Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   13   14   15   16   17   18   19   20   21

 

71 


 

Tülkü dedi: 

 

-

Şuxluq edirəm. 



 

Şir onun boğazından tutub yerə çırpdı: 

 



Bütün  heyvanlar  meşəni  tərk  etdi,  mən  yolu-



izi batırdım,  sən hələ şuxluq edirsən. 

 

 



 

 

          



Dovşanla kirpinin söhbəti 

 

 

 Dov



şan  bir taxıl zəmisini göstərib deyir: 

 



Gəl,  hərəmin  zəminin  bir  tərəfindən  qaçaq, 

g

örək kim birinci çatacaq. 



 

Kirpi  ekiz  bacısının  birini  gətirib  taxıl  güllü-

yünün  başında  qoyur,  özü  isə  ayağında  dayanır. 

Dovşanın güllüyün başına çatanda kirpinin biri deyir:  

 

-

Mən burda.  



 

Aya


ğa çatanda o biri deyir: 

 

- M



ən burda. 

 

Dov



şan  hirsli-hirsli  güllüyün  o  başına,  bu 

ba

şına o qədər qaçır ki, ürəyi partlayıb ölür.  



 

 

                  



Canavar və qaz   

 

 



Canav

ar  böyük  bir  qoyun  cəmdəyini  yeyərkən 

boğazında  sümük  qalır.  Heç  kəs  o  sümüyü  çıxara 

bilmir.  Canavar  yemək  yeyə  bilmir,  taqətdən  düşür. 

Elan  edir  ki,  kim  sümüyü  boğazımdan  çıxartsa  oni 



 

72 


mükafat  gözləyir.  Bu  xəbəri  eşidən  qaz  Canavarın 

yanına  gəlir  və  deyir  ki,  ağzını  aç,  dimdiyini  uzadıb 

Canavarın  boğazından  sümüyü  çıxardır.  Canavardan 

heç bir mükafat almayan qaz, canavarın dalınca  dağa 

çıxır, dərəyə enəndə isə qaz da yanını basa-basa dərə-

yə enir. Canavar soruşur: 

Ay  qaz,  dağa  çıxıram,  dağa  çıxırsan,  dərəyə 



enirəm, dərəyə enirsən, xeyir ola? 

Sizin vəd etdiyiniz mükafatı istəyirəm. 



  

Canavar gülür və deyir: 

-  S

ənin  qaz  boğazın  mənim  canavar  ağzımdan 



salamat  çıxıb,  daha  bundan  böyük  nə  mükafat  istə-

yirsən? 


 

 

                 



Eşşəyin qurd dayısı 

 

Canavar, 



yəni qurd kənd toyuna gəlir. Onu başda 

oturdurlar.  Eşşək  mərəkəni  yara-yara keçib qurdun 

üzündən öpür və deyir: 

Allah dayımın qadasın alım. 



Hamı deyir: 

Bizim eşşəyin qurddayısı budurmu? 



Toy qurtarır,  qurd toydan çıxıb getməyə başla-

yır. Eşşək deyir: 

Ay  dayı,  bəs  mənlə  xüdafizləşməyib  hara 



gedirsən? 


 

73 


 

Ayə,  eşşəyin  biri  eşşək  mən  sənin  dayın 



olanda  mən  də  eşşək  nəslindən  oluram.  Canavar 

eşşəyin boğazından tutub yerə çırpıb öldürür. 

 

       

 

               

Eşşək və kəndxuda 

 

Molla  Nəsrəddin  sayağı  bir  kişi  ağlayır  ki, 

eşşəyim  itib  tapmıram.  Kişini  muştuluqlayırlar  ki, 

sənin eşşəyini kəndxuda seçiblər. Kişi deyir: 

Mən  kəndxuda  olan  eşşəyimi  necə  görə 



bilərəm? 

Məsləhət  görürlər  ki,  bir  ovuc  arpa  götür, 

adamları yara-yara keç kəndxudanın yanına.  

Belə də olur. Kəndxuda kişidən soruşur? 

Ovcundakı nədir? 



Necə nədir? Eşşəyimsən arpanı gətirmişəm. 

Kəndxuda kişini möhkəm döydürür. 

 



Qohumlarından  istifadə  edib  kəndxuda 

oldun,  vəzifəndən  istifadə  edib  məni  döydürdün. 

Yerə  də  girib,  göyə  də  çıxsan  yenə  də  sən  mənim 

eşşəyim olaraq qalırsan.  

 

 

 



 

 

 




 

74 


Bağlayanı tülkü, çaqqal, 

açanı isə kəsəyən ola 

 

Bir  meşənin  sahibi  olan  şir  zəhmi  ilə  bütün 



heyvanları  qorxudurdu.  Şirə  yaxınlıq  edən  tülkü 

şirdən soruşdu: 

Zənciri  qıra  bilirsən,  ən  nəhəng  canlılara  güc 



gəlirsən, bəs sənin nəyə gücün çatmaz? 

Şir cavab verdi: 

-  

Təkcə  heyvan  bağırsağını  qurudub  qollarımı 



arxadan bağlasalar onu açmağa gücüm çatmaz. 

Şirə dedilər ki, icazə ver sənin gücünü sınaqdan 

keçirək. Tülkü çaqqala qoşulub mal bağırsağını qu-

rudub  şirin  qollarını  arxadan  bağladılar.  Doğrudan 

da  şir  nə  qədər  güc  gəldisə  qollarını  aça  bilmədi. 

Hətta,  meşənin  canavarları,  pələngləri  şirin  səsini 

eşidib  köməyə  gəldilər.  Lakin,  şirin  qollarını  aç-

mağa gücləri çatmadı. Tülkü dedi: 

Çoxlarını qolu bağlı saxlamısan. 



Tülk

ü  və  çaqqal  şirə  acıq  verə-verə  meşəni 

gəzməyə  başladılar.  Kəsəyən  gəlib  şirin  başına 

çıxdı. Oynamağa başladı və dedi: 

Ey şir, bu meşədə məndən başqa heç kəs sənin 



qollarını aça bilməz.  

Şir kəsəyənə (siçana) yalvardı: 

Ey balaca məxluq, məni bu əzabdan qurtar. 



Kəsəyən  bağırsaqları  xırda  dişləri  ilə  doğradı. 

Pələngin,  canavarın  gücü  çatmayan  bu  işi  başa 

çatdırıb, şiri azad etdi. 



 

75 


Şir meşəni seyr edib, dərindən nəfəs aldı və dedi: 

Ey meşə, mən səni tərk edib gedirəm, bir yerdə 



ki şirin qollarını bağlayan tülkü və çaqqal, açanı isə 

kəsəyən ola, o yerdə qalmaq olmaz.  

 

 

                       



Şah və dəvəquşu 

 

Bir  ovçu  dəvəquşunu  tutub,  ölkənin  şahına 



gətirir. Şah deyir: 

Yaxşı  boy-buxunlu  quşdur,  lakin  ayaqları  çox 



uzun,  dimdiyi  yekədir.  Aparın  bunu  quş  həddinə 

salıb gətirin. 

Ovçu  dəvəquşunun  uzun  ayaqlarını  kəsib 

gödəldir, dimdiyini isə yarıyacan kəsir. Yəni dəvə-

quşunu “quş həddinə salıb” saraya gətirir. 

Şah deyir: 

Axı, quş yerimir. 



Ovçu cavab verir: 

-  Hökmdar A

llahın  yaratdığı  quşu  yenidən  quş 

həddinə salanda belə olur. 

 

 

 



 

 

 



 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə