Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

38 


                   

Yonca əhvalatı 

 

B

ir tövlənin bir tərəfində quzulara yonca verib 



kökəldirlər,  o  biri  tərəfində  eşşəklə  balası    qırcla 

(heyvan


ların  ayağının  altına  tökülən  ot  qırıntıları) 

qidalanırlar. Həmin eşşəyin balası hərdən bir qaçıb 

quzularla yonca yeyirdi. 

 

Eşşək dedi: 



 

Bala, yoncaya meyl etmə. Gəl, dədə-babadan 



yediyimiz qırca qane ol. Yoxsa xəta çəkərsən. 

Bir  gün  gecəyarı  quzuları  kəsməyə  apardılar. 

Qoduq  da  onlarla  getdi.  Quzuları  kəsdikcə  onların 

xırıltısı  qoduğu  vahiməyə  saldı.  Qoduğu  kəsmək 

istədikdə  qulaqları  qəssabı  şübhəyə  saldı.  Onu 

anasının yanına qaytardılar. Qoduq dedi: 

Ana, sənə inanmırdım. Elə yonca yeməyin belə 



də xırıltısı olurmuş. 

 

 



                 

Tülkü və canavar 

 

Tülkü  çox  gəzir  yeməyə  heç  nə  tapmır.  Gəlib  bir 

quyunun başına çıxır. Baxır ki, quyunun içində qoyun 

quyruğu var.  

Quyu ona dayaz görünür. Deyir, mənimkini Allah 

yaman yetirib, ke

fim istəyən qədər yeyərəm, sonra da 

ikicə  qarış  dərinlikdən  bircə  hoppanışla  qırağa  sıç-

rayaram.  



 

39 


Tülkü özünü quyuya atır. Yeyib doyandan sonra ha 

atlanırsa quyudan çıxa bilmir, qalır fikirləşı-fikirləşə. 

Bu vaxt ovdan

quşdan ötrü hər yanı gəzmiş canavar 

gəlib  həmin  quyuya  yaxınlaşanda  hənirti  duyur. 

Sevinir ki, burdan hansı sürüsə keçirmiş, qoyunun biri 

quyuya  düşüb,  çobanın  xəbəri  olmayıb,  indi  onu 

şirincə-şirincə  yeyərəm.  Quyunun  başına  gəlib  ba-

xanda görür ki, ordakı qoyun deyil, tülküdür.  

Soruşur: 

-

Ordan neyləyirsən? 



Tülkü cavab verir: 

-

Burdan  keçən  sürüdən  bir  quyruq  qoparıb  bu 



quyuya  salmışdım,  indi  onu  yeyirəm.  Ürəyimə  dan-

mışdı ki, gələcəksən, payını saxlamışam. 

Qurd özünü quyuya atıb, quyruğa cumur. 

Qurdun  başı  quyruğa  qarışanda  tülkü tez onun 

belinə  tullanır.  Hoppanıb  quyudan  çıxır,  quyunun 

başında şöngüyür. 

Qurd  quyruğu  yeyib  qurtarandan  sonra  quyudan 

çıxmaq istəyir, hoppanıb düşür, özünü ora-bura vurur

lakin  çalışıb,  çabalamağının  xeyirsizliyini görüb 

tülküdən kömək istəyir. Tülkü deyir, mən balaca, sən 

yekə, sənə gücüm çatmaz. 

Canavar deyir: 

-

Bəs onda mən nə edim? 



Tülkü gülə-gülə deyir: 

-

Darıxma,  quyruq  sahibi  indilərdə  gələr,  səni 



quyudan çıxardar.  

 



 

40 


                   

Tülkü və tələ 

 

Tülkü ac idi. Gəlib gördü ki,  bir çöpün ucunda iri 

bir qoyun quyruğu var. Qorxdu, yaxın getmədi.   

Bu zaman qurd da gəlib çıxdı. Ondan soruşdu: 

-

Bir şey yoxdur? 



Tülkü quyruğu göstərdi: 

-

Niyə yoxdur, bax, gözəl qoyun quyruğu... 



-

Tülkü, bəs niyə yemirsən? 

-

Orucam, iftarımı açmamışam. Sən doyunca ye, bir 



az da mənə saxla.  

Qurd  cəld  quyruğa  cumdu.  Tələ  şaqqıldadı. 

Quyruq canavardan çox uzağa düşdü. Canavar tələdə 

qaldı,  ha  dartındı,  canını  qurtara  bilmədi,  tülkü  isə 

quyruğu iştaha ilə yeməyə başladı. 

Canavar soruşdu: 

-

Bəs. bayaq deyirdin ki, orucam? 



Tülkü dedi: 

-

Göydə  Ayı  indicə  gördüm.  Ayı  kı  gördüm, daha 



yeməliyəm. 

Tülkü  yeyib  doydu,  getmək  istərkən  canavar  ona 

yalvardı ki, gəl məni tələdən qurtar. 

Tülkü dedi: 

-

Mən tələ yiyəsinin işinə qarışmaram.   



 

 

 

 

 


 

41 


             

Ölüncə qəbir qazaram 

 

Qarışqa  filə  ərə  gedir.  Lakin  qarışqanın  sevinci 

uzun  çəkmir.  Toy  gecəsi  fil  ölür.  Qarışqa  zülüm-

zülüm ağlayıb deyir: 

Mən  sevindim  ki,  fil  kimi  ərim  olacaq.  Düşün-



mədim ki, ölənəcən filə qəbir qazmalı olacam. 

 

            

                   

Gürzə və tülkü 

 

Gürzə  bir  gün  gəlir  ki,  a    tülkü,  təklik  məni 

bezikdirib,  gəl  dost  olaq.  Tülkü  fikirləşir  ki,  onun 

sözünü  yerə  salsam,  məndən  inciyər,  yuxu  da  ölüm 

kimi bir şeydir, yatdığım yerdə məni çalar.  

Qorxusundan etiraz etmir, amma ona deyir ki, ay 

gürzə  qardaş,  mən  bu  sözü  sənə  çoxdan  açmaq  istə-

yirdim,  amma  ürək  eləmirdim.  Indi  ki,  mənim  bu 

arzumu  yerinə  yetirdin,  qoy  sənin  o  qaymaq  buxa-

ğından öpüm. 

Gürzə  inanıb  başını  qaldırır.  Tülkü  dişlərini  onun 

xirtləyinə  necə  keçirirsə  gürzənin  boğazını  üzür. 

Gürzə ölür, dümdüz sərələnir.  

Tülkü onun meydinə baxıb deyir: 

-

Sən  həmişə  əyri  dururdun,  indi  düppədüzsən, 



mənim  dirilikdə  sənin  kimi  əyri  duranların  ölü 

düzlüyündən xoşum gəlir. 

 

  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə