Təmsillər



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19456
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

46 


Sərçənin dediklərini qartala çatdıranda o, pərt olsa 

da səbrini basıb dedi: 

-

Qırğı,  sən  sərçəni  yolmağa,  tükünü  göyə 



sovurmağa tələsmə, qoy mən öyrənim görüm sərçəyə 

qüvvət verən nədir ki, o belə yava-yava danışır. 

Qartal  qırğı  ilə  qoşa  uçdu,  ucadan  baxanda  gördü 

ki, sərçə öz sevgilisi ilə eyş-işrətdədir. 

Onları  zövq-səfa  məqamında  görən  qartal  qırğıya 

dedi: 


-Ona bu gün 

yaxın düşsən günahdır. Sərçə indi ən 

böyük padşahdır. 

 

                     

Şir və tülkü 

 

Bir şir meşədə şahlıq edirdi. Hər tayfanın başcısını  

çağırıb    tapşırmışdı  ki,  gedin  çalın-çapın,  başınızı 

dolandırın,  gərək  mənim  vilayətimdə  pis  dolanan 

olmasın. 

H

eyvanlar  dəstələnib  uzaqlaşmışdılar,  hər  bölük 



meşənin  bir ucqarına çəkilmişdi, yeyib yatırdılar. 

Bir gün meşəyə arıq bir tülkü gəlib çıxır. Bu tülkü 

candan elə  düşübmüş ki, yeriyəndə bəzən yıxılırmış.  

Şirə yaxınlaşanda da kəlləmayallaq aşır. 

Şir soruşur: 

-

Bizim  məmləkətdənsən? 



Tülkü deyir: 

-

Xeyr,  şah  sağ  olsun,  pələngin  vilayətindənəm. 



Pələng təkcə öz nəslinə-kökünə ağ gün verib,  bizləri 


 

47 


gözdən  salıb,    bizlərin  içinin  ən  diribaşı,    canlısı 

mənəm ki, sizi deyib gəlmişəm.  

Bu zaman  ora bir at da gəlib çıxır. Atı görən şirin 

gözləri  irilir,  tükləri  biz-biz  olur,  quyruğu  düppədüz 

düzəlir,    sonra  şir  nərə  çəkib  atın  üstünə  atılır,  atı 

parçalayır, tülküyə deyir: 

-

Mən toxam, bunu səndən ötrü dağıtdım, ye. 



Tülkü doyunca yeyəndən sonra şiri tərifləyir: 

-

Şah sağ olsun, sən nərə çəkəndə yaman qorxdum, 



az  qaldı  ürəyim  qopsun,  canımda  can  olsaydı  qaçar-

dım,  ilim-ilim  itərdim.  Sənin  gözlərin  böyüyəndə, 

tüklərin  biz-biz  olanda,  quyruğun  düppədüz  düzəldə, 

az  qaldı  bağrım  yarılsın.  Bizim  pələngdə  hünərlilik  

hardaydı...  Bir  dəfə  lovğalandı,  dedi,  qollarımı  zən-

cirlə bağlayın, onu qırıq-qırıq eləyim.  Ayı dedi, özün-

dən basma,  at bağırsağını qıra bilsən onda inanaram 

ki,  güclüsən.  Pələng  razılaşdı.  Ayı  bir  atı  basdı, 

qarnını cırıb bağırsaqlarını çıxartdı, pələngin qollarını  

bağırsaqla sarıdı. 

Ayı ona dedi: 

-

Qoy qurusun, hələ dəymə. Hünər onun qurusunu 



qırmaqdır. 

Bağırsaq  iki  günə  qurudu.  Pələng  nə  qədər  güc 

verdisə  qıra bilmədi.  

Tülkünün  bu  söhbətini  eşidən  şir  pələngin 

bivecliyinə güldü, dedi: 

-

Gətir  at  bağırsağı  ilə  qollarımı-qıçlarımı  bağla. 



Pələng iki gün gözləmişdi, mən lap üç gün gözlərəm,  

qoy quruyub qaxaca dönsün. 




 

48 


Tülkü  onun  qollarını-qıçlarını  bağırsaqla  sarıyır. 

Atın  ətindən  üç  gün  yeyib  keyf  eyləyir,  heç  nədən 

qorxmur,  bilir  ki,  şahın  yanında  onun  xətrinə  dəyən 

olmayacaq. 

Vaxt gəlib çatır. Şir nə qədər çalışırsa qollarındakı, 

qılçalarındakı  quru  bağırsağı  qıra  bilmir.  Nərə 

çəkdikcə  güc  verdikcə  bağırsaq  dərisini  kəsib  ətinə, 

ətini də kəsib sümüyündə dayanır. 

Şir tülküyə deyir: 

-

Gəl aç məni. 



Tülkü onun arx

a  tərəfinə  keçir,  istəyir  şiri 

parçalasın, amma qorxur ki,  qanrılıb, geri dönüb bircə 

dəfə  ağzını  atsa  tülkü  şirin  dişlərindən  salamat 

qurtarmaz. 

Tülkü deyir: 

-

Düyün düşüb,  məndə hanı o dırnaq?.. Qoy görüm 



kimi tapıram, gətirim, bizə kömək eləsin. 

Tülkü 


əkilir  ki,  şir  belə  çox  qala  bilməz,    hirsi 

başına vuracaq,  ürəyini partladacaq, bir müftə yemək 

də mənə qalar, bunu da yeyərəm, özümə gələrəm. 

Tülkü  uzaqlaşan  kimi  bir  kəsəyən  gəlir,  bağır-

saqları doğrayıb şirin qollarını, qıçlarını açır. 

Şir  dardan  qurtaran  kimi  qaçmağa  başlayır.  Onu 

görənlər soruşurlar: 

-

Hökmdar, hara belə? 



Şir onlara cavab verir: 

-

Bir    məmləkətdə  ki,  şirin  əl-qolunu  bağlayan 



tülkü, açanı da siçan ola-ordan qaçmaq lazımdır. 


 

49 


Meşə  sakinləri  onun  dalınca  götürüldülər.  Meşə 

tülküyə qaldı. 

 

                      

                  

Tülkü və çaqqal 

 

Tülkü  meşəni  boş-kimsəsiz  görüb  özünü  oranın 

şahı  elan  edir.  Meşədə  gəzməyə  başlayır,  istəyir 

məmləkətinə  hər  həmcinsdən  çağırsın,    onlara  desin,  

mənim  şahlığımda  heç  kimdən  çəkinməyin,  istə-

diyiniz 


kimi yaşayın, ömür sürün. 

Bu  vaxt  bir  çaqqalla  rastlaşır. Baxır  ki, çaqqal  da 

onun  buraya  gəldiyi  gündədir-qıçları  dolaşır,  boşu-

boşundan keçir, ona deyir: 

-

O atı bu saat dağıdaram, sən də yeyib kökələrsən. 



Amma mənə yaxşı fikir ver. 

Tülkü  belə  deyib gözlərini  bərəldir,  çaqqaldan 

soruşur: 

-

Gözlərim iridimi? 



 

Çaqqalda da az yox imiş, bilir ki, tülkü şir yerişi 

yerimək  istəyir,  həm  onu  tərifə  tutub  ölümə  vermək 

istəyir, həm də fikiləşir ki,  tülkü buranın padşahıdır, 

xətri məndən niyə qırıq olsun? Deyir: 

-Yaman irildi. 

Tülkü tüklərini qabartmağa çalışır, lakin tək biri də 

dik durmur, çaqqaldan yenə soruşur: 

-

Tüklərim biz-biz oldumu? 



Çaqqal cavab verir: 

-Oldu, yaman oldu. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə