Teqvim-2015. pdf


Tarixdə bu gün Şuşanın işğalı günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə70/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   66   67   68   69   70   71   72   73   ...   173

154
Tarixdə bu gün
Şuşanın işğalı günü
1992  
MA
Y
Ərazisi:  289  
km² 
Əhalisi: 31499 nəfər
İşğal tarixi: 08.05.1992
Azərbaycanın dilbər guşəsi, musiqi 
və  mədəniyyət ocağı olan Şuşa  şəhəri 
dünyanın bəzi aparıcı dövlətlərinin 
məzlum xalq kimi tanıdıqları,  əslində 
nəinki xalqımıza, bütün insanlığa qar-
şı terror siyasəti həyata keçirən məkrli 
ermənilər tərəfindən keçmiş sovet or-
dusunun 366-cı alayının 40 zirehli tex-
nikasının bilavasitə  iştirakı  və köməyi 
ilə işğal edilmişdir.
289 kvadrat kilometr ərazisi olan 
Şuşa  şəhərində  həmin dövrdə 24.900 
nəfər əhali yaşayırdı. İşğal zamanı 480 
nəfər insan qətlə yetirilmiş, 600 nəfər 
yaralanmış, 150 nəfər  əlil olmuş, 552 
körpə yetim qalmış, 20 mindən artıq 
əhali isə  məcburi köçkün vəziyyətinə 
düşmüşdür.
Qeyd etmək lazımdır ki, Şuşaya hü-
cumdan bir neçə saat öncə Tehranda İran 
Prezidentinin vasitəçiliyilə Ermənistan 
və Azərbaycan dövlət başçıları Qara-
bağ münaqişəsinin dinc yolla həllinə 
dair saziş imzalamışdı.
İşğal nəticəsində  Şuşadakı bir sıra 
tarixi-mədəniyyət abidələri düşmən 
tərəfindən talan edilmişdir. Beş minə 
yaxın eksponatı olan Şuşa Tarix Mu-
zeyi, Dövlət Xalça muzeyinin filialı və 
Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ 
Dövlət Tarix Muzeyi, həmçinin Laçın 
rayonundakı  Ağoğlan məbədi, dün-
ya  əhəmiyyətli arxeoloji abidə sayılan 
Paleolit dövrünə aid Azıx mağarası, 
Xocalıdakı  Əsgəran qalası, Kəlbəcər 
Tarix Muzeyinin və digər mədəniyyət 
ocaqlarının, rəsm qalereyalarının bən-
zərsiz ekspozisiyaları dağıdılmış  və 
talan olunmuş, müqəddəs məbəd və 
məscidlər təhqir edilmiş, kitabxanalar 
yandırılmış, misilsiz əlyazma nümu-
nələri məhv edilmişdir. 
Bu siyahıya Xan mağarası, Qa-
xal mağarası,  Şuşa qalası da olmaq-
la bütövlükdə 279 dini, tarixi və 
mədəni abidə daxildir. Ermənilər 
Azərbaycana məxsus olan bir çox abi-
dənin məhv edilməsinə  və ya onların 
erməniləşdirilməsinə nail olmuşlar. 
Onlar Şuşada 7 məktəbəqədər uşaq mü-
əssisəsini, 22 ümumtəhsil məktəbini, 
mədəni-maarif, kənd təsərrüfatı texni-
kumlarını, 8 mədəniyyət evini, 14 
klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 
muzeyi,  Şərq musiqi alətləri fabrikini 
dağıtmışlar. 
Artıq Şuşanın işğalından 23 il ötür.  
Tezliklə  qədim Azərbaycan torpağının 
işğaldan azad olunacağı günü arzula-
yır və Allahdan bütün şəhidlərə rəhmət 
diləyirik!
Ə d ə b i y y a t
Behbudov, K. Şuşa qalası-
nın çıraqlarını yandıraq: 
Şuşanın işğalından 22 il 
ötür /K.Behbudov //Xalq 
qəzeti 2014.- 8 may.- S. 
13.
Qələndərli, N. Şuşanın 
işğalı erməni vandalizmi-
nin növbəti nümunəsidir 
/N.Qələndərli //Yeni 
Azərbaycan.- 2012.- 3 
may.- S.2.
Sevgili gözəl Şuşam, 
dərdim, kədərim Şuşam: 
Şuşanın işğalından 
22 il ötür Ç.Fərəcov                 
//Azərbaycan 2014.- 7 
may.- S.14. 
Şuşa rayonu //Qarabağ: 
yaddaş.- Bakı, 2010.- 
S.23-48.
Tapdıqoğlu, N. Qara-
bağın tacı - Şuşam: 
/N.Tapdıqoğlu //Müəllim 
sözü 2013.- №5(23).- 
may.- S.4-5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.shusha-ih.gov.az
8


155
Tarixdə bu gün
Faşizm üzərində Qələbə Günü
1945
MA
Y
XX əsrdə İkinci Dünya müharibəsi 
illəri bəşəriyyət üçün ən ağır və 
dəhşətli dövr olmuşdur. Almaniyada 
və  İtaliyada yaranmış faşizm nəinki 
bu ölkələrin özünü və  hətta bütün 
bəşəriyyəti təhlükə altına almışdı. 
İkinci Vətən müharibəsi illərində 
Azərbaycan xalqı  həm cəbhə 
bölgələrində, həm də arxa cəbhədə bö-
yük qəhrəmanlıq və igidlik nümunələri 
göstərmişlər. Qısa bir müddətdə res-
publikada 87 qırıcı  təyyarə batalyo-
nu və 1124 özünümüdafiə  dəstələri 
təşkil olunmuşdu. 1941-1945-ci 
illərdə 600 mindən çox Azərbaycan 
oğul və qızları cəbhəyə yollanmışdı-
lar. Azərbaycan diviziyaları Qafqaz-
dan Berlinədək mübariz yol keçmiş, 
130-a yaxın həmyerlimiz “Sovet İt-
tifaqı Qəhrəmanı” adına layiq görül-
müş, 30 nəfər “Şərəf ordeni” ilə təltif 
olunmuşdur. 170 min Azərbaycan 
əsgər və zabiti SSRİ-nin müxtəlif or-
den və medalları ilə təltif edilmişdir. 
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi 
Aslanov, Sovet İttifaqı Qəhrəmanları 
- İsrafil Məmmədov, Ruslan Vəzirov, 
Adil Quliyev, Gəray  Əsədov, Məlik 
Məhərrəmov, Mehdi Hüseynzadə; 
generallar Mahmud Əbilov, Akim 
Abbasov, Tərlan  Əliyarbəyov, Hacı-
baba Zeynalov və bir çox başqaları öz 
qəhrəmanlığı ilə bizim xalqın şərəfli 
tarixinə yeni sətirlər yazmışlar.
Az bir zamanda Bakı döyüşən 
ordunun  ən mühüm cəbbəxana-
sına (arsenal) çevrilmişdi. Böyük 
çətinliklərə baxmayaraq, neftçi-
lərimiz fədakarlıqla çalışaraq 
cəbhəni və  sənəyemizi yanacaq-
la təmin etmişlər. Akademik Yusif 
Məmmədəliyevin rəhbərliyi ilə hava 
flotu (aviasiya) benzini almaq üçün 
yeni texnologiya yaradılmışdır. 1941-
ci ildə neftçilərimizin fədakar əməyi 
nəticəsində Azərbaycanın tarixində 
ən çox neft (23,5 milyon ton) istehsal 
olunmuşdu ki, bu da SSRİ-də istehsal 
olunan neftin 71.4%-ni təşkil etmiş-
dir. Ümumiyyətlə, müharibə illərində 
Azərbaycan neftçiləri ölkəni 75 mil-
yon ton neft, 22 milyon ton benzin 
və başqa neft məhsulları ilə  təmin 
etmişlər. Qətiyyətlə demək olar ki, 
faşizm üzərində  qələbənin qazanıl-
masında Bakı nefti əsas amillərdən 
biri olmuşdur. 
İkinci Dünya müharibəsində  əldə 
edilən qələbə Azərbaycan xalqı
nın 
fədakar, qəhrəman, cəsərətli olmasını 
bir daha bütün dünyaya sübut etmiş-
dir.
9
Ə d ə b i y y a t
Azərbaycan aviatorları Bö-
yük Vətən müharibəsində: 
biblioqrafiya /Azərb. Resp. 
Mədəniyyət və Turizm 
Nazirliyi, M.F.Axundov 
ad. Azərb. Milli Kitabxa-
nası; tərt. ed. N.Nağıyeva; 
burax. məs. və ixtisas red. 
K.Tahırov; red. M.Vəliyeva.- 
Bakı, 2010.- 81 s.
Jelev, J. Faşizm /J.Jelev; 
tərc. ed. R.Ramizoğlu; 
red. T.Barxudayev; rəyçi 
İ.Pçelintseva; Bakı Slavyan 
Un-ti.- Bakı: BSU “Kitab 
aləmi”, 2005.- 280 s. 
Abdullayeva, Z. Qələbə 
günündə görüşənədək: 9 
may faşizm üzərində qələbə 
günüdür /Z.Abdullayeva     
//Respublika.- 2014.- 9 
may.- S.12.
İ n t e r n e t d ə
www.anl.az 
www.az.wikipedia.org


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə