Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

196 
almaq  olmaz.  BMT-nin 
Birləşmiş  proqramının  icraçı 
direktoru (
QİÇS üzrə) Piter Piotun fikrincə, az inkişaf etmiş 
ölkələrdə  bu  problemi  BMT-nin  sabiq  Baş  Katibi  Kofi 
Annan 
ölkələri bu xəstəliyin qarşısını almaq üçün 7 milyard 
dollar 
ayırmağa çağırıb. 
Azərbaycanda  QİÇS-ə  tutulanların  dinamikası  mütəxəs-
sisləri  həyəcanlandırır.  Əgər  1997-ci  ildə  Azərbaycanda 
QİÇS-lə 13 nəfər xəstələnirdisə, 1998-ci ildə bu rəqəm – 68, 
1999-cu 
ildə – 81, 2000-ci ildə – 200 və 1 oktyabr 2001-ci 
i
lə  bu  rəqəm  315  nəfərə  çatmışdır.  Bu  gün  bu  rəqəm  daha 
çox  olar. 
Nəzərə  alsaq  ki,  Azərbaycanda  bu  xəstəliyi  giz-
lədən, xəbər verməyən və vermək istəməyən adamlar varsa 
bu 
rəqəm  daha  böyük  olar.  Məs.  təkcə  2001-ci  ilin  noyabr 
ayına  kimi  Azərbaycanda  bu  xəstəlikdən  24  nəfər  vəfat 
etmişdir. Bu o dövr üçün kiçik rəqəm olsa da, dəqiq demək 
olar ki, bu virus respublikada 
sürətlə çoxalır. 
Hazırda Azərbaycanda bir neçə uşaq artıq bu xəstəlikdən 
ölmüşdür.  Dünyada  6  milyondan  çox  uşaq  bu  infeksiyaya 
tutulub. 
Onların da 2 milyonu ölmüşdür. Yalnız 2000-ci ildə 
bu 
xəstəlik 500 min insanın həyatına son qoymuş və həmin 
ildə bu virusla xəstələnənlərin sayı 600 min nəfər artmışdır. 
Bu virusla 
xəstələnən uşaqların 90%-dən çoxu inkişaf etmiş 
ölkələrdə yaşayır. 
Hər  il  Dünyada  infeksiyaya  tutulanların  yarıdan  çoxu 
uşaq doğum  yaşlı qadınlardır. Azərbaycanda  QİÇS infeksi-
ya
sına  tutulmuş  qadınlardan  5  uşaq  doğulmuşdur.  QİÇS 
BMT-nin 
uşaq  hüquqlarını  qoruyan  Konvesiyasının  məlu-
mat
larına əsasən hər gün dünyada bu qəddar virusla 16 min 
nəfər  xəstələnir  ki,  onların  yarıdan  çoxu  10-24  yaşlı  gənc-
lərdir.  Bu  xəstəliyin  gətirdiyi  əzab  və  əziyyətlər  əsasən  bi-
zim  öz 
bədənimizin qiymətsiz immunitet sisteminin imkan-
larını yaxşı bilmədiyimizin nəticəsidir. 


197 
XII 
FƏSİL 
NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL 
EKOLOJİ MAHİYYƏTİ 
 
12.1. Narkomaniya 
və terrorizmin təbii-tarixi inkişafı 
 
Arxeoloji 
tədqiqatlar sübut edir ki, bəşəriyyət kefləndirici 
və  beyini  dumanlandıran  maddələrlə  çox  qədim  zamanlar-
dan 
tanış  olmuşdur.  İlkin  insanların  yaşadığı  yerlərdə  apa-
rılan  qazıntılar  nəticəsində  tapılan  qalıqlar  və  bitkilərin 
toxumlarının yuxarıda göstərilən xüsusiyyətlərə malik olma-
sını göstərir. İnsanların ilk zamanlar psixoloji inkişafını iz-
ləyən  səyyah  və  etnoqraflar  da  belə  halların  olmasını  təs-
diqləyirlər.  Arxeoloqlar  b.e.ə.  X-VIII  əsrlərdə  xüsusi  gizli 
yerlərdə  və  insanlar  dəfn  olunan  yerlərdə  psixi  cəhətdən 
insanlara  aktiv 
təsiri  olan  bitkiləri  tapmışlar.  Kulturologiya 
istiqamətində iri monoqrafiya  yazan Peter Fersta (1985) öz 
kitabında  göstərir  ki,  psixi  cəhətdən  aktiv  maddələri  tarix 
boyu  bütün  xalqlar 
istifadə etmişər. Opium tərkibli maddə-
lərin Şumerlərin sivilizasiyasına gedib çıxmasına dair məlu-
matlara  bizim  eradan 
əvvəl X əsrdə ərəb ədəbiyyatında rast 
gəlinir. Bizim eranın VI əsrində perulular kok yarpaqlarına 
bürünmüş  ölü  basdırmışlar.  Onlar  bunu  ölən  üçün  «o 
dünyasına lazımlı» hesab etmişlər. Çinlilər ilk dəfə efedrinin 
aktivləşdirici  xüsusiyyətini  5000  il  bundan  əvvəl  təsdiq 
etmişlər.  Elə  o  vaxtlarda  çinlilər  marixuananı,  cərrahiyyə 
əməliyyatı  vaxtı  agrıkəsici  vasitə  kimi  istifadə  etmişlər, 
sonralar 
isə  yunan  tarixçisi  Herodot  onun  psixoloji  aktiv 
pereparat  rolunun 
oynamasını  təyin  etmişdir.  Opiumla  ya-
naşı, qaşiş Avitsena (Zərdüşt) tərəfindən istifadə edilmişdir. 
Sonralar  Avropada  daha 
yüksək  sürətlə  narkotik  maddələr-
dən istifadə olunmağa başlanmışdır.  
Dirçəliş  dövründən  başlayan  bütün  imperiyalar  xarici 


198 
sərvətlər axtarmaqla məşğul olmuşlar və demək olar ki, on-
ların hamısı Böyük Britaniya, Fransa və Hollandiya da daxil 
olmaqla  öz  xarici 
təcavüzkar  siyasətlərində  narkotikləri  öz 
xərclərini  ödəmək  üçün  ucuz  vasitə  kimi  istifadə  etmişlər. 
Bununla 
əlaqədar  İngiltərədə  1860-cı  ildə  opiumdan  başqa 
xəstəliklərə nisbətən iki dəfə çox insan ölmüşdür. Bu rəqəm 
1880-ci 
ildə əhalinin 14%-ni təşkil etmişdir.  
Xəstələrə ağrı kəsici kimi morfinin geniş tətbiq olunması 
Rusiyada  XIX 
əsrdə  bu  maddəyə  həvəsi  artırmış  və  onu 
«
əskər  xəstəliyi»  adlandırmışlar,  morfinizm  isə  tipik 
alkoqolsuz  narkomaniya 
əhəmiyyəti  daşıyırdı. 1937-ci  ildə 
Çində  opium  istifadəçilərinin  sayı  4  milyon  nəfərdən  çox 
olmuşdur. 1931-1942-ci illərdə Almaniyada dörd milyondan 
çox  narkoman 
qeydə  alınmışdır  (buraya  alkoqolla  xəstə 
olanlar  aid 
edilməmişdir).  İkinci  Dünya  müharibəsindən 
sonra 
ABŞ  və  Finlandiyada  heroindən  geniş  istifadə  olun-
m
ası  müşahidə  olunmuşdur.  ABŞ  Senatının  xüsusi  Komis-
siyası 1956-cı ildə ABŞ-da 600 mindən çox narkoman oldu-
ğunu  (alkoqol  xəstələr  nəzərə  alınmır)  göstərmişdir.  Bəzi 
ekspertlərin  hesablamalarına  görə  ABŞ-da  o  vaxtlar  faktiki 
olaraq  1  milyona 
qədər  narkoman  olmuşdur.  Hindistanda 
1952-ci 
ildə  rəsmi  olaraq  iki  milyondan  çox  xəstə  insan 
olduğu qeyd olunmuşdur. İndoneziya və Myanmada (Birma) 
dəqiq olmayan rəsmi məlumata əsasən yarım milyona qədər 
opium  istifa
də  edən  insan  olmuşdur.  BMT-nin  narkotiklər 
üzrə  Komitəsinin  məlumatına  əsasən  1950-ci  illərin  əvvəl-
lərində opium istifadəsi ilə daha ağır vəziyyət İranda qeydə 
alınmışdır.  Orada  əhalinin  20%-ə  qədəri  opium  yetişdirmiş 
və istifadəçisi olmuşlar. 1950-ci illərin sonuna yaxın İçveç-
rədə  ağrıkəsici  medikamentlərdən  istifadə  hərisliyi  elə 
artmışdır ki, o da alkoqolizm kimi kütləvi xarakter almışdır. 
1980-ci 
illərin sonlarında Yaponiyada yarım milyona yaxın 
narkoman 
olması göstərilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə