220
Milli Qəhrəmanlar
60
illiyi
Əli Məmmədov
1955-1992
AV
Q
U
S
T
Əli Hüseyn oğlu Məmmədov
1955-ci il avqust ayının 11-də Naxçı-
van şəhərində anadan olmuşdur. Orta
təhsilini Bakı şəhərindəki 255 saylı
məktəbdə almışdır. 1975-ci ildə ordu
sıralarına çağırılmış, Macarıstanda
xidmətini başa vurmuşdu.
1982-ci ildə Polis Akademiyasına
daxil olmuş, 1992-ci ildən cəbhəyə
getməyə başlamışdı.
1992-ci ilin sentyabr ayında La-
çın cəbhəsində vuruşmağa başla-
yır. Qızartı yüksəkliyini ələ keçirən
döyüşçülərimiz oktyabr ayının 1-də,
səhər
tezdən güclü hücuma məruz qa-
lırlar. Yaralıları təhlükəsiz yerə çıxaran
və döyüşün qaynar nöqtəsində vuruşan
Əli başından ağır yaralanır, cəsur dö-
yüşçü bu yaradan da, əbədiyyətə qo-
vuşur.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 19 oktyabr 1992-ci il tarixli
273 saylı Fərmanı ilə polis kapita-
nı Məmmədov Əli Hüseyn oğluna
ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Bakı küçələrindən biri qəhrəmanın
adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında:
[Məmmədov Əli Hüseyn oğlu – polis kapitanı – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasın-
da, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə]: Azərbaycan Respublikası Prezi-
dentinin Fərmanı, 19 oktyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- № 20.- S.18.- (Ölümündən
sonra).
Əsgərov, V. Məmmədov Əli Hüseyn oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri. -Bakı,
2010.- S.195.
Nazim, N. Məmmədov Əli Hüseyn oğlu //Nazim N. İstiqlal ulduzları.- Bakı,1995.- S.111.
Seyidzadə, M. Məmmədov Əli Hüseyn oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.-Bakı, 2010.-S.142.
Məmmədov Əli Hüseyn oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni
H.Həmidova.- Bakı, 2008.-S.137.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
11
Milli Qəhrəman
221
Milli Qəhrəmanlar
55
illiyi
Sərdar Səfərov
1960-1991
AV
Q
U
S
T
Sərdar Mədəd oğlu Səfərov 1960-cı
il avqust ayının 12-də Kəlbəcər rayo-
nunda anadan olmuşdur.
1977-ci ildə burada məktəbi bitir-
miş və kolxozda işləmişdir.
1979-cu ildə hərbi xidmətə gedərək,
Ermənistan və Gürcüstan respublika-
sında xidmət keçmişdir.
1981-ci
ildə ordudan tərxis oluna-
raq, 1982-ci ildə Bakı Avtomobil zavo-
duna işə düzəlmişdir. 3 il Daxili İşlər
Şöbəsinin mühafizə bölməsində milis
nəfəri kimi fəaliyyət göstərmişdir.
1987-ci ildə SSRİ-nin Kaunas
Xüsusi Milis Məktəbini bitirmişdir.
1991-ci ildə Vətənə dönmüş və Qusar
rayonunda sahə müvəkkili işləməyə
başlamışdır.
1991-ci il sentyabr ayının 25-də
erməni terrorçuları Əsgəran rayonu
ərazisində “QAZ-53” markalı sərnişin
avtomobilinə hücum etmişdilər.
Buraya göndərilən istintaq qrupu-
nun müstəntiqi Sərdar Səfərov idi.
Hadisə yerindən qayıdan
istintaq
qrupu Xankəndi yaxınlığında “Ağa
körpüsü”ndə erməni yaraqlılarının
hücumuna məruz qalmış, Sərdar yol-
daşlarını xilas edərək qəhrəmancasına
həlak olmuşdu.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli
264 saylı Fərmanı ilə Sərdar Mədəd
oğlu Səfərov ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Kəlbəcər rayonunda dəfn edil-
mişdir. Kəlbəcər küçələrindən biri
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqın-
da: [Səfərov Sərdar Mədəd oğlu - polis mayoru - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında,
dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov V. Səfərov Sərdar Mədəd oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.-
S. 261.
Seyidzadə, M. Səfərov Sərdar Mədəd oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.202.
Səfərov Sərdar Mədəd oğlu (1960-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.
ed. H.Həmidova.-Bakı, 2008.- S.188-189.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.milliqahraman.az
www.muallim.edu.az
12
Milli Qəhrəman
222
Milli Qəhrəmanlar
Milli Qəhrəman
45
illiyi
Hidayət Rüstəmov
1970-1991
AV
Q
U
S
T
Hidayət Eldar oğlu Rüstəmov
1970-ci il avqust ayının 19-da Ağdam
rayonunun Xıdırlı kəndində anadan ol-
muşdur.
Burada orta məktəbi bitirən Hidayət
daha sonra Ağdam rayon 50 saylı
texniki-peşə məktəbində təhsilini da-
vam etdirmişdir.
1988-1990-cı illərdə Sovet Ordu-
sunda hərbi xidmətdə olmuşdur.
1991-ci
il Ağdam rayon Daxi-
li İşlər Şöbəsinin post-patrul alayına
daxil olmuşdur. Şərəfli döyüş yolu
keçən Hidəyət bu yolda çox yürüyə
bilməmişdir...
1991-ci il dekabr ayının 23-də
erməni işğalçıları Meşəli kəndinə hü-
cum edərək ağlasığmaz vəhşiliklər
törədirdilər. Boş evlərin birini özünə
istehkam
seçən cəsur polis çavuşu
Hidayət qəfil sərrast atəşlərlə erməni
quldurlarının xeyli qüvvəsini məhv
etmişdi. Murdar erməni faşistləri
Hidayətin sığındığı evə od vurmuş-
du. Qorxunun nə olduğunu bilməyən
Azərbaycan
döyüşçüsü son nəfəsinə
qədər vuruşmuş və qəhrəmancasına
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Rüstəmov Hidayət
Eldar oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqın-
da: [Rüstəmov Hidayət Eldar oğlu - polis nəfəri - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında,
dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 8 oktyabr1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Rüstəmov Hidayət Eldar oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.-
S.245.
Rüstəmov Hidayət Eldar oğlu (1970-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası;
tərt. ed. H.Həmidova.-Bakı, 2008.- S.175-176.
Seyidzadə, M. Rüstəmov Hidayət Eldar oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.187.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
19