Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə74/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   70   71   72   73   74   75   76   77   ...   173

164
Amaliya Pənahova
1945
İYUN
Amaliya Əliş qızı Pənahova 1945-ci il 
iyun ayının 15-də Gəncə şəhərində ana-
dan olmuşdur. Orta məktəbi bitirdikdən 
sonra, 1962-1966-cı illərdə M.A.Əliyev 
adına Azərbaycan Dövlət Teatr İnstitu-
tunu dram və kino aktyorluğu ixtisası 
üzrə bitirmişdir.
Kurs rəhbəri Adil İsgəndərovdan 
sənətin sirlərini öyrənmiş, institutun 
ikinci kursundan Akadenik Dram Teat-
rın səhnəsində  çıxış etməyə başlamış-
dır. Aktrisanın səhnə  fəaliyyəti Xalq 
yazıçısı  İlyas  Əfəndiyevin yaradıcılığı 
ilə sıx bağlıdır. Aktrisa yazıçının “Unu-
da bilmirəm” pyesində  Nərmin, “Sən 
həmişə mənimləsən”ndə Nargilə, “Xur-
şidbanu Natəvan” pyesində Natəvan, 
“Mahnı dağlarda qaldı”da  Şahnaz və 
başqa obrazları yüksək professionallıqla 
canlandırmışdır.  
Amaliya Pənahova kinoda bir sıra 
epizodik rollara çəkilmiş, ilk böyük 
rolu Əlisəttar Atakişiyevin 1977-ci ildə 
çəkdiyi “Qərib cinlər diyarında” film na-
ğılındakı Zərri obrazı olmuşdur.
1982-ci ildə ilin aktrisası elan edil-
miş, 1998-ci ildə isə Türk dünyasının bi-
rinci kino festivalında adı altı populyar 
aktyor sırasında qeyd olunmuşdur.
Böyük istedada, hərtərəfli biliyə ma-
lik olan aktrisa həmçinin bacarıqlı rejis-
sor kimi də özünü sınamışdır. O, 43 illik 
sənət fəaliyyəti dövründə 12 tele və teatr 
tamaşasına quruluş vermişdir ki, bunla-
rın çoxu lentə alınıb, hal-hazırda televi-
ziyanın Qızıl fondunda saxlanılır. 
Aktrisanın istedadının başqa bir cəhəti 
onun böyük təşkilatçılıq qabiliyyətidir 
ki, 1992-ci ildə Bakı  Bələdiyyə Teat-
rını yaratmış  və bu teatra orta və yaşlı 
nəsillə yanaşı, gənc istedadlı aktyorla-
rı da cəlb etmiş  və onların yaradıcılıq 
qabiliyyətinin inkişafı üçün hər cür lazı-
mi şərait yaratmışdır. Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universitetinə 
dərs demək üçün dəvət olunmuşdur. 
Həmin universitetin professorudur. 
2003-cü ildə elmlər namizədi, 2013-
cü ildə  sənətşünaslıq doktoru elmi 
dərəcəsini almışdır.
2000-2005-ci illərdə Milli Məclisin 
deputatı, sosial-siyasət daimi komissi-
yasının üzvü, MDB Parlamentlərarası 
Mədəniyyət,  İnformasiya, Turizm, İd-
man daimi Komissiyasının,  İtaliya-
Azərbaycan Parlamentlərin işçi qrupu-
nun sədri olmuşdur. 
1968, 1972-ci illərdə Lenin Kom-
somolu və Azərbaycan SSR Dövlət 
mükafatı laureatı olmuşdur. Teatr və 
kino sənətinin inkişafındakı böyük 
xidmətlərinə görə ona 1974-cü ildə 
“Əməkdar artist”, 1985-ci ildə isə 
“Azərbaycan SSR-in Xalq artisti” fəxri 
adlarına layiq görülmüşdür.
Azərbaycan milli teatr sənətinin in-
kişafında xidmətlərinə görə Azərbaycan
 
Respublikasının Prezidentinin 1995-
ci il 8 iyul tarixli Fərmanı ilə “Şöhrət” 
ordeni, 25 iyun 2013-cü ildə  “Şərəf” 
ordeni ilə  təltif edilmişdir. Prezident 
təqaüdçüsüdür.
15
Ə d ə b i y y a t
Aktyor yaradıcılığın-
da obrazın yaranma 
prosesində ifaçının ikin-
ci plan duyumu və onun 
təcəssüm vasitələri: dərs 
vəsaiti /A.Pənahova.- 
Bakı: Şirvannəşr, 2007.- 
375 s.
Yaratdığım obraz-
ların ikinci planı 
/A.Pənahova.- Bakı: Tu-
ral NPM, 2001.- 236 s.
Sönməyən işıq 
Heydər Əliyev mənim 
həyatımda  /A.Pənahova                     
//Azərbaycan.- 2013.- 14 
iyul.- S.6.
Rəhimli, R. Teatr 
kraliçası. 40 il səhnədə 
/R.Rəhimli.- Bakı: Adi-
loğlu, 2004.- 351 s.
Bürcəliyeva, Ş. 
Sənətə böyük sev-
gi /Ş.Bürcəliyeva                
//Mədəniyyət.- 2013.- 14 
iyun.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org
70 
illiyi
Aktrisa
Teatr.Kino


165
115 
illiyi
Möhsün Sənani
1900-1981
İYUN
Möhsün Sadıq oğlu Cəfərov (Möhsün 
Sənani) 1900-cu il iyun ayının 19-da Tif-
lis  şəhərinin  Şeytanbazar məhəlləsində 
doğulmuşdur. 
Möhsün valideynlərini çox erkən 
itirmişdir. O, 1909-cu ildən gündəlik 
çörəkpulu qazanmaq üçün işləməyə 
başlamışdır.  Şirin və  məlahətli səsi 
olan Möhsün Sənani 1911-ci ildə 
məhərrəmlik ayında göstərilən şəbih ta-
maşalarında “Qasım otağı” epizodunda 
çıxış etmişdir.
“Hicaz” muğamı üstündə oxu-
duğu mərsiyə-qəsidənin xoş  sədası 
məhəlləyə yayılmış, Tiflis  şəhərində 
azərbaycanlıların həvəskar teatr trup-
pasının məşhur aktyoru Mirzəxan Qu-
liyev onu şagird və yeniyetmələrin 
dram dərnəyinə dəvət etmişdir. 1914-cü 
ilin axırlarında aktyorluğa ciddi maraq 
göstərən, səylə çalışan Möhsün Sənani 
taleyini ömürlük səhnə sənətinə bağla-
mışdır.
1915-1919-cu illər arasında Tiflisdə 
azərbaycanlı teatr həvəskarlarının oy-
nadıqları tamaşalarda iştirak edən Möh-
sün Sənani 1919-cu ilin iyununda Bakı-
ya gəlmişdir. Bir qədər həvəskar aktyor 
kimi çıxış etmiş və sonra dövlət teatrının 
truppasına qəbul olunmuşdur. Möhsün 
Sənani Milli Dram Teatrında işləməklə 
yanaşı, 1927-1930-cu illərdə Bakı Türk 
İşçi Teatrında hazırlanan bir sıra tama-
şalarda da oynamışdır. Buna aşağıdakı 
rolları misal göstərmək olar: İsgəndər, 
Mirbağır ağa və Məşədi Oruc (“Ölülər”, 
C.Məmmədquluzadə), Yuri (“İki qardaş”, 
M.Lermontov), Nəbi (“Qaçaq Nəbi”), 
Mehdi-Mixaylo (“Uzaq sahillərdə”, 
İ.Qasımov və H.Seyidbəyli), Qatır 
Məmməd (“Qatır Məmməd”, Z.Xəlil), 
Gərşivəz (“Səyavuş”, H.Cavid), Zavya-
lov (“Çiçəklər yolu”, V.Katayev), Sur-
xay (“Aydın”, C.Cabbarlı), Ferdinand 
(“Ögey ana”, O.deBalzak), S.Tulenin 
(“Gənc qvardiya”, A.Fadeyev), Xanmu-
rad (“Bahar suları”, İ.Əfəndiyev), Şərif, 
Dövlət bəy, Xosməmməd (“Almaz”, 
“Aydın” və “Dönüş”, C.Cabbarlı) və s.
Möhsün Sənaninin yaradıcılığında 
“Azərbaycanfilm”də istehsal olunmuş 
kinolarda oynadığı rollar xüsusi yer tu-
tur. Aktyorun çəkildiyi səssiz və  səsli, 
ağ-qara və  rəngli  filmlərdəki rollarının 
ən məşhuru Eldar (“Kəndlilər”, 1939) 
və Qoçu Əsgər (“O olmasın, bu olsun”, 
1956) obrazlarıdır. 
Onun zəngin səhnə təcrübəsini, yara-
dıcılıq xüsusiyyətlərini öyrənmək bizim 
gənc aktyor və kino sənətkarlarımız üçün 
maraqlı olduğu qədər də səmərəlidir.
Sənətkarın xidmətləri yüksək 
qiymətləndirilmiş, üç “Qırmızı  Əmək 
Bayrağı”, “Xalqlar dostluğu”, “Şərəf ni-
şanı” ordenləri ilə təltif edilmiş, 17 iyun 
1943-cü ildə “Azərbaycan Respublika-
sının  Əməkdar artisti”, 1949-cu il iyul 
ayının 21-də isə “Xalq artisti” fəxri ad-
larına layiq görülmüşdür.
Möhsün Sənani 1981-ci il fevral ayı-
nın 11-də Bakıda vəfat etmiş və II Fəxri 
Xiyabanda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Dadaşov, A. Möhsün 
Sənani : (həyat və yaradı-
cılığı) /A.Dadaşov.- Bakı: 
Yazıçı, 1981.- 126 s.
Abbaslı, T. Bir aktyorun 
üç möhtəşəm rolu: Biri 
həyatda, ikisi sənətdə 
/T.Abbaslı //Mədəniyyət.- 
2011.- 17 iyun.- S.11.
Abbaslı, T. Lütfən 
oxuyasız... /T.Abbaslı                  
//Mədəniyyət.- 2014.- 12 
fevral.- S.11.
Fərəcov, S. Unudulmaz 
sənətkarlar...: Möh-
sün Sənani /S.Fərəcov              
//Mədəniyyət.- 2011.- 11 
fevral.- S.11.
Zümrüd. Aktyoru xalqa 
sevdirən onun sənətə 
olan böyük məhəbbətidir            
/Zümrüd //Səs.- 2014.- 11 
fevral.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
19
Aktyor
Teatr.Kino


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə