Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə65/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   61   62   63   64   65   66   67   68   ...   173

144
Milli Qəhrəmanlar 
55 
illiyi
Yevgeni Karlov 
1960-1992 
MA
Y
Yevgeni Nikolayeviç Karlov 1960-
cı il may ayının 31-də Tula vilayətinin 
Dubovka qəsəbəsində anadan olmuş-
dur. Orta təhsilini doğma yurdunda al-
mış, 1977-ci il avqust ayının 1-də Uzlov 
rayon Hərbi Komissarlığı  tərəfindən 
ordu sıralarına çağırılmışdır. Y.Karlov 
ordudan tərxis edildikdən sonra Sız-
ran Ali Hərbi Təyyarəçilər Məktəbinə 
daxil olmuşdur. 1984-cü ildə təhsilini 
başa vurub təlimatçı-təyyarəçi kimi 
çalışmağa başlamışdır. Öz peşəsinin 
vurğunu olan Yevgeni Azərbaycan 
Respublikası Silahlı Qüvvələri yaran-
dığı vaxt burada xidmət etməyi qərara 
almışdır. O, əvvəlcə Səngəçalda, son-
ra isə Bakıdakı “N” saylı hərbi hissədə 
təlimatçı pilot işləmişdir.
Milliyyətcə rus olmasına bax-
mayaraq, ermənilərin Azərbaycana 
qarşı elan olunmamış müharibəsi 
onu da hiddətləndirdiyindən bu ağır 
günlərdə Azərbaycan xalqına ba-
cardığı  hər cür köməyi göstərməyə 
çalışmışdır. O, xidmət etdiyi hərbi 
hissənin tərkibində  dəfələrlə  Ağdam, 
Ağdərə, Füzuli bölgələrində gedən 
ağır döyüşlərdə  iştirak etmiş, igidlik 
nümunələri göstərmişdir. 1992-ci il 
aprel ayının 11-i kapitan Yevgeni Kar-
lovun həyatının ən faciəli və son günü 
oldu. O, Füzuli istiqamətində gedən 
döyüşlərdə  qəhrəmancasına həlak ol-
muşdur.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 7 iyun 1992-ci il tarixli 833 saylı 
Fərmanı ilə Karlov Yevgeni Nikolaye-
viç “Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri adına layiq görülmüşdür.
Doğulduğu Dubovka qəsəbəsində 
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Karlov Yevgeni Nikolayeviç – kapitan –Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]:Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 7 iyun 
1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 13.- S.25.- (Ölümündən sonra).
Əsgərov, V. Karlov Yevgeni  Nikolayeviç /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.147.
Karlov Yevgeni  Nikolayeviç //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed. H.Həmidova.- 
Bakı, 2008.- S.109-110.
Seyidzadə, M. Karlov Yevgeni  Nikolayeviç /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.112.
Süleymanov, M. Yarımçıq qalmış səma ömürləri /M.Süleymanov //Milli Qəhrəmanlar.- Bakı, 1994.- S.168.
Zeynalov, R. Karlov Yevgeniy Nikolayeviç: (1960-1992) /R.Zeynalov //Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.16.
I n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.e-qanun.az
31
Milli Qəhrəman
MA
Y
2


145
MA
Y
2
Mədəniyyət.Maarif.Elm
110 
illiyi
Əkrəm Cəfər
1905-1991 
MA
Y
Əkrəm Səftər oğlu Cəfərov (Əkrəm 
Cəfər) 1905-ci il may ayının 5-də  İs-
mayıllı rayonunun Lahıc kəndində 
anadan olmuşdur.  İlk təhsilini molla-
xanada alan Ə.Cəfər sonra yeni üsullu 
məktəbdə oxumuşdur.
1920-ci ilin oktyabrında Bakıya 
gələrək “Darülmüəllimin”ə daxil ol-
muş, 1925-ci ildə oranı bitirmişdir. Bu 
illərdə bir ədəbiyyat həvəskarı kimi 
“Maarif və mədəniyyət”, “Şərq qadını” 
jurnallarında şeirlərlə çıxış etmişdir.
Əkrəm Cəfər iki ilə yaxın Lənkəran 
şəhərində, sonra isə Qazax pedaqoji 
texnikumunda dərs demişdir. 1929-cu 
ildə o, ali təhsil almaq üçün Moskva-
ya göndərilmişdir. Moskvada ikin-
ci Dövlət Universitetinin rus dili və 
ədəbiyyatı şöbəsinə daxil olmuş, 1932-
ci ildə oranı bitirmişdir. Əla oxuduğuna 
görə həmin institutda müəllim saxlan-
mış və aspiranturaya qəbul edilmişdir.
Ə.Cəfər təhsil almaqla yanaşı 1929-
1931-ci illərdə Moskva Proletar Yazı-
çılar cəmiyyəti Azərbaycan bölməsinin 
katibi olmuşdur. O, M.Qorki adına 
Ədəbiyyat  İnstitutu, Moskva vilayəti 
axşam və qiyabi pedaqoji institutla-
rında da ümumi dilçilik fənnini tədris 
etmişdir.
1935-ci ildə aspiranturanı bitirərək 
Moskvada iki ilə yaxın elmi işçi 
vəzifəsində çalışmışdır. 1937-ci 
ildə Bakıya qayıdan  Əkrəm Cəfər 
əvvəlcə Azərbaycan Pedaqoji İnsti-
tutunda, sonra isə Azərbaycan Dövlət 
Universitetində kafedra müdiri olmuş-
dur.
Əkrəm Cəfər Azərbaycan ədəbi dili-
nin tədqiqi sahəsində səmərəli fəaliyyət 
göstərmişdir. O, 1941-ci ildə “XX 
əsr Azərbaycan  ədəbi dilinin inkişaf 
mərhələri” adlı namizədlik dissertasi-
yası müdafiə etmişdir. 1969-cu ildə isə 
“Əruzun nəzəri əsasları və Azərbaycan 
əruzu  ərəb, fars, türk, tacik və özbək 
əruzları ilə müqayisədə” adlı disserta-
siyanı müvəffəqiyyətlə müdafiə edərək 
filoloji elmlər doktoru elmi dərəcəsini 
almışdır.
Professor Əkrəm Cəfər “Dilşünaslıq 
element-ləri”, “Müasir Azərbaycan dili 
oçerk-ləri” kitablarının və bir çox elmi 
tədqiqat  əsərlərinin və  məqalələrin 
müəllifidir. “Azərbaycan dilinin izah-
lı lüğəti”nin çapa hazırlanmasında 
onun də böyük əməyi vardır. O, bir 
şərqşünas alim kimi bir sıra beynəlxalq 
simpozium və konfransların iştirakçısı 
olmuşdur.
Əkrəm Cəfər 1954-cü ildən 
Azərbaycan SSR Elmlər Akademiyası 
Nizami adına  Ədəbiyyat  İnstitutunda, 
sonra isə Şərqşünaslıq İnstitutunda baş 
elmi işçi vəzifəsində çalışmışdır.
1991-ci il avqustun 18-də Bakıda 
vəfat etmişdir.
5
Ədəbiyyatşünas
Ə d ə b i y y a t
Dilşünaslıq elementləri: 
orta məktəblərin 8-10-cu 
sinifləri üçün /Ə.Cəfər.- 
Bakı: Azərnəşr, 1940.- 52 s.
Əruzun nəzəri əsasları və 
Azərbaycan əruzu ərəb, 
fars, tacik, türk və özbək 
əruzları ilə müqayisədə  
/Ə.Cəfər.- Bakı: Elm, 1977.- 
416 s.
Mirzə Ələkbər Sabir şeiri-
nin qafiyə lüğəti /Ə.Cəfər.- 
Bakı: Qanun, 2006.- 128 s.
Müasir Azərbaycan dili 
oçerkləri: XX əsr /Ə.Cəfər.- 
Bakı: Azərbaycan SSR XMK 
nəşri, 1941.- 107 s.
Yandım avazeyi eşqinlə 
sənin /Ə.Cəfər.- Bakı: Çaşı-
oğlu, 2010.- 349 s.
Nərimanoğlu, M. 
Elmdə Əkrəm Cəfər 
zirvəsi:Ədəbiyyat 
pərvanəsi /M.Nərimanoğlu                  
//Azərbaycan.- 2010.- 4 
may.- S.7.
Zeynal, M. Şərq aləminin 
fəxri: Əkrəm Cəfər-105  
/M.Zeynal //Kaspi.- 2011.- 
30 aprel-2 may.- S. 20.
www.anl.az
www.az.wikipedia.org


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə