203
Alim
Kitabxanaşünaslıq.Biblioqrafiya
70
illiyi
Xəlil İsmayılov
1945
İYUL
Xəlil İsmayıl oğlu İsmayılov 1945-
ci il iyul ayının 1-də Gədəbəy
rayonu-
nun Düzrəsullu kəndində anadan ol-
muşdur. 1952-1963-cü illərdə yeddiillik
kənd məktəbində təhsil almış, sonra isə
Çayrəsullu kənd onbirillik orta məktəbdə
təhsilini davam etdirmişdir. Hərbi xid-
mətdən qayıtdıqdan sonra 1968-1972-ci
illərdə ADU-nun kitabxanaçılıq fakültə-
sində təhsil almışdır.
1974-1976-cı illərdə Kitabxanaşünas-
lıq kafedrasının laborantı vəzifəsində
işləmiş, 1976-1979-cu illərdə kafedranın
əyani aspirantı olmuşdur. 1979-1983-cü
illərdə həmin kafedrada müəllim, 1983-
1986-cı illərdə baş müəllim, 1986-2004-
cü illərdə kafedranın dosenti vəzifəsində
çalışmışdır.
1984-cü
ildə Moskva Dövlət Mədəniy-
yət və İncəsənət Universitetində “Партий-
ные библиотеки Азербайджана в годы
Советской власти (История, совре-
менное состояние и перспективы раз-
вития)” mövzusunda müdafiə edərək
pedaqoji elmlər namizədi elmi dərəcəsi,
2004-cü ildə isə “Azərbaycan Respubli-
kasında kitabxanaların metodik təminat
sistemi: 1918-2000-ci illər (Tarixi, müa-
sir vəziyyəti və perspektivləri)” mövzu-
sunda müdafiə edərək tarix elmləri dok-
toru elmi dərəcəsi almışdır.
1990-1993-cü illərdə Kitabxanaçılıq
kafedrasının müdiri olmuş, 1993-2012-
ci illərdə kitabxanaşünaslıq-informasiya
fakültəsinin dekanı vəzifəsində çalışmış-
dır. 2007-ci ildən Kitabxana resursları və
informasiya axtarış sistemləri kafedrası-
nın müdiridir.
Professor X.İsmayılov şəxsi təşəbbüsü
ilə 1997-ci ildən nəşr olunan ixtisas məc-
muəsinin -“Kitabxanaşünaslıq və bibli-
oqrafiya” elmi-nəzəri və təcrübi jurnalın
təsisçisi
və baş redaktoru kimi mühüm
bir fəaliyyətlə məşğuldur.
1999-cu ildə Azərbaycanda təşkil
olunmuş AKİİA-nın (Azərbaycan Kitab-
xana İşinin İnkişafı Assosiasiyası) təsis-
çilərindən biri və prezidentidir. ABŞ
(Boston), Fransa (Nitsa, Leon, Kan), Bel-
çika (Brüssel, Namur), Norveç (Oslo), və
Koreyada (Seul) təşkil olunmuş Beynal-
xalq kitabxana forumlarında və İFLA-
nın iclaslarında Azərbaycan kitabxana
cəmiyyətini təmsil etmiş və beynəlxalq
konfranslarda məruzələrlə çıxış etmiş-
dir. “Kitabxana işinin idarə edilməsinin
təşkilati-metodik məsələləri” (1995),
“Kitabxana menecmentinin əsasları”
(2005, 2007), “Kitabxana-informasiya
texnologiyaları” (2009), “Kitabxana işi-
nin təşkili və idarə olunması” (2010)
adlı dərs vəsaitlərinin və “Azərbaycan
Respublikasında Kitabxanaların metodik
təminat sisteminin inkişaf tarixi: (1918-
2000)” (2000) monoqrafiyanın, 150-dən
çox elmi məqalənin müəllifidir.
2009-cu ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adına
layiq görülmüş, Res-
publika Təhsil Nazirliyi tərəfindən iki
dəfə “Qabaqcıl təhsil işçisi” adına, BDU-
nun rektoru tərəfindən Fəxri fərmanlara
layiq görülmüşdür. O, prinsipial, obyek-
tiv və humanist insan kimi öz müsbət
təşkilatçılıq və idarəçilik keyfiyyətləri ilə
dərin hörmət qazanmışdır.
Görkəmli alim 28 aprel 2014-cü ildə
Beynəlxalq İnformasiyalaşdırma Akade-
miyasının həqiqi üzvü seçilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublika-
sında kitabxana işinin
metodik təminat sistemi-
nin inkişaf tarixi (1918-
2000-ci illər): monoqra-
fiya /X.İsmayılov; elmi
red. A.Xələfov.- Bakı,
2000.- 416 s.
Kitabxana-informasiya
texnologiyaları: dərs
vəsaiti /X.İsmayılov.-
Bakı: Nurlar, 2009.- 311
s.
Kitabxana işinin təşkili
və idarə edilməsi: ali
məktəb tələbələri üçün
dərslik /X.İsmayılov;
elmi red. A.Xələfov.-
Bakı: Nurlar NPM,
2010.- 327 s.
Kitabxana menecmenti-
nin əsasları: dərs vəsaiti
/X.İsmayılov.- Bakı:
Bakı Universiteti, 2007.-
200 s.
İ n t e r n e t d ə
www.anl.az
www.azeribalasi.com
www..bsu.edu.az
www.qu.edu.az
1
204
İYUL
Tarixdə bu gün
Ramazan bayramı
İslam dininin müqəddəs bayramları arasında
Ramazan bayramı mühüm yer tutur. Bu bayramın
tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən
(miladi 622-623-cü il) başlanmışdır.
İslamda ilin ayları arasında Ramazan ayı ən
şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on
bir ayın sultanı” da adlandırırlar. Ramazan ayı in-
sanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara
öz iradə qüvvələrini,
dözümlüyünü yoxlamaq im-
kanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa
yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc rama-
zan ayında tutulduğu üçün ona “Ramazan orucu”
da deyirlər.
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək,
siqaret çəkmək, və s. olmaz. Oruc tutmaqdan yal-
nız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vu-
ruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Oruc-
luq Ramazan ayında təzə ay çıxandan başlanır və
29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:
“Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə
qədər yeyib için; sonra gecəyə qədər orucunuzu
tamamlayın.” (“Bəqərə” surəsi, 187)
Məhəmməd peyğəmbər (s.ə.s.)
buyurmuşdur
ki, Ramazan ayı gələndə cənnətin qapıları açı-
lar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da
zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna
görə oruc tutmayanlar sonra münasib bir vaxtda
onun əvəzinə oruc (qəzasını) tutmalı və ya fidyə
verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaq-
la yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər.
Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu
yedirtməkdir. 60 günlük kəffarə orucuna bir gün-
lük qəza orucu da əlavə olunur.
Məhz Ramazan ayının axırıncı on gecələrinin
birində Quran hədiyyə edilmişdir. Deyilənə görə
bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-
nə keçən gecə baş vermişdir. Bu gecə “leylət al-
Qadr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda
bu gecə haqqında belə yazılır: “Qədr
gecəsi min
aydan daha xeyirlidir! O gecə mələklər və ruh
Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər.
O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”
(“Qədr” surəsi, 3-5)
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır.
Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik
edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruh-
larına dualar oxuyurlar. Bayram günü hər kəs öz
himayəsində olanlar üçün təqribən 3 kq buğda, ya-
xud xurma və ya kişmiş miqdarında kasıblar üçün
fitrə zəkatı verməlidir.
Sovet hakimiyyəti dövründə İslamın başqa
ayinləri və ibadətləri kimi, orucluq da qadağan
edilmişdi. Lakin imanlı adamlar
gizlicə də olsa, öz
borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə
və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq
üçün orucluqdan imtina etməyə məcbur olmuş-
dular. Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra insanların vicdan azadlığı bərpa
olunmuş, İslam dininə, onun ibadət və ayinlərinə
olan münasibət də dəyişmişdi. Ramazan (Orucluq)
bayramı Azərbaycanda Milli Məclisin qəbul etdi-
yi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Res-
publikasının bayramları haqqında” Qanuna əsasən
1993-cü ildən dövlət səviyyəsində qeyd olunmağa
başlamışdır.
Ə d ə b i y y a t
Hicrani, Ə.T. Orucun tarixi və mənəvi dəyərləri /Əli Təbrizi
Hicrani.-[Yersiz]:[Məhdiyar], 2005.-141 s.
Qocayev, Ə. Orucluq bayramı //Qocayev Ə. Bayramlar və tarixi
günlər.- Bakı: Altun Kitab, 2006.-S. 5-7.
Fitrə //İqtisadiyyat.- 2014.- 25 iyul-7 avqust.- S.15.
18