Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   13   14   15   16   17   18   19   20   21

 

62 


Anqu: 

-

Tülkü bu nə hiylədi? 



Tülkü: 

-

Bəs  Leyləyə  dərs  verib  öyrədəndə  bilmirdin  ki,  



tülkü səni cəzasız buraxmayacaq. 

 

 



 

                  

Qızılquş və gürzə 

   

Qızılquş  gözəl  bir  çəməndə  gəzirdi,  birdən  gürzə 

onu gördü və dedi: 

-

Qızılquş, gəl dost olaq.  



Qızılquş dedi: 

-

Bizim dostluğumuz tutmaz, çünki sən həmişə əyri 



durursan. Bir də mənlə dost olmaqda məqsədin nədir? 

Gürzə: 


-

Sənlə dost olub göyə çıxmaq, oradan yerə baxmaq 

istəyirəm. 

Qızılquş  gürzəni  caynağına  alıb  göyə  qaldırdı. 

Göydə  gördü  ki,    gürzə  başını  onun  qanadının  altına 

uzadıb,  onu çalmaq istəyir. 

Yenə də inanmayıb soruşdu: 

-

Neynirsən? 



Gürzə  onu  azdırmağa  çalışdı,  harda  olduğunu 

unutmuşdu, axı mərəzi tutmuşdu. 

Dedi: 



 

63 


-

Heç,  başım  gicəlləndi,  gözüm  qaraldı.  Sizlər 

həmişə  göydəsiniz,  burdan  yerlərə  necə  ürək  eyləyib 

baxırsınız? 

Qızılquş onun şirin dilinə aldanmadı, caynaqlarını 

araladı. Gürzə yerə düşdü, qıvrılıb açıla-açıla dümdüz 

düzəldi, öldü. 

Qızılquş onun dalınca şığıyıb dedi: 

-

Bax, mən xəyanətkarı belə düz görmək istəyirəm. 



 

 

 



               

Andın iki başı olur 

 

Sürü  dağdan  arana  enir.  Qabaq  qolunun  biri 

qırılmış  qoyun  arxacda  qalır,  elə  bilir  sahibi  sürünü 

yaylıma çıxarıb, sağına gətirəndə  onu burda görəcək, 

sınıqçı gətirib qolunu sarıtdıracaq. 

Qoyun bir də görür, oba köçüb, yurdu qalıb. Yurd 

yerində  bir  canavar  hərlənir.  İstəyir  özünü  sərgənə 

sürüsün,  yaldan aşsın, görür yox, canavar onu görüb,  

ona  sarı  gəlir.  Canavarın  pəncəsindən  hara  qaça 

bilərdi,  tərpənmir,  deyir  bəlkə  mənə  belə  gəlir,  məni 

heç  gözü  almayıb,  mən  qara,  arxac  qara,  bir  az 

sümsünəcək, ötüb keçəcək. 

Lakin canavar 

düz  ona  sarı  gəlir,  qoyunun 

qabağında dayanır,  onu məzəmmət edir: 

-

Mənim yurdumda nə gəzirsən? 



Qoyun deyir: 

-Bura ata-babadan bizim yurddur. 




 

64 


Canavar deyri: 

-

Sən  məni  necə  inandıra  bilərsən  ki,  bura  bizim 



yurddur?  Qoyunun  dili  gödəlir,    axı  sahibinin  heç 

olmasa  bir  atı    ya  da  bir  ulağı  burda  olsaydı,    o, 

qoyunun  sözünü  təsdiq  edərdi.  İndi qoyun lap yüz 

dəfə and içsin, aman eləsin, canavarı inandıra bilərmi? 

Qoyun deyir? 

-

Bəs  sən  necə  inandırarsan  ki,  bura  bizim  yox, 



sizinkidir? 

Canavar öyünə-öyünə deyir: 

-

Bu saat bura yüz şahid yığaram. 



Canavar  belə  deyib  dağın  dalına  aşır,  tülküdən, 

çaq


qaldan birini tapıb gətirsin, şahidlik elətdirsin. 

Bu zaman qara qoyunu sürüdə görməyən  Bozdar 

geri götürülür, özünü arxaca  

salır. 


Qoyun onu görüb ürəklənir, deyir: 

-

Sən get, o qayanın altında gizlən,  mən öskürəndə 



canavarın üstünə atıl. 

Bozdar  həmin  yerdə  gizlənir.  Canavar  tülkünü 

götürüb  gəlir.  Tülkü  çatan  kimi  qoyunu  hədələməyə 

başlayır: 

-

Mən    gözümü  buralarda  açmışam.  Rəhmətlik 



babam  buraları  mənə  göstərib  deyərdi  ki,    canavarın 

yurdudur, mən bu canavarı həmişə burda görmüşəm. 

Qoyun tülküyə deyir: 

-

İndi ki, belədir, get çıx o qayanın başına,  üzünü 



göyə tutub and iç. De ki, əgər yalandan and içirəmsə, 

bu şirin canımdan xeyir görməyim. 




 

65 


Tülkü gedib həmin qayanın başına qalxır,  qabaqca 

aşağı  baxır,  görür  ki,  Bozdar  onu  boğazlamağa 

hazırlaşıb,  amma  qoyunun  himini  gözləyir.  Tülkü 

oradan uzaqlaşmağa başlayır. Canavar soruşur: 

-

Niyə and içmədin? 



Tülkü ona belə cavab verir: 

-

Andın iki başı olur. Gəl özün and iç. Qoyun anda 



inanır. 

Canavar  qayanın  başına  qalxar-qalxmaz qoyun 

öskürür,  Bozdar  canavarın  xirtdəyindən  yapışıb 

öldürür.  

Qaça-

qaça  gedən  tülkü  hələ  sağ  hesab  elədiyi 



canavara  eşitdirmək istəyir: 

-

Sənə demədimmi andın iki başı olur. 



 

 

 



        

Siçanla qurbağanın dostluğu 

 

Siçan  qurbağanın  yanına  neçə  dəfə  gəlmişdi  ki, 

mən də təkəm, qoy dost olaq, hərdən görüşək,  söhbət 

eləyək,  dərdimiz  dağılsın.  Uzun  bir  ip  gətirim,  bir 

ucunu  sənin  ağacına  bağlayaq,    o  biri  ucunu  da  mə-

nim. Bir-

birimizə nə zaman gərək olsaq,  ipi çəkərik,  

onda mən sənin harayına tez çataram,  sən də özünü 

mənə  yetirərsən,    bir-birimizə  arxalanmasaq  yaşaya 

bilmərik. 

 

Siçan  çox  dil  tökəndən  sonra  qurbağanı  yola 



gətirdi. Lakin dostlaşdıqları vaxtdan bircə gün keçmə-


 

66 


miş  qurbağanın  başına  bir  bəla  gəldi:  qurbağa  gölün 

qırağına  çıxmışdı,    özünü  günə  verirdi,  siçan da o 

yanda sünbül qırırdı. Birdən bir qaraquş şığıyıb siçanı 

göyə qaldırdı. Qurbağa göyə çəkildiyini görüb  özünü 

gölə atmaq istədi,  amma suya çatmadı, ipin bir ucu da 

onun  ayağına  bağlı  olduğuna  görə    göydə  süzə-süzə 

getməyə  başladı.  Sərçələr,  qaranquşlar  ondan  qaq-

qıldaya-qaqqıldaya soruşdular: 

        -

A  qurbağa,  bu  nə  haldır,  yoxsa  yerdə 

yaşamaqdan təngə gəlmisən,  indi də göylərin seyrinə 

çıxmısan? 

Qurbağa isə belə cavab verdi:                            -

Mən ölüm, üstünü vurmayın, ağılsızlıq eləyib özümü 

dost zibilinə salmışam. 

            

           

             



Dost dosta tən gərək

 

 



   

Ana  ceyran  öz  balası  ilə  bulağın  gözündən  su 

içməyə  gəlmişdi.  Bir  maral  da  o  yandakı  bulağın 

üstünə  enəndə hardansa bir canavar çıxdı,  maral gö-

türüldü, özünü meşəyə  vurdu buynuzları ağaca ilişdi.  

Canavar  ona  çathaçatda    bir  ayı  yuxarıdan    aşağıya 

mayallaq vurdu. Canavar onu görüb qaçdı.  

   


Bala ceyran anasına dedi: 

-Ana, 


mən  bilirəm  ki,  bizim  nəslimizi  artmağa 

qoymayan    canavardır.    Mən  ayı  ilə  dost  olacağam, 

qoy canavar bizə yaxın düşməsin. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə