Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə69/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   65   66   67   68   69   70   71   72   ...   173

152
Texnika.Mühəndis işi
85 
illiyi
Musa Rüstəmov
1930
MA
Y
Musa İsmayıl oğlu Rüstəmov 1930-cu 
il may ayının 8-də Naxçıvan MR Ordubad 
şəhərində anadan olmuşdur. 1952-ci ildə 
Azərbaycan Sənaye  İnstitutunu (indiki 
ADNA) bitirərək, mühəndis-texnoloq ix-
tisasına yiyələnmişdir. Azərbaycan Neft 
Emalı  Sənayesi Elmi Tədqiqat  İnstitu-
tunda (indiki AMEA Y.H.Məmmədəliyev 
adına Neft-Kimya Prosesləri  İnstitutu) 
müxtəlif vəzifələrdə  işləmiş, 1968-ci 
ildən direktor müavini, 1988-ci ildən isə 
direktoru olmuşdur. 1968-ci ildə texnika 
elmləri doktoru elmi adını, 1971-ci ildə 
professor elmi rütbəsini almışdır. 1980-
ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu 
ildə isə həqiqi üzvü seçilmişdir. 507 elmi 
əsərin, o cümlədən 2 monoqrafiyanın 
müəllifidir ki, onlardan 157-si xaricdə 
nəşr edilmişdir.
Alim 1993-1995-ci illərdə ADNA-da, 
1999-2005-ci illərdə isə BDU-da peda-
qoji fəaliyyətlə göstərmişdir.
Onun elmi tədqiqatlarının istiqaməti 
heterogen-katalitik proseslərinin tex-
nologiyasını, neft emalı  və neft kim-
ya prosesləri üçün katalizatorların ya-
radılmasını, neft emalı  məhsullarının 
keyfiyyətlərinin yüksəldilməsini  əhatə 
edir. O, heterogen-katalitik prosesləri 
aparmaq üçün lift reaktorlarının hid-
rodinamikasını, kiçik ölçülü mikro-
siferik katalizatorların, qaynar lay 
və lift reaktorlar sistemində kimyəvi 
proseslərin effektivliyini nəzəri cəhətdən 
tədqiq etmiş, mikrosferik katalizator-
ların axıcılıq indeksinin proseslərin 
effektivliyinə  təsirini öyrənmişdir. Aka-
demik M.Rüstəmov yüksək effektivli 
Q.43-107 katalitik krekinq kompleksi-
nin müəlliflərindən biridir. Bu proses 
 
Bolqarıstan, Rusiya, Ukrayna, Latviya, 
və Azərbaycan neft emalı zavodlarında 
istismar olunur. Onun tədqiqatlarının 
bir qismi neft emalı  məhsullarının 
keyfiyyətini yüksəltmək məqsədi ilə hid-
rokrekinq, hidroizomerləşmə, destruktiv 
izomerləşmə, seolit katalizatorları    iş-
tirakında  oksigenli əlavələrin alınması 
proseslərinin yaradılmasına həsr edilmiş-
dir. Nəticədə tərkibində qurğuşun olma-
yan, ekoloji cəhətdən təmiz Aİ-93, Aİ-95 
avtomobil benzinlərinin alınma texnolo-
giyasını təklif etmişdir. O, Azərbaycanda 
hidrogen energetikası sahəsində  tədqi-
qatların  əsasını qoymuşdur. Onun 
tərəfindən Azərbaycanda neft emalı, 
qaz emalı və neft kimya sənayesinin in-
kişaf konsepsiyası yaradılmış  və onun 
əsasında neft emalı zavodlarının 2010-cu 
ilə kimi kompleks modernizasiyasının 
tərkib hissəsi və sxemi hazırlanmışdır. 
M.Rüstəmov bir çox beynəlxalq və res-
publikada fəaliyyət göstərən elmi şura-
ların və assosiasiyaların üzvi olmuşdur, 
beynəlxalq konfranslarda, simpozium-
larda Azərbaycanı təmsil etmişdir. 
1979-cu ildə  “Əməkdar elm xadimi” 
fəxri adına layiq görülmüş, 1982-ci ildə 
Dövlət mükafatı laureatı olmuşdur. 2002-
ci ildə  İstanbulda  İqtisadi  Əməkdaşlıq 
Təşkilatının “Elm və Texnoloji sahəsində 
mükafatına”, 2004-cü ildə Azərbaycan 
Respublikasının “Şöhrət” ordeninə layiq 
görülmüşdür.
Ə d ə b i y y a t
Raket və reaktiv yana-
caqları /M.Rüstəmov, 
A.Həsənov, S.Sultanov.- 
Bakı: Elm, 2005.- 228 s.
Azərbaycanda elmin 
inkişafına diqqət art-
maqdadır  /M.Rüstəmov            
//Xalq qəzeti.- 2011.- 28 
aprel..- S. 4.
Musa İsmayıl oğlu 
Rüstəmov: biblioqrafiya        
/tərt.: G.Fərhadova 
(red.) [və başq.].- Bakı: 
Elm, 2000.- 212 s.
Əmircanov, P. Akade-
mik Musa Rüstəmov: 
Azərbaycan BMT 
Təhlükəsizlik Şurası-
na üzv seçilməsi bizi 
sevən ölkələrin sevinci, 
sevməyənlərin kədəridir 
/P.Əmircanov //Xalq 
qəzeti.- 2011.- 3 noyabr.- 
S. 7.
Hidayətqızı, N. Görkəmli 
alim və elm təşkilatçısı, 
akademik Musa 
Rüstəmovun 80 illik 
yubileyi qeyd olundu 
/N.Hidayətqızı //Elm.- 
2010.- 19 may.- S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
8
Akademik


153
Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü 
1993
Əlillərin hüquqlarının müdafiəsi Günü
1992 
MA
Y
1991-ci il may ayının 3-də Nami-
biyanın paytaxtı Vindhukda regional 
seminara toplaşan jurnalistlər “Vind-
huk Bəyannaməsi”ni qəbul etdilər. 
Bəyannamə informasiya vasitələrinə 
yardımçı olmaq məqsədilə dünya 
hökumətlərinə mətbuat azadlığının və 
demokratikliyinin təmin edilməsinə 
yardımçı olmağa çağırırdı. Buna görə, 
BMT Baş Məclisi 1993-cü il may ayı-
nın 3-nü Beynəlxalq Söz və  Mətbuat 
Azadlığı Günü elan etdi.
Söz və  mətbuat azadlığı demok-
ratiyanın meyarı olaraq tanınır. Söz 
azadlığının olmadığı ölkələrdə in-
san hüquqlarının pozulması hallarına 
daha çox rast gəlinir. Bu gün bir çox 
beynəlxalq qurumlar ölkələrdə söz və 
mətbuat azadlığını diqqət mərkəzində 
saxlayırlar.
 
1992-ci ildən BMT Baş Assamb-
leyasının qərarı ilə  hər il 5 may tari-
xi  Əlillərin Hüquqlarının müdafiəsi 
günü kimi qeyd olunur. Azərbaycanda 
bu qəbildən olan insanların sayı 450 
mindən çoxdur. Ölkəmizdə  əlillərin 
sosial müdafiəsi ilə bağlı dövlət proq-
ramı mövcuddur. Həmin proqramda 
əlilliyin qarşısının alınması,  əlillərin 
reabilitasiyası və sosial müdafiəsi haq-
qında qanunun bütün müddəaları öz 
əksini tapıb. Əlillərin sosial müdafiəsi 
isə ildən-ilə daha da gücləndirilir, bu 
istiqamətdə genişmiqyaslı  tədbirlər 
həyata keçirilir. Bu tədbirlər onların 
cəmiyyətə inteqrasiyasına xidmət edir. 
Dövlət hər ay əlillik qruplarına uy-
ğun olaraq  onlara pensiya və sosial 
müavinətlər verir. Əlillərin pensiya-
ları, onlara edilən maddi yardımlar da 
ildən-ilə artır. Onların sağlamlığının 
bərpası üçün paytaxtda və bölgələrdə 
reabilitasiya mərkəzləri fəaliyyət 
göstərir. Bütün bunlar əlilliyin qarşısı-
nın alınmasında, əlillərin reabilitasiya-
sında mühüm rol oynayır.
Ə d ə b i y y a t
www.anl.az
www.az.wikipedia.org
Ə d ə b i y y a t
Məmmədli, Z. Əlillərlə 
bağlı yeni strategiya işə 
düşür “Əlillərin Sosial 
Hüquqlarının Müdafiəsinə 
dair Milli Fəaliyyət 
Planı”na start verilməsi bu 
təbəqədən olan insanların 
problemlərini xeyli azalda-
caq /Z.Məmmədli //Reytinq.-
2013.- 20 oktyabr.- S.10.
www.anl.az
www.az.wikipedia.org
3
5
1
Tarixdə bu gün


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə