Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə82/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   78   79   80   81   82   83   84   85   ...   173

182
Milli ədəbiyyat
Nasir, publisist, dramaturq Kərimov Yusif Abbas oğlunun (01.07.1940) 
anadan olmasının 75 illiyi
Görkəmli şair, maarif və mətbuat xadimi Mir Cəfərzadə Seyid Əzim Seyid 
Məhəmməd oğlunun (Seyid Əzim  Şirvani) (09.07.1835-20.05.1888) 
anadan olmasının 180 illiyi
Xalq yazıçısı Əhmədli Sabir Məhəmməd oğlunun (10.07.1930-17.04.2009) 
anadan olmasının 85 illiyi
Şair, publisist Əliyev Məstan Rəsul oğlunun (Məstan Günər) (25.07.1935-
2010) anadan olmasının 80 illiyi
Heykəltəraşlıq.Rəssamlıq. Memarlıq
Xalq rəssamı, heykəltəraş Qaryağdı Cəlal Məhərrəm oğlunun (15.07.1915-
01.12.2001) anadan olmasının 100 illiyi
Musiqi.Opera.Balet
Xalq artisti, professor Adıgözəlzadə Zöhrab Əfrasiyab oğlunun (03.07.1940-
24.05.2012) anadan olmasının 75 illiyi
Bəstəkar Qasımova Ruhəngiz Nağı qızının (12.07.1940) anadan olmasının 
75 illiyi
Xalq artisti, professor Atakişiyev Rafiq (Rauf) İsrafil oğlunun (15.07.1925-
03.02.1994) anadan olmasının 90 illiyi
Xalq artisti, professor Rzayev Azər Hüseyn oğlunun (15.07.1930) anadan 
olmasının 85 illiyi 
Xalq artisti, opera müğənnisi Bünyadzadə  Ağababa Balağa oğlunun 
(19.07.1915-17.12.1974) anadan olmasının 100 illiyi
Professor, musiqişünas, ilk azərbaycanlı violençelçalan qadın Abbaszadə 
Nəzmiyyə Müzəffər qızının (19.07.1945) anadan olmasının 70 illiyi
Xalq artisti, xanəndə Bağırzadə  Məmmədbağır Məmmədəli oğlunun 
(21.07.1950-30.10.2005) anadan olmasının 65 illiyi
Xalq artisti,  professor,  bəstəkar Adıgözəlov Vasif Zülfüqar oğlunun 
(28.07.1935-15.09.2006) anadan olmasının 80 illiyi
İYUL
186
185
188
187
189
2015
191
190
192
193


183
Teatr. Kino
Əməkdar incəsənət xadimi, rejissor Nemətov Zəfər Paşa  oğlunun  (12.07.1915-
19.11.1971) anadan olmasının 100 illiyi
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Həsənov Tabil Qasım oğlunun  (04.07.1960-   
29.03.1992) anadan olmasının 55 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əliyev Etibar Böyükağa oğlunun (11.07.1955-
23.08.1993) anadan olmasının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Alıcanov Rafiq Cəfər oğlunun (11.07.1965- 
05.11.1993) anadan olmasının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Qədiməliyev Arif Maasif oğlunun (13.07.1975-
13.03.1995) anadan olmasının 40 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Əsəd Cəlal oğlunun (15.07.1970- 
31.07.1992) anadan olmasının 45 illiyi
Siyasət. Hüquq.Hərbi iş
Dövlət xadimi Cəfərov Cəfər Hüseynqulu oğlunun (02.07.1915-27.06.1957) 
anadan olmasının 100 illiyi
Diplomat, Azərbaycanın xarici işlər naziri Məmmədyarov Elmar Məhərrəm 
oğlunun (02.07.1960) anadan olmasının 55 illiyi
İctimai xadim, tarix elmləri doktoru, professor Musayev Səfiyar Bəylər 
oğlunun (17.07.1935-06.01.1999) anadan olmasının 80 illiyi
Fəlsəfə. İqtisadiyyat
Fəlsəfə elmləri doktoru, professor Tağıyev  Əlikram Mirhəsən oğlunun 
(01.07.1945) anadan olmasının 70 illiyi
Mədəniyyət.Maarif.Elm
Filologiya elmləri doktoru, professor, tənqidçi Xəlilov Pənah İmran oğlunun 
(01.07.1925) anadan olmasının 90 illiyi
Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Əfəndiyev 
Timuçin İlyas oğlunun (17.07.1945) anadan olmasının 70 illiyi
Filologiya elmləri doktoru, professor Yusifli Xəlil Həmid oğlunun (17.07.1935) 
anadan olmasının 80 illiyi
Coğrafiya.Geologiya
AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor 
Qədirov Fəxrəddin Əbülfət oğlunun (19.07.1950) anadan olmasının 65 illiyi
Kimya. Biologiya.Tibb
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Əliyev Namiq 
Nəriman oğlunun (28.07.1940) anadan olmasının 75 illiyi
194
195
196
198
197
202
200
201
199


184
Kitabxanaşünaslıq.Bibliopqrafiya
Tarix elmləri doktoru, professor İsmayılov Xəlil İsmayıl oğlunun 
(01.08.1945) anadan olmasının 70 illiyi
Tarixdə bu gün
Azərbaycan Pоlisi Günü  (02.07.1998)
Ağdərə rayonunun işğalı günü (07.07.1993)
Ramazan bayramı (18-19)
Heydər Əliyev Moskvadan Bakıya qayıtmışdır (20.07.1990)
“Əkinçi”  qəzetinin ilk sayı çapdan çıxmışdır (22.07.1875)
Milli Mətbuat və Jurnalistika Günü (22.07.)
Ağdam rayonunun işğalı günü (23.07.1993) 
203
205
204
206


185
1
Milli ədəbiyyat
Yusif Kərimov
1940
Yazıçı
75 
illiyi
Ə d ə b i y y a t
Çalarlar: publisisti-
ka /Y.Kərimov; red. 
Y.Əlizadə.-Bakı: Ərgünəş, 
2005.- 350 s. 
Əbədiyyət yolu: esselər 
/Y.Kərimov; red. və ön söz. 
Y.Əlizadə.-Bakı, 2010.-   
72 s.
İşğal vadisi: tarixi roman 
/Y. Kərimov.- Bakı: Vətən, 
2014.- 575 s.
Ömür adlı yol keçdim... 
/Y. Kərimov.-Bakı: Vətən, 
2012.- 635 s. 
Bayramov, Q. Həyat 
dərslərinin bədii 
təcəssümü /Q.Bayramov   
//Ədəbiyyat qəzeti.- 2010.- 
9 iyul.- S.4.
İ n t e r n e t d ə
www.anl.az
www. adam.az
www.az.wikipedikia.org
www.meneviservetimiz.az
Yusif Abbas oğlu Kərimov 1940-
cı il iyul ayının 1-də  Bərdə  şəhərində 
anadan olmuşdur. 1957-ci ildə  Bərdə 
şəhərindəki 1 saylı orta məktəbi bitir-
miş, Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) jurnalistika şöbəsinə 
qəbul olmuşdur.
1962-ci ildə ali təhsilini tamamla-
dıqdan sonra KP Mərkəzi Komitənin 
rayonlararası “Yüksəliş” qəzeti redak-
siyasında məsul katib, 1964-1973-cü 
illərdə “Bakı” axşam qəzetində  şöbə 
müdiri vəzifəsində çalışmışdır. Sonra-
lar 1973-1978-ci illərdə Azərbaycan 
televiziyasında gənclər üçün proqram-
lar baş redaksiyasında baş redaktor, 
1978-1980-ci illərdə Bakı Ali Partiya 
Məktəbində müdavim, 1981-1995-ci 
illərdə “Azərbaycan gəncləri” respub-
lika qəzetinin redaktoru, 1995-1997-
ci illərdə Azərbaycan Respublikası 
Mərkəzi Seçki Komissiyasının mətbuat 
katibi, 1997-2001-ci illərdə Azərbaycan 
Respublikası Ticarət Nazirliyinin 
mətbuat katibi, 2001-2007-ci illərdə İq-
tisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə 
əlaqələr  şöbəsində  məsləhətçi, 2009-
2013-cü illərdə Milli Aviasiya Akade-
miyasında tərcüməçi, “Gənc aviator” 
qəzetinin baş redaktoru olmuşdur.
O, pedaqoji fəaliyyətlə də məşğul ol-
muş 2000-2007-ci illərdə BDU jurnalis-
tika fakültəsində, 2007-2008-ci illərdə 
“Odlar yurdu” Universitetində müəllim 
kimi fəaliyyət göstərmişdir.
 Onun “Yollar..” adlı ilk kitabı 1969-
cu ildə çap edilmişdir.
Y.Kərimov 1963-cü ildən Jurnalistlər 
İttifaqının, 1978-ci ildən Yazıçılar Bir-
liyinin üzvüdür. 1975-ci ildə jurnalis-
tika sahəsində “Qızıl qələm” müka-
fatına, 2003-cü ildə isə “Səni mənə 
verməzlər...” romanına görə Yazıçılar 
Birliyinin “Yaddaş” Milli Mükafatına 
layiq görülmüşdür.
Yazıçı Y.Kərimov yaradıcılığında 
uşaqları  və yeniyetmələri də unutma-
mışdır. Müxtəlif  illərdə  qələmə aldığı 
“Lalə və kəpənək”, “Lətifənin xoruzu”, 
“Lift”, “Fərhadın qoçaqlığı”, “Balaca 
toplan”, “Fəridənin albomu”, “Fidanın 
nağılları”, “Səbinənin ürəyi”, “Qırx 
pilləkəndə döyüş”, “Erməni  şikəstəsi”, 
“Bakıda ...Xarı bülbül”, “Tarın döyü-
şü”, “Havayozanlar” hekayələri oxucu-
lar tərəfindən rəğbətlə qarşılanmışdır.
2004-cü ildə Heydər  Əliyev adına 
Beynəlxalq Xeyriyyə Fondunun (No-
vosibirsk) laureatı olmuş, 2010-cu ildə 
“Azərbaycan Respublikasının Əməkdar 
jurnalisti” fəxri adına layiq görülmüş və 
Azərbaycan Mətbuat Şurasının “Ali Me-
dia mükafatı” ilə təltif edilmişdir. 2011-
ci ildə “Təmas xəttindən məktublar...” 
adlı esseyə görə Milli Qəhrəman Mü-
bariz İbrahimovun xatirəsinə həsr olun-
muş Respublika müsabiqəsinin xüsusi 
mükafatı, “Əbədiyyət yolu” adlı esselər 
kitabına görə XI Bakı Kitab Sərgisinin 
Milli Kulturoloji mükafatı ilə təltif edil-
miş və eləcədə milli mətbuatın inkişafın-
da səmərəli xidmətlərinə görə müxtəlif 
diplomlar, tərifnamələr almışdır.
İYUL


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə