Telman xəLİlov, maya zeynalova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/61
tarix26.01.2018
ölçüsü2,8 Kb.
#22492
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   61

199 
ABŞ-da geniş qəşiş epidemiyası Vyetnam müharibəsi ilə 
əlaqələndirilir. 1994-cü ildə Polşada müxtəlif qiymətləndir-
mələrə əsasən 10 mindən 21 minə qədər insan narkomaniya 
ilə xəstə olub. Həm də ki, xəstələrin 90%-i narkotikləri vena 
daxilinə yeritməyi üstün tutmuşlar. 
1999-cu 
ildə  Ukraynada  tibb  müəssisələrində  nəzarətə 
götürül
müş  narkomanların  ümumi  miqdarı  83  min  nəfərə 
çatmışdır ki, onların da 4 mindən çoxu həd-buluğa çatmamış 
gənclər olmuşdur. 
Asiya 
ölkələri  içərisində  Hindistan  xüsusi  yer  tutur.  Bu 
ölkə  ərazisində,  beynəlxalq  razılaşmaya  əsasən,  hər  il  678 
tona 
qədər  opium  başqa  ölkələrə  satılmaq  üçün  istehsal 
olunur.  Hindistanda  heroin 
istifadəçiləri  əhalinin  ümumi 
sayınadan  1%-dən  çox  təşkil  edir.  Tayland  və  Birmanın 
payına narkomanların 7%-i düşür. 
Rusiyada 
narkotiklərin  yayılmasının  öz  xüsusiyyətləri 
vardır. Rusiyada uzun illər narkomaniyanın inkişafı zəif idi: 
1965-ci 
ildə  burada  10,0  min  nəfər  narkomaniya  ilə  xəstə 
qeydə  alınmışdı. 1975-ci  ildə  bu  xəstələrin  sayı  1,5  dəfə 
artmış və  14,8  min nəfər, 1985-ci ildə narkormanların  sayı 
dəyişməmişdir. 1985-1988-ci illərdə keçmiş SSRİ-də narko-
maniya 
ilə  xəstələnənlərin  sayı  3,7  dəfə  artmışdır. 1988-ci 
ildə  SSRİ-də  50  minə  qədər  insan  qeydiyyatda  olmuşlar. 
1985-1991-ci 
illərdə narkomaniya ilə xəstələnənlərin sayı iki 
dəfə artaraq, 1991-ci ilin əvvəlinə 28,3 min nəfərə çatmışdır. 
XX 
əsrin sonuncu onilliyində Rusiya  siyasi,  sosioloji və 
iqtisadi 
gərginliyə  məruz  qalmışdır. 1991-2000-ci  illərdə 
narkomaniya 
ilə xəstələnlərin sayı 9 dəfə artmışdır. Rusiya-
da  narkomaniya 
ilə  xəstələnənlərin  sayı  270  min  nəfərə 
çatmışdır.  2000-ci  ilin  axırına  Rusiyada  2  milyon  insan 
narkomaniya 
xəstəsi olub.  
Yazılanlardan  göründüyü  kimi  keçmiş  əsrlərdən  fərqli 
olaraq  XX 
əsrdə, xüsusilə onun sonlarında narkomaniyanın 


200 
ictimai 
təhlükə  dərəcəsi  xeyli  artmış  və  dünyəvi  xarakter 
almaqdadır.  
Bu proses x
üsusilə gənclər arasında «Ağ ölümün» (tiryək, 
həşiş, heroin, kakoin və s.) yayılmasına səbəb olmuşdur. Bu 
xəstəliyin  yayılma  sürəti  və  coğrafiyası  o,  qədər  sürətlə 
dəyişir  ki,  bunların  uzunmüddətli  statistik  rəqəmlərini  belə 
düzgün söy
ləmək çətindir. 
Məlumdur ki, narkomaniya insanlara, xüsusilə gənc yaş-
la
rında çox böyük əxlaqi zərər vurur, onların mənəviyyatının 
pozul
masına,  müalicəsi  çətin  xəstəliklərə  tutulmasına,  ən 
əsası  isə  ayrı-ayrı  ölkə  və  regionlarda  cinayətkarlığın  və 
digər xoşagəlməz proseslərin güclənməsinə səbəb olmuşdur. 
Hazırda Kolumbiya, Əfqanıstan, İran, Tacikistan, Myanma, 
Hindistan 
və  s.  kimi  ölkələrin  dağlıq  ərazilərində  istehsal 
olunan  narkotik 
maddələr  ağılagəlməz  yollar  və  üsullarla 
dünyanın  bütün  ölkələrinə  aparılır.  Bu  maddələrin  Şimali 
Amerika 
və Avropanın bir çox ölkələrinə, Rusiyaya və digər 
regionlara 
daşınmasının  getdikcə  artması  böyük  təhlükə 
doğurur.  Narkotiklərin  yayılması  get-gedə  daha  yeni-yeni 
ölkələri əhatə edir. Məlumdur ki, narkotik maddələr istehsal 
edən  regionlarda  sosial-iqtisadi  səviyyənin  aşağı  olması, 
qeyri-siyasi 
vəziyyətin mövcudluğu  bu biznesin daha geniş 
vüsət  almasına  imkan  yaradır.  BMT  narkotik  maddələrdən 
istifadə edənlərə nəzarət üzrə xüsusi fond yaratmışdır.  
Əfsuslar olsun ki, Azərbaycan da bu dünyəvi, qlobal bə-
ladan  xilas  ola 
bilməmişdir.  Azərbaycanın  səlahiyyətli  or-
qan
larının  rəsmi  məlumatına  əsasən  2012-ci  ilin  sonuna 
respublikada 
narkomanların  sayı  27  min  nəfərə  çatmışdır. 
Ən  təhlükəlisi  isə  budur  ki,  son  illər  respublikada  narkotik 
xəstələrin yaşı xeyli cavanlaşmışdır. Mütəxəssislərin fikrin-
cə  narkotik  maddələrin  istifadəçilərinin  artması  səbəblərin-
dən biri də respublikanın geosiyasi mövqeyi göstərilir. Belə 
ki, 
Azərbaycan  narkobiznesin  kəsişmə  nöqtəsində  yerləşir. 


201 
Azərbaycan bir növ tranzit daşınma yollarında olduğu üçün, 
ölkəyə gizli yolla Əfqanıstandan, İrandan, Tacikistandan və 
s. 
ölkələrdən  gətirilən  narkotik  maddələr,  başqa  ölkələrə 
ötürülsə də onların müəyyən hissəsi respublikada qalır.  
Aşağıdakı qrafikdə (şəkil 12.1) narkotik maddələrin gizli 
yayılmasının məlumat sosial modeli verilir. 
Narkomaniyanın qeydiyyata alınması, narkotiklərin alveri 
ilə  əlaqədar  cəzasını  çəkmək  –  bu  müvafiq  «karyeranın» 
final  mərhələsidir.  Hər  şey  risk  qrupundan  başlayır,  narko-
tiklərin  ilkin  istifadəsi  və  ya  narkotik  vasitələrlə  qeyri-qa-
nuni  qazanc  əldə  etmək  cəhdəlri.  Bu  «ilkin»  qruplar, 
statistikanın  göstərdiyi  kimi,  sosioloji  dəyişikliklər  və 
nəzarət,  daha  geniş, «final» «yüksək»  qruplara  nisbətən 
«
həcmli»  olduqları  üçün  yuxarıdakı  piramida  tərtib  olunur 
(
şəkil 12.1). 
 
 
 
 
Şəkil 12.1. Gizli nakrotik maddələrin yayılmasının  
məlumat-sosial modeli 
 
 
 
Dispanser n
əzarətində olan, 
narkomanlar 
 
R
əsmi qeydiyyatda olmayan, 
narkomanlar 
 
Risk qruppu 
 
Narkotik madd
ələrin istifadəçiləri 


202 
12.2. Narkomaniya 
və terrorizmin yayıldığı əsas ölkələr 
 
1950-ci 
illərin əvvəllərində Birmada AMKT (Amerikanın 
Mərkəzi  Kəşfiyyat  İdarəsi)  gizli  əməliyyatlara  başladığı 
vaxt, opiumun, yerli 
istehsalı ildə 80 min tona çatırdı.  
1991-ci 
ildə  Amerikanın  hərbi  müdaxiləsi  Kolumbiyada 
kokain 
istehsalının  sürətli  artmasına  səbəb  oldu. (1991-ci 
ildən  1999-cu  ilədək  kokain  plantasiyalarının  ərazisi  bu 
ölkədə 3,8-dən 12,3 min hektara çatmışdır). 
Narkobiznesin  bütün 
mərhələ və aspektlərində  transmilli 
iqtisadi 
cinayətlər  narkotrofiklə  (narkotiklərin  beynəlxalq 
ticarət və başqa ölkələrə ötürülməsi) əlaqələndirirlir.  
Narkotrofik  –  narkobiznesin  aktiv 
forması  olmaqla,  qlo-
ballaşmaya  meylli  növüdür.  Narkbiznesin  zonaları  olan 
Cənubi  Amerikada  And  üçbucağı  (Boliviya,  Kolumbiya, 
Peru),  Orta 
Yaxın  Şərqdə  «Qızılı  yarımay»  (Əfqanıstan, 
Pakistan, 
İran)  və  Cənub-Şərqi  Asiyanın  «Qızıl  üçbucağı» 
(Myanma-Birma),  Laos, 
Tailandın şimal rayonları və Çinin 
cənub əyalətləri) olsalar da bu zonalar dəyişə bilər və onların 
mərkəzləri bir ölkədən başqasına keçə bilər. Amma zonalar 
özü 
nisbətən sabit qalırlar. 
BMT-nin 
məlumatlarına  əsasən  XXI  əsrin  başlanğıcında 
Yer 
kürəsində  185  milyon  insan  narkotik  maddələrdən 
istifadə etmişlər ki, bu da dünya əhalisinin 3%-ni təşkil edir. 
Onlardan 28 milyon adam bitki 
mənşəli natural xammal olan 
–  kakoin  (13  mln. 
nəfər) və opiumlardan (15 mln. nəfər), o 
cümlədən  Heroinlə  (9  mln.  nəfər)  ibarət  «sərt  narkotiklər-
dən» istifadə etmişlər. 
XX-XXI 
əsrlərdə bitki mənşəli sərt narkotiklərə təklif və 
ehtiyac 
əsasən stabilləşsə də, sintetik mənşəli narkotiklərin, 
xüsusilə  amfetamin  sıralı  stimulyatorların  (inkişafı  artıran 
kimyəvi maddələr, təkan vericilər) istifadəsi və istifadəçiləri, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə