Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə80/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   76   77   78   79   80   81   82   83   ...   173

178
Tarixdə bu gün 
İYUN
15
15
Milli Qurtuluş Günü 
1993
1991-ci ilin  oktyabrında     Azərbaycan 
müstəqillik əldə etsə də, Ermənistanın 
işğalçılıq niyyəti güdən təcavüzü res-
publikada vəziyyəti gərginləşdirmişdi. 
1993-cü il iyunun 4-də  Gəncədə pol-
kovnik Surət Hüseynovun nəzarəti al-
tında olan hərbi hissənin hakimiyyətə 
itaətsizliyi ölkəni tamamilə xaosa 
sürükləmişdi. Situasiyanı  nəzarətə al-
maq üçün hakimiyyətin atdığı  tələsik 
addımlar vəziyyəti düzəltməmiş, 
əksinə, Gəncəyə yola düşən dövlət 
nümayəndələri girov götürülmüşdü. 
Qiyamçı  hərbi hissənin rəhbərliyi, 
əvvəlcə o vaxtki Baş nazir və Milli 
Məclis Sədrinin, sonra isə Preziden-
tin istefasını  tələb etmişdi. Vəziyyət 
nəzarətdən çıxmış,  ətraf rayonların 
icra başçıları zorla dəyişdirilmiş, Surət 
Hüseynovun qiyamı  məhdud Gəncə 
civarlarından çıxaraq, üzü Bakıya doğ-
ru geniş miqyas almışdı. Belə böhranlı 
və  ağır vəziyyətdə ölkə  vətəndaşları 
yeganə  çıxış yolunu yenə  də müdrik 
rəhbərinin hakimiyyət sükanı arxasına 
keçməsində görmüşdü. Bu taleyük-
lü sınaq anında xalqın çağırışına səs 
verən, dövlətin gələcək taleyinə biganə 
qalmayan böyük strateq Heydər Əliyev 
Bakıya dönərək respublikada yaranmış 
hakimiyyət böhranının aradan qaldırıl-
ması istiqamətində  əməli fəaliyyətə 
başlamışdı. Ümummilli liderin bir 
qrup ziyalı ilə  Gəncəyə  səfər etməsi 
və heç bir riskdən çəkinməyərək si-
lahlanmış qüvvələrlə danışıqlar apar-
ması vətəndaş müharibəsi təhlükəsinin 
qarşısının alınmasında mühüm addım 
olmuşdu. Bundan bir neçə gün son-
ra - iyun ayının 15-də isə ulu öndər 
parlamentdə səslənən təkidli xahişləri, 
ən əsası xalqın istəyini nəzərə alaraq o 
zamankı Azərbaycan Respublikası Ali 
Sovetinin Sədri vəzifəsinə seçilməsinə 
razılıq vermişdi. Bu tarixi hadisə res-
publika həyatında xaos və anarxiyadan 
qurtuluşa doğru yeni mərhələnin baş-
lanğıcına çevrilmişdi. Beləliklə də, 15 
iyun Azərbaycanın tarixinə Milli Qur-
tuluş Günü kimi daxil edilmişdir.
Ulu öndərin Ali Sovetin Sədri 
seçilməsi Azərbaycanda eyni za-
manda mütərəqqi parlamentarizm 
ənənələrinin formalaşmasını  təmin 
etmişdi. Heydər  Əliyev parlamentin 
cəmiyyətdəki nüfuzunun sağlamlaşdı-
rılması  tədbirlərinə başlamış, yüksək 
idarəçilik keyfiyyətləri sayəsində ali 
qanunverici orqanda xoşagəlməz si-
yasi çəkişmələrin, qeyri-etik davra-
nışların qarşısını almışdı. Müzakirə 
və diskussiyaların sivil, demokratik 
meyarlar çərçivəsində aparılması üçün 
şəxsi nümunə göstərmiş, parlament 
idarəçiliyinə yeni ruh və müasirlik 
gətirmişdi. Milli Məclisin iclasla-
rı, mətbuat konfransları, respublika 
əhəmiyyətli müşavirələr birbaşa ya-
yımla televiziya ekranlarına verilmiş-
di.
Sonralar millət vəkilləri 15 iyun 
tarixinin təqvimə Azərbaycanın Qur-
tuluş günü kimi salınması  təklifi ilə 
çıxış etmişlər və Milli Məclis bu 
təklifi bəyənmişdi. O vaxtdan Heydər 
Əliyevin yenidən hakimiyyətə qayıdışı 
Milli Qurtuluş günü kimi qeyd edilir. 
Ə d ə b i y y a t
Məmmədov, Q. Milli Qurtu-
luş Günü Azərbaycanın ta-
rixi xilas günüdür: 15 iyun 
Milli Qurtuluş Günüdür 
/Q.Məmmədov //Respublika 
2014.- 15 iyun.- S.5.
Milli Qurtuluş Günü 
tariximizə  qızıl hərflərlə 
yazılıb /A.Əsgərov //Yeni 
Azərbaycan.- 2014.- 13 
iyun.- S.4.; Səs.- 2014.- 13 
iyun.- S.11.
Rəhimzadə, A. 15 İyun-Milli 
Qurtuluş Günü ölkəmizə 
və xalqımıza dirçəliş, inti-
bah gətirdi /A.Rəhimzadə             
//Yeni Azərbaycan 2014.- 14 
iyun.- S.6.
Rəhimzadə, V. Milli Qur-
tuluş Günü Azərbaycanın 
inkişafının və yüksəlişinin 
əsas istinad nöqtəsidir: 15 
iyun Milli Qurtuluş Günü-
dür /V.Rəhimzadə //Respub-
lika 2014.- 14 iyun.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org


179
Tarixdə bu gün 
Ümumdünya Qaçqınlar Günü 
2000
     
İYUN
Hər il iyun ayının 20-də BMT 
Ümumdünya Qaçqınlar Gününü qeyd 
etməklə bütün dünyanı qaçqınların və 
məcburi köçkünlərin vəziyyətinə diqqət 
ayırmağa çağırır. Ümumdünya Qaçqın-
lar Günü 2000-ci il 4 dekabr tarixində 
BMT Baş Assambleyası  tərəfindən 
yekdilliklə  qəbul olunmuş  qətnamə ilə 
müəyyən edilmişdir. 20 iyunda qaçqın-
ların və məcburi köçkünlərin cəsurluğu, 
mətanət və iradəsi qeyd olunmaqla on-
lara mənəvi dəstək verilir.
Bu gün BMT QAK 6300 nəfər 
heyətlə 120 ölkədə  fəaliyyət göstərir. 
Heyətin 80 faizdən çoxu dünyanın 
müxtəlif yerlərindəki sahə  ofislərində, 
tez-tez isə ailələrindən ayrı, çətin şərtlər 
altında çalışır.
BMT-nin açıqlamasına görə dünyada 
15.4 milyon qaçqının beşdə dördü ka-
sıb ölkələrin payına düşür. Qaçqınların 
ümumi sayının dördə birindən bir qədər 
çox isə 3 ölkəyə - Pakistan, İran və Su-
riyaya aiddir. Bu göstəriciyə Şimali Af-
rika və Yaxın Şərqdə baş verən son ix-
tişaşlardan qaçqın düşən insanlar daxil 
edilməmişdir. Onların sayı isə artmaqda 
davam edir. Dünya qaçqınları  sırasın-
da Azərbaycanın da 20 faiz torpaqları 
erməni yaraqlıları  tərəfindən işğal edi-
lib. Bu işğal nəticəsində 1 milyondan 
artıq azərbaycanlı öz yurd-yuvasından 
qaçqın düşüb.
Azərbaycanda BMT QAK-ın 20 
nəfərlik heyəti qaçqın və  sığınacaq 
axtaran  şəxslərə  zəruri maddi yardı-
mın göstərilməsi və mümkün olduq-
ca fəal  şəkildə davamlı  həll yollarını 
təmin etməkdən ibarətdir. Azərbaycan 
hökumətinin 250 mindən çox qaçqının 
inteqrasiya edilməsi və yarım milyon-
dan artıq məcburi köçkünün yaşayış 
şəraitinin yaxşılaşdırılması BMT-nin 
Qaçqınlar üzrə Ali Komissarı və BMT  
Baş Katibinin məcburi köçkünlərin 
hüquqları üzrə xüsusi nümayəndəsi 
tərəfindən təqdirəlayiq hal kimi 
qiymətləndirilmişdir. Təşkilat məcburi 
köçkünlərin hələ də üzləşdikləri huma-
nitar problemlərin aradan qaldırılmasın-
da və onların hüquqlarının, o cümlədən 
Dağlıq Qarabağ münaqişəsinin sülh 
yolu ilə  həlli nəticəsində öz doğma 
yurdlarına qayıtma hüququnun qorun-
ması sahəsində hökumətin səylərinə 
fəal şəkildə qoşulmuş və dəstək vermiş-
dir.
20 iyunda biz dünya qaçqınlarını 
yada salır, həyata ruhlandırır, onlara 
mənəvi dəstək göstəririk. Bu şərəf və 
ləyaqətini  ən çətin  şəraitdə qorumaq 
üçün mücadilə edən didərgin və yurd 
yuvasından məhrum olmuş insanların 
həmrəyliyi günüdür.
Ümumdünya Qaçqınlar gününün 
qeyd edilməsində  əsas məqsəd dünya 
ictimaiyyətinin diqqətini bu insanların 
yaşadıqları ağır şəraitə cəlb etməkdir.
20
Ə d ə b i y y a t
Dünyada hər 4 saniyədə 
bir insan qaçqına və ya 
məcburi köçkünə cevrilir 
//Azərbaycan.- 2013.- 21 
iyun.- S.3.
Hacımusalı, O. 20 iyun 
Ümumdünya Qaçqınlar 
Günüdür /O.Hacımusalı   
//Yeni Azərbaycan.- 2013.- 
20 iyun.- S.6.
Qaliboğlu, E. Taleyimizə 
düşən qaçqınlıq, köç-
künlük dərdləri...: Tarix 
boyunca xalqımız dəhşətli 
qırğınlar, qaçqınlıq, soyqı-
rımı, mənəvi genosidlər 
yaşayıb /E.Qaliboğlu 
//P.S.Elm, təhsil və həyat.-
2009.- 19 iyun.- S.1; 3.
İ n t e r n e t d ə
www.azadliq.org
www.refugees-idps-
committee.gov.az


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə