
möcüzə kimi qəbul olunurdu. Mixail Tal sadəcə dünya çempionu olmadı, o, populyar 
qəhrəmana çevrildi. Lakin sonra o, qisas matçını uduzdu və özünün o vaxtlar anasına 
dediyi,  ən  gənc  eks-çempiona  çevrilməsi  barədəki  sözlər  indiyədək  təkzib 
olunmamışdır.  Sonrakı  illərdə  dəfələrlə  SSRİ  çempionu  olsa  da,  bir  daha  həmin 
parlaqlıqla işıq saça bilmədi. Bəlkə də ona spirtli içkiyə olan meyli öz mənfi təsirini 
göstərmişdi.  Tiqran  Petrosyan  isə  onun  bu  zəifliyini  xüsusi  vəchlə  qeyd  edir,  Talın 
simasında alkoqolun adamı öldürməsinə inanmadığını vurğulayırdı.  


207 
 
Əslində isə Tal əsl şahmat passionarisi idi və özündən sonra gələn gələcək gənc 
dünya  çempionları  olan  Boris  Spasskiyə,  Robert  Fişerə,  Anatoli  Karpova,  Qarri 
Kasparova və xeyli şahmat istedadlarına Edmund Hillari ilk dəfə dünyanın ən yüksək 
zirvəsi  olan  Everestə  qalxmaqla  digər  alpinistlərə  nümunə  göstərdiyi  kimi,  şahmat 
zirvəsinin  də  gənclər  tərəfindən  fəth  ediləcəyi  şansının  real  mövcudluğunu  nümayiş 
etdirdi.  Çünki  ona  qədər  şahmat  aləmində  yaşlı  idmançılar  ağalıq  edirdi.  Ən  gənc 
dünya çempionu hesab edilən Kapablanka bu titula 33 yaşında yiyələnə bilmişdi. Tal 
isə öz qələbəsi ilə elə bil ki, qocaların inhasarına son qoymağa cəhd etdi və sonrakı 
gənclər  bu  işi  birdəfəlik  başa  çatdırdılar  və  şahmat  «ahılları»  bir  daha  ali  şahmat 
zirvəsinə  yaxınlaşa  bilmədilər  və  gənclər  artıq  öz  inhisarlarını  yaratdılar.  Şahmat 
aləmindən  təkcə  yaşlı  Sovet  qrossmeysterləri  deyil,  həm  də  amerikan  Semyuel 
Reşevski və argentinalı Migel Naydorf kimi patriarxlar da uzaqlaşdılar.  
Şahmat  öz  təbiətinə  görə  beynəlxalq  oyundur,  onun  məkanı  bütün  dünyadır. 
Təəssüf  ki,  başqa  sahələrdə  olduğu  kimi,  şahmat  rəqabətinə  də  millətçilik,  ideoloji 
təsirlər müdaxilə etməyə başladı. 1963-cü ildə Botvinniklə Tiqran Petrosyanın matçı 
başlananda  Bakıda  yaşayan  ermənilər  köhnə  dünya  çempionunu  ələ  salırdılar,  hətta 
şahmat taxtası arxasında ördəklə («bat» erməni dilində «ördək» deməkdir, Botvinniki 
nəzərdə  tuturdu),  guya  onu  bir  zərbə  ilə  əzməyə  hazır  olan  erməni  şahmatçının 
oynadığını təsvir edən açıqca onların arasında istehza vasitəsi kimi əl-əl gəzirdi. Qalib 
gələn  Petrosyan  az  qala  ermənilərin  milli  qəhrəmanına  çevrildi.  Kasparov  Bakıda 
böyüdüyü kimi, Petrosyan da Tbilisidə boya-başa çatmışdı. Lakin bir qədər sonra o, 
qalib  haləsini  itirib,  1971-ci  ildə  Bobbi  Fişerə  heç  bir  müqavimət  göstərə  bilmədi, 
artıq onun öyündüyü müdafiə qalxanı da deşilib, əvvəlki qüdrətini itirmişdi.  
1985-ci ildə Qarri Kasparov ilk dəfə dünya çempionu olanda bu hadisə, əlbəttə 
ki,  onun  vətəni  olan  Bakıda  sevinc  hissi  ilə  qarşılanmışdı.  Onun  şahmatçı  kimi 
uğurlarında  doğma  şəhərinin,  ona  göstərilən  qayğının  payı  az  deyildi.  Karpovla 
matçda isə kömək kimi hər cür vasitələrdən istifadə edilmişdi, hətta ekstrasens Tofiq 
Dadaşov da onun rəqibinə mənfi təsir göstərmək üçün mübarizədə kömək göstərməyə 
göndərilmişdi. Azərbaycanlı olan bir əyalət sakini hətta qələbə naminə dua yazdırıb, 
onu Kasparova verməsilə qürrələnirdi. Beynəlmiləlçiliyi ilə seçilən Bakı yeni dünya 
çempionuna  öz  doğma  övladı  kimi  baxırdı,  bu  vaxt  onun  mənşəyi  heç  yada  da 
düşmürdü. Lakin bir qədər sonra Kasparov doğulub, şahmatda ilk uğurlu addımlarını 
atdığı şəhərə minnətdarlıqdan çox uzaq olan münasibət göstərməyə başladı, anasının 
mənsub    olduğu  erməni  millətinin  marginallarının  təsiri  altına  düşməkdən  qaça 
bilmədi.  Məhz  qatı  erməni  millətçiləri  iki  qonşu  xalq  -  azərbaycanlılarla  öz  xalqı 
arasında  düşmənçilik  toxumu  səpmiş,  bu  dalğa  start  götürəndə  yüz  minlərlə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə