Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə95/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   89   90   91   92   93   94   95   96   97

204 
 
qayğı göstərmədən hücuma atılma ehtirası uzun müddət davam edə bilmir, bir qədər 
sonra  isə  kəskin  müqavimət  nəticəsində  sönür.  Çünki  zəif  müdafiə  hücuma  keçən 
oyunçu üçün «Axilles dabanı» rolunu oynayır. Rəqib bu zəif mövqedən agah olduqda, 
əlverişli  vəziyyət  onun  müşahidəsindən  yayınmadıqda  əks-hücuma  keçmək  fürsətini 
əldən vermir. Beləliklə, nəinki əvvəlki hücum qızğınlığından əsər-əlamət qalmır, həm 
də  rəqib  oyunun  davamını  öz  xeyrinə  dəyişərək,  ən  azı  strateji  və  ya  psixoloji 
üstünlüyə yiyələnir.  
Müharibədəki  döyüş  taktika  və  strategiyanın  uğurlu  sintezindən  asılı  olduğu 
kimi,  şahmatdakı  döyüş  də  özünün  kiçik  və  iri  planlarından  xali  deyildir.  Oyunçu 
geniş nəzəri və təcrübi diapazona malikdirsə, oyun səhnəsində rəqibin hər gedişindən 
sonra qarşıdakı pozitiv perspektivi və həm də təhlükələri  bütünlüklə nəzərə  almaqla 
yanaşı,  özünün  hərtərəfli  həmlə  imkanlarını  da  yaddan  çıxarmır.  Şahmatda  bilik, 
yaddaş,  gözlənilməz  gedişi  etmək  bacarığı  mühüm  rol  oynayır.  Bu  gediş  rəqibi 
çaşdırmağa  xidmət  etməlidir.  Həm  də  rəqibin  tətbiq  etdiyi  yeniliyə,  tanış  olmayan 
gedişə  cavab  tapmaqda  xüsusi  qabiliyyət  nümayiş  etdirməli,  yeni  çağırışı  mərdliklə 
qəbul etməyi bacarmalıdır. Şahmat kombinasiya bacarığı tələb edən oyundur, burada 
kombinasiya  oyunun  inkişafında  gözlənilməyən  yeni  üfüqlər  açır.  Bilik,  təcrübə 
qalxan  rolunda  çıxış  edirsə,  cəsarət,  təklif  olunan  labirintdən  çıxış  yolu  tapmaq 
bacarığı, öz cəbbəxanasında olan «Ariadna sapı» daha böyük əhəmiyyət qazanır.  
Şahmatçının oyun boyu çəkdiyi zəhmət, əsəb gərginliyi ölçüyəsığmazdır, bunu 
məşhur  ingilis  zooloqu  Cerald  Darrelin  «Kenquru  balası»  əsərindəki  bir  oxşar 
mənzərə  ilə  müqayisə  etmək  olar.  Müəllif  Avstraliyada  kenqurunun  bala  doğmasını 
müşahidə edib, bunu ustalıqla qələmə almışdır. İri heyvan olan dişi kenquru olduqca 
kiçik  -  kibrit  qutusu  boyda  bir  bala  doğur  və  o  quş  yumurtasından  çıxan  ətcəbalanı 
yada  salır.  Bu  kiçik  varlıq  dünyaya  gələn  kimi,  acından  ölməmək,  öz  həyatını  hifz 
etmək üçün ölüm-dirim mübarizəsi aparmalı olur. O, tez qaydada anasının kisəsində 
olan məməsini əmmək üçün, cod tüklərin arası ilə qala timsallı o kisəyə qalxmalıdır. 
Bu uzun yolu, özü də bədəninin az qala deşən tüklərin arası ilə qət etməlidir. Azacıq 
geciksə,  aclığın  nəticəsi  olan  ölüm  onun  yenicə  başlanan  həyatına  bir  andaca  son 
qoyacaqdır.  Böyük  əziyyət  hesabına,  bu  kiçik  canlı  ət  parçası,  nəhayət,  dırmaşıb 
kisənin  içərisinə  girir  və  ağzı  ilə  anasının  məməsindən  elə  bərk  yapışır  ki,  nazik 
dodaqlarında  qan  əmələ  gəlir.  Darrel  kenquru  balasının  bu  ilk  və  ağır  səfərini 
alpinistlərin  Everestə  dırmaşmaları,  bu  ən  yüksək  zirvəni  fəth  etmələri  ilə  müqayisə 
edir. O, ana kenqurunun tüklərini nəzərdə tutaraq bu körpə alpinistin iri ağacları olan 
meşə  ilə  zirvəyə  yüksəlməsini  qeyd    edir,  bu  isə  çılpaq  qaya  ilə  ən  iri  zirvəyə 
dırmaşmaqdan da dəfələrlə çətin bir işdir.  


205 
 
Şahmatçı  da  kenquru  balası  kimi  uca  bir  zirvəyə  məlum  olmayan  yolla 
dırmaşmağa başlayır, bu vaxt o, ancaq öz ağlına, gücünə bel bağlamalıdır. Onun bu 
yoldakı  əziyyətlərini  də  həmin  kiçik  varlığın  üzləşdiyi  ağır  sınaqla  müqayisə  etmək 
olar. Həm də başlıca bir fərq də orasındadır ki, şahmatçıya instinkt deyil, öz ağlı və 
intellekti kömək göstərir.  
Ümumiyyətlə, şahmat oyununda çox şeylər məlum olsa da, bu rəqabət müəyyən 
qaydalara  və  prinsiplərə  əsaslansa  da,  hər  bir  oyunçu  müəmmalar  aləminə,  sirlər 
dünyasına  səyahət  etməli  olur.  Bu,  Kolumbun  Amerikaya  yollanmasını  və  ya 
Magellanın  Sakit  okeanı  üzüb  keçməsini  xatırladır.  Məqsəd,  naviqasiya  prinsipləri 
aydın olsa da, onlar məchulluq dünyasının ağır təsirinə məruz qaldıqlarından qeyri-adi 
cəsarət və fədakarlıq göstərməli oldular. Qorxaq adamdan səyahətçi, tədqiqatçı olmaz, 
səyahət hamını heyrətə salan igidlik, özünü fəda etməkdən qorxmamaq kimi çoxlarına 
möcüzəli kimi görünən xüsusiyyətlər tələb edir. Şahmat oyunu müəyyən gözə çarpan, 
açıq  görünən  mənzərələri  ilə  yanaşı,  əslində  hər  gedişdən  sonra  dəyişən,  təhlükələri 
getdikcə  artan  Terra  Incognita  -  naməlum  torpaq  təsiri  bağışlayır.  Hər  bir  oyunda 
oyunçudan «Yeni Dünyanı» kəşf etmək, tədqiq etmək bacarığı tələb olunur. Ona görə 
də şahmat heç də sadəcə bir oyun olmayıb, özündə müəmmalar yükünü daşıyan ağıl 
sınağıdır.  Bu  oyun  xəyalən  xoşbəxtlik  və  həm  də  bədbəxtlik  anlarını,  variantlarını 
təklif  edən  mübarizə,  «qanlı»  çarpışma  meydanıdır.  Şah  öləndə  qan  axıdılmasa  da, 
«şah»  çağırışına  cavab  tapılmayanda,  oyunçu  nəhəng  əsəb  gərginliyinə,  «qan 
verməyə» məcbur edilir.  
Oyunçunun  sərəncamında  hər  cür  hərəkət  etməyə  qadir  olan  qoşun  növləri  - 
müxtəlif fiqurlar vardır, onlardan nə vaxt, necə və hansı səriştəliliklə istifadə edilməsi 
isə  onun  bilavasitə  vəziyyəti  analiz  etmə,  düzgün  qiymətləndirmə  və  perspektivi 
görmək  qabiliyyətindən  asılıdır.  Redutları  möhkəm  olmayanlar  dəlisovluqla  döyüşə 
atılıb,  az  keçməmiş  məğlubiyyətlə  üzləşdiyi  kimi,  debütdə  -  oyunun  başlanğıcında 
piyadalar və ağır fiqurlar hələ lazımınca əlaqəli qaydada hərəkətə gəlib, uğur vəd edən 
mövqe yaratmadan, ağır fiqurlar ortaya atılıb meydan sulaması çox vaxt uğursuzluqla 
nəticələnir,  onların  mühasirəyə  alınıb  əsir  düşməsinə  və  nəticədə  oyunçunun  maddi 
itki  ilə  üzləşməsinə  səbəb  olur.  «Yüngül  süvari»  hücumu  yaxşı  nəticə  vermir.  Ona 
görə  də  yaxşı  şahmatçısı  mahir  rəssamı  xatırladır,  istedadlı  rəssam  hansı  yaxmanı 
harada  vurmağı  düzgün  seçir.  Bu,  onun  tablosuna  pozulmaz  harmoniya  bəxş  edir.  
Oyunçu da ixtiyarında olan qüvvələrdən ehtiyatla, ən başlıcası faydalı şəkildə istifadə 
etməyi  bacarırsa,  bu,  nəticədə  ona  qələbə  sevinci  gətirir,  arzuya  çatmaq  mümkün 
olmadıqda isə ən azı məğlubiyyətdən uzaqlaşmağı bacara bilir.  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə