Teqvim-2015. pdf


 Tarixdə bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə79/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   75   76   77   78   79   80   81   82   ...   173

176
 Tarixdə bu gün
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1950
İYUN
Uşaqların Beynəlxalq Müdafiəsi 
Günü (ing. International Children’s 
Day) 1950-ci il iyun ayının 1-dən 
etibarən BMT Baş Assambleyasının 
qərarı ilə qeyd olunmağa başlanmışdır. 
İyunun 1-i bütün dünyada Uşaqla-
rın Beynəlxalq Müdafiəsi Günü kimi 
qeyd olunur. Bu, təsadüfi deyil, çünki 
müasir dövrdə uşaqların problemlərinin 
həlli, onların hüquqlarının qorunması 
ən aktual məsələlərdən biridir. Uşaq-
ların yüksək qayğı ilə  əhatə olunma-
sı,  əlverişli mənəvi və sosial mühitdə 
böyüməsi üçün zəruri  şəraitin yaradıl-
ması, onların  şəxsiyyət kimi forma-
laşması  əsası ümummilli lider Heydər 
Əliyev tərəfindən qoyulmuş dövlət uşaq 
siyasətinin prioritet istiqamətlərindən 
birini təşkil edir.
Son illər bu sahənin fəaliyyətini 
tənzimləyən milli qanunvericiliyin 
təkmilləşdirilməsi məqsədilə ardıcıl 
işlər aparılır, respublikamız uşaq hü-
quqlarının təminatı ilə bağlı bir sıra 
beynəlxalq sazişlərə, konvensiyalara 
qoşulur. BMT-nin Baş  Məclisi 1989-
cu il noyabrın 20-də “Uşaq hüquqları 
haqqında Konvensiya” qəbul etmişdir. 
Dünyanın  əksər ölkələri, o cümlədən 
Azərbaycan Respublikası bu konven-
siyaya qoşulmuşdur. Burada uşaqların 
bir çox hüquqları müəyyən edilmiş-
dir. Onlar fikir, vicdan, din azadlığına, 
rəyini ifadə etmək,  şəxsi həyat hüqu-
qunun müdafiə olunmasına, müxtəlif 
mənbələrdən, informasiyalardan istifadə 
etmək, laqeyd rəftar hallarından qorun-
maq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial 
inkişafı üçün lazımi  şəraitə, istirahət, 
asudə vaxt və  mədəni həyatda iştirak 
etmək və s. hüquqlara malikdirlər.
Ümummilli lider Heydər Əliyev uşaq 
hüquqlarının müdafiəsinin davamlılığı, 
onun məzmununun zənginləşdirilməsi 
məqsədilə 1998-ci il avqustn 24-də 
“Uşaq hüquqları haqqında” Azərbaycan 
Respublikasının Qanununun təsdiqi ilə 
bağlı xüsusi fərman imzalamışdır. Qa-
nunda uşaqların hüquq bərabərliyi, vic-
dan, söz və məlumat azadlığı, yaşamaq 
və inkişaf etmək, tərbiyə almaq, şərəf 
və  ləyaqətinin müdafiəsi hüquqları da 
xüsusi vurğulanır.
Hazırda ulu öndərin siyasi xəttini 
uğurla davam etdirən Azərbaycan Res-
publikasının Prezidenti İlham  Əliyev 
uşaq dövlət siyasəti ilə bağlı silsilə 
fərman və  sərəncamlar imzalamışdır. 
“Ümumtəhsil məktəblərinin informa-
siya və kommunikasiya texnologiya-
ları ilə  təminatı Proqramı”na  əsasən 
məktəblərimiz müasir kompyuter və 
digər İKT avadanlığı ilə təchiz edilmiş-
dir.
Azərbaycan dövlətinin yeritdiyi 
siyasət ölkədə  gələcəyin vətənpərvər, 
yüksək zəkalı, intellektual gəncliyi olan 
bugünkü uşaqların  firavan həyatının, 
təlim-tərbiyəsinin,  fiziki-mənəvi sağ-
lamlığının müdafiəsinə yönəlmişdir.
1
Ə d ə b i y y a t
Allahverdiyev, E. 
Uşaqların Beynəlxalq 
Müdafiəsi Günündə...  
/E.Allahverdiyev //Ekran-
efir .-2013.- 31 may.- S.4.
Qocayev, Ə. 1 iyun-
Uşaqları Beynəlxalq 
Müdafiə Günü //Qocayev 
Ə. Bayramlar və tarixi 
günlər.- Bakı, 2006.- 
S.110-112.
Rüstəmov, İ. Uşaqlar 
gələcəyimizin əmanətidir 
/İ.Rüstəmov //Xalq 
qəzeti.- 2013.- 1 iyun.- 
S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.fenomen.az
www.milli.az


177
Tarixdə bu gün 
İYUN
7
 “Həyat” qəzeti 
  1905
1905-ci il iyun ayının 7-də “Həyat” 
qəzeti nəşrə başladı. Həyata çox 
ziddiyyətli, təlatümlü, mürəkkəb bir 
dövrdə “qədəm basan” bu mətbu orqa-
nını jurnalistika tariximizin araşdırıcıla-
rı 1905-1906-cı illərin fikir, düşüncə və 
mübarizə salnaməsi adlandırırlar.   
“Həyat”ın fəaliyyətə başladığı ilk 
iki ayda - iyun və iyul aylarında Ba-
kıdakı  sənaye müəssisələrinin dörddə 
üç hissəsini tətil bürüdü. Çar qurulu-
şu idarəsinin zəifləməsindən istifadə 
edən Tiflis və Bakıda özlərinin siyasi 
mərkəzlərini yaratmış Daşnaksütyun 
Partiyasının üzvləri və Erməni Milli Şu-
rasının nümayəndələri açıq-aşkar yerli 
müsəlman  əhalisinə, Azərbaycan xal-
qına qarşı terror və təxribat törədirdilər. 
Tarixə erməni-müsəlman davası kimi 
düşmüş,  əslində ermənilərin Bakı-
da, Naxçıvanda, Qarabağda və Za-
qafqaziyanın azərbaycanlılar yaşayan 
hissələrində törətdikləri qətliamlar sis-
temli  şəkil almışdı. 1905-ci ilin fevral 
ayının ilk ongünlüyündə Bakıda qırğınlar 
törədildi, dinc əhali dəhşətli günlər ya-
şadı. Belə bir ağır şəraitdən çıxmaq üçün 
informasiya və təbliğat vasitəsinə ciddi 
ehtiyac var idi. Belə bir çətin, zamanın 
tələblərinə uyğun olaraq gündəlik qəzet 
nəşr etmək məsələsi Azərbaycan ziya-
lılarını düşündürürdü. 1905-ci il mart 
ayının 15-də mesenant H.Z.Tağıyevin 
mənzilində toplaşmış ziyalılar bir çox 
önəmli məsələlər kimi gündəlik qəzet 
nəşr etməyi də müzakirə etdilər. 1905-ci 
il aprelin 16-da dövrün görkəmli ziya-
lıları  Ə.Hüseynzadə  və  Ə.Ağaoğlu Pe-
terburq baş Mətbuat İdarəsinə “Həyat” 
adlı  qəzet nəşr etmək istəyini  ərizə ilə 
bildirdilər. H.Z.Tağıyevin böyük nü-
fuzu və işə qarışması ilə 1905-ci il ap-
relin 22-də Qafqaz Canişini Vorontsov 
Daşkov “Həyat”ın nəşrinə icazə verdi. 
Qəzetin məzmunu, ideya istiqamətləri 
milli mövqedə dayanan Ə.Topçubaşov 
(naşir), Ə.Hüseynzadə (baş redaktor) və 
Ə.Ağaoğlu (1905-ci ilin axırlarınadək 
baş redaktor) tərəfindən həyata keçiri-
lirdi. 
“Həyat”ın ilk sayında dərc olu-
nan “Qəzetimizin məsləki” sərlövhəli 
məqalədə  mətbuatın xalqın həyatında, 
cəmiyyətin inkişafında önəmi vurğu-
lanırdı. Qəzet təkcə Qafqazda deyil, 
Volqaboyunda, Orta Asiyada, İranda və 
Türkiyədə yayılırdı. 
“Həyat” geniş coğrafi məkanda yaşa-
yan türk və müsəlmanların milli oyanışı 
ilə eyni vaxtda meydana çıxmış  və bu 
oyanışın davamlı prosesə çevrilməsində 
mühüm rol oynamışdı. Ümumən XX 
əsr ictimai-siyasi və  ədəbi-fəlsəfi  fikir 
tarixində böyük rolu olan Ə.Hüseynzadə 
“Həyat” qəzeti və “Füyuzat” dərgisi ilə 
Azərbaycanda milli məfkurənin, türk-
çülük hərəkatının genişlənməsində ön-
cüllük etdi.  
“Həyat”da  Ə.Hüseynzadənin 50-yə 
yaxın tarixi-publisistik, siyasi-fəlsəfi 
məqalələri dərc olundu. 1905-ci il iyu-
nun 7-dən 1906-cı il sentyabrın 3-nə 
qədər “Həyat”ın 325 nömrəsini burax-
maq mümkün olmuşdu. 
Ə d ə b i y y a t
Zərdabi, H. Rusiyada 
əvvəlinci türk qəzeti  
/H.Zərdabi //Respublika.-
2010.- 20 iyul.- S. 6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.sherg.az
110
illiyi


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə