Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə20/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   16   17   18   19   20   21   22   23   ...   173

42
Milli Qəhrəmanlar
45 
illiyi
Mirəsgər Seyidov 
1970-1992
FEVRAL
Mirəsgər Mirabdulla oğlu Seyidov 
1970-ci il fevral ayının 6-da Babək ra-
yonunun Qaraxanbəyli kəndində ana-
dan olmuşdur.
1987-ci ildə Naxçıvan şəhər 39 say-
lı orta məktəbi bitirmişdir. 
Mirəsgər 1988-ci ildə keçmiş Sovet 
ordusu sıralarına hərbi xidmətə çağırıl-
mışdır. 
1990-cı ildə  hərbi xidmətini başa 
çatdıraraq Naxçıvana qayıtmışdır. 
İşğalçı erməni qoşunlarının Naxçı-
vana hücumu zamanı, o da, könül-
lü olaraq özünümüdafiə batalyonu-
nun tərkibində vuruşmuşdur. Yağı 
düşmənə qarşı aparılan uğurlu döyüş 
əməliyyatlarında bir bacarıqlı  əsgər 
kimi komandirləri tərəfindən verilən 
mühüm döyüş tapşırıqlarının dürüst 
yerinə yetirilməsində xüsusi fəallıq 
göstərmişdir. Mirəsgər öz mehriban-
lığı, qayğıkeşliyi, vətənpərvərliyi  ilə 
döyüş yoldaşlarının, dostlarının dərin 
hörmət və məhəbbətini qazanmışdır.               
M.Seyidov 1992-ci il iyun ayının 
14-də gərgin döyüşlər zamanı yoldaş-
larını xilas edərkən ağır yaralanmış və 
onun həyatını xilas etmək mümkün ol-
mamışdır.
Azərbaycan Respublikası Preziden-
tinin 18 dekabr 1992-ci il tarixli 367 
nömrəli Fərmanı ilə Seyidov Mirəsgər 
Mirabdulla oğlu ölümündən sonra 
Azərbaycanın Milli Qəhrəmanı adına 
layiq görülmüşdür.
Naxçıvan şəhərində Şəhidlər Xiya-
banında dəfn olunmuşdur. Təhsil aldı-
ğı Naxçıvan şəhər 39 saylı orta məktəb 
qəhrəmanın adını daşıyır. 
Ə d ə b i y y a t
Mirəsgər Mirabdulla oğlu Seyidova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Naxçıvan Muxtar Respublikası Babək 
rayonunun Yuxarı Buzqov kəndinin özünümüdafiə dəstəsinin döyüşçüsü – düşmən hissələrini qəhrəmancasına dəf etdiyinə, döyüş zamanı 
mərdlik nümunəsi göstərərək yoldaşlarının həyatını xilas etdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 18 dekabr
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.-S.56.- (Ölümündən sonra).
Azərbaycanın Milli Qəhrəmanının 40 illik yubileyi qeyd olunub //525-ci qəzet.- 2011.-12 fevral.-S.2. 
Əsgərov, V. Seyidov Mirəsgər Mirabdulla oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.-
S.258.
Seyidov Mirəsgər Mirabdulla oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni 
H.Həmidova.- Bakı, 2008.-S.186.
Seyidzadə, M. Seyidov Mirəsgər Mirabdulla oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.204.
Yusifoğlu, İ. Yarımçıq ömrün son akkordu /Yusifoğlu İ. //Ölümü tanrıdan gələnlər.- Bakı, 1999.- S. 10-14.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
6
Milli Qəhrəman


43
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Babayev Nazim Abbas oğlu - Müdafiə Nazirliyi, çavuş – Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və 
şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.-
(Ölümündən sonra).
Babayev Nazim Abbas oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni H.Həmidova.- 
Bakı, 2008.-S.37.
Ənsər, B. Azmış güllənin qurbanı /B.Ənsər //Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.-S.75-77.
Əsgərov, V. Babayev Nazim Abbas oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.48. 
Seyidzadə, M. Babayev Nazim Abbas oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.35.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
Milli Qəhrəmanlar
40 
illiyi
Nazim Babayev 
1975-1995 
FEVRAL
Nazim Abbas oğlu Babayev 1975-ci 
il fevral ayının 7-də Salyan rayonunda 
anadan olmuşdur. 
1992-ci ildə kənd orta məktəbini bi-
tirmiş, 1993-cü ildə Milli Ordu sıraları-
na hərbi xidmətə çağırılmışdır. O, tor-
paqlarımız uğrunda gedən döyüşlərdə 
iştirak etmək üçün cəbhəyə yollanmış, 
Füzuli, Tərtər bölgəsində vuruşmuş-
dur. 
1995-ci il mart hadisələri zamanı 
gənc Nazim dövlətçiliyimiz, suveren-
liyimiz uğrunda mübarizədə silahlı 
dəstələrin tərksilah edilməsində iştirak 
etmiş və 15 mart 1995-ci ildə həlak ol-
muşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 say-
lı Fərmanı ilə Babayev Nazim Abbas 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Salyan rayon Qaraçala kənd qəbi-
ristanlığında dəfn edilmişdir. Salyan 
şəhərindəki mərkəzi parkda büstü qo-
yulmuşdur.
7
Milli Qəhrəman


44
Milli Qəhrəmanlar
50 
illiyi
Nazim Quliyev 
1965-1992 
FEVRAL
 Nazim Qabil oğlu Quliyev 1965-ci 
il fevral ayının 7-də Beyləqan rayonu-
nun Örənqala kəndində anadan olmuş-
dur. 
1982-ci ildə  kənd orta məktəbini 
bitirdikdən sonra hərbi xidmətə çağırıl-
mışdır.
Xidmətini başa vurduqdan son-
ra 2 saylı  şərab zavoduna işə  qəbul 
olunmuşdur. 1988-ci ildə Qarabağ 
münaqişəsi başlayanda Nazim silaha 
sarılaraq özünümüdafiə  dəstələrinin 
birində döyüşə yollanmışdır.
1991-ci ilin aprel ayında Füzuli 
bölgəsində gedən döyüşdə  fəal iştirak 
etmişdir. Cuvarlı, Tuğ, Məlikcan, Arış, 
Divanlar və digər kəndlər uğrunda 
döyüşdə rəşadətlə vuruşmuşdur.
1992-ci il Köşbək kəndi uğrunda 
gedən döyüşdə qəhrəmanlıq göstərərək, 
bir neçə yaralı yoldaşını xilas etmişdir. 
27 yaşlı  gənc  əsgər qızğın döyüşlərin 
birində  qəhrəmancasına həlak olmuş-
dur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264 say-
lı Fərmanı ilə Quliyev Nazim Qabil oğ-
luna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
 Füzuli rayonu ərazisində dəfn edil-
mişdir. 
Füzuli rayonunun Yuxarı Yağləvənd 
və doğulduğu Örənqala kənd orta 
məktəbləri onun adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Qu-
liyev Nazim Qabil oğlu – polis starşinası – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 oktyabr 
1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Quliyev Nazim Qabil oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.172.
Quliyev Nazim Qabil oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni H.Həmidova.- 
Bakı, 2008.-S.127.
Seyidzadə, M. Quliyev Nazim Qabil oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.-Bakı, 2010.- S.131.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
7
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə