Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə73/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   69   70   71   72   73   74   75   76   ...   173

160
Dünya ədəbiyyatı
Alman yazıçısı Mann Tomasın (06.06.1875-12.08.1955) anadan olmasının 
140 illiyi
Gürcü  şairi, ictimai xadim Sereteli Akaki Rostomoviçin (21.06.1840-
08.02.1915) anadan olmasının 175 illiyi
Rus  şairi Tvardovski Aleksandr Trifonoviçin (21.06.1910-18.12.1971) 
anadan olmasının 105 illiyi
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
Əməkdar ali məktəb işçisi,  Şərq Ölkələri Beynəlxalq Memarlıq 
Akademiyasının, Rusiya Beynəlxalq  Memarlıq və İnşaat Akademiyasının, 
Avropa Memar-Akustiklər və Beynəlxalq Ekologiya Akademiyasının 
akademiki, memarlıq doktoru, professor Əbdülrəhimov Ramiz Həmid 
oğlunun (29.06.1940) anadan olmasının 75 illiyi
Musiqi.Opera.Balet
Xalq artisti, tarzən  Əliyev Firuz Əliabbas oğlunun (04.06.1950) anadan 
olmasının 65 illiyi 
Əməkdar incəsənət xadimi, bəstəkar Hacıyev Telman Hacı  oğlunun 
(09.06.1930-05.01.1991) anadan olmasının 85 illiyi
Naxçıvan MR və Azərbaycan Respublikasının  Əməkdar artisti, müğənni 
Səfərov Yaşar Abutalıb oğlunun (25.06.1940-2007) anadan olmasının 75 
illiyi
Xalq artisti, müğənni Məmmədov Gülağa  Allahverdi oğlunun (28.06.1925-
07.06.1994) anadan olmasının 90 illiyi
Teatr.Kino
Xalq artisti Pənahova Amaliya Əliş qızının (15.06.1945) anadan olmasının 
70 illiyi
Xalq artisti Sənani Möhsün Sadıq oğlunun (19.06.1900-11.02.1981) anadan 
olmasının 115 illiyi
Xalq artisti Ələsgərov Süleyman Ağababa oğlunun (20.06.1915-10.12.1998) 
anadan olmasının 100 illiyi
Xalq artisti, rejissor Güləhmədova-Martınova Gülcahan Şüaulla qızının 
(23.06.1925) anadan olmasının 90 illiyi
Rejissor Ələkbərov Əliheydər Əbdüləli oğlunun (26.06/07.1915-14.03.1974) 
2015
İYUN
167
166
164
165
163


anadan olmasının 100 illiyi
Xalq artisti Kazımov Ağakişi  Şəmməd oğlunun (28.06.1935) anadan 
olmasının 80 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Qurbanov Novruz Əliyullah oğlunun          
(02.06.1975-17.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı  Əkbərov Rövşən Telman oğlunun 
(04.06.1965) anadan olmasının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Quliyev Zabit Adil oğlunun (06.06.1975) 
anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əmirov Faiq İsfəndiyar oğlunun (22.06.1975- 
17.03.1995) anadan olmasının 40 illiyi
Siyasət.Hərbi iş
Millət vəkili, texnika elmləri doktoru, professor Mirələmov Hüseynbala 
Fazil oğlunun (25.06.1945) anadan olmasının 70 illiyi
Tarix
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Baxşəliyev Vəli Baxşəli 
oğlunun (05.06.1955) anadan olmasının 60 illiyi
Fəlsəfə.İqtisadiyyat
Sosialist Əməyi Qəhrəmanı Qazıyeva Sevil Həmzət qızının  (01.06.1940-
23.09.1963) anadan olmasının 75 illiyi
Akademik Səmədzadə Ziyad Əliabbas oğlunun (25.06.1940)  anadan 
olmasının 75 illiyi
Coğrafiya.Geologiya
Geologiya-minerologiya elmləri doktoru Allahverdiyev Şamil İsmayıl 
oğlunun (06.06.1930) anadan olmasının 85 illiyi
Riyaziyyat.Fizika.Astronomiya
AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor 
Hüseynov Rauf Vəli oğlunun (12.06.1940) anadan olmasının 75 illiyi
Kimya.Biologiya.Tibb
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Əsədov 
Ziyafəddin Həmid oğlunun (19.06.1950) anadan olmasının 65 illiyi
170
171
169
168
172
174
173
175


Texnika.Mühəndis işi
Maşınşünaslıq və maşın detalları üzrə alim, texnika  elmləri doktoru, 
professor Abdullayev Ayaz Hidayət oğlunun (02.06.1940) anadan 
olmasının 75 illiyi
Tarixdə bu gün
Uşaqların Bеynəlxalq Müdafiə Günü (01.06.1950)
Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü (02.06.2006)
Ümumdünya ətraf mühitin mühafizəsi günü (05.06.1972)
Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış 
“Həyat” qəzeti nəşrə başlamaşının 110 illiyi (07.06.1905)
Azərbaycan SSR Ali Sovetinin Ermənistanla sərhəd boyu ərazilərdə 
fövqəladə vəziyyət elan edilmişdir (11.06.1990)
Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında 
fərman verilmişdir (13.06.2000)
Beynəlxalq Qan Donoru Günü (14.06.2004)
Milli Qurtuluş Günü (15.06.1993)
Səhiyyə İşçiləri Günü (17.06.2001)
İnsan Hüquqları Günü (18.06.2007)
Dənizçilərin Peşə Bayramı Günü (19.06.2014)
Ümumdünya Qaçqınlar Günü (20.06.2000)
Beynəlxalq Olimpiya Günü (23.06.1967)
Dövlət Qulluqçularının Pеşə Bayramı (23.06.2006)
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə 
Hökumətlərarası Komitəsinin 2010-2014-cü illər üzrə üzvü seçilmişdir 
(24.06.2010)
Narkоmaniyaya və Narkоbiznеsə qarşı Bеynəlxalq Mübarizə Günü   
(26.06.)
Milli Silahlı Qüvvələr Günü (26.06.1992)
Birləşmiş Millətlər Təşkilatı qurulmuşdur (26.06.1945)
178
177
176
180
179


163
Gülağa Məmmədov
1925-1994 
İYUN
Gülağa Allahverdi oğlu Məmmədov 
1925-ci il iyunun 28-də Lənkəranın Ki-
çik Bazar adlanan məhəlləsində anadan 
olmuşdur. Bakıda boya-başa çatmışdır. 
Müğənni kimi fəaliyyətə 30-cu 
illərdə “Kəndlilər evi”ndə başlamış-
dır. Burada özfəaliyyət dərnəyinin  ən 
fəal üzvlərindən idi. Opera Teatrında 
keçiriləcək müsabiqədə  iştirak edən 
azyaşlı Gülağa Ü.Hacıbəyli, Bülbül, 
S.Rüstəmov kimi görkəmli sənətkarların 
münsiflər heyətinin tərkibində olduğu 
müsabiqədə bəyənilir.
G.Məmmədov 1938-ci ildə Mosk-
vada keçirilən Azərbaycan mədəniyyəti 
ongünlüyünün iştirakçısı olur. Böyük 
Teatrın səhnəsində maestro Niyazinin 
müşayiəti ilə ifa etdiyi Koroğlunun “Səni 
gördüm, aşiq oldum” ariyası böyük al-
qışlarla qarşılanmış, Moskvadan gü-
müş medal və Fəxri fərmanla qayıtmış-
dır. Bundan sonra Üzeyir Hacıbəylinin 
dəstəyi ilə onun ailəsinə ikiotaqlı mənzil 
və aya 250 manat təqaüd ayrılmışdır.
Gülağa 15 yaşında Səid Rüstəmovun 
ansamblına qəbul edilmiş, sonra konser-
vatoriyada təhsil almışdır. O, 20 yaşından, 
1947-ci ildə Musiqili Komediya Teatrın-
da çalışmağa başlamış, Ü.Hacıbəylinin 
“Leyli və  Məcnun”, “Əsli və  Kərəm” 
operalarında, “Arşın mal alan”, “O olma-
sın, bu olsun” musiqili komediyalarında 
Məcnun, Kərəm, Əsgər, Sərvər rolların-
da çıxış etmişdir. Lakin bir neçə ildən 
sonra, 1949-cu ildə teatrdan ayrılmışdır. 
Konservatoriyada oxuduğu illərdə o, vo-
kal dərsini Bülbüldən, muğamın sirlərini 
isə Sarabskidən öyrənmişdir. Oxuduğu 
mahnıların çoxu isə S.Rüstəmova məxsus 
olurdu. Çünki, S.Rüstəmov mahnılarının 
əksəriyyətini xüsusi olaraq onun üçün ya-
zırdı. T.Quliyevin də, C.Cahangirovun da 
əsərlərini ilk səsləndirən G.Məmmədov 
olub.
Müğənni  şirin, lakonik səsi ilə 600-
dən artıq xalq və bəstəkar mahnıları oxu-
yub. 15-dən çox bədii filmdə, teatr tama-
şalarında xarakterik musiqi nömrələri ifa 
edib. Respublikada fəaliyyət göstərən 
əksər xalq çalğı alətləri ansambllarıyla, 
simfonik orkestrlərlə birgə çıxışlar edib. 
Müslüm Maqomayev adına Dövlət Filar-
moniyasının mahnı və rəqs ansamblında, 
Dövlət Musiqili Komediya Teatrında 
işləyib. 1952-ci ildən ömrünün sonuna 
qədər Azərbaycan Dövlət Televiziya və 
Radio Verilişləri Komitəsinin (hazırda 
Səid Rüstəmov adına) xalq çalğı alətləri 
ansamblının solisti olub. “Ay qız”, “Ana 
Kür”, “Oxu, gözəl”, “Şeir deyilmi”, 
“Mənim qızım” kimi mahnıların hər bi-
rini özünəməxsus tərzdə ifa edib. 
Müğənni  əvvəlcə  “Əməkdar artist”, 
1982-ci ildə isə “Xalq artisti” fəxri adla-
rına layiq görülmüşdür. 
Sevilən müğənni Gülağa Məmmədov 
1994-cü il iyun ayının 7-də vəfat etmiş-
dir.
2002-ci ildə onun haqqında 
“Azərbaycantelefilm” tərəfindən qı-
sametrajlı  sənədli televiziya filmi 
çəkilmişdir.
28
Ə d ə b i y y a t
Çəmənli, M. Gülağa 
Məmmədov //Çəmənli M. 
Sənət hekayələri.- Bakı, 
2014.- S.432-436.
Xatirələrdə yaşayan 
sənətkar...: “Koroğ-
lu” ariyası ilə böyük 
səhnələrdə... //Azəadlıq.- 
2012.- 5 aprel.- S.14.
Məmmədov Gülağa 
Allahverdi oğlu //Üzeyir 
Hacıbəyli Ensiklopediya-
sı.- Bakı, 2008.- S.150.
Nizamqızı, H. Səs 
xatirəsi /H.Nizamqızı     
//Mədəniyyət.- 2012.- 11 
iyul.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
www.azerbaycanli.org
www.az.wikipedia.org
90  
illiyi
Müğənni
Musiqi.Opera.Balet 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə