Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

58 


Bu kölün yanında başqa bir göl də var idi. Amma 

orada  nə  qurbağalar  görünürdü,  nə  də  onların 

nəğmələri eşidilirdi.  

        

       

            

Leylək, tülkü və anqu 

 

Ağacın  başında  leylək,    ona  yaxın  qamışlıqda  isə  

an

qu  (vağ)  yaşayırdı.  Adətən,  leylək  üç  bala  çıxarar,  



bunun birini qurd-

quşa,  tülküyə, çaqqala qurban ve-

rər. 

Leyləyin balasını bir neçə gün əvvəl təzəcə yemiş 



tülkü bir də gəlir. 

Leylək ağacın başında, tülkü isə yerdə ona deyir: 

-

Balanın birini də verməlisən. 



Leylək deyir: 

-

A tülkü, birini verdim də. 



-Yox, o, qurban idi. 

Leylək soruşur: 

-

Tülkü, verməsəm neylərsən. 



-

Necə  neylərəm,  balta,  mişar  gətirib  bu  ağacı 

kəsərəm.  Yuvan  dağılar,  balalarını  da  yeyərəm.  Heç 

biri  də  qalmaz.  Sənə  bir  gün  möhlət  verirəm.  Əgər 

yola gəlməsən, balta, mişar gətirib ağacı kəsəcəyəm. 

Leylək ağlaya-ağlaya, yır-yığış edir, başqa bir yerə 

köçməyə  hazırlaşır.  Bunu  görən  qonşusu  anqu 

soruşur: 

-

Qonşu, xeyir ola, hara köçürsən?  Nə olub? 




 

59 


Leylək deyir: 

-

Anqu,  daha  nə  olacaq.  Hər  dəfə  tülkü  məni 



qorxudub,  balalarımı  alıb  yeyir.  Mənə  möhlət  verdi, 

vədə vaxtı gəlib,  balta ilə, mişarla ağacı kəsib bala-

larımın hamısını yeyəcək. 

Anqu qəhqəhə çəkib güldü. 

-

Leylək,  sən  ki,  avammışsan,    ay  evi  dağılanın 



bala

sı,  tülkü sənə nə edə bilər,  o yerdə, sən göydə, 

ağacın başında. Avam leylək,  tülkünün baltası, mişarı 

hardadır,    onun  kəsər  tutan  əlimi  var?  Bax,  leylək, 

sənə bir sirr öyrədib gedirəm. Olmaya-olmaya bu sirri 

tülküyə açasan. 

Leylək dedi: 

-

Anqu, tülküdən sən də qorxursan? 



-

Elə-belə mərdi-mərdanə yox. Bu uzun dimdiyimlə 

vurub, tülkünün iki gözün

ü  çıxararam.  Amma  tül-

künün tülkülüyündən,  hiyləsindən ehtiyat edirəm. Bil 

ki,  tülkülərin  hiyləsi  çoxlarını  bada  verib.    Ağzında 

tülkü deyirsən. 

Leylək deyir: 

-

Qurban  olum,  Anqu,    mənə  balalarımı  xilas 



etməkdən danış. 

Anqu deyir: 

-

Tülkü gələndə əliboş gələcək. Sən onu qabaqla, de 



ki,  tülkü,  baltan,  mişarın  hanı?  Deyəcək  ki,    kolun 

dalına  qoymuşam.  De  ki,  get  gətir.  Tülkünün  aciz-

liyini  onda  görəcəksən.  Sən  bu  sözünlə  onun  başına  

bir qazan qaynar su tökmüş olacaqsan. 




 

60 


Bir gün tülkü qaça-

qaça  leyləyin  yuvası  olan 

ağacın dibinə gəldi və leyləyə dedi: 

-

At balanın birini, acam. 



Leylək ondan soruşdu: 

-

Hanı sənin baltan, mişarın, a tülkü? 



Tülkü:-

Kolun dibində qoymuşam, -dedi. 

Leylək qanadlarını oynada-oynada dedi: 

-

Tülkü, sənin baltan, mişarın hardandır sənin kəsər 



tutan  əlinmi  var?  Neçə  ildir  mən  avamı  aldadıb  

balalarımı yeyirsən. Mən göydə, ağacın başında,  sən 

yerdə,  ağacın  dibində.  Qanadınmı  var, uçub bura 

qonasan. Heç o s

əlvər  şələ  quyruğunu  yerdə  gəzdirə 

bilmirsən. Çıx, get, daha məni qorxuda bilməzsən.  

Tül

kü  yazıq  görkəm  alıb  Leyləyə  yalvarmağa 



başladı.  

-

Leylək,  sənin  müəllimin  sənə  yaxşı  dərs  verib, 



halal olsun. Onda nə olar,  onun adını de,  qoy mən də 

bir məsləhət alım,  ac qalmayım. Mən də bir ruzi ta-

pım, sənin balalarından gözümü çəkim. 

Ağzıyırtıq, sözsaxlamaz Leylək o saat yumşaldı. 

-

Tülkü,  kim  olacaq,  yaxınlıqda  yaşayan  qonşum 



Anqu. 

Tülkü: 


-

Halal  olsun,  uzunboğaz  Anqu,    səndə  bu  ağıl? 

Neynək,  sən  durursan,  şələquyruq  tülkü  durur.  Sa-

lamat qal, leylək,- deyib getdi. 

Tülkü  intiqam  almaq  üçün  qamışlığın  ətrafında 

Anqunu  axtarırdı.  Anqu  birdən  qamışlıqdan  çıxdı. 




 

61 


Anqunun  uzun  boğazını,  qılınc  kimi  dimdiyini 

görəndə qorxudan tülkü ürpəşdi, dili tutar-tutmaz: 

-

Əzizim  Anqu,  heyran  qalmışam  sənin  uzun  bo-



ğazına,  dimdiyinə. Deyirəm, gecə yatanda bu boyun-

boğazını necə qoruyursan?-dedi. 

Anqu cavab verdi: 

-

Nə  gəlib  mənim  uzun  qanadlarıma,  hərəsi  bir 



yorğan boydadı,  çəkirəm başıma, ləzzətlə yatıram. 

Tülkü dedi: 

-

Düzü,  yerişini,  duruşunu  çox  görmüşəm,    amma 



yatışını heç görməmişəm.  

Anqu cavab verdi: 

-

Onu da görərsən. 



Tülkü: 

Nə vaxt? 

Anqu: 

-

Elə indi. 



Tülkü: 

-

Qurban  olum  o  uzun  boğazına,  bir  yat,  o yorğan 



qanadlarının duruşuna nə baxım. 

Anqu  yatdı.  Qanadının  biri  ilə  boğazının  bir 

tərəfini örtdü. 

Tülkü: 


-

Bəs bir tərəfi açıq qaldı. 

Anqu: 

-

A  tülkü,  altıaylıq  deyilsən  ki,    hövsələn  olsun, 



gözlə də. Anqu o biri qanadını da çəkib, boyun-boğa-

zını, başını tamam örtdü. Tülkü açılıb dərhal Anqunu 

tutdu.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə