Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə76/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   72   73   74   75   76   77   78   79   ...   173

168
100 
illiyi
Əliheydər Ələkbərov
1915-1974  
İYUN
Əliheydər  Əbdüləli oğlu  Ələkbərov 
1915-ci il 
iyun (iyul) 
ayının 26-da Bakı 
şəhərində anadan olmuşdur. 
1931-1934-cü illərdə Bakı Teatr 
Məktəbində  təhsil almışdır. 1964-cü 
ildə Azərbaycan Dövlət Teatr İnstitutu-
nu bitirmişdir. 
1931-ci ildən əvvəlcə kütləvi səhnələrə 
çıxmış, sonra rejissor köməkçisi, rejis-
sor laborant və rejissor assistenti kimi 
çalışmışdır. 1960-1967-ci illərdə Mu-
siqili Komediya Teatrında baş rejis-
sor işləmişdir. 1967-ci ildən ömrünün 
sonunadək Azərbaycan Dövlət Dram 
Teatrının direktoru olmuşdur. Teatrın 
repertuar qurumunun formalaşmasın-
da, rejissor sənətinin yeni peşəkarlıq 
keyfiyyətləri  əxz etməsində, aktyor 
truppasının kamilləşməsində Əliheydər 
Ələkbərovun böyük xidmətləri var. O, 
bu teatrda bir sıra uzunömürlü tamaşa-
lara maraqlı quruluşlar vermiş, onlara 
monumental ruh verməyə çalışmışdır. 
Xor və baletdən komponent-obraz kimi 
istifadəyə xüsusi meyl göstərmişdir. 
Onun rejissurası dolğun ifadə vasitələri, 
dərin realizmi və təbii yumorun obrazlı 
bədii həlli ilə seçilmişdir. Bu baxımdan 
onun teatrda hazırladığı “Bir dəqiqə” 
(M.Əlizadə  və H.Xanməmmədov. 17 
oktyabr 1961), “Ulduz” (S.Rəhman 
və S.Ələsgərov. 6 dekabr 1964), “Ha-
radasan, ay subaylıq?” (S.Qədirzadə 
və S.Ələsgərov. 16 fevral 1968), 
“Özümüz bilərik” (Ş.Qurbanov və 
S.Ələsgərov. 5 yanvar 1963), “Olma-
dı elə, oldu belə” (15 mart 1964) və 
“Milyonçunun dilənçi oğlu” (20 may 
1966) “Hacı Qara” (M.F.Axundzadənin 
eyniadlı komediyası  əsasında, libretto 
müəllifi  Ş.Bədəlbəyli. Bəstəkarlar V.və 
R.Mustafayev. 14 oktyabr 1962), “Keç-
mişin məişət səhnələri” (M.Ə.Sabirin 
şeirləri  əsasında, librettonun müəllifi 
S.Dadaşov və  bəstəkar V.Adıgözəlov) 
musiqili komediyaları repertuarda daha 
uzunömürlü olmuşlar.
O, 1966-cı ildə Bolqarıstanın Şumen 
şəhərindəki Türk teatrında Üzeyir bəy 
Hacıbəylinin “O olmasın, bu olsun” 
operettasına quruluş vermişdir. 1967-
ci ildə filarmoniyada fəaliyyət göstərən 
“Gəlməli, görməli, gülməli” miniatür 
satirik teatrının rejissoru olmuşdur. Te-
leviziyada bir neçə  əsərə quruluş ver-
mişdir. 1965-ci ildən Azəbaycan Dövlət 
Teatr  İnstitutunda aktyor və rejissor 
sənətindən dərs demişdir. 
Əliheydər Ələkbərov “Milyonçunun 
dilənçi oğlu” musiqili komediyasına 
görə 1967-ci ildə Üzeyir bəy Hacıbəyov 
adına Dövlət mükafatına, “Mahnı dağ-
larda qaldı” tamaşasına görə isə 1972-ci 
ildə Azərbaycan Respublikasının Dövlət 
mükafatına layiq görülmüşdür. 1949-cu 
il iyul ayının 21-də ona “Azərbaycan 
Respublikasının  Əməkdar artisti” fəxri 
adı verilmişdir. Qırmızı Əmək Bayrağı 
ordeni və medallarla təltif edilmişdir.
Əliheydər  Ələkbərov 1974-ci ildə 
Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan SSR Xalq 
artistkası Sona Hacıye-
va /Ə.Ələkbərov.- Bakı, 
1959.- 48 s.
Ələkbərov Əliheydər 
Əbdüləli oğlu //Üzeyir 
Hacıbəyli ensiklopediyası.- 
Bakı, 2008.- S.46.
Ələkbərov Əliheydər 
Əbdüləli oğlu                    
//Azərbaycan Sovet 
Ensiklopediyası.-Bakı, 
1980.- C.4.- S.163-164.
Rəhimli, İ. Əliheydər 
Ələkbərov /İ.Rəhimli         
//Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S.295-296.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mugamradio.az
azteatr.musigi-dunya.az
26
Rejissor
Teatr.Kino


169
80 
illiyi
Ağakişi Kazımov
1935
İYUN
Ağakişi  Şəmməd oğlu Kazımov 
1935-ci il iyun ayının 28-də  Ağcabədi 
rayonunda anadan olmuşdur. 1952-ci 
ildə  Ağcabədi rayonunun Xəlfərəddin 
kəndində orta məktəbi bitirmişdir.
1952-1957-ci illərdə Azərbaycan 
Dövlət Teatr İnstitutunun aktyorluq 
fakültəsində ali təhsil almışdır. Bura-
da R.Təhmasibin, M.Məmmədovun, 
M.Haşımovun rəhbərliyi ilə aktyor 
sənətinin sirlərini öyrənmişdir. 1959-
cu ildə Moskvada keçirilən Azərbaycan 
Ədəbiyyatı  və  İncəsənəti Dekadasında 
Akademik Dram Teatrın yaradıcı qrupu-
nun tərkibində iştirak etmişdir.
1960-cı ildə A.Kazımov Quba Dövlət 
Dram Teatrına baş rejissor göndərilmişdir.
1964-cü ildə o, Leninqrad (indiki 
Sankt-Peterburq) Dövlət Teatr, Musiqi 
və Kinematoqrafiya  İnstitutunun rejis-
sorluq fakültəsinə daxil olmuşdur. Ora-
da təhsilini başa vurarkən diplom işi 
ərəfəsində Kazanda Q.Kamal adına Ta-
tarıstan Dövlət Akademik Dram Teatrın-
da M.Bayciyevin “Duel” dramını, dip-
lom işi kimi isə C.Cabbarlının “Aydın” 
əsərini tatarca hazırlamışdır.
1969-1970-ci illərdə o, əvvəl direktor, 
sonralar isə baş rejissor kimi Sumqayıt 
Dövlət Musiqili Dram Teatrında çalış-
mışdır. 1973-1983-cü illərdə ADGTT-da, 
1978-1983-cü illərdə C.Cabbarlı adına 
İrəvan Dövlət Dram Teatrında, 1982-ci 
ildə C.Məmmədquluzadə adına Nax-
çıvan Dövlət Dram Teatrında, 1984-cü 
ildə N.Vəzirov adına Lənkəran Dövlət 
Dram Teatrında,  1975-1992-ci illərdə 
Azərbaycan Dövlət Musiqili Komediya 
Teatrında, 1999-cu ildə Köln və Düssel-
dorf Almaniya Türk Dövlət Teatrında bir 
çox tamaşalara quruluş vermişdir. 
Onun quruluşları monumental 
səhnə  həlli, milli ənənəyə sadiqliyi ilə 
səciyyəvidir. Onun yaradıcılığının estetik 
mahiyyətini təcəssüm etdirən “Müsibəti 
Fəxrəddin” (N.Vəzirov), “Toy” 
(S.Rəhman) - Sumqayıt Dövlət Dram 
Teatrında, “Təzə gəlin” (S.Dağlı), “Arşın 
mal alan” (Ü.Hacıbəyli), “Xoşbəxtliyə 
gedən yol” (İ.Dunayevski) - Dövlət 
Musiqili Komediya Teatrında, “Kom-
somol poeması” (İ.Coşqun), “Məlik 
Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər” 
(N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri), 
“Büllur sarayda” (İ.Əfəndiyev) və s. 
- Gənc Tamaşaçılar Teatrında hazırla-
nan bu tamaşalar müxtəlif janrlıdırlar. 
Bu da rejissorun sənət duyumunun əsas 
göstəricisi kimi qiymətləndirilə bilər. 
1972-2003-cü illərdə Azərbaycan 
Dövlət Akademik Milli Dram Teatrında 
60-dan artıq əsərə quruluş vermişdir. 
20 il Azərbaycan Gənc Tamaşçılar 
Teatrında baş rejissor, 10 il Akademik 
Dram Teatrında rejissor işləmişdir. Ha-
zırda ADMİU-nun professorudur.
Azətbaycan teatr sənətinin inkişa-
fındakı xidmətlərinə görə 1987-ci ildə 
“Əməkdar incəsənət xadimi”, 2000-ci 
ildə “Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür. 1998-ci ildə “Qızıl Dərviş”, 
2014-cü ildə “Cəfər Cabbarlı“ müka-
fatlarının laureatı olmuşdur. Prezident 
təqaüdçüsüdür. 
Ə d ə b i y y a t
Rejissor sənətinin 
əsasları: dərs vəsaiti 
/A.Kazımov.- Bakı: 
Azərbaycan, 2013.- 
247 s.
Teatr və onun yaradıcı-
ları /A.Kazımov.- Bakı: 
Xəzər Universiteti, 
2008.- 500 s.
“Azərbaycan teat-
rının inkişafı üçün 
təkanverici, ümidve-
rici gəncləri axtarıb 
tapmaq lazım-
dır” /A.Kazımov; 
müsahibəni apardı 
C.Səlimqızı //Mərkəz.- 
2012.- 26 iyul.- S.14.
Hacızadə, N. 
Onun sənət həyatı: 
Azərbaycanın Xalq ar-
tisti Ağakişi Kazımovun 
75 illik yubileyinə həsr 
olunur /N.Hacızadə.- 
Bakı: Elm və təhsil, 
2010.- 211 s.
Hacızadə, N. İstedad 
və zəhmət /N.Hacızadə      
//Mədəni həyat.- 2014.- 
№3.- S.26-30.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
28
Rejissor
Teatr.Kino


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə