Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə85/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   81   82   83   84   85   86   87   88   ...   173

190
Musiqi.Opera.Balet
90 
illiyi
Rafiq (Rauf) Atakişiyev
1925-1994 
İYUL
Rafiq (Rauf) İsrafil oğlu Atakişi-
yev  1925-ci il iyulun 15-də Göy-
çayda anadan olmuşdur.  
 1949-cu ildə Moskva Dövlət 
Konservatoriyasını Konstantin Ni-
kolayeviç  İqumnovun (1873-1948) 
sinfi üzrə bitirmiş və vokal üzrə An-
tonina Vasilyevna Nejdanovadan 
(1873-1950) dərs almışdır. 
1953-1994-cü illədə Opera və 
Balet Teatrının solisti olmuşdur. 
1953-cü ildən Azərbaycan Dövlət 
Konservatoriyasının fortepiano ka-
fedrasının müəllimi, 1969-cu ildən 
isə həmin kafedranın müdiri olmuş-
dur.
Lenski (“Yevgeni Onegin”, 
P.Çaykovski), Alfred (“Travia-
ta”, C.Verdi), Almaviva (“Sevilya 
bərbəri”, C.Rossini), Faust (“Faust”, 
Ş.Quno), Balaş (“Sevil”, F.Əmirov) 
partiyalarını ifa etmişdir.
Lirik-dramatik tenor səsi olan 
müğənni,  həm də pianoçu idi. Te-
atrda Əsgər (“Arşın mal alan”), Fa-
ust (“Faust”), Qraf Almaviva (“Se-
vilya bərbəri”, Coakkino Rossini), 
Knyaz Sinoda (“Demon”, Anton 
Rubinşteyn), Hofman (“Hofmanın 
nağılları”, Jak Offenbax), Malxaz 
(“Daisi”, Zaxari Paliaşvili), Alfred 
(“Traviata”, Cüzeppe Verdi), Ed-
mond (“Kornevil zəngləri”, Rober 
Plaket), Anatoli (“İnsanın taleyi”) 
partiyalarını oxumuşdur.
Rəşid Behbudovun ifasında 
daha çox məşhur olan “Я встретил 
девушку” mahnısının ilk ifaçısıdır. 
Mahnı ilk dəfə 1957-ci ildə Tacikis-
tan SSR-in “Stalinabad” kinostudi-
yasında çəkilmiş eyniadlı filmdə ifa 
olunmuşdur.
Onun yaradıcılığı  və  fəaliyyəti 
dövlət tərəfindən qiymətləndirilmiş, 
ona 1967-ci ildə “Azərbaycanın 
Xalq artisti” fəxri adı verilmişdir. 
1972-ci ildə professor elmi rütbəsini 
almışdır.
Rafiq (Rauf) Atakişiyev 1994-cü 
il fevral ayının 3-də Bakı şəhərində 
vəfat etmişdir.
Ə d ə b i y y a t
Atakişiyev Rafiq (Rauf) İsrafil oğlu //Azərbaycan Milli Ensiklopediyası.- Bakı, 2010.- C.2.- S.212.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
15
Müğənni


191
Musiqi.Opera.Balet
85 
illiyi
Azər Rzayev
1930
İYUL
Azər Hüseyn oğlu Rzayev 1930-
cu il iyul ayının  15-də Bakıda ana-
dan olmuşdur.
Atası rejissor Hüseyn Rzayev, ana-
sı isə unudulmaz sənətkar Həqiqət 
Rzayevanın istedadı və sənət sevgisi 
övladlarına da sirayət etmişdi.   
1944-cü ildə Azər Rzayevin ki-
çik bəstələrini dinləyən Üzeyir bəy 
onu Dövlət Konservatoriyasının 
nəzdindəki onillik musiqi məktəbində 
professor B.İ.Zeydmanın apardığı 
uşaq yaradıcılığı - yəni bəstəkarlıq 
sinfinə  qəbul olunmasını tövsiyə 
edib. 
O, təhsilini Azərbaycan Dövlət 
Konservatoriyasında davam etdir-
miş, 1953-cü ildə oranın skripka və 
bəstəkarlıq ixtisasları üzrə bitirmiş-
dir.
Onun əsərlərindən “Hacı Kərimin 
aya səyahəti” musiqili komediyası-
nı, skripka ilə orkestr üçün 2 kon-
serti, skripkaalt və orkestr üçün 
ikili konserti, 7 simfonik poemanı, 
“Bakı - 90” simfoniyasını  və baş-
qalarını qeyd etmək olar. 1955-ci 
ildə  gənc bəstəkarların beynəlxalq 
müsabiqəsinin laureatı olmuşdur.
A.Rzayev ictimai fəaliyyət də 
göstərmiş, 1972-1988-ci illərdə 
Dövlət Opera və Balet Teatrı-
nın direktoru olmuşdur. Bu illər 
ərzində onun təşəbbüsü ilə bir 
neçə yeni əsər tamaşaya qoyulmuş,  
Ü.Hacıbəylinin “Koroğlu” və “Leyli 
və Məcnun”operaları yeni quruluşda 
səhnələşdirilmişdi.
1977-ci ildə professor elmi 
rütbəsini almışdır.  
Bəstəkar 1986-cı ildə Üzeyir 
bəyin “Əsli və  Kərəm” operası-
nı xalq çalğı alətləri orkestri üçün, 
1990-1992-ci illərdə “Arşın mal 
alan” musiqili komediyasından 
Əsgərin ariyasını tar və kamera or-
kestri üçün, “Koroğlu” operasından 
“Çənlibel” səhnəsini xor və kamera 
üçün, “Leyli və Məcnun” operasının 
I pərdəsindən Leyli və  Məcnunun 
duetini solistlər və kamera orkestri 
üçün işləyib.
A.Rzayevin yaradıcılığı 
və 
fəaliyyəti dövlət tərəfindən yüksək 
qiymətləndirilmiş, o, 1972-ci ildə 
“Azərbaycan Respublikasının 
əməkdar incəsənət xadimi”, 1990-cı 
ildə “Azərbaycan SSR Xalq artisti” 
fəxri adlarına layiq görülmüşdür.  
2000-ci ildə “Şöhrət” ordeni ilə təltif 
edilmiş, 2002-ci ildə “Humay” mü-
kafatı laureatı olmuşdur. Prezident 
təqaüdçüsüdür.  
2010-cu il 13 iyul tarixində 
Azərbaycan mədəniyyətinin inki-
şafındakı xidmətlərinə görə Azər 
Hüseyn oğlu Rzayev “Azərbaycan 
Respublikası Prezidentinin fəxri 
diplomu” ilə təltif edilmişdir.
   
Ə d ə b i y y a t
Vokal nitqinin sirləri 
incəsənət və elm 
/V.P.Morozov; tərc. ed. 
A.Rzayev.- Bakı, 2011.- 
183 s.   
Rzayev Azər Hüseyn 
oğlu //Üzeyir Hacıbəyov 
ensiklopediyası.- Bakı: 
Şərq-Qərb, 2007.- S.181-
182.
A.H.Rzayevin 
“Azərbaycan Respublika-
sı Prezidentinin fəxri dip-
lomu” ilə təltif edilməsi 
haqqında: Azərbaycan 
Respublikası Preziden-
tinin Sərəncamı, 13 iyul 
2010-ci il //Azərbaycan.- 
2010.- 14 iyul.- S.4.
Касимова, С. Азер 
Рзауев /С.Касимова.- 
Баку: Ишыг, 1981.- 69 с.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.kultaz.com
15
Bəstəkar


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə