218
Teatr.Kino
60
illiyi
Afaq Bəşirqızı
1955
AV
Q
U
S
T
Afaq Bəşir qızı Səfərova (Afaq
Bəşirqızı) 1955-ci il avqust ayının 15-
də Bakı şəhərində anadan olmuşdur.
1974-1979-cu illərdə İncəsənət Uni-
versitetinin
mədəni-maarif fakültəsində
təhsil almışdır.
Aktyorluq fəaliyyətinə 1973-cü ildə
Lənkəran Dövlət Dram Teartında baş-
lamışdır. 1975-ci ildə Sumqayıt Dövlət
Dram Teatrında çalışmış, burada klassik
və müasir dramaturqların əsərlərində
baş rolları ifa etmişdir. İlk rollarından
özünü istedadlı, işgüzar, səhnəyə bö-
yük məhəbbətlə bağlı, daim axtarışda
olan sənətkar kimi göstərərək, tama-
şaçıların dərin rəğbətini qazanmışdır.
Azərbaycanın
teatr və kino səhnəsinin
unudulmaz aktyoru Bəşir Səfəroğlunun
ailəsində böyüməsi Afaq xanımın bir
aktrisa kimi formalaşmasında mühüm
rol oynamışdır.
Onun “Bəxt üzüyü” tamaşasında
yaratdığı Söylü obrazı öz koloritinə,
tutumuna, yüksək bədii keyfiyyətlərinə
görə klassik nümunədir. Əsasən komik
rolların ifaçısı kimi daha da püxtələşən
Afaq Bəşirqızı 1989-cu ildə Musi-
qili Komediya Teatrına dəvət almış
və bu illər ərzində “Subaylarınızdan
görəsiniz”də Səməni, “O olmasın, bu
olsun”da Sənəm, “Bankir adaxlı”da
Nisə, “Məhəbbət oyunu”nda
Səltənət,
“İtkin ər”də Məleykə, “Məsmə xala
dayımdır”da Məsmə və s. rolları
məharətlə ifa etmişdir.
“Azərbaycanfilm” kinostudiyasının
istehsal etdiyi “Bəxt üzüyü”, “Girov”
filmlərində rol almışdır. Televiziya ta-
maşalarında yaratdığı Zəhra xalaqızı
(“Yaşıl eynəkli adam”), Suğra (“Bala-
başa bəla”), Darçınbəyim (“Evləri
köndələn yar”), Ayka (“Yarımştat”),
Gülya (“Nekroloq”) rolları ilə daha da
məşhurlaşmışdır.
“Afaq gülür-güldürür” adlı komik
səhnəciklər toplusu ilə televiziya ek-
ranlarında çıxış etmiş, atasının xoş
xatirəsini daim yaddaşlarda yaşatmaq
üçün “Bəşir” teatrını yaratmışdır.
Hazırda Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetində aktyorluq
kursunda dərs deyir.
1989-cu ildə “Azərbaycan
Respubli-
kasının Əməkdar artisti”, 1993-cü ildə
“Xalq artisti” adlarına layiq görülmüş-
dür. Görkəmli aktyor 1993 və 2003-
cü illərdə “Qızıl Dərviş” mükafatına,
2012-ci ildə Prezident mükafatına layiq
görülmüşdür.
Milli teatr sənəti sahəsindəki uğurla-
rına görə 2011-ci ildə “Yaxşıların yax-
şısı” Milli Mükafatına layiq görülmüş-
dür.
2013-cü ildə “Şöhrət” ordeni ilə təltif
edilmiş, eyni zamanda “Azərbaycan
mədəniyyətinə dəyərli töhfə” nomi-
nasiyası üzrə Azərbaycanın
teatr və
kino sənəti sahəsindəki uzunmüddətli
səmərəli fəaliyyətinə görə “Zirvə” mü-
kafatını almışdır.
Ə d ə b i y y a t
Afaq Bəşirqızı: “Məni
ayağa qaldıran xalqımın
sevgisi oldu” /A.Bəşirqızı;
müsahibəni apardı
X.Sadıqova //Zaman.-
2014.- 1aprel.- S.8.
“Həyatda aktyor deyiləm”
/A.Bəşirqızı //Bizim yol.-
2014.- 26 fevral.- S.13.
“Yaratdığım Suğra, Söylü,
Ayka obrazlarımın eyham-
ları hələ də dillərdədir”
/A.Bəşirqızı; müsahibəni
apardı X.Günəş //Palitra.-
2013.- 15 may.- S.13.
Xəlilzadə, F. Bu mənim
tale yolum: publisistik
oçerk /F.Xəlilzadə; red.
Y.Hüseynov.- Bakı: ŞirAk,
1999.- 98 s.
Hüsniyyə. Afaq Bəşirqızı
“Yaxşıların yaxşısı” oldu
/Hüsniyyə //525-ci qəzet.-
2011.- 4 may.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
15
Aktrisa
219
Milli Qəhrəmanlar
40
illiyi
Fərhad Ağayev
1975-1995
AV
Q
U
S
T
Fərhad İslam oğlu Ağayev 1975-ci il
avqust ayının 4-də Sabirabad rayonunun
Ələmbəyli kəndində anadan olmuşdur.
O, 1992-ci ildə Ələmbəyli kənd
məktəbini bitirdikdən sonra, 1993-cü
ildə Sabirabad rayon Hərbi Komissar-
lığı tərəfindən Milli Ordu sıralarına
çağırılmış, Prezident Qvardiyasında
xidmətə başlamışdır.
Fərhad Ağayev 24 yanvar 1994-
cü
ildə cəbhəyə yola düşmüş, ilk
döyüşlərini Füzuli rayonunun
Seyidəhmədli kəndində keçirmişdir.
O, Murovdağ, Güzgü, Ömərdağ kimi
əhəmiyyətli ərazilərin müdafiəsində
şücaət göstərmişdir.
1995-ci ilin mart ayında bir qrup
silahlı dəstə namərdlik
edərək yenicə
təşəkkül tapmağa başlayan dövlətimizə
xəyanət etmiş, Fərhad dövlət çevrili-
şinin qarşısını almaq üçün Ağstafaya
göndərilmişdir.
1995-ci il mart ayının 13-də Fərhad
Ağayev qardaş gülləsindən ağır yara-
lanmış, mart ayının 15-də isə aldığı ya-
radan həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 1995-ci il 4 aprel tarixli, 307 saylı
fərmanı ilə Ağayev
Fərhad olümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür.
Sabirabad rayonundakı Şəhidlər Xi-
yabanında dəfn edilmişdir. Bitirdiyi orta
məktəb qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi
haqqında: [Ağayev Fərhad İslam oğlu-Müdafiə Nazirliyi, sıravi -Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- (Ölümündən
sonra).
Ağayev Fərhad İslam oğlu (1975-1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.M.Həmidova.-Bakı, 2008.- S.24.
Əsgərov, V. Ağayev Fərhad İslam oğlu /V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.26.
Seyidzadə, M. Ağayev Fərhad İslam oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.22.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
4
Milli Qəhrəman