Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə64/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   60   61   62   63   64   65   66   67   ...   173

142
Milli Qəhrəmanlar 
55 
illiyi
Kərəm Mirzəyev
1960-1992 
MA
Y
 Kərəm Ərşad oğlu Mirzəyev 1960-cı 
il may ayının 20-də Qubadlı rayonunun 
Xanlıq kəndində doğulmuşdur.
Doğma kəndlərində orta məktəbi 
bitirdikdən sonra 1978-ci ildə Azərbaycan  
Dövlət  İnşaat Mühəndisləri  İnstitutuna 
daxil olmuşdur. 
1983-cü ildə  təhsilini başa vuraraq, 
Qubadlıya qayıtmışdır.
1983-1985-ci illərdə Sovet Ordusu 
sıralarında Arxangelsk və Murmansk 
şəhərlərində tank qoşun hissələrində 
hərbi xidmətdə olmuşdur. 1990-cı 
ilə  qədər tikinti idarəsində müxtəlif 
vəzifələrdə çalışmışdır.
1990-cı ildə Qubadlı rayon Polis 
Şöbəsində sahə müvəkkili kimi işə baş-
lamışdır. DİN gənc polis zabitini Ka-
lininqrad Ali Hüquq Akademiyasına 
göndərmişdir. Vətənin başını qara bu-
ludlar alanda Kərəm Mirzəyev də əlinə 
silah alaraq vətəninin müdafiəsinə qalx-
mışdır.
1991-ci ildə polis yoldaşları ilə 
birlikdə düşmənin Gorus rayonunun 
Şurnuxu kəndində yerləşən beş strateji 
postunu sıradan çıxarmışdır. “Lələzar” 
əməliyyatında da Kərəmin böyük 
xidmətləri olmuşdur.
1992-ci il oktyabrın 1-də Laçın rayo-
nunun Mazutlu kəndində iki gün davam 
edən  şiddətli döyüş  nəticəsində  Kərəm 
döyüş meydanında yoldaşlarını xilas 
edərkən özü qəhrəmancasına həlak ol-
muşdur. 
Azərbaycan Respublikası Prezidenti-
nin 11 may 1993-cü il tarixli 599 saylı 
Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğ-
luna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Qubadlı rayon Xanlıq kəndində dəfn 
edilmişdir. Xanlıq kənd orta məktəbi 
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsi haqqında: 
[Mirzəyev Kərəm Ərşad oğlu – Qubadlı rayon polis şöbəsinin sahə müvəkkili, polis baş leytenantı –Azərbaycan Respublikasının suve-
renliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi igidlik və şücaətə görə]: 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 11 may 1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.- № 9.- 
S.55.- (Ölümündən sonra).
Əsgərov, V. Mirzəyev Kərəm Ərşad oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.209.
Mirzəyev Kərəm Ərşad oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 
Bakı, 2008.- S.146-147.
Seyidzadə, M. Mirzəyev Kərəm Ərşad oğlu oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.159.
Zeynalov R. Mirzəyev Kərəm Ərşad oğlu //Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S.62.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
20
Milli Qəhrəman


143
Milli Qəhrəmanlar 
65 
illiyi
Maşallah Abdullayev
1950
MA
Y
Abdullayev Maşallah Babakişi oğlu 
1950-ci il may ayının 27-də Goranboy 
rayonunun Kəpənəkçi kəndində anadan 
olmuşdur.
Səkkizillik təhsilini doğma kəndlə-
rində almış, sonra fəhlə gənclər məktə-
bində davam etdirmişdir.
1969-cu ildə  hərbi xidmətə çağırıl-
mışdır. 1971-ci ildə Kerç şəhərindən 
ordudan tərxis olunandan sonra Bakıya 
gələrək Neft Daşlarında işə başlamışdır.
1973-cü ildə Bakı  Bədən Tərbiyəsi 
Texnikumuna qəbul olunmuş, oranı 
bitirdikdən sonra 1975-ci ildə təyinatla 
təhsil aldığı  Kəpənəkçi kənd orta 
məktəbinə müəllim göndərilmişdir. 
Düşmənlərə qarşı mübarizə başlayanda 
Maşallah Abdullayev də erməni qul-
durlarına qarşı mübarizəyə qoşulan ilk 
könüllülərdən olmuşdur. Ağcakəndin 
ermənilərdən təmizlənməsində xüsusi 
xidmətlər göstərmişdir.
Azərbaycan Respublikası Preziden-
tinin 23 iyun 1992-ci il tarixli 6 say-
lı  Fərmanı ilə Abdullayev Maşallah 
Babakişi oğluna “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adı verilmişdir.
1992-ci ildə Respublika Müdafiə 
Nazirliyi nəzdində briqada komandi-
rinin müavini vəzifəsinə  təyin edilmiş, 
Tərtər, Goranboy, Yevlax ərazilərinə 
nəzarət etmişdir. Mayor rütbəsinə qədər 
yüksələn Maşallah Abdullayev 1992-ci 
ildən 1993-cü ilə qədər Goranboy Rayon 
İcra Hakimiyətinin başçısı  vəzifəsində 
işləmişdir.
İgidliyə görə general M.Əsədov adı-
na mükafata layiq görülmüşür. 
 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Abdullayev Maşallah Babakişi oğlu – leytenant – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunma-
sında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı, 23 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.
Abdullayev Maşallah Babakişi oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt.ed. 
H.Həmidova.- Bakı, 2008.- S.18-19.
Əsgərov, V. Abdullayev Maşallah Babakişi oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- 
Bakı, 2010.- S.14-15. 
Seyidzadə, M. Abdullayev Maşallah Babakişi oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar Zirvəsi.- Bakı, 2010.- S.17.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
27
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə