Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

50 


Tülkü quyruğunu ox kimi düzəldir, xəbər alır: 

-

Quyruğum düppədüz düzəldimi? 



Çaqqal deyir: 

-

Yaman düzəldi. 



Tülkü çaqqala qabaqcadan ürək-dirək verir: 

-

Nərəm  səni  qorxuzmasın,  bu  saat  o  atın  ciyərini 



çıxardacam, sən də doyunca yeyəcəksən. 

Tülkü  “nərə”  çəkəndə    çaqqalın  gülməyi  tutur, 

çünki həmişəki kimicə vəkkildəyir, özünü atın üstünə 

atır. At təpiklə vurub onu öldürür. 

Çaqqal ona yaxınlaşıb deyir: 

-

Ay  tülkü,  sağlığında  sadaladıqlarını  hamısı  indi 



səndə var:  gözlərin bərələ qalıb, tüklərin biz-biz olub, 

quyruğun  da  düppədüz  düzəlib.  Özünü  başqasına 

oxşadanların axırını belə gördüm. 

 

 



                   

Kəsib sanayırlar 

  

Kirpi  gördü  ki,  dovşanların  qaçhaqaçı  üşüb.  Qaç-

maqda olan dovşanın birindən soruşdu: 

-

Qonşu, bu nə qaçhaqaçdı? 



-

Təzə  hökmdar  əmr  edib,  üç  qulağı  olanların 

qulaqlarını kəsirlər. 

Kirpi: 


-

Sizin ki, qulağınız üç deyil, ikidir. 

-

Bəla  bundadır  ki,  heyvanların  qulaqlarını  kəsib, 



sonra sanayırlar. 

 



 

51 


                 

Mən carçıyam 

 

Xoruzla tula dostlaşmışdı. Onlar hər yerə bir gedib 



gəlirdilər.    Xoruz  eşitmişdi  ki,  meşədə  bir  tülkü  var, 

hər  gecə  bu  kəndə  gəlir,  fərə-beçə,  toyuq-xoruz 

boğazlayıb aparır. Xoruz dostu tulaya dedi ki,  mənə 

güləcəklər,    fikirləşəcəklər  paxıllıq  eləyirəm.  Səndən 

xahiş eləsəm, bir gecə yatmazsan,  o tülkünün dərsini 

verərsən. 

Onlar sözləşib kənddən çıxdılar, meşəyə gəldilər. 

Xoruz  hündür  bir  ağacın  başına  qalxdı,  tula  isə  o 

ağacdan xeyli aralıqdakı şahlığa  girib gözlədi. 

Xoruz dalbadal neçə dəfə banladı. 

Onun  səsini  eşidən  tülkü  fikirləşdi  ki,    allahım 

verib,  xoruz  öz  ayağı  ilə  gəlib  meşəyə  çıxıb,  gedib 

tutaram,  bu  da  olar  mənim    neçə-axşam  sabahlığım, 

bir-iki ge

cə qorxusuz yaşayaram. 

Tülkü  səs  gələn  tərəfə  devikə-devikə  yaxınlaşdı, 

baxıb  gördü  ki,  yekə  bir  xoruz  ağacın  lap  kəlləsinə 

qonub,  ora dırmaşa bilməyəcək, hünər odur onu dilə 

tutub yerə endirəsən. Odur ki, onu xoş qılıqla dindirdi: 

-

Xoruz  lələ,  sənin  bizim  bu  yerlərə  basdığın 



qədəmlərin mübarək.  Xeyir ola? 

Xoruz dedi: 

-

Mən burda təzə kənd salacam. 



Tülkü dedi: 

-

Xoruz  lələ,  yaxşı  niyyətdir,  Allah  xeyirli  eləsin. 



Olarmı məni də bu kəndə götürəsən?  

Xoruz etiraz etmədi. 




 

52 


-

Niyə olmur. 

Tülkü  gördü  söz  sözü  yaxşı  çəkib  gətirdi,  dilini 

saxlamadı: 

-

Onda  düş  aşağı,  mənim  məhlə  yerimi  göstər, 



yavaş-yavaş özümə bir koma  qaraldım, yerimə çəpər 

çəkim. 


Xoruz dedi: 

-

Mən-carçıyam. Məhlə yeri paylayan  o aşağıdakı 



ağacın  dibindədir,  zəhmət  olmasa,  ora,  onun  yanına 

get,  səninkini  bu saat bölüb versin ki, basabasa 

düşməyəsən. 

Tülkü  düşündü  ki,  carçılar  sağsağan  kimi  olurlar, 

hansı  budağa  desən  uçub  qonurlar,  yer  bölüb  payla-

yan, yəqin, larıdır,  iki bu yekəlikdədir, bəxtim gətirib 

qazanmayıb  hazıra  tuş  gəlmişəm,  larılar  uça  da 

bilmirlər, mənim qabağımdan hara qaçacaq? 

Tülkü  carçı  xoruzun  göstərdiyi  ağacın  dibinə  

çatanda  tula  şahlıqdan  çıxdı,    tülkünün  üstünə  atıldı,  

qulağının  birini  qopardı,  quyruğunun  da  yarısını. 

Tülkü  tulanın  əlindən  birtəhər  canını  götürüb  qaçdı, 

hündür 

bir qayanın başına çıxıb xoruza dedi: 



-

Sənin  yer  parlayanın  həmişə  o  tula  olacaqsa, 

burda kənd sala bilməyəcəksən. 

 

              



 

 

 

 


 

53 


            

Pişikdən də balaca oldum 

 

Döyülüb  qovulmuş  pişiyin  dalınca  da  qancıq  itlər 



salışır. O özünü kola-kosa vura-vura gəlib bir meşəyə 

çıxır.  Onu  görən  pələngi  heyrət  bürüyür:  “Bu  ki, 

bizim  nəsildəndir,  başının  yekəliyindən,  boynunun 

nazikliyindən,  qarnının  sallaqlığından  bilinir  ki,  yaşı 

çoxdur, qocalıb, bəs niyə balaca qalıb”? 

Pələng bunun səbəbini soruşduqda pişik ona  deyir 

ki,  mən tək deyiləm, mənim kimiləri çoxdur,  bizim 

hamımızı bu kökə insan salıb. 

Pələng xəbər alır: 

-

İnsan  nə  olan  şeydir?  O,  kimdirsə,  bizim  nəslin 



düşmənidir, onu mənə tanıt, ondan hamımızın heyfini 

alım. 


Pişik Pələngi  meşədən düzə gətirir. Gəlib görür ki

cütcü kəl-öküzləri açıb, otarmağa, sulamağa aparıb. 

Xışı  yerə  sancılmış,  buyunduruqları  sərili  görən 

Pələng Pişikdən soruşur: 

-

Bunlar nədir? 



Pişik  deyir  ki,  bu  boyunduruqlara  kəl-öküz 

qoşurlar,  bu xışla yer əkirlər, hamısı insanındır. 

Pələng deyir: 

O  boyunduruğu  mənim  boynuma  qoy,    bunların 

hamısını  meşəyə  çəkəcəm,    yiyəsi  o  insan  dalımca 

gələr,  ondan sizin qisasınızı ondan alaram. 

Pələngin  yeyəliyinə,  gücünə  arxayın  olan  pişik  

boyunduruğun  bir  tayını  onun  boynuna  qoyur,  

samıların bağını onların çənəsinin altında bağlayır. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə