Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   13   14   15   16   17   18   19   20   21

 

67 


Ana ceyran dedi: 

-

Dost  dosta  tən  gərək,  tən  olmasa  gen  gərək.  Ayı 



ilə bizim dostluğumuz tutmaz.  Bizimki otdur,  onun-

ku ət. Ətə susayan ac qalanda öz balasını da yeyər.  

Bala  ceyran  anasının  sözünə  baxmadı,  ayı  ilə 

dostluq  elədi.  Elə  ki,  qılçıqlı  quyuya,  quyruqlu da 

tövləyə girdi, ayının əlinə bir şey keçmədi, günlərlə ac 

qaldı.  Gördü  acından  öləcək,    dostu  bala  ceyranı 

yanına çağırdı  və onu parçalamağa başladı. 

Bala  ceyran  fəryad  qoparanda  ana  ceyran  ağlaya-

ağlaya deyindi: 

-

Sənə  vaxtında  demədimmi  dost  dosta  tən  gərək, 



tən olmasa gen gərək.  

                         

                         

Fil və sərçə 

Fil  sərçəni  saymadan  onun  balasını  ayağı  ilə  

tapdalayır.  Sərçə  intiqam  almaq  üçün    fürsət  axtarır. 

Fil yatdığı yerdə  dimdiyi ilə onun gözlərini kor edir. 

Kor  filin susuzluqdan  bağrı partlayır. Sərçə qurbağa-

dan xahiş edir ki,  yarğanın başında quruldasın. Fil elə 

biləcək  ki,  qurbağa göldə quruldayır. O tərəfə qaça-

caq  belə  də  olur.  Fil  yarğanın  başına  çatanda  yu-

murlanıb dərəyə düşür və ölür. 

 

 

 



 

68 


    

Ölürəmsə hinin qabağında ölərəm 

 

Bir  kəndin  toyuğuna-cücəsinə  dadanmış  tülkünü 



ovçu  ölümcül  yaralayır.  Tülkü  çölə  qaçmaqdansa 

üzünü kəndə tərəf tutub sürətlə qaçır. Ovçu soruşur: 

Ay tülkü, onsuz da ölürsən kənddə nə işin var? 



Tülkü cavab verir: 

-

 



Ölürəm,  ölürəm!  Əgər  ölürəmsə  düzdə  niyə, 

hazır hinin qabağında, toyuqlara yaxın yerdə ölərəm.  

 

 

 



                      

Kömbə 

 

Tülkü,  Canavar,  At  və  Dəvə  bir  kömbə  tapırlar. 



Lakin  bir  kömbəni  bölməkdə  çətinlik  çəkirlər.  Belə 

qərara gəlirlər ki, kimin yaşı daha çoxdursa, kömbəni 

o yesin. 

Hərə  bir  yaş  söyləyir.  At  bidirir  ki,  mənim 

yaşım  yadımda  deyil.  Amma  atam  mənim  yaş 

kağızımı, nalın içinə qoyub. Tülkü deyir: 

Mənim  savadım  yoxdur,  odur  ki,  oxuya 



bilmərəm.  

Ca

navar  bildirir  ki,  yüksək  təhsil  sahibiyəm. 



Arxaya keçir ki, məktubu oxusun. At təpiklə elə vurur 

ki, Canavar ordaca ölür. Tülkü bir daşın üstünə çıxıb 

deyir: 



Qurbanın  olum  ay  ata,  nə  yaxşı  ki,  məni 



oxutmamısan. 

                 

 


 

69 


                 

Dəvə, tülkü və keçi 

               

(“Kömbə” təmsilinin II variantı) 

  

Bir  dəvə,  bir  keçi,  bir  də  tülkü  yol  gedirdilər. 



Özləri  də  yaman  acmışdılar.  Baxdılar  ki,  yerə  bir 

çörək düşüb. Dəvə dedi:  

Bunu  bölsək,  heç  kimə  çatmayacaq,  yenə  ac 



qalacayıq. Uşaqlar, gəlin kimin yaşı çoxdursa, çörəyi 

o yesin.  

Keçi dedi:  

Vallah, Nuhun gəmisi hazır olanda, birinci içinə 



mən sıçrayıb minmişəm.  

Dəvə dedi:  

Hə, xeyli yaşın varıymış. Tülkü qardaş, indi sən 



de görək neçə yaşın olar?  

Tülkü dedi:  

Dəvə  qağa,  gör  keçi  nə  danışır.  Hazır  gəminin 



içinə  kim  olsa  minərdi.  Gəminin  taxtaları  vurulanda, 

əmim  oğlu  çaqqalla  orda  işləmişik.  Atam  taxtaları 

rəndələyib vururdu. Koraları da mən verirdim. Lələm 

də mənə deyirdi ki, oğul, gərək sənə Şirin qızını alam, 

Aslan da qaynatan olsun.  

Dəvə  gördü  ki,  bunlar  haralardan  danışır.  Çörəyi 

ağzına alıb dedi:  

Sizin deməyinizdən belə çıxır ki, dəvə uşaqdır?” 



 

 

          



 


 

70 


              

Çöl  xoruzu  və  tülkü 

 

 

T



ülkü  meşə  xoruzuna  rast  gəlir.  O,  kök  meşə 

xoruzunu yemək üçün hiyləyə əl atır. Xoruz qonduğu 

budağın altında dayanır və ah, of çəkir. Xoruz soruşur 

ki, tülkü nə çox  ah, of çəkirsən? 

Tülkü cavab verir: 

 



Bundan  sonra  işimiz  fənadır.  Padşah  fərman 

verib  ki,  heç  bir  canlı  başqa  canlıya  toxuna  bilməz. 

Buna  inanan  xoruz  tülkünün  yanına  gəlir.  Bu  vaxt 

b

öyürdən  bir  pələng  çıxır.  Tülkü  qaçır,  nə  qaçır.  



Xoruz s

əslənir:  

Ey  tülkü,  padşahın  fərmanı  var,  pələng  sənə 



neyliyə bilər? 

Heç  bəlkə  pələngin  o  fərmandan  xəbəri  yoxdur. 



Fərmanı oxuyanacan məni basıb yeyəcək.  

 

 



                

Şuxluq edirdim 

 

Qar



ğılıqdan  heç  bir  heyvanın  səsinə  bənzəməyən 

bir  səs  gəldi.  Bu  əcaib  səsi  eşidən  bütün  heyvanlar 

meşəni tərk edib qaçmağa başladılar. Şir qorxusundan 

yolu-


izi batırdı, sonra öz-özünə dedi: 

Meşədə  başqa  heyvanlar  mənim  gücsüzlüyümü 



görüb itaətimdə durmayacaqlar.  

 

Şir  gücünü  torplayıb  qarğılığa  hücüm  çəkdi. 



Baxdı ki, bu tülküdü, qəribə səslər çıxarır. O, tülküdən 

soruşdu? 

 



Bu nə qəribəlikdir? 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə