76
Quşlara ad qoyulanda ordaydın
Qəflətən bir kişinin uzaq yerdən qonağı gəlir.
Evdə ət olmur. Kişi çəpərin üstündən bir sağsağan
(ikinci adı qəcələ) tutub arvadına verib deyir:
-
Bu qırqovulu qonaq üçün bişir.
Arvad deyir:
-
A kişi, bu ki sağsağandır.
Kişi əsəbi halda deyir:
-
Ay rəhmətliyin balası, quşlara ad qoyulanda
sən orda idin?
Qoyunu qurda göstərmək kifayətdir
Şah bir kəndin ağsaqqalına qoyun verir və deyir:
-
Bu qoyunu elə bəsləməlisən ki, onun əti nə bir
kilo artsın, nə də azalsın.
Şah bununla el ağsaqqalını sınağa çəkir. Şah onu
da bildirir ki, mən qoyunu istənilən vaxt səndən
tələb edə bilərəm.
El ağsaqqalı ehtiyatı əldən buraxmır. Hər gün
qoyunu yedizdirib-
içizdirib bəsləyir, sonda isə
bircə dəfə canavara göstərir. Canavarı görən qoyun
əvvəlki həddinə düşür.
Bir gün şah qoyunu ağsaqqaldan tələb edir. Şah
qoyunu tərəziyə qoydurur. Baxır ki, qoyun nə
kökəlib, nə də ki arıxlayıb. O, ağsaqqaldan soruşur:
-
Sən bunu necə edirsən?
77
Kişi cavab verir:
-
Qoyunu bircə dəfə qurda göstərmək hər şeyə öz
həddini bildirir.
Şah müdrik qocanın nə demək istədiyini anlayır.
Qartal və qarğa
Nədənsə qartalla qarğanın dostluğu tutur. Qartal
qarğanı aparıb qayanın zirvəsində hər gün ona
bildirçin
, qırqovul və kəklik döşü yedizdirir.
Qarğa deyir:
-
Sən məni elə-belə bilmə, sənə dünyanın ən
gözəl nazü-nemətini yedizdirəcəm.
Qarğa qartalı mal peyinliyinə gətirir. Başlayır
yaş peyini dimdiyi ilə iştahla götürür. Qarğa qartala
deyir:
-
Elə kənar durma, yaxın gəl bu nemətdən sən də
ye, ləzzət al. Bu həm də dərmandı, cana xeyirdi.
Qartal deyir:
-
Sənin mal peyini yeməyin bir yana qalsın, hələ
üstəlik həkimlik də edirsən?
78
At
və qatır
Bir məclisdə qatır atı, dəvəni və digər heyvanları
basa-
basa gəlib yuxarı başa keçir və elə şəstlə
dayanır ki, gəl görəsən.
Heyvanlar arasında pıçhapıç düşür: bu hansı
heyvandır ki, hamımızı ayaqlaya-ayaqlaya yuxarı
başa keçdi, bəlkə şahımız şirlə qohumluğu var?
Bu anda onun nəslini, ata-anasını yaxşı tanıyan
at düz onun yanında dayanır və deyir:
-
Bu nə ədabazlıq, bu nə lovğalıqdır, niyə özünü
dartırsan?
Qatır eyni əda ilə cavab verdi:
-
Niyə lovğalanmayım, bu basalaqda mənim
qabağıma çıxan, məndən qoçaq heyvan varmı?
Varsa göstər.
At gülə-gülə:
-
Qoçaqlığına qoçaqsan, sözüm yoxdur, ancaq
filan dərədə yaşayan qotur eşşək atan olmasaydı,
nalbənd nalını qızıldan vurardı-dedi.
Çay quşu və qurbağa
Çay quşu ilə qurbağa qonşu idi. Qurbağa gecə-
gündüz quruldayıb çay quşunun baş-beynini tökür,
lap onu bezdirirdi. Cana yığılan çay quşu günlərin
birində qurbağaya yaxınlaşıb dedi:
79
-
Qonşu, olmazmı mahnını dəyişib, başqa mahnı
oxuyasan, m
ən də sənin mahnından zövq alıb
feyziyyab olam?
Qurbağa onu çəpəki süzüb cavab verdi:
-
Birinci bizim nəsil həmişə bu mahnını oxuyub.
Mən adət-ənənəni poza bilmərəm. İkincisi, mən elə
xanəndə, müğənni deyiləm ki, onun-bunun mah-
nısını oxuyub mahnını da, özümü də, bəstəkarı da
çıxılmaz vəziyyətə salım.
Çay quşu qəzəblə dedi:
-
Quruldamağın sənə nə xeyri var?
Qurbağa təmkinini pozmadan:
-
Əvvəla, qurr eyləyəndə ağzıma su dolmur. Və
nəhayət, digər canlılar mənim səsimi eşidib yaşa-
dığım yerdə su olduğunu bilirlər. Sudan içib
dincəlirlər. Quruldamağın məndən çox, digər canlı-
lara xeyri var-dedi.
Qartal və qarğa
Qartalla qarğa möhkəm dost olmuşdular. Onlar
hər yerə bir gedir, sevincli, qəmli anları bölüşür, bir
sözlə, can deyib, can eşidirdilər.
Qartal hər gün qarğaya qırqovul, bildirçin əti
yedizdiri
r, yağ içində böyrək kimi bəsləyirdi.
Bir gün qartal qarğaya zarafatla dedi:
-
Ay Qarğa, xətrinə dəyməsin, boy məndə,
buxun məndə, yaraşıq məndə, igidlik məndə, vurub
80
tutmaq məndə. Amma nədəndir ki, mən 50 il
yaşayıram, sən 300 il.
Qarğa dedi:
-
Bunun sirri
mənim yeməyimdədir.
Qartal heyrət içində soruşdu:
-
O nə cür yeməkdir ki, ömrü uzadır?
Qarğa lovğa-lovğa dedi:
-
Gedək, göstərim.
Qarğa Qartalı dərəyə endirib üfunət qoxusu
verən bir at leşinin yanına gətirdi. Başladı leşdən
ləzzətlə yeməyə. Qartal da leşdən bir tikə götürdü,
ürəyi ağzına gəldi. Öyüyə-öyüyə qanad çalıb zir-
vəyə uçdu. Arxadan gələn qarğanın üstünə qışqırdı:
-
Geri qayıt, bu gündən bizim dostluğumuz
bitdi. Sənin kimi leş yeyib 300 il yaşamaqdansa,
mənim kimi bildirçin, qırqovul döşü yeyib 50 il
yaşamaq daha şərəflidir.
Dostları ilə paylaş: |