Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə68/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   64   65   66   67   68   69   70   71   ...   173

150
Kimya.Biologiya.Tibb
85 
illiyi
Seyfəddin Əliyev
1930
MA
Y
Seyfəddin Vəli oğlu  Əliyev 1930-
cu il may ayının 30-da Naxçıvan MR 
Şərur rayonunun Alışar kəndində ana-
dan olmuşdur. 1947-ci ildə Naxçı-
van Tibb Texnikumunu, 1951-ci ildə 
Azərbaycan Dövlət Pedaqoji İnstitutu-
nu (indiki APU) bitirmişdir. 
Azərbaycanda 716 sovka növü-
nün yayıldığını  aşkar etmiş, bundan 
390 növü respublikanın sovka fau-
nası üçün, 145 növü Zaqafqaziya, 67 
növü isə keçmiş SSRİ  ərazisi üçün 
yeni olmuşdur.  İlk dəfə olaraq bu 
növlərin Azərbaycanda rayonlar, şaqu-
li istiqamətə, zonalar, biotoplar, eko-
loji qruplar üzrə yayılmasını, forma-
laşmasını, zoocoğrafi analizini, qida 
əlaqələrini vermiş, zərərli növlərin bi-
oloji xüsusiyyətlərini öyrənmiş və on-
lara qarşı mübarizənin elmi əsaslarını 
işləyib hazırlamışdır. İlk dəfə olaraq 61 
növ sovkanın kənd təsərrüfatı bitkilərinə 
zərər verməsini müəyyənləşdirmişdir. 
Pambığın qorxulu zərərvericisi olan, 
pambıq sovkasını tələf edən 21 növ pa-
razit, 12 növ yırtıcı cücü aşkar etmiş, 
onların pambıq sahələrində say meya-
rı  və rolunu müəyyənləşdirmişdir ki, 
bu tədqiqatların nəticəsi inteqrasiya 
mübarizə metodu kimi təsərrüfatlarda 
tətbiq olunmuşdur. Bu sovkanın 
pambıqçılıq rayonlarında yayılma 
dərəcəsini  əks etdirən, həmçinin, tex-
niki və bostan bitkilərinin kompleks 
zərərvericilərinə həsr olunuan xəritələr 
tərtib olunmuşdur.
 Azərbaycanın Qırmızı kitabı üçün 
35 növ nadir və endemik sovka növü 
haqda məlumat tərtib etmişdir. Ba-
kıdan Gürcüstan sərhədlərinə  qədər 
uzanan neft kəməri boyunca və onun 
ətraf ərazilərində yayılan müxtəlif qrup 
cücülərin icmalı  tərtib olunub Ameri-
kanın BP (AMOKO) şirkətinə  təqdim 
edilmişdir.
Orta məktəbin 7-8-ci sinifləri üçün 
“Zoologiya” dərsliyinin, 10 cildlik 
“Azərbaycan ensiklopediyasının” 
və V.A.Dogelin Universitetlər üçün 
yazdığı 55 çap vərəqi həcmində olan 
“Onurğasızlar zoologiyası” dərsliyini 
Azərbaycan dilinə  tərcümə edən 
müəlliflərdən biridir. “Azərbaycanın 
heyvanlar aləmi” monoqrafiyası-
nın 2-ci cildinin əsas tərtibatçısı  və 
burada cücülərin bir neçə  fəsilə  və 
dəstələri haqda yazılmış  məqalələrin 
və Azərbaycan dilinin izahlı lüğətinin 
IV cildində verilmiş zoologiya və ento-
mologiya terminlərinin müəllifidir. 
Ali məktəblər üçün çapdan çıxan 9 
dərsliyin, 2 dərs vəsaitinin, 7 monoqra-
fiyanın, 4 kitabçanın redaktorudur.
Alim 168 elmi əsərin, o cümlədən 3 
monoqrafiyanın müəllifidir. Xaricdə 40 
elmi əsəri çapdan çıxmışdır. S.Əliyevin 
kadr hazırlığında da xidmətləri böyük-
dür. İndiyə qədər 9 elmlər namizədi və 
3 elmlər doktoru onun rəhbərliyi altın-
da müdafiə etmişdir. 
1978-ci ildən biologiya elmləri dok-
toru, 1998-ci ildən professordur. 2007-
ci ildən AMEA-nın həqiqi üzvüdür.
Xidmətlərinə görə  IX beşilliyin 
zərbəçisi adına və mükafatına, “Əmək 
veteranı” medalına, Beynəlxalq Corc 
Soros təqaüdü və diplomuna, 2 dəfə 
AMEA Rəyasət Heyətinin Fəxri 
fərmanına layiq görülmüşdür.
30
Akademik
Ə d ə b i y y a t
Azərbaycanın zərərli 
sovkaları /S.Əliyev.- Bakı: 
AzSSR EA, 1964.- 76 s.
Pambığın bar orqanları-
na zərər verən sovkalar 
/S.Əliyev.- Bakı: Elm, 
1981.- 59 s.
Zoologiya 7 /S.Əliyev, 
T.Mikayılov, M.Musayev.- 
Bakı: Çaşıöğlu, 2006.-  
126 s.
Əliyev, A. Görkəmli bioloq  
/A.Əliyev //Respublika.- 
2010.- 23 iyun.- S.7.
Fətəliyev, Q. Nəsillərə 
örnək olan alim ömrü  
/Q.Fətəliyev //Elm.- 2010.- 
17 iyun.- S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org


151
Texnika.Mühəndis işi
80 
illiyi
Telman  Əliyev 
1935
MA
Y
Telman Abbas oğlu Əliyev 1935-ci 
il may ayının 2-də Goranboy rayonu-
nun Dəliməmmədli  şəhərində anadan 
olmuşdur. 1943-1953-cü illərdə Gora-
ranboy rayon orta məktəbində təhsil al-
mışdır. 1953-cü ildə Azərbaycan Neft 
və Kimya İnstitutuna qəbul olunmuş və 
1958-ci ildə həmin institutu bitirmişdir. 
Təyinatla Hesablama mərkəzinə (indi-
ki Kibernetika İnstitutu) göndərilmiş 
və orada 1962-ci ilədək texnik, 
mühəndis, baş mühəndis vəzifələrində 
çalışmışdır. 1962-ci ildə aspiranturaya 
qəbul olunmuş, elmi rəhbəri Bauman 
adına Moskva Dövlət Texniki Univer-
sitetinin (MDTU) professoru Vladimir 
Viktoroviç Solodovnikovun rəhbərliyi 
altında 1966-cı ildə “Neft emalının ti-
pik proseslərinin korrelyasiya analizi” 
mövzusunda namizədlik,  1977-ci ildə 
isə Bauman adına MDTU-də “Real 
zaman miqyasında çoxölçülü təsadüfi 
proseslərin korrelyasiya analizi və 
kodlaşdırılması” mövzusunda doktor-
luq dissertasiyası müdafiə etmişdir. 
1983-cü ildə AEA-nın müxbir 
üzvü, 2001-ci ildə  həqiqi üzvü seçil-
mişdir. Alim 1985-ci ildə professor 
elmi rütbəsini almışdır. 1982-ci ildə 
Kibernetika institutunda elmi işlər 
üzrə direktor müavini, 1984-cü ildən 
1988-ci ilin mayınadək Azərbaycan 
Mühəndis  İnşaat  İnstitutunda kafed-
ra müdiri işləmişdir. 1988-ci ildən bu 
günədək Kibernetika institutunun di-
rektotu vəzifəsində çalışır.
T.İ.Əliyev kibernetika, informatika 
və fizika sahələrinin qovşağında yerinə 
yetirilən bir sıra fundamental işlərin 
müəllifidir. Onun 391 elmi işi nəşr 
olunmuşdur. 220 elmi əsəri xaricdə 
çap olunmuşdur. Eləcə də 10 monoq-
rafiyanın, 65 patentin müəllifidir. Ali-
min elmi rəhbərliyi ilə 30-dan artıq 
aspirant və 6 doktorant elmi tədqiqat 
işi müdafiə etmişdir.
Alim Azərbaycanda informatika-
nın inkişafında həlledici rol oynayan 
və birləşmiş respublikalar arasında 
ikinci (Ukraynadan sonra) olan 1958-
1960-cı illərdə yaradılmış “Elektron 
hesablama maşını” laboratoriyasının 
təşkilatçısı və 1976-cı ilədək isə həmin 
laboratoriyanın rəhbəri olmuşdur. O, 
İnformatika və hesablama texnika-
sı  cəmiyyətinin idarə heyətinin üzvü, 
keçmiş Sovet ittifaqının informatika, 
hesablama texnikası  və kibernetika 
üzrə ekspert heyətinin üzvü olmuşdur.
1994-cü ildən informatika üzrə 
UNESCO-un ekspertləri tərkibinə da-
xil olunmuşdur.
1991-ci ildə Keldış adına medalla, 
2004-cü ildə Azərbaycan Respublika-
sının “Şöhrət” ordeni ilə  təltif olun-
muşdur. 2010-cu ildə  “Əməkdar elm 
xadimi” fəxri adına layiq görülmüş-
dür. 
Ə d ə b i y y a t
İnformatika və kibernetika-
ya həsr edilmiş 50 il (1958-
2008) /T.Əliyev.- Bakı: Elm, 
2009.- 340 s.
El ağsaqqalının üçün-
cü gəncliyi /T.Əliyev                
//Ədəbiyyat qəzeti.- 2013.- 
5 iyul.- S.6.
Heydər Əliyev və 
Azərbaycanda kibernetika 
və informatika elmlərinin 
inkişafı /T.Əliyev //Elm.-
2013.- 17 may.- S.5.
“İki ildən sonra 
zəlzələnin yerini də, 
vaxtını da deyə biləcəyik” 
/T.Əliyev; müsahibə alan 
T.Məhərrəmova, Telman 
Abbas oğlu //Kaspi.- 2012.- 
28 sentyabr.- S.9. 
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
2
Akademik


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə