168
100
illiyi
Əliheydər Ələkbərov
1915-1974
İYUN
Əliheydər Əbdüləli
oğlu Ələkbərov
1915-ci il
iyun (iyul)
ayının 26-da Bakı
şəhərində anadan olmuşdur.
1931-1934-cü illərdə Bakı Teatr
Məktəbində təhsil almışdır. 1964-cü
ildə Azərbaycan Dövlət Teatr İnstitutu-
nu bitirmişdir.
1931-ci ildən əvvəlcə kütləvi səhnələrə
çıxmış, sonra rejissor köməkçisi, rejis-
sor laborant və rejissor assistenti kimi
çalışmışdır. 1960-1967-ci illərdə Mu-
siqili Komediya Teatrında baş rejis-
sor işləmişdir. 1967-ci
ildən ömrünün
sonunadək Azərbaycan
Dövlət Dram
Teatrının direktoru olmuşdur. Teatrın
repertuar qurumunun formalaşmasın-
da, rejissor sənətinin yeni peşəkarlıq
keyfiyyətləri əxz etməsində, aktyor
truppasının kamilləşməsində Əliheydər
Ələkbərovun böyük xidmətləri var. O,
bu teatrda bir sıra uzunömürlü tamaşa-
lara maraqlı quruluşlar vermiş,
onlara
monumental ruh verməyə çalışmışdır.
Xor və baletdən komponent-obraz kimi
istifadəyə xüsusi meyl göstərmişdir.
Onun rejissurası dolğun ifadə vasitələri,
dərin realizmi və təbii yumorun obrazlı
bədii həlli ilə seçilmişdir. Bu baxımdan
onun teatrda hazırladığı “Bir dəqiqə”
(M.Əlizadə və H.Xanməmmədov. 17
oktyabr 1961), “Ulduz” (S.Rəhman
və S.Ələsgərov. 6 dekabr 1964), “Ha-
radasan, ay subaylıq?” (S.Qədirzadə
və S.Ələsgərov. 16 fevral 1968),
“Özümüz bilərik” (Ş.Qurbanov və
S.Ələsgərov. 5 yanvar 1963), “Olma-
dı elə, oldu belə” (15 mart 1964) və
“Milyonçunun dilənçi oğlu” (20 may
1966) “Hacı Qara” (M.F.Axundzadənin
eyniadlı komediyası əsasında, libretto
müəllifi Ş.Bədəlbəyli. Bəstəkarlar V.və
R.Mustafayev. 14 oktyabr 1962), “Keç-
mişin məişət səhnələri” (M.Ə.Sabirin
şeirləri əsasında, librettonun müəllifi
S.Dadaşov və bəstəkar V.Adıgözəlov)
musiqili komediyaları repertuarda daha
uzunömürlü olmuşlar.
O, 1966-cı ildə Bolqarıstanın Şumen
şəhərindəki Türk teatrında Üzeyir bəy
Hacıbəylinin “O olmasın, bu olsun”
operettasına quruluş vermişdir. 1967-
ci ildə filarmoniyada fəaliyyət göstərən
“Gəlməli, görməli, gülməli”
miniatür
satirik teatrının rejissoru olmuşdur. Te-
leviziyada bir neçə əsərə quruluş ver-
mişdir. 1965-ci ildən Azəbaycan Dövlət
Teatr İnstitutunda aktyor və rejissor
sənətindən dərs demişdir.
Əliheydər Ələkbərov “Milyonçunun
dilənçi oğlu” musiqili komediyasına
görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov
adına Dövlət mükafatına, “Mahnı dağ-
larda qaldı” tamaşasına görə isə 1972-ci
ildə Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görülmüşdür. 1949-cu
il iyul ayının 21-də ona “Azərbaycan
Respublikasının Əməkdar artisti” fəxri
adı verilmişdir. Qırmızı Əmək Bayrağı
ordeni və medallarla təltif edilmişdir.
Əliheydər Ələkbərov 1974-ci ildə
Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan SSR Xalq
artistkası Sona Hacıye-
va /Ə.Ələkbərov.- Bakı,
1959.- 48 s.
Ələkbərov Əliheydər
Əbdüləli oğlu //Üzeyir
Hacıbəyli ensiklopediyası.-
Bakı, 2008.- S.46.
Ələkbərov Əliheydər
Əbdüləli oğlu
//Azərbaycan Sovet
Ensiklopediyası.-Bakı,
1980.- C.4.- S.163-164.
Rəhimli, İ. Əliheydər
Ələkbərov /İ.Rəhimli
//Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.295-296.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mugamradio.az
azteatr.musigi-dunya.az
26
Rejissor
Teatr.Kino
169
80
illiyi
Ağakişi Kazımov
1935
İYUN
Ağakişi Şəmməd oğlu Kazımov
1935-ci il iyun ayının 28-də Ağcabədi
rayonunda anadan olmuşdur. 1952-ci
ildə Ağcabədi rayonunun Xəlfərəddin
kəndində orta məktəbi bitirmişdir.
1952-1957-ci illərdə Azərbaycan
Dövlət Teatr İnstitutunun aktyorluq
fakültəsində ali təhsil almışdır. Bura-
da R.Təhmasibin, M.Məmmədovun,
M.Haşımovun rəhbərliyi ilə aktyor
sənətinin sirlərini öyrənmişdir. 1959-
cu ildə Moskvada keçirilən Azərbaycan
Ədəbiyyatı və İncəsənəti Dekadasında
Akademik Dram Teatrın yaradıcı qrupu-
nun tərkibində iştirak etmişdir.
1960-cı ildə A.Kazımov
Quba Dövlət
Dram Teatrına baş rejissor göndərilmişdir.
1964-cü ildə o, Leninqrad (indiki
Sankt-Peterburq) Dövlət Teatr, Musiqi
və Kinematoqrafiya İnstitutunun rejis-
sorluq fakültəsinə daxil olmuşdur. Ora-
da təhsilini başa vurarkən diplom işi
ərəfəsində Kazanda Q.Kamal adına Ta-
tarıstan Dövlət Akademik Dram Teatrın-
da M.Bayciyevin “Duel” dramını, dip-
lom işi kimi isə C.Cabbarlının “Aydın”
əsərini tatarca hazırlamışdır.
1969-1970-ci illərdə o, əvvəl direktor,
sonralar isə baş rejissor kimi Sumqayıt
Dövlət Musiqili Dram Teatrında çalış-
mışdır. 1973-1983-cü illərdə ADGTT-da,
1978-1983-cü illərdə C.Cabbarlı adına
İrəvan Dövlət Dram Teatrında, 1982-ci
ildə C.Məmmədquluzadə adına Nax-
çıvan Dövlət Dram Teatrında, 1984-cü
ildə N.Vəzirov adına
Lənkəran Dövlət
Dram Teatrında, 1975-1992-ci illərdə
Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında, 1999-cu ildə Köln və Düssel-
dorf Almaniya Türk Dövlət Teatrında bir
çox tamaşalara quruluş vermişdir.
Onun quruluşları monumental
səhnə həlli, milli ənənəyə sadiqliyi ilə
səciyyəvidir. Onun yaradıcılığının estetik
mahiyyətini təcəssüm etdirən “Müsibəti
Fəxrəddin” (N.Vəzirov), “Toy”
(S.Rəhman) - Sumqayıt Dövlət Dram
Teatrında, “Təzə gəlin” (S.Dağlı), “Arşın
mal alan” (Ü.Hacıbəyli), “Xoşbəxtliyə
gedən yol” (İ.Dunayevski) - Dövlət
Musiqili Komediya Teatrında, “Kom-
somol poeması” (İ.Coşqun), “Məlik
Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər”
(N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri),
“Büllur sarayda” (İ.Əfəndiyev) və s.
- Gənc Tamaşaçılar Teatrında hazırla-
nan bu tamaşalar müxtəlif janrlıdırlar.
Bu da rejissorun sənət duyumunun əsas
göstəricisi kimi qiymətləndirilə bilər.
1972-2003-cü illərdə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında
60-dan artıq əsərə quruluş vermişdir.
20 il Azərbaycan Gənc Tamaşçılar
Teatrında baş rejissor, 10 il Akademik
Dram Teatrında rejissor işləmişdir. Ha-
zırda ADMİU-nun professorudur.
Azətbaycan
teatr sənətinin inkişa-
fındakı xidmətlərinə görə 1987-ci ildə
“Əməkdar incəsənət xadimi”, 2000-ci
ildə “Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür. 1998-ci ildə “Qızıl Dərviş”,
2014-cü ildə “Cəfər Cabbarlı“ müka-
fatlarının laureatı olmuşdur. Prezident
təqaüdçüsüdür.
Ə d ə b i y y a t
Rejissor sənətinin
əsasları: dərs vəsaiti
/A.Kazımov.- Bakı:
Azərbaycan, 2013.-
247 s.
Teatr və onun yaradıcı-
ları /A.Kazımov.- Bakı:
Xəzər Universiteti,
2008.- 500 s.
“Azərbaycan teat-
rının inkişafı üçün
təkanverici, ümidve-
rici gəncləri axtarıb
tapmaq lazım-
dır” /A.Kazımov;
müsahibəni apardı
C.Səlimqızı //Mərkəz.-
2012.- 26 iyul.- S.14.
Hacızadə, N.
Onun sənət həyatı:
Azərbaycanın Xalq ar-
tisti Ağakişi Kazımovun
75 illik yubileyinə həsr
olunur /N.Hacızadə.-
Bakı: Elm və təhsil,
2010.- 211 s.
Hacızadə, N. İstedad
və zəhmət /N.Hacızadə
//Mədəni həyat.- 2014.-
№3.- S.26-30.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
28
Rejissor
Teatr.Kino