Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə87/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   83   84   85   86   87   88   89   90   ...   173

194
İYUL
12
Teatr.Kino
Zəfər Nemətov 
1915-1971
Rejissor
100 
illiyi
Ə d ə b i y y a t
Əliağa Ağayev  
/Z.Nemətov, T.Kazımov; 
red. H.Sadıqova.- Bakı, 
1978.- 42 s.
Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar 
Teatrı /Azərb. Resp. 
Mədəniyyət və Turizm 
Nazirliyi; layih. rəhb. 
Ə.Qarayev; layih. koor-
din. Ə.Vəliyev; mətnin 
müəl. İ.Rəhimli.- Bakı, 
2010.- S.69-72.
Rəhimli, İ. Zəfər 
Nemətov (12.7.1915-
19.11.1971) //Rəhimli 
İ. Kəsişən paralellər.- 
Bakı, 2010.- S.19-31. 
Yusifli, V. Üçüncüsü? 
Yox hələlik yetişməyəcək 
/V.Yusifli //Panorama.-
1997.-25 oktyabr
İ n t e r n e t d ə
www.anl.az
www.tyuz.az
Zəfər Paşa oğlu Nemətov 12 iyul 1915-
ci ildə Bakıda, mühəndis ailəsində anadan 
olmuşdur. 
Uşaqlıqda mütaliəyə,  ədəbiyyat və 
mədəniyyətə maraq göstərmişdir. 37 say-
lı  məktəbdə  təhsil almışdır. 1928-1929-cu 
illərdə Türk İşçi Uşaq Teatrı (indiki Gənc 
Tamaşaçılar Teatrı) həmin məktəbin 3-cü 
mərtəbəsində yerləşirdi. Məktəbli Zəfər öz 
fəaliyyətinə Lətif Kərimovun “Fırtına” pye-
sinin tamaşası ilə başlamışdır. Şagird ikən, 
1929-cu ilin dekabrında Akademik Milli 
Dram Teatrının bir neçə tamaşasında kütləvi 
səhnələrdə iştirak edən gənc Zəfər 1931-ci 
ildə Gənc Tamaşaçılar Teatrına dəvət olun-
muş və aktyor truppasının yardım heyətinə 
qəbul edilmişdir. Həmin ilin sentyabrında 
M.F.Axundzadə adına Azərbaycan Dövlət 
Teatr Məktəbinin (texnikumunun) aktyor-
luq fakültəsində  təhsil almağa başlamışdır. 
Səhnə danışığını, vərdişlərini müəllimi Ab-
bas Mirzə Şərifzadədən öyrənmişdir. 
Teatr rejissorları Aleksandr Tuqanov və 
Məhərrəm Haşımov 1930-cu illərin ikinci 
yarısından başlayaraq gənc aktyoru rejissor 
assistenti kimi də  işə  cəlb etmişdir. Zəfər 
Nemətov Jan Batist Molyerin “Zorən təbib”, 
Abdulla  Şaiqin “El oğlu”, Fridrix Şillerin 
“Qaçaqlar”, Cəfər Cabbarlının “Aydın” 
əsərlərinin tamaşalarının hazırlanmasında 
müəyyən rejissorluq təcrübəsi toplamışdır. 
1941-ci ildə Böyük Vətən müharibəsi 
başlayanda könüllü şəkildə faşist işğalçıları 
ilə döyüşə yollanmışdır. Bir il sonra ağır yara 
alaraq ordudan tərxis olunmuş  və yenidən 
doğma kollektivdə  səhnə  fəaliyyətini re-
jissor kimi davam etdirmişdir. 1943-cü 
ilin yanvar ayında Zəfər Nemətovun ilk 
müstəqil quruluş verdiyi “Məlik Məmməd” 
(Əyyub Abbasov) nağıl tamaşasının prem-
yerası olmuşdur. 
Zəfər Nemətov Gənc Tamaşaçılar Teat-
rının Azərbaycan bölməsində 1945-1971-ci 
illərdə “Sənin evin” (“Ağbəniz”, Valenti-
na Lyubimova), “Xüsusi tapşırıq” (Sergey 
Mixalkov), “Odlar içində” (Əbil Yusifov), 
“Bahar nəğməsi” (Əyyub Abbasov), “Qa-
raca qız” (Abdulla Şaiq), “Yaşıl sandıqca” 
(İvan Vasilenko), “Düşmənlər içində” (Nov-
ruz Gəncəli), “Tamahkar” (Süleyman Sani 
Axundov), “Qastello” (İsidor Ştok), “Turp” 
(Pavel Malyerski),  “Gülşən” (Əli Vəliyevin 
eyniadlı əsəri əsasında səhnələşdirəni Ağəli 
Dadaşov), “Meşə gölünün sahilində” (Se-
zar Solodar),  “Yaşar” (Cəfər Cabbarlı), 
“Anacan” (Yusif Əzimzadə), “Bir saatlıq 
xəlifə” (Abdulla Şaiq), “Göyərçinlər” (Tələt 
Əyyubov), “İki həyat” (Rauf İsmayılov),  
“Romeo və Cülyetta” (Vilyam Şekspir) və 
s. pyeslərini tamaşaya hazırlamışdır. 
Teatrın rus bölməsində “Qar kraliça-
sı” (Yevgeni Şvarts), “Müfəttiş” (Nikolay 
Qoqol), “Sənin evin” və “Qürur məktəbi” 
(Valentina Lyubimova), “Meşə  kənarında 
göl” (Sezar Solodar), “İyirmi ildən sonra” 
(Mixail Svetlov), “Polad üzük” (Konstantin 
Paustovski), “Zorən təbib” (Jan Batist Mol-
yer), “Kasıblıq eyib deyil” (Aleksey Ost-
rovski), “Afrikadan gələn zərf” (Lyubomir 
Qarabin), “Bütün bunlar sadəcə işlər deyil” 
(Gennadi  Şmelyov) tamaşalarına quruluş 
vermişdir.
Rejissor yaradıcılığında  əldə etdiyi 
nailiyyətlərə görə 1954-cü il fevral ayı-
nın 27-də Azərbaycan Respublikasının 
“Əməkdar incəsənət xadimi” fəxri adına la-
yiq görülmüşdür. 
Görkəmli sənətkar 1971-ci il noyabr ayı-
nın 19-da Bakıda vəfat etmiş, II Fəxri Xiya-
banda dəfn edilmişdir. 
1


195
7
Milli Qəhrəmanlar
55 
illiyi
Tabil Həsənov
1960-1992
İYUL
Tabil Qasım oğlu Həsənov 1960-cı il 
iyulun 4-də Xocalı rayonunun Kosalar 
kəndində anadan olmuşdur. 
1977-ci ildə burada məktəbi bitir-
mişdir. 
1980-cı ildə  hərbi xidmətə çağırıl-
mışdır. 
1982-ci ildə ordu sıralarından 
tərxis olunan Tabil Xocalının Kosalar 
kəndində Rabitə  şöbəsində  işləməyə 
başlamışdır.
1991-ci il 15 dekabr erməni millətçi 
qəsbkarları  Cəmilli kəndinə dörd 
tərəfdən hücuma keçərkən Tabil və 
dəstəsi ilə düşmənə əks hücum edərək 
Meşəli kəndini azad etmişdilər. Bu 
qələbədən sonra ona el arasında “Qırxız 
qartalı” deyə səslənirdilər. Erməni işğal-
çıları sonra yenidən Meşəli kəndinə hü-
cum etmiş, Tabil bu kəndi yenidən azad 
edə bilmiş  və düşmənin canlı qüvvəsi 
məhv edilmişdi. 
1992-ci il  mart ayının 29-da erməni 
qəsbkarları Kosalara yenidən hü-
cum etmişdilər. Saatlarla davam edən 
döyüşdə 53 erməni  öldürülmüş, onla-
rın 12-ni “Qırxız qartalı” Tabil məhv 
etmişdi. Lakin bu onun son döyüşü 
olmuş, o, bu döyüşdə  qəhrəmancasına 
həlak olmuşdu.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 15 yanvar 1995-ci il tarixli 262 
saylı Fərmanı ilə Həsənov Tabil Qasım 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində 
dəfn edilmişdir. 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Həsənov Tabil Qasım oğlu-Müdafiə Nazirliyi, sıravi-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 
göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 15 yanvar  1995-ci il //Azərbaycan.- 1995.- 17 yanvar.- S.1.- 
(Ölümündən sonra).
Əsgərov, V. Həsənov Tabil Qasım oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.116.
Həsənov Tabil Qasım oğlu  //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / 
Azərbaycan Milli Kitabxanası; 
tərt. H.Həmidova.- Bakı, 
2008.- S.83-84.
Seyidzadə, M. Həsənov Tabil Qasım oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.89.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
4
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə