Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

29 


Elə yeməyin 

Elə də xırıldamağı olur 

 

Uzun 


tövlənin bir başına qızıl inək qızıl danası ilə, 

digər başına qumral quzusu ilə, qapının ağzı tərəfə isə 

çal  qoduğu  ilə  bağlanmışdı.  Qapı  taxtalarının  ara-

sından  ilan  kimi  sazaq-soyuq bu ana –balanı  həmişə 

üşüdürdü,  bu  azmış  kimi  sahibləri  tayadan  yabalayıb 

gətirdiyi  güllü  otu  həmişə  qızıl  inəklə  qızıl  dananın,  

qumral qoyunla qumral quzu

nun axuruna basırdı, çal 

qoduql

a  zığlı-zımırıqlı gircini qoyurdu. 



Bir gün qoduq anasından soruşdu: 

-

Otu  daşıyan  bizik.  Sahibimiz  bizi  yükləməkdən 



belimiz yağır olub. Niyə o boyda tayadan bizə qıymır, 

yaxşısını  xeyirsiz-bəhərsiz  inəklə  danaya,  qoyunla 

quzuya yedirdir? 

Çal  eşşək  çal  balasının  boynundan  aşağı  basdı, 

pıçıldadı: 

-

Buna da şükür elə, kiri, danışma. 



Aradan  həftələr  ötdü,  aylar  dolandı,  həyətdə 

papaqlı  kişilər  göründülər.  Mağar  qurdular.  Yeyib 

yatmaqdan  içini  piy  almış  dananı,  quzunu  kəsdilər. 

Qoduq anasına dedi: 

-

 

Sən haqlısan, buna şükür eləmək lazımdır. 



 

 

 



 

                 


 

30 


                  

Qarğa  və  bülbül 

 

Qırğı  qartalın  qızını  almışdı,  ona  görə  də  onun 

qabağına duran yox idi,  bir sözü iki olmurdu, Qartal 

hökmdar məmləkətin  ağalığını ona etibar etmişdi.  

Qarğa  gördü  qartalın  quruca    adı  qalıb,  hakimi-

mütləqlik  Qırğının  ixtiyarındadır,  o,  kəsdiyi  başa 

sorğu-sual    yoxdur,  onun  qızını  alıb  qohum  oldu. 

Baxdı  ki,  bu  qaynayıb-qarışmadan  sonra    da  Bülbül 

onu  həmişə  kölgədə  qoyur,axşam-səhər  elə  oxuyur, 

elə  nəğmələr  bəstələyir,    hətta    Qırğının  özü  də  onu  

saraya  apartdırır,    hərdən  qurdurduğu,  Qartal  hökm-

darın  da başda əyləşdiyi eyş-işrət məclislərində cəh-

cəh  vurdurub  ləzzət alır. 

Qarğa bir gün Qırğıya dedi: 

-

Mən  ondan  da    yaxşı  şərqilər  bəstələyirəm. 



Ürəyim  götürmür  Bülbülün    sizin  ali  işrətlərinizdə  

boşboğazlıq  eləyib  hərənizdən  br  ənam  almağını,  

sonra  da  öz  xanəsində    sizi  aldatdığına    xısın-xısın 

güldüyünü. 

Bülbüllərin  hamısı  müftəxordur,    hiylə-

gərdir, camaatın başına  kələk aça-aça  dolanırlar.  Bir 

dəfə  onların  öz  aralarında    danışdıqlarını  eşitdim. 

Böyükləri,  balacaları  öyrədirdi  ki,    hər  səhər bulaq 

suyunda çimiş,   onda tükləriniz al-yaşıl çalacaq,  ca-

maat sizin gözəlliyinizə müştaq  olub nə oxuduğunuza  

fikir verməyəcək. Ey əlahəzrət, olmazmı öz xeyrimiz 

özümüzə  çata, öz varlığımız  öz cibimizdən çıxsa da  

bu  cibimizə  girə,  bu  cibimizdə  qala?  Biz  də  sənin  

kəsiyin deyilikmi? Bizimkilər səninki sayılmırmı? 




 

31 


Qırğı Qarğa kürəkəninin dediklərinə inandı, amma 

bülbülü  birdən-birə  məclis-mərəkələrdən    uzaq 

salmağı  da  öz  şəninə  sığışdırmadı,  fikirləşdi  ki  onda 

camaat deyəcək “özününkünü ikiəlli tutur”. 

Qırğı  ona  “qohumbazlıq  elədi”  adı  qoyulmasın 

deyə    çalıb-oxumaq  bilicilərini-Ayını,  Şiri,    Pələngi, 

Eşşəyi  hüzuruna  çağırtdırdı,  Eşşəyi  də  bu  dəstənin 

axırıncı söz deyib,  son qərar verəni təyin etdi. Qarğa 

ilə  Bülbülü  də  gətirdilər.  Bu  yığışmanın  məqsəd-

məramını  onların  hamısına  bildirəndən  sonra  sözü 

Bülbül

ə verdi.  



Bülbül işi başa düşmüşdü, ona görə də elə oxudu, 

elə  cəhcəh  vurdu  ki,    onun  ah-naləsinə  Allahın  qan-

maz Ayısı da ağladı. 

Sonra  meydana  Qarğa  çıxdı.  Qar-qar  qırıldadı. 

Onun səsindən Bülbülün özü də zara gəlib qulaqlarını 

tutdu.  


  

Qarğa  susandan  sonra    Şir  ləzzətlə  yırğalandı. 

Pələng  də  ona  baxıb,    həzz  almış  kimi  ləngərləndi,  

özünü  bu  feyzdən    hələ  də  doymayan  təki  göstərən 

Eşşəyin  gözlərini açmağı uzun çəkdi. 

Onlar  bildirdilər  ki,  Qarğa  Qırğının  kürəkənidir. 

Odur ki, Qarğanı tərifləməyə başladılar. 

Eşşək deyilənlərə yekun vurdu: 

-

Belə müğənnisi  olan ölkə bəxtiyardır. 



 

Bülbül o vaxtdan didərgin düşüb,  insandan  qaçır, 

dərdini  həmişə  güllərə danışır, adamlar isə onu ürə-

yinə vurduğu yara  sızıltılarını  eşitmək istəyirlər. 

 



 

32 


                  Bu  ki  tülkü  

imiş 

 

Tülkü  axşamdan  çox  vurnuxdu,  əlinə  bir  şey 

keçmədi.  Gəzə-gəzə  gəlib    bir  boyaqçı    damının 

üstünə çıxdı. Əyilib bacadan içəri baxanda ayaqlarının 

altındakı  quzulamış  torpaq  uçdu,  o,    boyaq  küpünün 

içinə  düşdü.  Hoppanıb  qırağa  çıxdı,    güzgüdə  özünü 

tanımadı,    gördü  xoruzquyruğu  çalır.  O  biri  küplərə 

atıldı,  güzgünün  qabağında  şönküdü.  Özünə  hey  göz 

qoyub  sevindi  ki,    daha  hara  istəsə  gedər,    heç  kim 

onu  t


ülküyə  oxşadıb tüfəng atmaz, itlərə boğdurmaz. 

Səhər tezdən  usta şakirdi qapını açıb içəri girəndə 

tülkü onun qılçalarının arasından sıpıxıb qaçdı meşəyə 

girdi. 


Belə  geyirlər  ki,    pələngin  dərisi  bərli-bəzəkli  ol-

duğu  üçün  heyvanlar  onu  özlərinə  şah  seçiblərmiş. 

Xəbər  pələngə  çatır  ki,    sənin  şahlığın  öldü,  çünki 

meşədə səndən çox yaraşıqlı  xilqət peyda olub. 

Pələng onlara deyir:    

-

Neynək,  tapın gətirin,  o məndən  yaraşıqlı olsa, 



onu şah seçərsiniz,  mən isə, ona qulluqçu olaram. 

Aylar ötüşdü.  Yazın leysan yağışları başlandı. Sel-

su  yavaş-yavaş Tülkünün bər-bəzəyini  soldurub, onu 

öz əslinə oxşatdı. 

Bir  səhər  Tülkü  şaha  qul  kimi  qulluq  eləyən  

Pələng ona baxıb, baxıb dedi: 

- R

əngin getdikcə tülküyə oxşayırsan. 



Tülkü  gördü  danmağın  yeri  deyil,  “yox”  desə 

pələng onu parça-parça  edəcək, düzünü boynuna aldı: 

-

Bəli, Tülküyəm. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə