Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 

42 


                   

Xatası bizə dəyər 

 

Meşədə  ər-arvad  iki  meymun  yaşayırmış.  Onların 

da üç-dörd 

körpə balası varmış. Bir gün ana meymun 

ata meymuna deyir: 

-

Eşitdiyimə görə qonşu kənddəki Fatı qarı ilə onun 



Mor pişiyi yola getmirlər. Gedək onları barışdıraq.  

-A

ta meymun əlini yelləyir: 



-

Özgəsinin  dərdi  bizə  qalıb?  Heç  yola  gedən 

günləri olmasın... 

A

na meymun ata meymunu başa salmağa çalışır: 



-

Elə deyici olma, qonşudu xatası bizə dəyər. 

Ata meymun ora-

burasını  qaşıyır,  ana  meymunun 

nədən qorxduğunu, ehtiyat elədiyini vecinə almır. 

Bir gün Mor pişik Fatı arvadın gözünün qabağın-

daca qazanın qapağını vurub aşırır, südün qaymağını 

sivirib  yeyir,  sonra  da  onu  daha  çox  yandırıb  yax-

maqdan ötrü ağız-burnunun, əl-ayaqlarının bulaşığını 

Fatı qarının tumanına silir.  

Fatı  qarı  da  durub  Mor  pişiyin  üstünə  neft  tökür, 

kibriti  çəkib  atır.  Mor  pişik  alışmağa  başlayır,  bilir 

Fatı qarı onu söndürməyəcək, özünü meşəyə vurur ki, 

şah-şəvələ  sürtünüb  alovunu  keçirsin.  Lakin  hardan 

keçirsə  oranı  alov  bürüyür.  Meşə  yanır.  Ana  mey-

munla  ata  meymun  öz  balalarını  götürüb  yanğından 

güclə qaçıb qurtarırlar.  

Ana meymun ata meymuna deyir: 




 

43 


-

Gördün?  Sənə  demədimmi  gedək  onları  barış-

dıraq,  yoxsa  xatası  bizə  dəyər.  İndi  biz  öz  başımızı, 

balalarımızı harda saxlayaq? 

 

 

                  



Dovşanların qərarı 

 

Dovşanlar  bir  yerə  yığışıb  danışdılar,  mübahisəyə 

girişdilər,  axırda  razılaşıb  belə  qərara  gəldilər  ki,  nə 

görürüksə  səksənirik,  ürəyimiz  üstümüzdə  durmur, 

hey  qaçırıq, bir kol-kosun  dalına-daldasına  giririk, 

gizlənirik,  yerimizi  qızdırmamış  bir  şıqqıltıya,  pırıl-

tıya  görə  yenə  götürülürük,  gəlin  özümüzü  öldürək, 

canımız  bu  qəhr-qəzəbdən,  bu  əzab-əziyyətdən  bir 

dəfəlik qurtarsın. 

Dovşanlar  qıraqları  qamışlı  bir  gölə  yaxınlaşırlar, 

istəyirlər  özlərini  bura  atsınlar,  boğulub  ölsünlər. 

lün  lap  kənarına  gələndə  qurbağalar partapartla 



sulara töküldülər.  

Dovşanlar gülüşdülər, dedilər, yox, qardaş, bizdən 

də qorxan varmış, gəlin yaşayaq. 

 

                     

 

 

 

 

 



 

44 


                    

Dəvə və tülkü 

 

Dəvə  ilə  tülkü  yoldaş  olurlar.  Ac  imişlər,  bir 

kömbə tapırlar.  

Tülkü deyir: 

-

Bu  kömbəni  bölsək,  heç  birimiz  doymayacağıq, 



gəl,  əcdadımızdan  danışaq,  kimin  əsli  daha  qədim 

olsa, kömbəni o yesin. 

Dəvə meydanı tülküyə verir.  

Tülkü deyir: 

-

Rəhmətlik anama nənəm həmişə deyərdi ki, dünya 



binnət olanda mənim Binnət adlı bir oğlum vardı.  

D

əvə görür ki, tülkü çox uzaqdan başladı, nəslinin 



yaşı  dünyanın  yaşından  da  qabağa  keçdi.  Kömbəni 

ağzına atır, ayağa qalxır və deyir: 

-

Sənin dediyindən belə çıxır ki, dəvə uşaqdır. 



 

 

                   



Pişik və balaları 

 

Bir kişinin ala bir pişiyi vardı. Hər gün ona da ət 

alardı.  Pişik də buna qane olur, oğurluq etməzdi.  

Kişi  bir  gün  yenə  beş  girvənkə  ət  alır,  onun  bir 

girvənkəsini kəsib pişiyə verir, lakin işdən qayıdandan 

sonra əti tapmır. Kişi öz-özünə deyinir: 

-

Oğru  gəlsə,  ayrı  şey  də  aparardı.  Bəs  bu  kimin 



işidir? 

Pişik taxtın altından çıxıb dillənir: 




 

45 


-

Əti mən götürmüşəm. Hər dəfə mənə bir girvəngə 

ət verirdin, tək canıma bəs idi. Amma indi dörd balam 

var.  Sənsə  mənə  indi  də  bir  girvənkə  verirsən, 

balalarımı  nəzərə  almırsan.  Sənin  bu  ədalətsizliyin 

məni axırda oğru olmağa məcbur elədi. 

 

 

                  



Şir və qarğa 

 

Şir  böyük  bir  meşənin  hökmdarı,  qarğa  da  onun 

həkimi idi. Bir gün şir qarğaya dedi: 

-N

ədənsə tez-tez əsəbləşirəm, başım ağrıyır. 



Qarğa dedi: 

-

Bu meşədə bir bülbül,  turac və qırqovul yaşayır. 



Onlar  axşamacan  ötürlər,  sizi  əsəbləşdirən  onların 

səsidir.  Şir  əmr  verib  bülbülü,  turacı  və  qırqovulu 

meşədən qovdurdu. 

 

   

      

Sərçə indi ən böyük padşahdır   

 

Qartal  quşların  padşahı  idi.  Qırğıya  tapşırdı  ki, 

bütün quşları bura çağır. Quşlar çağırışı eşitdi, qartalın 

başına  yığışdı,  lakin  boz  sərçə  gəlmədi,  çağırıqçıya 

dedi: 

-

Sən  də    qələt  eləyirsən,  səni  göndərən  də,  başını 



daşın  yekəsinə  döyür,  mən  heç  kəsin  əmrinə  qulaq 

asan deyiləm. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə