Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə83/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   79   80   81   82   83   84   85   86   ...   173

186
Milli ədəbiyyat
180 
illiyi
Seyid Əzim Şirvani
1835-1888
İYUL
Seyid Əzim Seyid Məhəmməd oğlu 
Şirvani 1835-ci il iyul ayının 9-da Şa-
maxıda anadan olmuşdur. Atası  vəfat 
etmiş, 7 yaşından anası  Səkinə xanı-
mın himayəsində qalmışdır. Dağıstanın 
Yaqsay kəndində yaşayan ana babası 
Molla Hüseyn onu yanına aparmış  və 
şair yeniyetməlik dövrünü babasının 
himayəsində keçirmişdir. 
 İbtidai təhsilini orada alan Şirvani  bir 
neçə Dağıstan ləhcəsi də öyrənmişdir. 
Babasının təsiri ilə dini elmlərə maraq 
göstərən  şair 1853-cü ildə  Şamaxıya 
qayıtmışdır. 
1856-cı ildə ali ruhani təhsili almaq 
həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, 
əvvəl Nəcəf və Bağdada, sonra isə Su-
riyanın Şam şəhərinə aparır. Gənc şair 
İraqda oxuyarkən dünyəvi elmlərə  də 
böyük maraq göstərir
O, 1857-ci ildə yenidən Məkkə, 
Mədinə, Misir və Suriyaya səyahət et-
mişdi. 50-ci illərin sonunda vətənə qa-
yıdan Seyid ruhani olmaq fikrindən  əl 
çəkib məktəbdarlıqla məşğul olur.
“Əkinçi” qəzetinin nəşrini sevinclə 
qarşılayan  şair  şeirlərinin bir qismini 
bu qəzetdə çap etdirmişdir.  “Əkinçi” 
bağlandıqdan sonra “Ziya”, “Ziyayi-
Qafqaziyyə” qəzetləri ilə  əməkdaşlıq 
etmişdir.
1877-ci ildə Seyid Əzim  Şamaxı 
məktəbinə Azərbaycan dili və  şəriət 
müəllimi düzəlmiş, qısa fasilə ilə ömrü-
nün sonuna qədər orada işləmişdir.
1879-cu ildə “siyasi cəhətdən şübhəli 
müəllim” kimi ittiham edilərək işdən çı-
xarılmış, Tiflisə şikayət etdikdən sonra 
yenidən öz vəzifəsinə qaytarılmışdır.
1878-ci ildə 
Şamaxı ruhani 
məktəbində  işləyərkən “Rəbiül-ətfal” 
(Uşaqların baharı) dərsliyini tamamla-
mışdır.
1887-ci ildə maarif sahəsindəki 
xidmətlərinə görə “Za userdiye” me-
dalı ilə  təltif olunmuşdur. Maddi eh-
tiyac içində yaşayan  şair bu medalı 
almaq üçün 7 manat 50 qəpiyi tapa 
bilmədiyindən yalnız ölümünə 10 gün 
qalmış 1888-ci ilin may ayında almış-
dır.
Şarin bədii irsi biri Azərbaycanca
digəri farsca iki böyük külliyyatdan 
ibarətdir. Onun yaradıcılığının çox 
hissəsini lirik janrda yazılmış qəzəllər, 
öyüd, təmsil və didaktik mahiyyət da-
şıyan mənzum hekayələr, doğruçuluq, 
mərdlik, dostluq, yoldaşlıqda mətanət, 
çalışqanlıq,  əzilənlərə kömək, insan-
larla yaxşı  rəftar və s. gözəl və  nəcib 
sifətlərin tərbiyələndirilməsinə  həsr 
edilmiş  şeirlər təşkil edir. İctimai 
mahiyyət daşıyan satiraları da Seyid 
Əzimin yaradıcılığında müstəsna möv-
qe tutmuşdur. Onu öz dövrünün böyük 
realist şairi kimi tanıdan “Yerdəkilərin 
göyə  şikayət etmələri”, “Dəli  şeytan”, 
“Məkri-zənan”, “Bəlx qazisi və xar-
rat”, “Müctəhidin təhsildən qayıtması”, 
“Elmsiz alim”, “Alim oğul ilə avam 
ata” və s. satiralarıdır. 
Seyid Əzim Seyid Məhəmməd oğlu 
Şirvani 1888-ci il may ayının 20-də   
vəfat etmişdir. Öz vəsiyyətinə görə Şa-
maxının  Şaxəndan qəbiristanlığında  
dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri: 3 
cilddə /S.Ə.Şirvani.- 
Bakı: Avrasiya Press, 
2005.
Cəfərzadə, Ə. Aləmdə 
səsim var mənim: [tarixi 
roman] /Ə.Cəfərzadə.- 
Bakı: Şərq-Qərb, 2006.- 
432 s.
Əhmədli, R. Seyid 
Əzim Şirvaninin fəlsəfi 
görüşləri /R.Əhmədli.- 
Bakı: Elm, 2005.- 195 s.
Əsgərli, Z. Seyid 
Əzim Şirvani [Mətn] 
/Z.Əsgərli.- Bakı: Elm, 
2005.-  64 s.
Hümmətova, X. . 
Seyid Əzim Şirvani 
yaradıcılığının orta 
məktəblərdə öyrənilməsi 
/X.Hümmətova               
//Azərbaycan müəllimi.- 
2010.- 30 aprel.- S.19.
Seyid Əzim Şirvani: 
şair, maarifçi, publisist 
//Mədəniyyət.- 2010.- 9 
iyul.- S. 14.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
9
Şair


187
Milli ədəbiyyat
85 
illiyi
Sabir Əhmədli
1930-2009
 
İYUL
Ə d ə b i y y a t
Seçilmiş əsərləri 
/S.Əhmədli.- Bakı: 
Azərnəşr, 1989-1990.
Kütlə: roman /S.Əhmədli.- 
Bakı: Azərnəşr, 1999.- 276 
s.
Yanvar hekayələri 
/S.Əhmədli.- Bakı: 
Azərnəşr, 1992.- 126 s.
Yazılmayan yazı: roman: 
ixtisarla /S.Əhmədli.- 
Bakı: Təhsil, 2010.- 478 s.
Mədətov, F. Sabir 
Əhmədlinin romanları 
/F.Mədətov.- Bakı: Bakı 
Universiteti, 1998.- 90 s.
Abbasova, Ə. Unudulmaz 
Xalq yazıçısı /Ə.Abbasova 
//Respublika.- 2011.- 16 
aprel.- S.6.
Hacımusalı, O. Tor-
paq həsrətli nasir 
/O.Hacımusalı //Xalq 
cəbhəsi.- 2011.- 26 okt-
yabr.- S.13.
Yusifli, V. Böyük nəsr usta-
sı /V.Yusifli //525-ci qəzet.- 
2010.- 19 iyul.- S.28.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedikia.org
10
Yazıçı
Sabir Məhəmməd oğlu  Əhmədli 
1930-cu il iyul ayının 10-da  Cəbrayıl 
rayonunda anadan olmuşdur. Burada 
orta məktəbi bitirdikdən sonra 1946-
1951-ci illərdə ADU-nun filologiya 
fakültəsində təhsil almışdır. 1951-1954-
cü illərdə  Cəbrayıl rayon mərkəzində  
müəllim, 1955-1956-cı illərdə 
Şükürbəyli kəndində orta məktəbin di-
rektoru, yenə 1956-cı ildə Cəbrayıl ra-
yon mərkəzində müəllim, 1956-1993-
cü illərdə  “Ədəbiyyat və incəsənət” 
qəzeti redaksiyasında  ədəbi  işçi, Nəsr 
şöbəsinin müdiri, 1993-1996-cı illərdə 
baş redaktor işləmişdir.
1955-ci ildən Azərbaycan Yazı-
çılar  İttifaqının üzvüdür. S.Əhmədli 
Azərbaycan Yazıçılar 
İttifaqının 
M.F.Axundov adına ədəbi mükafat ko-
missiyasının sədri seçilmişdir. 
Ədəbi fəaliyyətə 1951-ci ildən “Pi-
oner” jurnalında çap olunan “Poçtal-
yon” hekayəsi ilə başlamışdır. Bun-
dan sonra bədii  əsərləri və publisistik 
məqalələri dövri mətbuatda müntəzəm 
çap olunmuşdur. 1961-ci ildə onun “Bir 
payız axşamı” kitabı  işıq üzü görmüş 
və  tələbələrin,  ədəbiyyatsevərlərin, 
ümumiyyətlə oxucuların böyük ma-
rağına səbəb olmuşdu. 1989-cu ildə 
Azərnəşrdə S.Əhmədlinin ikicildlik 
əsərləri çap edilmişdir. 
Onun bir-birinin ardınca çıxan “Aran” 
(“Uşaqgəncnəşr”, 1962) ikihissəli ro-
manı, “Pillələr” (Azərnəşr, 1964), “Ya-
macda nişanə” (“Gənclik”, 1973), “To-
ğana” (“Yazıçı” 1981), “Mavi günbəz” 
(“Gənclik”, 1984, povestlər), “Yasamal 
gölündə qayıqlar üzürdü” (“Yazıçı”, 
1984), “Yasaq edilmiş oyun, Gülməli 
kişinin axırı” (“Yazıçı”, 1988) kitabları 
böyük maraqla qarşılanmışdır.
 Qarabağ hadisələrinə  həsr etdiyi 
irihəcmli  ədəbi-publisistik məqalələri 
- “Qarabağın gecikmiş yazı”, “Qara-
bağın qarlı  səngərləri” “Ədəbiyyat və 
incəsənət” qəzetinin 1992-1993-cü illər 
mart-aprel saylarında dərc edilmişdir. 
Əsərləri keçmiş SSRİ xalqlarının və xa-
rici ölkə xalqlarının dillərinə  tərcümə 
edilmişdir.
Yazıçının fəaliyyəti dövlət tərəfindən 
yüksək qiymətləndirilmiş, o, 1975-ci 
ildə  “Əmək  şöhrətinə görə” medalı, 
1984-cü ildə “Əməkdar incəsənət xadi-
mi” fəxri adı ilə təltif edilmişdir. 1991-ci 
ildə “Qızıl sünbül” ədəbi mükafatı lau-
reatı olmuş, 1992-ci ildə “Azərbaycanın 
Xalq yazıçısı” fəxri adına layiq görül-
müşdür.
Sabir Əhmədli 2009-cu il aprel ayı-
nın 17-də Bakıda vəfat etmişdir.


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə