12
Bəli, mən açıq bəyan etmək istəyirəm ki, müsəlman cavanları və islam yazıçıları bu həqiqət baxışına
xususi əhəmiyyət verirlər, yəni hökmlərin müəyyən edilməsi yalnız Uca Allahın haqqıdır. Həmçinin
günümüzdə mövcud olan problemlərin çözülməsi üçün əsas olaraq qəbul olunan və bizlərə yeridilən
konstitusiyalar, hakimliyin yalnız Allaha məxsus olması prinsipinə ziddir. Lakin mən, həmin yazıçılardan
bir çoxunun öz fikirlərinə tam sadiq olmadıqlarını görürəm, yəni hökmlərin müəyyən olması Allaha
məxsusdur, və Allahın qərarı – Quran və Sünnənin qərarıdır.
Sizin görüşünüzə əsasən, kafirdən ziddiyyətli bir hökm gələrsə, o Allahın qanununa ziddir, elə deyilmi?
Bəs öz ictihadında səhv edən alimin rəyi Allahın qanununa zidd deyil?
Burada bir fərq olmamasında mən əminəm. Quran və Sünnəyə zidd olan hər hansı bir rəy, həmin rəy
sahibinin kimliyindən asılı olmayaraq müsəlman tərəfindən tərk olunmalıdır. Lakin, burada küfr söz
söyləyən və söylədiyi küfrə görə əbədiyyən cəhənnəmə düşən kafir və səhv edən və səhvinə görə savab
qazanan müsəlman arasında fərq var. Artıq bu haqda biz yuxarıda, səhih hədisə əsaslanaraq söhbət
açmışdıq.
Beləliklə dinə qayıdış, yalnız onun dərk olunuşu üçün yol təyin edilməsi cəhtindən sonra mümkündür.
Bu da “əl-fikh əl-muqaran” (qiyas fikhi) adını daşıyan fikhin həyata keçirilməsi ilə mümkün olan bir
işdir.
38
Bu fikhin öyrənilməsi vacibdir. Şəriət təhsili alan hər bir kəs bu fikhi öyrənməlidir.
slam ölkəsinin qurulmasına dəvət edərkən biz bu dövlətin dəqiq qanun və kodeksinin olmasını qəbul
edirik. Bəs bu qanunlar hansı məzhəb üzərində qurulacaqdır və hansı məzhəbə əsaslanaraq bu qanunlar
açıqlanacaqdır?
Zamanımızın bəzi islam xadimləri, gələcək islam ölkəsinin konstitusiyasının əsaslanacağı qanunların
tərtibinə başlamışlar. Biz də bu qanunların yuxarıda qeyd etdiyimiz “əl-fikh əl-muqaran” fikhinin tədqiqi
üzərində əsaslanmadığını bilirik və ya bizim terminologiyamızda “Quran və Sünnə” üzərində. Bu
xadimlərdən biri, hər hansı bir məzhəbi tədqiq etdikdən sonra, həmin məzhəbin rəyini, yazdığı
qanunnamənin bir çox fəsillərində qeyd etmişdir. O öz kitabını islam ölkəsi qurulduqda bu ölkənin
konstitusiyası kimi təsdiq etmək üçün hazırlamışdır. Bu da bu yaxınlarda baş verəcəkdir. Həqiqətə
gəldikdə isə, bu insan, spirtli içkilərin halal olması haqda yazan insan kimi, yeni bir şey gətirməmişdir.
slam ölkəsinin qanunnaməsi kimi yazılan bu kitab haqqında ən azı onu demək olar ki, bu qanunnamə
özündə Sünnə ilə gücləndirilən başqa bir imamın səhih rəyinə zidd olan zəif rəyi əks etdirir. Mən qeyd
etdiyim məsələ “Müsəlmanın zimmə
39
əhlindən bir kimsəni öldürməsi və bunun müqabilində həmin
müsəlmanın öldürülməsi” babında qeyd olunmuşdur. Bu rəy slam fikhində mövcuddur. Lakin başqa bir
rəydə mövcuddur: “Əgər bir müsəlman zimmə əhlindən bir kimsəni öldürərsə, qisas olaraq müsəlman
öldürülməz”. Bu rəy imam əl-Buxarinin nəql etdiyi peyğəmbər
-in: “Müsəlman kafirə görə
öldürülmə z”
40
sözlərinə əsaslanır.
Axı bu alimi, peyğəmbər
-in sözlərinə müxalif olan, bir müsəlmanın kafirə görə edam edilməsi
qanununu islam qanunnaməsinə daxil etməyə nə vadar etmişdir?!
41
Mən əminəm ki, bu rəyə səbəb olan, həmin insanın bu məzhəbin fikhini tədqiq etməsi, onun üzərində
boya başa çatması və bu məzhəbə təqib etməyi özünə va başqalarına vacib bilməsidir. Məgər bunu dinə
qayıdış adlandırmaq olar?
Din, “bir müsəlman kafirə görə öldürülməz” deyir, lakin məzhəb isə “öldürülər” deyir. Həmçinin bu
yazıçı həmin bənddə deyir: “Əgər müsəlman zimmini səhv edərək öldürərsə, bunun kəffarəsi nədir?
Bunun kəffarəsi bir müsəlman öldürmə kəffərəsinə bənzərdir”
. Bu onun əsaslandıqı məzhəb
konstitusiyasının rəyidir. Lakin peyğəmbər demişdir: “Kafirin öldürülməsinə görə ödənən kəffarə,
möminin öldürülməsi halında ödənən kəffarənin yarısı qədərdir”.
42
Belə halda konstitusiya kimi biz nəyi qəbul etməliyik, peyğəmbər (s.a.v)-in sözlərini, yoxsa ona zidd
olan məzhəb rəyini? Belə misallar olduqca çoxdur.
38
Yəni bir məsələ haqda bütün məzhəblərin rəylərinin və dəlillərinin açıqlanması.
39
Əhli-zimmə - slam ölkəsində yaşayaraq, cizyə ödəyən nəsrani və ya yəhudilərə deyilir.
40
Bax “əl- rva”, 2209.
41
Burada slam ölkəsində bir kafirin öldürülməsi haqda mövcud olan şəriət qərarı haqqında söhbət açılır. Bir kafir öldürmüş
müsəlmanın etdiyi əmələ görə edam edilməməsi, həmin əməlin caiz olmasına dəlalət etmir. Müsəlmanlarla müqavilədə olan
kafirin öldürülməsi böyük günahlardandır. mam əl-Buxari öz “Səhih” əsərinə “Zimmini öldürən kimsənin günahı” adlı bir
fəsil əlavə etmiş və peyğəmbər
-dən: “Kafiri (müsəlmanlarla müqavilədə olan) öldürən kimsə Cənnətin qoxusunu hiss
etmə yə cə k. Hə qiqə tə n Cə nnə tin qoxusu qırx il mə safə yə qə də r yayılır”. əl-Buxari, 6914. Bu öz oğlunu öldürmüş atanın
öldürülməməsinə bənzərdir. Bu bir şəriət hökmüdür, lakin bu o demək deyil ki, valideynə öz övladını öldürmək caizdir.
42
Bax “Sahih əl-cəmi”, 3391.
13
Beləliklə, dinə qayıdış – Quran və Sünnəyə qayıdış deməkdir, çünki alimlərin icmasına görə din məhz
bu iki şeydə tamamlanmışdır. Yalnız bu iki şeyə tabe olmaq zəlalətdən qorunmaqın təminatıdır.
Peyğəmbər buyurmuşdur: “Mən sizləri zəlalətdən qoruyan iki şey saxladım, - Allahın Kitabını və
mə nim Sünnə mi, və onlar hovuzun yanında mə nə tə qdim olunmayana qə də r bir birində n ayrılmaz”.
43
Biz bu misalları yalnız, elm əhlinin dini məhz bu cür başa düşülməsinə qayıdışın, yəni Quran və
Sünnəyə müvafiq olaraq başa düşülməsinə qayıdışın vacib və zəruri olmasını bildirmək üçün qeyd etdik
ki, müsəlmanlar Allah tərəfindən bir şeyin halal olduğunu zənn edərək, haram olan bir şeyi
halallaşdırmasınlar.
Dinə qayıdış məsələsində sözlərimi yekunlaşdıraraq demək istərdim ki, əgər biz Alahın bizləri
izzətləndirilməsini, zəlillikdən azad etməsini və düşmənlərimizə qarşı mübarizədə bizlərə kömək
göstərməsini istəyiriksə, bunun üçün problemin sadəcə dərk olunması kifayət deyil. Bu problem də, dinin
yanlış başa düşülməsi və şəriət dəlillərini təhrif olunmuş müxtəlif rəylərdən azad edilməsi zəruriliyidir.
Həmçinin bir mühüm məsələ də mövcuddur, bu da əməllərdir.
Elm əməllərin edilməsi üçün bir vasitədir.
Əgər bir insan təmiz və hər bir zəlalətdən azad elmə malikdirsə, lakin bu elm əsasında əməl etmirsə,
aydındır ki, onun bu elminin bəhrəsi olmaz. Ona görə elm ardınca əməlin edilməsi vacibdir.
44
Bu gün elm sahibi olan hər kəs, özünü yeni müsəlman nəslini tərbiyələndirməyə həsr etməlidir, Quran
və Sünnə əsasında yaşayan müsəlman nəsli. nsanları öz əcdadlarından mənimsədikləri batil dini
anlayışlar üzərində tərk etmək bizlərə caiz deyil. Bu anlayışlardan bir çoxu icma ilə batil qəbul olunmuş,
digərləri barəsində isə, ictihad çərçivəsində ixtilaf var, lakin Sünnəyə müxalif olan ictihad çərçivəsində.
Yalnız bu təmizlik və dinin dirçəliş metodunu anladıqdan sonra, bu səhih elm üzərində yeni nəsilin
tərbiyələndirilməsinə başlamaq lazımdır. Bu tərbiyələndirilmənin bəhrəsində saf islam cəmiyyətinin sonra
isə islam ölkəsinin qurulması olacaq. Mən əminəm ki, zikr etdiyimiz bu iki ilkin mərhələsiz – yəni səhih
elm və onun üzərində tərbiyə - islam ölkəsinin və ya islam idarəçiliyinin qurulması qeyri mümkündür.
Bu mərhələlərin slamın dirçəlişi işində nə qədər mühüm rolu olduğuna dair bir misal gətirək. Şamda,
slam dirçəlişini və bu əsasda yeni müsəlman nəslin tərbiyələnməsini arzulayan bir qrup müsəlman
mövcuddur. Onlar bu yolda hətta bir qədər səy göstərməkdədirlər. Lakin biz hiss edirik ki, onların
rəhbərlərindən bir çoxlarının, bizim zikr etdiyimiz yola əsaslanaraq slamı müfəssəl surətdə tədqiq
etmələrinə ehtiyacları var. Biz, cümə gününün axşamı həmin xadimlərin islam gənclərini Allaha ibadətə
dəvət etdiklərinin şahidi oluruq. Bəli bu dəvət Allaha itaət və ibadət dəvətidir. Bu çox gözəl bir dəvətdir.
Lakin onlar Sünnəni tədqiq etmədikləri və onu başa düşməyə çalışmadıqları üçün, və onları uşaqlıqdan
bunun əsasında tərbiyələndirən nəslə rast gəlmədikləri səbəbi ilə, Sünnə ilə ziddiyətə düşmüşlər. Biz
peyğəmbər -in: “Cümə gününün gecəsini, başqa gecələri tərk edərək (gecə) namazı üçün seçməyin,
və cümə gününü, baş qa günlə ri tə rk edə rə k oruc üçün seçmə yin”
45
sözlərini nəzərdə tuturuq.
Axı peyğəmbər bizlərə bu əməli qadağan edən halda biz cümə gününün gecəsini ibadət üçün necə
ayıra bilərik? Cavab: bunun səbəbi cahillikdir. Bəs elm əhli bu əməlin haram olduğunu bildirərək, həmin
cahillyi niyə aradan qaldırmır?!
Başqa biriliəri isə musiqi dinləməyi özlərinə halal bilirlər, çünki o bütün televiziya kanallarında
mövcuddur. Axı niyə heç kim onlara musiqi alətlərinin və musiqinin peyğəmbər tərəfindən haram
edildiyini bildirmir və oyun, boşboğazlıq və musiqi ilə vaxtlarını keçirən insanların meymun və donuzlara
çevrilmələri haqda bir söz demir?
46
Bu nəsil halal və haram olan bir şeylər üzərində tərbiyələnməmişdir.
Özlərinə bəraət qazandırmaq üçün bu insanlar musiqinin halal olması haqda risalə yazan bn Həzm kimi
bəzi alimlərin rəylərini dəlil olaraq gətirirlər.
47
Bu rəy onlar arasında, onların nəfslərinə uyğun olduqu
43
Bax “Sahih əl-cəmi”, 2937.
44
Uca Allah bu haqda buyurur:
“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda
olanları, onun əhvalını) dəyişməz”. (ar-Raad, 11).
Səid ibn Cubeyr, Həsən əl-Basri və Sufyan as-Sauri demişlər: “Sözlər əməlsiz qəbul olunmaz. Sözlər və əməllər səhih
niyətsiz qəbul olunmaz. Sözlər, əməllər və niyyətlər Sünnəyə müvafiq olmayana qədər qəbul olunmaz”
. əl-Lələkai “ tikadu
əhli-sunna”, 1/57; bn əl-Cauzi “Talbisu blis”, 9; az-Zəhəbi “Mizanu itidal”, 1/90.
45
Muslim 1144. Yəni cümə gününü, namaz və oruc üçün seçmək caiz deyil. Əgər həmin ibadətlər başqa günlər edilərsə bu
istisnadır, belə halda cümə günləridə onları yerinə yetirmək caizdir.
46
As-silsilə as-sahih, 91.
47
Haqdan kənara çıxan bəzi imamlar istisna olmaqla, əvvəlki imamlardan heç biri musuqini halal saymamışdır. Musiqinin
haram olmasına birmənalı səhih hədislər dəlildir. Belə ki, peyğəmbər
demişdir: “Mənim ümmətimdə ipəyi, şərabı və
musiqi alə tlə rini halal hesab edə n insanlar peyda olacaq”. əl-Buxari, 5590. Həmçinin Ənəs rəvayət edir ki, peyğəmbər
14
üçün çox qısa bir zamanda yayılmışdır. Onların rəhbərlərindən və özlərini ümmətin islahçılarından sayan
bəziləri deyirlər: “Ə gə r bu imam belə rə y çıxarıbsa, biz bu mə sə lə də onu tə qib edə bilə rik və musuqi
dinlə yə bilə rik; xüsusə ndə musiqini hamı dinlə diyi zaman”
.
Bəs onda hanı Sünnə?! Həqiqətən Sünnə unudulub!
Əgər zəlillikdən qurtuluş səbəbini, peyğəmbər dinə qayıdışda olduğunu bildiribsə, onda biz onu
Quran və Sünnəyə müvafiq olan alim rəylərinə əsaslanaraq düzgün anlamalı və məhz bunun üzərində
yeni nəsli tərbiyələndirməliyik. Bu da bütün müsəlmanların gileyləndiyi problemlərin çözülmə yoludur.
Bir ifadədən mən xoşlanıram və bu ifadə yuxarıda qeyd etdiyim sözlərə nəticə olacaq. Bu bir zamanlar
dəvət ilə məşğul olan kimsənin sözləridir. Mən elə hesab edirəm ki bu ifadə göylərdən nazil olan bir
möcüzəyə bənzərdir. O demişdir: “ slam ölkəsini öz qəlblərinizdə qurun ki, o yer üzündə də qurulsun”.
Biz özümüzü öz slamımız, öz dinimiz əsasında islah etməliyik. Bu da mən qeyd etdiyim kimi cahillik
ilə həyata keçirilə bilməz. Lakin bu elm əsasında edilməli və yer üzündə slam ölkəsi yaradılacağına
qədər davam etməlidir.
48
Sözümün sonunda, bu əzəmətli işi tətbiq etməyə imkanı olan hər bir insana, Quran və Sünnənin bəhs
etdiyi həqiqi slamın yayılması yolunda alimlərlə əməkdaşlıq etməyi və bunun üzərində yeni nəsil
yetişdirməyi nəsihət edirəm.
Bu bir xatırlatma idi, çünki xatırlatma möminlərə fayda verir.
49
Assalamu aleykum ua rahmatullahi ua barakatuh
demişdir: “Bu dünya və axirətdə iki səs lənətlənmişdir: sevinc anında tütək və müsibət anında isə ağı səsləri”. əl-Bazzar, ad-
Dıyə əl-Maqdisi. Hafizlər əl-Munziri və əl-Xaysami bu hədisin bütün rəvilərinin güvənilən olduqunu söyləmişlər. Bax “at-
Tarğib ua-ttarhib” 87, “Məcmau-zzavaid”, 3/13. Şeyx əl-Albani “as-Silsilə as-sahih” 427 əsərində bu hədisin həsən olduqunu
bildirmişdir.
Həmçinin bn Abbas, bn Ömər və Qeys ibn Ubadadan, Allah onlardan razı olsun, rəvəyət olunur ki, peyğəmbər
buyurmuşdur: “Həqiqətən Allah sizlərə şərabı, qumarı və təbili haram etmişdir. Uyuşdurucu hər bir şey haramdır”. Əhməd,
2/165; əl-Beyhəqi, 10/222. Hədisin səhih olduqunu imam Əhməd təsdiqləmişdir. Bax əl-Həlləlin “Amr bil maruf” əsəri, 26;
bn Həcərin “ət-Təlxiz” əsəri 4/202 və şeyx əl-Albaninin “Taxrimu alətu-ttar” əsəri, 46.
Ənəs
rəvayət edir ki peyğəmbər
buyurmuşdur: “Qiyamətə yaxın (torpaq) çökmələri, düşmələr və eybəcərliklər
artacaq. Bu insanların şə rab içdiklə ri, muğə nni qadınları aldıqları və musiqi alə tlə rində çaldıqları zaman olacaq”. bn Abu
ad-Dunya, 1/153. Hədis səhihdir. Bax “as-Silsilə asahiha”, 6/236.
48
Şeyxin bu sözləri, günümüzdəki xavariclərin iddia etdiyi kimi yer üzündə islam məkanının olmadıqına dəlalət etmir. Şeyx
əl-Albani yalnız Quran və Sünnə vasitəsi ilə idarə olunan həqiqi, tam slam ölkəsini qəsd edir.
49
Uca Allah bu haqda buyurur:
“Sən (onlara) xatırlad, çünki xatırlatmaq möminlərə fayda verir”. (az-Zariyat, 55).
15
"
"
ا ة
ا
ا ة
ا
"
"
)
)
٤
٤
(
(
و
ا
و
ا
ا
ا
إ
ا
و
إ
ا
و
ا
ا
لو ا را
ا
:
»
«
Dostları ilə paylaş: |