Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə78/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   74   75   76   77   78   79   80   81   ...   173

173
Milli Qəhrəmanlar
40 
illiyi
Faiq Əmirov
1975-1995
İYUN
Faiq  İsfəndiyar oğlu  Əmirov 
1975-ci il iyun ayının 22-də Zaqa-
tala rayonunun Bəhmədli kəndində 
anadan olmuşdur. 
1992-ci ildə  doğma kəndində orta 
məktəbi bitirmişdir. 
1993-cü ildə orduya çağırılmış, 
Füzuli, Tərtər, Ağdərə uğrunda gedən 
döyüşlərdə iştirak etmişdir. 
1995-ci il martın 17-də dövlət 
çevrilişinə cəhdin qarşısının alınma-
sında qəhrəmancasına həlak olmuş-
dur. Bəhmədli kənd qəbiristanlığında 
dəfn edilmişdir. Subay idi.
Azərbaycan Respublikası Pre-
zidentinin 4 aprel 1995-ci il tarixli 
307 saylı  Fərmanı ilə  Əmirov Faiq 
İsfəndiyar oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür. 
Zaqatala  şəhərindəki küçələrdən 
biri qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Əmirov Faiq İsfəndiyar oğlu-Müdafiə Nazirliyi, sıravi-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və 
şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S. 1.- 
(Ölümündən sonra).
Əsgərov, V. Əmirov Faiq İsfəndiyar oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.95.
Əmirov Faiq İsfəndiyar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya  / Azərbaycan Milli Kitabxanası; tərt. H.Həmidova.- Bakı, 
2008.- S.67.
Seyidzadə, M. Əmirov Faiq İsfəndiyar oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.66.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az 
22
Milli Qəhrəman


174
Tarix
60
illiyi
Vəli Baxşəliyev
1955 
İYUN
Vəli Baxşəli oğlu Baxşəliyev 
1955-ci il iyun ayının 5-də Naxçı-
van Muxtar Respublikasının Babək 
rayonunun Böyükdüz kəndində 
anadan olmuşdur. 
Naxçıvan Dövlət Pedaqoji İnsti-
tutun tarix fakültəsini bitirmişdir. 
Əsas elmi nailiyyətləri: E.ə. VI-I 
minilliklərdə Naxçıvanda mеydana 
gələn qədim mеtallurgiya və  
mеtalişləmə  sənətinin yеrli xam-
mal mənbələri  əsasında mеydana 
gəlib inkişaf  еtdiyi müəyyən 
еdilmiş; Naxçıvanın qədim 
mədəniyyətlərinin dövrləşdirilməsi 
ilə bağlı problеmlərin tədqiq 
еdilərək Erkən və Orta Tunc dövrü 
abidələri üçün yеni dövrləşdirmə 
vеrilmiş; Naxçıvanın Erkən Tunc 
dövrü mədəniyyətinin vətəni ol-
duğu müəyyən edilmiş; Naxçı-
vanın qədim mədəniyyətinin Ön 
Asiya və  Cənubi Qafqaz ölkələri 
ilə qarşılıqlı münasibətləri tədqiq 
еdilərək müəyyənləşdirilmişdir 
ki, Orta Tunc dövrü Boyalı qablar 
mədəniyyəti Cənubi Qafqazın digər 
ölkələrinə Naxçıvandan yayılmış-
dır; Naxçıvanın qədim tayfalarının 
mənəvi mədəniyyəti tədqiq еdilmiş, 
Naxçıvanda mеydana gələn qədim 
mədəniyyətlərin, o cümlədən  qədim 
sənət əsərlərinin Azərbaycan xalqı-
nın еtnoqrafiyası və folkloru ilə sıx 
bağlı olduğu müəyyən еdilmişdir. 
Gəmiqaya təsvirlərinin böyük bir 
qisminin sеmantik məzmunu açıl-
mış; Naxçıvanın arxеoloji abidələri 
toplu halında nəşr еtdirilmişdir. 
Naxçıvan ərazisində minə yaxın 
arxeoloji abidə aşkar edilmiş və pas-
portlaşdırılmışdır. Son illərin araş-
dırmaları zamanı  Neolit və Eneolit 
mədəniyyətinə aid yeni abidələr aş-
kar edilmiş, Erkən Dəmir dövründə 
Şərurda Urartulara qarşı mübarizə 
aparan qədim dövlətin olduğu 
müəyyən edilmişdir.
Tarix elmləri doktoru Vəli 
Baxşəliyev, 2007-ci ildən arxeolo-
giya ixtisası üzrə Azərbaycan Milli 
Elmlər Akademiyasına müxbir üzv 
seçilmişdir. 
Alimin kadr hazırlığında da 
xidmətləri vardır. 145 elmi əsəri 
çapdan çıxmışdır. 25 elmi əsəri 
xaricdə nəşr olunmuşdur. 
Vəli Baxşəliyev hazırda 
Azərbaycan Milli Elmlər Akademi-
yasının Naxçıvan bölməsində söbə 
müdiri işləyir.
Ə d ə b i y y a t
Azərbaycan arxeologiyası: 
ali məktəb tələbələri üçün 
vəsait /V.Baxşəliyev.- Bakı: 
Elm, 2007.- 238 s.
Naxçıvanın arxeoloji 
abidələri /V.Baxşəliyev.- 
Bakı: Elm, 2008.- 301 s.
Ovçulartəpəsi: 2006-2008-
ci il tədqiqatlarının ilk 
nəticələri /V.Baxşəliyev, 
C.Marro, S.Aşurov.- Bakı: 
Elm, 2010.- 153 s.
Sirabda arxeoloji araşdır-
malar /V.Baxşəliyev.- Bakı: 
Oskar, 2010.- 160 s.
Naxçıvanın tarixi coğ-
rafiyasına aid yeni 
faktlar /V.Baxşəliyev                             
//Azərbaycan.- 2014.- 7 
mart.- S.7.
Bu qala bizim qala //Elm.- 
2010.- 28 yanvar.- S.17.
İ n t e r n e t d ə
www.adam.az 
www.anl.az
www.az.wikipedia.org
5
Alim


175
Fəlsəfə.İqtisadiyyat
75 
illiyi
Ziyad Səmədzadə
1940
       
İYUN
Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı 
il iyun ayının 25-də Bakı şəhərinin Buzov-
na kəndində anadan olmuşdur. 1961-ci ildə 
Azərbaycan Dövlət Universitetinin iqtisad 
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş-
dir. 1962-1965-ci illərdə SSRİ EA İqtisa-
diyyat  İnstitutunun aspiranturasında təhsil 
almış  və elə  həmin institutda namizədlik 
dissertasiyası müdafiə etmişdir.
1971-ci ildə iqtisad elmləri doktoru 
alimlik dərəcəsinə yiyələnmiş, 1977-ci ildə 
professor elmi rütbəsini almışdır.
1976-1978-ci illərdə o, Azərbaycan SSR 
Dövlət Plan Komitəsi Elmi-Tədqiqat  İqti-
sadiyyat İnstitutu direktorunun birinci mü-
avini, 1978-82-ci illərdə Azərbaycan Xalq 
Təsərrüfatı İnstitutunun elmi işlər üzrə pro-
rektoru olmuşdur. 1980-ci ildə Azərbaycan 
EA-nın müxbir üzvü, 1989-cu ildə isə 
həqiqi üzvü seçilmişdir.
1983-1993-cü illərdə Azərbaycan KP MK 
iqtisadiyyat  şöbəsinin müdiri, Azərbaycan 
Respublikası Ali Sovet sədrinin birinci mü-
avini, Baş nazirin birinci müavini, Dövlət 
Plan-İqtisad Komitəsinin sədri, TASİS və 
TRASEKA proqramları üzrə Azərbaycanın 
Milli Koordinatoru olmuşdur. O, iqtisadi 
inkişaf, struktur, demoqrafiya, məşğulluq, 
effektlilik kimi aktual problemlərə dair 
500-dən çox əsərin, çoxsaylı monoqrafiya-
ların müəllifidir.
Azərbaycan tarixinin mürəkkəb dövr-
lərindən birində Respublika Ali Sove-
ti sədrinin birinci müavini vəzifəsində 
işləmişdir. Akademikin apardığı dərin iqti-
sadi araşdırmalar əsasında keçmiş İttifaqda 
və bütün dünyada siyasi xadimlər və ge-
niş ictimaiyyət DQMV-dəki həqiqi sosial-
iqtisadi vəziyyət haqda düzgün təsəvvür 
əldə etdi. 
O, TASİS proqramının Azərbaycanda 
fəaliyyətə başlaması üçün böyük zəhmət 
çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri 
ilə çoxsaylı görüşlər keçirmiş, milli koor-
dinator, bir iqtisadçı-alim kimi TRASEKA 
proqramının hazırlanması ilə bağlı elmi 
araşdırmalar aparmış, 1993-cü ilin may 
ayında Brüsseldə birinci beynəlxalq konf-
ransda əsas məruzə ilə çıxış etmiş və Brüs-
sel bəyannaməsini imzalamışdır.
İqtisadçı elmi kadrların hazırlanması 
sahəsində müstəsna xidmətləri olan aka-
demik nüfuzlu beynəlxalq simpozium və 
konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil 
edir. O, Azərbaycan İqtisadçılar İttifaqının 
sədri, Beynəlxalq  İqtisadçılar  İttifaqının 
vitse-prezidenti kimi də çox faydalı  işlər 
görür. Akademikin baş elmi redaktəsi ilə 
ümumi həcmi 2500 səhifəyə  bərabər olan 
“Azərbaycan XXI əsrin astanasında” üç-
cildliyi nəşr edilmişdir. 1999-cu ildə  “İq-
tisadiyyat” adlı  qəzet təsis etmiş  və onun 
müntəzəm nəşrinə başlamışdır.
Akademikin elmi fəaliyyətində 
Azərbaycan və dünya iqtisadiyyatı 
problemlərinin tədqiqi böyük yer tutur. 
Dünya ölkələrinin təcrübəsini dərindən 
öyrənən və onların mütərəqqi cəhətlərini 
Azərbaycanda təbliğ edən Səmədzadə bir 
çox ölkələrdə, o cümlədən bir neçə  dəfə 
Çin Xalq Respublikasında olmuş, “Dünya 
iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kita-
bını nəşr etdirmişdir.
2004-cü ildə akademikin “Böyük yolun 
mərhələləri” - “Azərbaycan iqtisadiyyatı 
yarım  əsrdə: reallıq və perspektivlər” adlı 
kitabı çapdan çıxmışdır. Yaxın vaxtlarda ki-
tabın ikinci cildi işıq üzü görəcəkdir.
“Qırmızı  Əmək Bayrağı” (1986) və 
“Şöhrət” ordenli (2010), “Frasisk Skorina” 
(Belarus, 2011) medalına layiq görülmüş 
akademik Ziyad Səmədzadə Milli Məclisin 
İqtisadi Siyasət Komitəsinin sədri kimi 
respublikada iqtisadi qanunvericilik baza-
sının möhkəmləndirilməsi, büdcə sistemi-
nin təkmilləşdirilməsi, bütövlükdə ölkənin 
iqtisadi inkişaf strategiyasının reallaşması 
məsələlərinin həllində fəal iştirak edir.
Ə d ə b i y y a t
Böyük İqtisadi En-
siklopediya: 5 cilddə            
/ideya müəl. və baş red. 
[ön söz] Z.Səmədzadə.- 
Bakı: Azərbaycan 
İqtisadçılar İttifaqı; 
Şərq-Qərb, 2012.
Dağlıq Qarabağ: 
Naməlum həqiqətlər 
/Z.Səmədzadə.- Bakı: 
Vətən, 1995.- 83 s.
Çin qlobal dünya 
iqtisadiyyatında  
/Z.Səmədzadə.- Bakı: 
Elm və təhsil, 2009.- 
607 s.
İqtisadi tərəqqiyə 
həsr edilən ömürlər: 
Azərbaycanın 
iqtisadçı alimləri  
/Z.Səmədzadə.- Bakı: 
Gənclik, 2002.- 400 s.
Müasir dövrün böyük 
strateqi Heydər Əliyev 
xoşbəxt gələcəyi 
olan bir dövlət qurdu 
/Z.Səmədzadə //İqti-
sadiyyat.- 2011.- 6-12 
may.- S.3.
Sultanova, M. Tanış 
olun, akademik 
Ziyad Səmədzadə 
/M.Sultanova //Ekran-
efir.- 2010.- 25 iyun.-  
S.5.
www.anl.az
25
Akademik


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə