Teqvim-2015. pdf


Tarixdə bu gün Kürəkçay müqaviləsi



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə71/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   67   68   69   70   71   72   73   74   ...   173

156
Tarixdə bu gün
Kürəkçay müqaviləsi
1805
MA
Y
Rusiya imperiyasının XIX yüzilin başlanğıcın-
dan Azərbaycan torpaqlarını yeni işğal cəhdi fak-
tik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti 
Azərbaycanın xanlıqlara parçalanmasından istifadə 
edərək, bu prosesdə həm silah, həm də müqavilələr 
bağlanmasından istifadə edirdi. 
1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi  
indiki Goranboy rayonu ərazisində Kürəkçay çayı 
sahilində Qarabağ xanı İbrahimxəlil xan və Rusiya 
İmperiyası adından isə Rusiyanın  Qafqaz qoşunla-
rının baş komandanı Knyaz Sisianov tərəfindən im-
zalanmışdır. Bu müqavilə Qarabağ  xanlığının Ru-
siya tərəfindən ilhaqını faktiki rəsmiləşdirmişdir.
Belə ki, 11 maddədən ibarət müqavilənin 
şərtlərinə görə, Qarabağ xanı Rusiya çarının vas-
salı olmağına razılıq verir (maddə 1), müstəqil 
xarici siyasət hüququndan məhrum edilir (maddə 
4), çar xəzinəsinə hər il 8000 çervon bac verməyi 
öhdəsinə götürürdü (maddə 8). Rusiya dövləti də 
xanın varis və davamçılarının Qarabağ xanlığı 
üzərində hakimiyyətinin dəyişilməz saxlanılma-
sını, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, 
məhkəmə  və divanxana, ölkədən yığılan gəlirin 
xanın  səlahiyyətində qalmasını öhdəsinə götürür-
dü (maddə 5). Bundan başqa, müqaviləyə görə, 
Qarabağ xanı Qafqaz komandanlığının  əmrlərini 
yerinə yetirməli və mayor Lisaneviçin rəhbərliyi 
altında 500 rus əsgərini Şuşada qalaya bitişik Xan-
bağı adlanan yerdə yerləşdirməli idi. 
Qarabağ xanlığının Rusiya tərəfindən ilha-
qından sonra Kürəkçay müqaviləsi  əslində icra 
olunmamışdır. Öncə  İbrahimxəlil xan qətlə yeti-
rilmiş, daha sonra isə Qarabağ xanlığının özünün 
mövcudluğuna son qoyulmuşdu. Daimi müddətə 
imzalandığı qeyd edilsə də, Kürəkçay müqaviləsi 
cəmi 17 il sonra, 1822-ci ildə ləğv edilmişdir. Ru-
siya Kürəkçay müqaviləsi ilə Qarabağın bütövlü-
yünün saxlanmasına imperator zəmanəti versə də, 
1822-ci ildə Qarabağ xanlığı aradan götürülmüş-
dü. Qarabağda  İbrahim xan və onun varislərinin 
hakimiyyəti rus administrasiyası ilə  əvəz olun-
muşdur. Çar Rusiyası etnik təmizləmə siyasətinə 
uygun olaraq Qarabağ əhalisinin etnik tərkibində 
ermənilərin sayını artırmaq üçün köçürmə siyasəti 
həyata keçirməyə başlamışdı. 
Müqavilənin tezliklə Rusiya İmperiyası 
tərəfindən ləgv olunma səbəbləri arasında Çar 
Rusiyasının bölgənin etnik tərkibini özünün 
uzunmüddətli maraqlarına xidmət edə biləcək 
şəkildə  dəyişməyə  əsaslanan imperiya siyasətini 
də qeyd etmək lazımdır. Bu siyasət  ən çox 
İran və Türkiyədən ermənilərin kütləvi  şəkildə 
Azərbaycanın Qarabağ  və digər xanlıqlarına 
köçürülməsini təşkil etməklə mövcud ərazi inziba-
ti quruluşun və etnik tərkibin dəyişdirilməsində öz 
əksini tapmışdır. 
Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə on-
ların ümumi sayı isə 200 mindən çox olmuş  və 
köçürülmədən sonra Qarabağın etnik tərkibində 
ermənilərin sayı artmağa başlamışdır. Ermənilərin 
kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində 
burada yeni erməni kəndləri (Marağalı, Canyataq 
və s.) yaranmışdır. 
Ağır şərtlərlə Rusiya İmperiyası ilə imzalanma-
sına və sonrakı illərdə icra olunmamasına baxma-
yaraq, Kürəkçay müqaviləsi mühüm əhəmiyyətə 
malikdir. Xüsusilə onu qeyd etmək lazımdır ki, 
bu müqavilə çarizmin Qarabağ xanlığını  işğal 
etməsinə  qədər azərbaycanlıların bölgənin abo-
rigen xalqı olmasını, xanlığın siyasi-iqtisadi 
həyatına rəhbərlik etmələrini, ermənilərin Rus iş-
ğalından və bölgənin etnik tərkibini dəyişdirməyə 
yönəlmiş siyasətlərindən, onların kütləvi  şəkildə 
İran və Türkiyədən Azərbaycan torpaqlarına 
köçürülməsindən sonra Çar Rusiyasının himayəsi 
ilə üstün mövqelərə çıxdıqlarını göstərir.
Şükürov, K. Qarabağ Rusiya imperiyası tərkibində //Şükürov K. 
Qarabağ dünən, bu gün və sabah.- Bakı, 2004.- S.118-121. 
14
210 
ili


157
Tarixdə bu gün
Laçın rayonunun işğalı günü
1992
MA
Y
Ərazisi:  1835  
km² 
Əhalisi: 72 228 nəfər
İşğal tarixi: 17.05.1992 
Bu gün  Azərbaycanın strateji cəhət-
dən mühüm əhəmiyyət kəsb edən La-
çın rayonunun işğalından 23 il keçir. 
1992-ci il may ayının 17-18-də 
erməni işğalçıları rayonun yüzlərlə 
mədəni-məişət obyektini, onlarla 
qəsəbə, kənd və tarixi abidələrini dağı-
daraq talan etmişdir. İşğal nəticəsində 
72 min 228 Azərbaycan vətəndaşı öz 
yurdundan didərgin düşmüş, 300-dən 
artıq hərbi və mülki şəxs həlak olmuş 
və itkin düşmüşdür. Rayonda 8950 
bina, o cümlədən 7 sənaye və tikinti 
müəssisəsi, 471 xidmət idarəsi, 154 
məktəb, yüzlərlə tarix-mədəniyyət 
abidəsi işğal altında qalmışdır.
Şuşa  şəhərinin Turşsu deyilən 
ərazisindən və Ermənistan istiqamə-
tindən hücuma keçən düşmən ma-
yın 18-də Laçını  işğal etmişdir. 
Əhəmiyyətli geostrateji mövqeyə ma-
lik olan Laçının işğalı Azərbaycan iq-
tisadiyyatına ciddi ziyan vurmuşdur. 
Təbii sərvətlərlə  zəngin olan La-
çın rayonunda Turşsu, Qaladərəsi, 
Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq
Nurəddin, Nağdalı, Hacıxanlı kimi 
müalicəvi  əhəmiyyətli bulaqlar möv-
cud olmuşdur.
Ekologiya və  Təbii Sərvətlər Na-
zirliyinin rayonun işğalı ilə bağlı 
yaydığı  məlumatda bildirilmişdir ki, 
Laçın rayonu ərazisində ümumi ehti-
yatları 1124 ton olan 3 civə (Narzanlı, 
Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 
min ton olan və əhəng istehsalına ya-
rarlı Laçın əhəngdaşı, ehtiyatları 2533 
min kubmetr olan və istismara cəlb 
edilən üzlük daşı istehsalına yararlı 
Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar 
daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, 
Əhmədli), 2 əlvan bəzək daşı, vulkan 
külü və digər təbii sərvətləri var.
Laçın rayonundakı Qaragöl Dövlət 
Təbiət Qoruğu və Dövlət Təbiət Ya-
saqlığı da hal-hazırda işğal altındadır. 
Ümumi sahəsi 240 hektar olan qoruq-
da 68 növdən və 27 ailədən ibarət bitki 
örtüyü var. 1961-ci ilin noyabr ayın-
da heyvan və quşları qoruyub saxla-
maq və artırmaq məqsədilə yaradılan 
Dövlət Təbiət Yasaqlığının ərazisində 
cüyür, qaya keçisi, çöl donuzu, ayı, tu-
rac, kəklik, qaratoyuq kimi nadir fauna 
növləri məskunlaşmışdır. 1989-cu ildə 
yasaqlıqda aparılan yoxlama zamanı 
dağ-keçisi (bezoar keçisi) 96, qaban 
360, cüyür 320, ayı 110 baş, eləcə də 
çoxlu sayda canavar, porsuq, dələ, qır-
qovul, kəklik qeydə alınmışdır.
  İşğalçı dövlət beynəlxalq hüquq 
normalarına, zəbt olunan Azərbaycan 
torpaqlarından Ermənistan qoşunla-
rının qeyd-şərtsiz çıxarılmasına dair 
BMT-nin qətnamələrinə  məhəl qoy-
mayaraq hazırda Laçında qanunsuz 
məskunlaşma aparır. 
Bu gün hər bir azərbaycanlı Qara-
bağın işğal altından qurtulacağı günü 
gözləyir.
Qarabağa böyük qayıdışın olacağı-
na hamımız inanırıq.
Ə d ə b i y y a t
Ağamirzə, T. Ermənilər 
həmişə Laçına yiyələnmək 
arzusunda olmuşlar  
/T.Ağamirzə //Vətən səsi.- 
2011.- 13 may.- S.3.
Alıoğlu, S. Laçın 
Azərbaycanın əzəli 
və əbədi torpağıdır 
/S.Alıoğlu //Respublika.- 
2011.-18 may.- S.7. 
Qaraca, B. Ay Laçın... 
Laçının işğalından 
21 il keçir /B.Qaraca                    
//Azərbaycan.- 2013.- 18 
may.- S.6.
Laçın rayonu //Qarabağ: 
yaddaş.- Bakı, 2010.- 
S.63-82. 
Nərimanoğlu, M. 
Laçında talanmış 
maddi-mənəvi sərvətimiz 
/M.Nərimanoğlu                 
//Azərbaycan.- 2013.- 19 
may.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.avciya.az
www.lachin-ih.gov.az 
17


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə