Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   13   14   15   16   17   18   19   20   21

 

76 


          

Quşlara ad qoyulanda ordaydın 

 

Qəflətən  bir  kişinin  uzaq  yerdən  qonağı  gəlir. 



Evdə  ət  olmur.  Kişi  çəpərin  üstündən  bir  sağsağan 

(ikinci adı qəcələ) tutub arvadına verib deyir: 

Bu qırqovulu qonaq üçün bişir. 



Arvad deyir: 

A kişi, bu ki sağsağandır. 



Kişi əsəbi halda deyir: 

Ay  rəhmətliyin  balası,  quşlara  ad  qoyulanda 



sən orda idin? 

 

 



            

Qoyunu qurda göstərmək kifayətdir 

 

Şah bir kəndin ağsaqqalına qoyun verir və deyir: 



Bu qoyunu elə bəsləməlisən ki, onun əti nə bir 

kilo artsın, nə də azalsın.  

Şah bununla el ağsaqqalını sınağa çəkir. Şah onu 

da  bildirir  ki,  mən  qoyunu  istənilən  vaxt  səndən 

tələb edə bilərəm.  

El  ağsaqqalı  ehtiyatı  əldən  buraxmır.  Hər  gün 

qoyunu yedizdirib-

içizdirib    bəsləyir,  sonda  isə 

bircə dəfə canavara göstərir. Canavarı görən qoyun 

əvvəlki həddinə düşür. 

Bir gün şah qoyunu ağsaqqaldan tələb edir. Şah 

qoyunu  tərəziyə  qoydurur.  Baxır  ki,  qoyun  nə 

kökəlib, nə də ki arıxlayıb. O, ağsaqqaldan soruşur: 

Sən bunu necə edirsən? 




 

77 


Kişi cavab verir: 

Qoyunu bircə dəfə qurda göstərmək hər şeyə öz 



həddini bildirir. 

Şah müdrik qocanın nə demək istədiyini anlayır.  

 

   


                

Qartal və qarğa 

 

Nədənsə qartalla qarğanın dostluğu tutur. Qartal 



qarğanı  aparıb  qayanın  zirvəsində  hər  gün  ona 

bildirçin

, qırqovul və kəklik döşü yedizdirir. 

Qarğa deyir: 

Sən  məni  elə-belə  bilmə,  sənə  dünyanın  ən 



gözəl nazü-nemətini yedizdirəcəm.  

Qarğa  qartalı  mal  peyinliyinə  gətirir.  Başlayır 

yaş peyini dimdiyi ilə iştahla götürür. Qarğa qartala 

deyir: 


Elə kənar durma, yaxın gəl bu nemətdən sən də 

ye, ləzzət al. Bu həm də dərmandı, cana xeyirdi. 

Qartal deyir: 

Sənin mal peyini yeməyin bir yana qalsın, hələ 



üstəlik həkimlik də edirsən?  

 

                            



 

 

 



 

                 




 

78 


                        

At  

və  qatır 

 

Bir məclisdə qatır atı, dəvəni və digər heyvanları 



basa-

basa  gəlib  yuxarı  başa  keçir  və  elə  şəstlə 

dayanır ki, gəl görəsən. 

Heyvanlar  arasında  pıçhapıç  düşür:  bu  hansı 

heyvandır  ki,  hamımızı  ayaqlaya-ayaqlaya  yuxarı 

başa keçdi, bəlkə şahımız şirlə qohumluğu var? 

Bu  anda  onun  nəslini,  ata-anasını  yaxşı  tanıyan 

at düz onun yanında dayanır və deyir: 

Bu nə ədabazlıq, bu nə lovğalıqdır, niyə özünü 



dartırsan? 

 

Qatır eyni əda ilə cavab verdi: 



Niyə  lovğalanmayım,  bu  basalaqda  mənim 

qabağıma  çıxan,  məndən  qoçaq  heyvan  varmı? 

Varsa göstər. 

 

At gülə-gülə: 



-

Qoçaqlığına  qoçaqsan,  sözüm  yoxdur,  ancaq 

filan  dərədə  yaşayan  qotur  eşşək  atan  olmasaydı, 

nalbənd nalını qızıldan vurardı-dedi. 

 

             

Çay quşu və qurbağa 

  

Çay  quşu  ilə  qurbağa  qonşu  idi.  Qurbağa  gecə-



gündüz quruldayıb çay quşunun  baş-beynini tökür, 

lap  onu  bezdirirdi.  Cana  yığılan  çay  quşu  günlərin 

birində qurbağaya yaxınlaşıb dedi: 



 

79 


Qonşu, olmazmı mahnını dəyişib, başqa mahnı 

oxuyasan,  m

ən  də  sənin  mahnından  zövq  alıb 

feyziyyab olam? 

Qurbağa onu çəpəki süzüb cavab verdi: 

Birinci bizim nəsil həmişə bu mahnını oxuyub. 



Mən adət-ənənəni poza bilmərəm. İkincisi, mən elə 

xanəndə,  müğənni  deyiləm  ki,  onun-bunun mah-

nısını  oxuyub  mahnını  da,  özümü  də,  bəstəkarı  da 

çıxılmaz vəziyyətə salım. 

Çay quşu qəzəblə dedi: 

Quruldamağın sənə nə xeyri var? 



Qurbağa təmkinini pozmadan: 

Əvvəla, qurr eyləyəndə ağzıma su dolmur. Və 



nəhayət,  digər  canlılar  mənim  səsimi  eşidib  yaşa-

dığım  yerdə  su  olduğunu  bilirlər.  Sudan  içib 

dincəlirlər. Quruldamağın məndən çox, digər canlı-

lara xeyri var-dedi. 

 

 

                



Qartal və qarğa 

 

Qartalla  qarğa  möhkəm  dost  olmuşdular.  Onlar 

hər yerə bir gedir, sevincli, qəmli anları bölüşür, bir 

sözlə, can deyib, can eşidirdilər. 

Qartal  hər  gün  qarğaya  qırqovul,  bildirçin  əti 

yedizdiri

r, yağ içində böyrək kimi bəsləyirdi. 

Bir gün qartal qarğaya zarafatla dedi: 

Ay  Qarğa,  xətrinə  dəyməsin,  boy  məndə, 



buxun məndə, yaraşıq məndə, igidlik məndə, vurub 


 

80 


tutmaq  məndə.  Amma  nədəndir  ki,  mən  50  il 

yaşayıram, sən 300 il. 

Qarğa dedi: 

-

 



Bunun sirri 

mənim yeməyimdədir. 

Qartal heyrət içində soruşdu: 

O nə cür yeməkdir ki, ömrü uzadır? 



Qarğa  lovğa-lovğa dedi: 

Gedək, göstərim. 



Qarğa  Qartalı  dərəyə  endirib  üfunət  qoxusu 

verən  bir  at  leşinin  yanına  gətirdi.  Başladı  leşdən 

ləzzətlə  yeməyə.  Qartal  da  leşdən  bir  tikə  götürdü, 

ürəyi  ağzına  gəldi.  Öyüyə-öyüyə  qanad  çalıb  zir-

vəyə uçdu. Arxadan gələn qarğanın üstünə qışqırdı: 

Geri  qayıt,  bu  gündən  bizim  dostluğumuz 



bitdi.  Sənin  kimi  leş  yeyib  300  il  yaşamaqdansa, 

mənim  kimi  bildirçin,  qırqovul  döşü  yeyib  50  il 

yaşamaq daha şərəflidir.   

 

 

 

 

 

 

 

 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə