Teqvim-2015. pdf


Teatr.Kino Adil İsgəndərov



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə61/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   57   58   59   60   61   62   63   64   ...   173

134
Teatr.Kino
Adil İsgəndərov
1910-1978 
MA
Y
Adil (Ədil) Rza oğlu  İsgəndərov 
1910-cu il  may ayının 5-də  Gəncədə 
anadan olmuşdur. O, Teatr Texnikumunu 
bitirmiş, sonra isə A.V.Lunaçarski adına 
Moskva Dövlət Teatr Sənəti  İnstitutun-
da təhsil almış, Moskvadakı Bədaye Te-
atrında rejissorluq təcrübəsi keçmişdi. 
Buna baxmayaraq, bütün yaradıcı ru-
huna milli klassik teatr ənənələri hakim 
idi. 1936-cı ildə Akademik Dövlət Teat-
rına qədəm basan Adil İsgəndərov çox 
keçmədi ki, bu sənət məbədinə baş re-
jissor, sonra isə direktor seçildi və 25 ilə 
yaxın bir dövrdə bu teatrda öz məktəbini 
yaratdı. Heç təsadüfi deyildi ki, o vaxt-
lar bu sənət ocağını “Adil İsgəndərov 
teatrı” adlandırırdılar. Rejissor debü-
tü olan “Polad qartal” (1936) tamaşası 
sənət adamlarında, tamaşaçılarda  əsl 
heyrət doğurmuşdu. Aydın hiss olunur-
du ki, teatra əsl sənətkar gəlib. Ona görə 
də, Adil İsgəndərov bir-birinin ardınca 
“Platon Kreçet”, “Həyat”, “Vaqif” ta-
maşalarına quruluş verdi. “Vaqif” milli 
teatr tariximizdə  ən uğurlu tamaşalar-
dan idi. Bu tamaşa bizim teatr tarixində 
əlamətdar hadisəyə çevrildi. 
Adil İsgəndərovun tamaşaları öz ori-
jinallığı, monumentallığı ilə fərqlənirdi. 
“Xanlar”, “Fərhad və  Şirin”, “Aydın”, 
“1905-ci ildə”, “Dumanlı  Təbriz”, 
“Şərqin səhəri”, “Otello” və s. əsərləri 
tamaşaya qoyan bu istedadlı rejissor 
səhnəyə yeni nəfəs, yeni ruh gətirirdi. 
Adil İsgəndərovun rejissor kimi başlı-
ca xüsusiyyətlərindən biri də tamaşalara 
aktyor seçmək məharəti idi. Aktyorların 
yaradıcılıq potensialına çox yaxşı bələd 
idi.
Bu böyük sənətkar həm də güclü 
təşkilatçı idi. İnsanlarla dil tapmağı ba-
carırdı. Teatrda direktor işlədiyi illərdə 
tamaşaların keyfiyyəti yüksəldi, reper-
tuarı  zənginləşdi. O dövrün aktyorları 
xatırlayırdılar ki, Adil İsgəndərovun di-
rektor olduğu illərdə Akademik Dram 
Teatrı saat mexanizmi kimi işləyirdi. 
Aktyor  filmlərdə  də rollar almış, 
1958-ci ildə “Uzaq sahillərdə” (rej. To-
fiq Tağızadə)  filmində sahibkar Ros-
selininin rolunu böyük istedadla ya-
ratmışdır. “Qara daşlar”, “Məhəbbət 
dastanı”  filmlərində  də onun ifa etdiyi 
qəhrəmanlar öz milli koloriti ilə tamaşa-
çı diqqətindən yayınmır. 
1966-1974-cü illərdə C.Cabbarlı 
adına “Azərbaycanfilm” kinostuduya-
sına direktor təyin edilir. 1966-cı ildə 
Ə.İbrahimovun “26 Bakı komissarı” 
filmində  çəkilir. Ancaq kinoda aktyor 
kimi onun ən uğurlu işi “Axırıncı  aşı-
rım” filmində yaratdığı Kərbalayı İsma-
yıl obrazı idi.
Sənət nailiyyətlərinə görə 1938-ci ildə 
“Azərbaycan Respublikasının  Əməkdar 
incəsənət xadimi”, 1943-cü ildə “Xalq 
artisti”, 1959-cu ildə isə “SSRİ Xalq ar-
tisti” fəxri adlarına və SSRİ Dövlət mü-
kafatına layiq görülmüşdür.
Adil  İsgəndərov 1978-ci il sentyabr 
ayının 18-də Bakıda vəfat etmiş, II Fəxri 
Xiyabanda dəfn edilmişdir. 
5
Ə d ə b i y y a t
Azərbaycanın 
görkəmli teatr və 
kino xadimi Ədil 
İsgəndərov: biblioqra-
fiya /tərt.: G.Quliyeva, 
G.Misirova.- Bakı: 
M.F.Axundov adına 
Milli Kitabxana, 2010.- 
76 s.
İsrafilov, İ. Adil 
İsgəndərovun teatrı 
/İ.İsrafilov.- Bakı: 
Mars-Print, 2001.-   
208 s.
Adil İsgəndərov 
teatrı...: Azərbaycan 
Musiqili Komediya 
Teatrının qurucusu        
//Azadlıq.- 2011.- 19 
iyun.- S. 14.
Xəlilzadə, F. Sənətin 
nəhəng fədaisi: 
Adil İsgəndərov 
-100 /F.Xəlilzadə                   
//Azərbaycan.- 2010.- 5 
may.- S.11.
Quliyeva, Z. 
Adil İsgəndərov 
məktəbi /Z.Quliyeva                  
//Azərbaycan.- 2011.- 8 
may.- S. 11.
www.anl.az
www.az.wikipedia.org
www.mct.gov.az
105  
illiyi
Aktyor, rejissor


135
Teatr.Kino
Ramiz Novruzov
1955 
MA
Y
Ramiz Qəvvam oğlu Novruzov 
1955-ci il may ayının 25-də Biləsuvar 
rayonunun Səmədabad qəsəbəsində 
anadan olmuşdur. 
Orta məktəbi qəsəbədə bitirərək 
Bakıya gəlmiş, müxtəlif mətbəə  və 
tikintilərdə fəhlə işləmişdir. 
1974-cü ildə Mirzağa  Əliyev adı-
na Azərbaycan Dövlət  İncəsənət  İns-
titutunun dram və kino aktyorluğu 
fakültəsinə daxil olmuşdur. Rejissor 
Adil  İsgəndərovun rəhbərlik etdiyi 
kursda dörd il təhsil alaraq oranı 1978-
ci ildə bitirmişdir. 
Təyinatla Hüseyn Ərəblinski adı-
na Sumqayıt Dövlət Dram Teatrına 
göndərilmiş, gənc aktyor burada Mi-
xail Lermontovun “Maskarad” (Knyaz 
Zvezdiq), Tofiq Kazımovun “Muradın 
kələkləri” (Məsxərəci) və  Nəriman 
Həsənzadənin “Bütün Şərq bilsin” 
(General  Şıxlinski) dramlarının tama-
şalarında iştirak etmişdir. 
Təyinat müddətini Sumqayıt te-
atrında başa vurduqdan sonra Ramiz 
Novruzov Bakıya qayıtmış, 16 may 
1981-cı ildə Akademik Milli Dram Te-
atrının şöhrətli və müqtədir aktyor trup-
pasına qatılmışdır. Elə ilk günlərdən 
kollektivdə hazırlanan tamaşalarda ona 
irihəcmli və mürəkkəb xarakterli rollar 
tapşırılmışdır.
Ramiz Novruzovun yaradıcılığının 
bir sahəsini də kino fəaliyyəti təşkil 
edir. İstedadlı aktyor “Azərbaycanfilm” 
kinostudiyasının istehsalı olan “Ni-
zami”  filmində  Dərbənd elçisi, “Sizi 
dünyalar qədər sevirdim” kinolentində 
general Həzi Aslanov, “Alman klinika-
sına qeyri-rəsmi səfər” və “Sarı gəlin” 
əsərlərində Baba Əliyev və Rasim rol-
larına çəkilmişdir.
 Hüseyn Cavidin “Topal Teymur” 
(Divanbəyi), Lev Tolstoyun “Krey-
ser sonatası” (Musiqi müəllimi), Jan 
Pol Sartrın “Dəfn edilməmiş ölülər” 
(Anri), Andre Moruanın “Bənövşələr” 
(Bertrand), Vilyam Şekspirin “Anto-
ni və Kleopatra” (Antonio), Mövlud 
Süleymanlının “Fatehlərin divanı” 
(Atilla), Orxan Kamalın “Dodaqdan 
qəlbə” (Kənan bəy), “Yad qızı” (Ni-
had), Səməd Behrənginin “Balaca qara 
balıq” (Aparıcı) teletamaşalarında ma-
raqlı rollar yaratmışdır.
“Novruz” onun yazıçı təxəllüsüdür. 
Teatr sənətindəki xidmətlərinə görə 
Ramiz Qəvvam oğlu Novruzov 1993-
cü il fevral ayının 7-də “Azərbaycan 
Respublikasının  Əməkdar artisti”, 
1998-ci il may ayının 24-də “Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezi-
dentinin 30 aprel 2014-cü il tarixli 
Sərəncamı ilə Ramiz Novruzov səhnə 
fəaliyyəti ilə bağlı Prezident mükafatı-
na layiq görülüb.   
25
Ə d ə b i y y a t
Rəhimli, İ. Ramiz 
Novruz //Rəhimli İ. 
Azərbaycan teatr tari-
xi.- Bakı, 2005.- S.385.
Yusifli, V. Bu, Ramiz 
Novruzdur...  /V.Yusifli 
//Ədalət.- 2013.- 23 
oktyabr.- S.7.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.kinozal.az 
www.mct.gov.az
60  
illiyi
Aktyor


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə