Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə75/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   71   72   73   74   75   76   77   78   ...   173

166
İYUN
2
100 
illiyi
Süleyman Ələsgərov
1915-1998
İYUN
 Süleyman Ağababa oğlu  Ələsgərov 
1915-ci il iyun ayının 20-də Bakıda do-
ğulmuşdur. Yeddiillik təhsilini başa vura-
raq Maliyyə Texnikumuna daxil olmuş, 
orada üç il oxumuş və iqtisadçı diplomu 
alandan sonra Azərbaycan Dövlət Tibb 
İnstitutuna imtahan vermiş  və üç il də 
orada oxumuşdur. O, səhnəyə 1933-cü 
ildə Dənizçilər Mədəniyyət Evinin dram 
dərnəyində  çıxmışdır. Səhnə  sənətinə 
bağlandığına görə  təhsilini yarımçıq 
qoymuşdu. 1936-cı ilin sentyabrında 
Süleyman Ələsgərov Gənc Tamaşaçılar 
Teatrına müsabiqə yolu ilə aktyor götü-
rülmüşdür.
Onun GTT-da ifa etdiyi əsas rollar bun-
lardır: Polad (“Qızıl quş”, M.Seyidzadə), 
Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə), 
Aqşin (“Babək”,  Ə.Yusifov), Vəzir, 
Oruc (“Fitnə” və “Qaraca qız”, A.Şaiq), 
Kaçkaryov, Poçt müdiri (“Evlənmə”, 
və “Müfəttiş” N.Qoqol), Arqant (“Ska-
penin kələkləri”, J.B.Molyer), Müşavir 
(“Qarlar Kraliçası”, Y.Şvarts), Eldostu 
(“Çiçəkii dağ”, M.Təhmasib), Hacı Nuru 
və Molla Salman (“Molla İbrahimxəlil 
kimyagər”, M.F.Axundzadə), Valentin 
və Pontolone (“İki ağanın bir nökəri”, 
K.Haldoni), Molla Səfi və Hacı Qəmbər 
(“Hacı  Qəmbər”, N.Vəzirov), Loren-
so (“Romeo və Cülyetta”, V.Şekspir), 
Yaşar (“Yaşar”, C.Cabbarlı), Musa 
(“Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Va-
lentin (“İki veronalı”, V.Şekspir), Çux-
ray (“Polad necə bərkidi”, N.Ostrovski), 
Komissar (“Anacan”, Y.Əzimzadə), 
Zeynalabdm  Şirvani (“Əlvida, Hin-
distan!”, Q.Rəsulov), Səməd Vurğun, 
Baba,  Əfrasiyab (“Komsomol poema-
sı”, “Açıl bənövşəm, açıl” və “Rüstəm 
və Söhrab”, İ.Coşqun), Montanel-
li (“Ovod”, E.Voyniç), Namaz (“Xırs 
quldurbasan”, M.F.Axundzadə), Mah-
mud (“Dağ seli”, Ə.Əsgərov), Kaplar 
(“Qavroş”, V.Hüqonun “Səfillər” ro-
manı üzrə səhnələşdirənləri Z.Nemətov 
və  Ə.İsmayılov), Murtuz (“Mənim 
nəğməkar bibim”, Ə.Əylisli), Naçal-
nik (“Danabaş  kəndinin məktəbi”, 
C.Məmmədquluzadə).
Süleyman  Ələsgərov “Azərbay-
canfilm” kinostudiyasında istehsal olu-
nan bir neçə kinolentlərində çox kiçik 
epizodlara çəkilmişdir. Onun ən popul-
yar və irihəcmli ekran obrazı “Bizim 
Cəbiş müəllim” filmində əsas qəhrəman 
olan Cəbiş müəllim roludur. 
Aktyor GTT-nın inkişafında xidmət-
lərinə görə 1954-cü il fevral ayının 27-də 
“Azərbaycan Respublikasının Əməkdar 
artisti”, 1982-ci il dekabr ayının 1-də 
isə “Xalq artisti” fəxri adlarına layiq 
görülüb. 1961-ci ildə oynadığı  Səməd 
Vurğun  roluna görə Respublika Lenin 
komsomolu mükafatı laureatı olub. Ya-
radıcılığının özəyi, mayası əsasən realist 
aktyor məktəbinin estetik prinsipləri ilə 
yoğrulmuşdur. Qəhrəman personajları-
nın ifası psixoloji dramatizmi, komik və 
satirik rolları  təbiiliyi, koloritli gülüşü, 
estetik zərifliyi ilə səciyyəvi idi. 
Süleyman  Ələsgərov 1998-ci il de-
kabr ayının 10-da Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Ələsgərov Süleyman 
Ağababa oğlu //Cəlil 
Məmmədquluzadə Ensiklo-
pediyası.- Bakı: Şərq-
Qərb, 2008.- S.96.
Rəhimli, İ. Süleyman 
Ələsgərov /İ.Rəhimli          
//Azərbaycan teatr tarixi.- 
Bakı, 2005.- S.743-745.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mugamradio.az
20
Aktyor
Teatr.Kino


167
90 
illiyi
Gülcahan Güləhmədova-
Martınova
1925
İYUN
Gülcahan 
Şüaulla qızı 
Güləhmədova-Martınova 1925-ci 
il iyun ayının 23-də Bakı şəhərində, 
həkim ailəsində anadan olmuş-
dur. Atası “xalq düşməni” adı ilə 
həbs olunmuş  və sürgün edilmiş-
dir. Gənclik illəri Böyük Vətən 
müharibəsi dövrünə təsadüf etmiş, 
o anası ilə birgə hərbi qospitallarda 
işləməyə başlamış, fəhlə gənclərin 
gecə  məktəbində -132 saylı orta 
məktəbdə  təhsil almışdır. Orta 
təhsilini bitirdikdən sonra Sənaye 
və Tibb İnstitutlarına qəbul olun-
sa da, təhsilini yarımçıq qoyaraq 
Bakı Teatr İnstitutuna daxil olmuş, 
1951-ci ildə oranın birinci rejissor 
kursunu bitirmişdir. SSRİ Xalq ar-
tisti Mehdi Məmmədovun tələbəsi 
olmuşdur.  İlk qadın-rejissordur.  
Təyinatla Səməd Vurğun adına Rus 
Dram Teatrında işləməyə başlamış-
dır. 30 il ərzində bu teatrda rejissor 
və quruluşçu rejissor işləmişdir. 
Teatrın səhnəsində onlarla milli 
və dünya ədəbiyyatı nümunələrini 
səhnəyə qoymuşdur. 
1982-ci ildən Bakı Musiqi Aka-
demiyasının  Ş.Məmmədova adına 
Opera studiyasında baş rejissor 
işləməyə başlamışdır.  
Tələbələri arasında “Qran-pri” 
laureatı, La Skala teatrının solisti, 
çoxsaylı musabiqələrin laureatları 
və diplomantları, xalq və əməkdar 
artistləri, Respublika və xarici ope-
ra teatrlarının (Almaniya, Türkiyə, 
Misir, Fransa, Boliviya) solistləri 
vardır. 
Onun tərəfindən ümumilikdə 
70-dək  əsər tamaşaya qoyulmuş-
dur. 1987-ci ildə lentə alınan  İl-
yas  Əfəndiyevin “Sən həmişə 
mənimləsən” televiziya tamaşası-
nın quruluşçu rejissoru olmuşdur.   
Gülcahan Güləhmədova-
Martınovanın yaradıcı  fəaliyyəti 
dövlət tərəfindən yüksək 
qiymətləndirilmişdir. 1972-ci ildə 
“Komandorun addımları” tamaşa-
sına görə Respublika Dövlət mü-
kafatına, 1981-ci ildə Azərbaycan 
Respublikasının “Xalq artisti” fəxri 
adına layiq görülmüşdür. “Şərəf ni-
şanı” ordeni ilə təltif edilmişdir.
Hazırda Bakı Musiqi Akademi-
yasının professorudur. Prezident 
təqaüdçüsüdür. 
Ə d ə b i y y a t
Güləhmədova-Martınova, 
G. “Məni buraxmırlar. 
Deyirlər ki, hələ vaxtı 
çatmayıb”: Hər yerə səs 
salan tamaşaların müəllifi 
və Azərbaycanın ilk qadın 
rejissoru haqqında nə bir 
kitab, nə də böyük məqalələr 
yazılıb /G.Güləhmədova-
Martınova; müsahibəni 
apardı T.Məhərrəmova //
Kaspi.- 2010.- 23 iyun.- 
S.14.
Güləhmədova-Martınova 
Gülcahan //Azərbaycan qa-
dını ensiklopediyası.- Bakı, 
2002.- S.148. 
Elsevər, S. Gülcahan 
Güləhmədova-Martınova-
85: Sadəcə Gülcahan xa-
nım... /S.Elsevər //Ekspress.- 
2010.- 25 iyun.- S.23.
Гюльджахан 
Гюлахмедова: «Пока мы 
есть…» /Гюльахмедова 
Г.; интерьвю вел 
Н.Исмайлова //Зеркало.- 
2010.- 24 июля.- С.23-24
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
23
Rejissor
Teatr.Kino


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə