226
Siyasət.Hərbi iş
530
illiyi
Şah İsmayıl Xətai
1487-1524
İYUL
Əbül-Müzəffər İsmail ibn Heydər
əs-Səfəvi (Şah İsmayıl Xətai) 1487-ci
il iyul ayının 17-də Ərdəbil şəhərində
anadan olmuşdur. O, Şeyx Səfiəddin
nəslindəndir, atası Şeyx Heydər, anası
Ağqoyunlu hökmdarı Uzun Həsənin
qızı Aləmşah bəyimdir.
1488-ci ildə atası Şeyx Heydər
döyüşdə öldürüldükdən sonra, İsmayıl
anası və qardaşları – Sultanəli və İbra-
him ilə birlikdə İstəxr qalasında (Şiraz)
həbsdə saxlanılır. Uzun Həsənin oğlu
Rüstəm Mirzə hakimiyyət uğrunda
mübarizədə 1495-ci ildə onun qarda-
şı Şeyx Sultanəlini öldürtdürür. Giz-
li Gilana gətirilən yeddi yaşlı İsmayıl
Həsən xanın himayəsi altında Lələ Hü-
seyn tərəfindən tərbiyə olunur. İsmayıl
təqribən 6 il burada qalaraq, tanınmış
əmir və alimlərin rəhbərliyi altında özü-
nün dini, dünyəvi və hərbi təlimlərini
davam etdirir.
Şah İsmayıl Xətai 1499-cu ilin av-
qust ayında, 13 yaşında özünün yaxın
tərbiyəçisi və məsləhətçisi olan bir
neçə qızılbaş tayfa başçısı ilə birlikdə
qoşun toplamaq üçün Ərdəbilə yol-
lanmış, ancaq şəhər hakimi tərəfindən
təqib olunmuşdur. O, 1500-cü ilin ya-
zında şamlı və rumlu tayfalarından,
habelə Qaradağ və Talış əhalisindən
ona qoşulmuş 2 minə yaxın qızılbaşla
Qarabağ, Çuxursəd, Şuragil, Kağız-
man, Tərcan yolu ilə Ərzincana gəlmiş,
7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin
axırlarında Şirvana hücum etmişdir.
Şamaxını, 1501-ci ilin baharında Ba-
kını ələ keçirmişdir. 1501-ci ilin payı-
zında Təbrizə daxil olan İsmayıl özünü
şah elan etmişdir. Bununla da paytaxtı
Təbriz olan Azərbaycanda Səfəvilər
dövlətinin əsası qoyulmuşdur.
Eyni zamanda klassik Azərbaycan
şairidir. Bədii əsərlərini “Xətai” və ya
“Xətayi” təxəllüsü ilə yazmışdır. İs-
mayıl Xətai az yaşamasına, vaxtının
çoxunu dövlət işlərinə sərf etməsinə
baxmayaraq zəngin və çoxcəhətli bir
irs yaratmışdır. O, həm əruz, həm də
heca vəznində, həm epik, həm də li-
rik janrlarda qələmini işlətmiş, yad-
daqalan, nümunə, örnək ola bilən
əsərləri ilə Azərbaycan ədəbiyyatını
zənginləşdirmişdir. Xətainin çoxcəhətli
poeziyasında epik əsərlər də mühüm yer
tutur. Onun “Nəsihətnamə” məsnəvisi
və “Dəhnamə” poeması epik şeirin
qiymətli nümunələridir. Şairin irsi son-
rakı dövrlərin ədəbiyyatı üzərində dərin
izlər buraxmışdır. Füzuli kimi dahi
sənətkar Xətainin bir sıra şeirlərinə ca-
vab yazmış, ilk böyük əsəri olan “Bəngü
Badə”ni ona ithaf etmişdir. Görkəmli
el sənətkarı, hökmdar şairin müasiri
Aşıq Qurbani onu “Mürşidi-kamilim,
şeyx oğlu şahim” deyə tərənnüm et-
mişdir. Müslüm Maqomayev “Şah
İsmayıl” adlı opera bəstələmişdir. Ya-
zıçı Ə.Cəfərzadənin “Bakı-1501”,
F.Kərimzadənin “Xudafərin körpüsü”,
Ə.Nicatın “Qızılbaşlar” romanları və
bir sıra bədii əsərlər son illərdə Şah İs-
mayıl Xətainin həyatı və şəxsiyyətinə
olan güclü marağın ifadəsi kimi mey-
dana çıxmışdır.
Şah İsmayıl Xətai 1524-cü il may
ayının 23-də Cənubi Azərbaycanın
Ərdəbil şəhərində vəfat etmişdir. Şeyx
Səfi kompleksində dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Şah
İsmayıl Xətai.- Bakı: Oka
Ofset, 2005.- 342 s.
Külliyyatı: qəzəllər,
qəsidələr, nəsihətnamə,
dəhnamə, qoşmalar
/Şah İsmayıl Xətai.- Bakı:
Əlhudə, 2004.- 534 s.
Qasımlı, M. Şah İsma-
yıl Xətainin poeziyası
/M.Qasımlı.- Bakı: Elm,
2002.- 176 s.
Şah İsmayıl Xətai:
məqalələr toplusu /Azərb.
SSR Elmlər Akad. Nizami
ad Ədəbiyyat İn-tu; red. A.
Rüstəmova, O. Əfəndiyev.-
Bakı: Elm, 1988.- 236,
[4] s.
Elbar. Şah İsmayıl Xətai
və Azərbaycan dövlətçiliyi
/Elbar //Təzadlar.- 2013.-
17 dekabr.- S.11.
Məmmədova, G. “Vəhdət
gülüzarının bülbülü...”:
Xətai özünü belə adlan-
dırırdı /G.Məmmədova
//Hərbi and.- 2006.- 16
iyul.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/w
iki/%C5%9Eah_%C4%B
0smay%C4%B1l_X%C9
%99tai
17
Dövlət xadimi
227
İYUL
17
Elmira Süleymanova
1937
İctimai xadim
80
illiyi
Ə d ə b i y y a t
Elmira Süleymano-
va: “Biz gələcəyə
inamla baxırıq”
/E.Süleymanova;
müsahibəni apardı
S.Mürvətqızı //525-ci
qəzet.- 2012.- 21 sent-
yabr.- S. 5.
Müstəqilliyimiz və
insan hüquqları: 18
oktyabr - Azərbaycan
Respublikasının Dövlət
Müstəqilliyi Günü-
dür /E.Süleymanova
//Xalq qəzeti.- 2003.- 18
oktyabr.-S.7.
Elmira Teymur qızı
Süleymanova: biblioq-
rafiya /AMEA, Akad.
Y.H.Məmmədəliyev ad.
Neft-Kimya Prosesləri
İn-tu, Mərkəzi Elmi
Kitabxana; tərt.:
H.Əlimərdanov,
Z.Məhərrəmli,
V.Quliyeva;
red.: V.Abbasov,
G.Abbasova.- Bakı: [s.
n.], 2013.- 420 s.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/
kiS%C3%BCleymanova
http://www.gender-az.
org/index_az.shtml?id_
main=11&id_sub=37
Elmira Teymur qızı Süleymano-
va 1937-ci il iyul ayının 17-də Bakı
şəhərində anadan olmuşdur. 1944-1954-
cü illərdə Bakı şəhərindəki 134 saylı
orta məktəbdə oxumuş,1955-1959-cu
illərdə Azərbaycan Dövlət Universite-
tinin (indiki BDU) kimya fakültəsində
təhsil almışdır. Təhsilini başa vurduq-
dan sonra AMEA-nın Akademik Yu-
sif Məmmədəliyev adına Neft-Kimya
Prosesləri İnstitutunda laborant, kiçik
elmi işçi, böyük elmi işçi, laboratoriya
müdiri vəzifələrində çalışmışdır.
1967-ci ildə kimya elmləri namizədi,
1980-ci ildə elmlər doktoru elmi
dərəcələri almış, 1982-ci ildə isə pro-
fessor adına layiq görülmüşdür. 3 elmlər
doktoru, 15 elmlər namizədi yetişdir-
mişdir. Elmira xanım Neft-kimya sintezi
və incə üzvi sintez üzrə mütəxəssisdir.
200-dən çox elmi məqalənin, 40 ixtira-
nın müəllifidir.
Elmira Süleymanova 30-dan artıq
beynəlxalq konfransın iştirakçısı olmuş,
müxtəlif ölkələrdə keçirilmiş 7 neft
kimyası və 5 aroma-simpoziumda elmi
məruzələrlə çıxış etmişdir.
Azərbaycanda BMT-nin iqtisadi və
sosial şurası ilə xüsusi məsləhətçi statu-
su olan yeganə qeyri-hökumət təşkilatı -
Azərbaycan Qadın və İnkişaf Mərkəzinin
yaradıcısı və prezidentidir. 30-dan çox
beynəlxalq konfransda, BMT-nin Baş
Assambleyasının 5 xüsusi sessiyasında
iştirak etmişdir.
Elmira xanım 1998-ci ildə “100
qəhrəman qadın” siyahısına düşmüş-
dür. Haqqında beynəlxalq “Kim kimdir”
(İngiltərə, Kembric) kitabında məlumat
verilmişdir. İstedadlı alim Elmira Sü-
leymanova kimya elminin inkişafında,
yüksəkixtisaslı kadrların hazırlanmasın-
dakı nailiyyətlərinə görə 1979-cu ildə
SSRİ-nin “Fəxri kimyaçısı”, ətriyyat,
qida və lak-boya sənayesində tətbiq
olunmuş ixtiralara görə “SSRİ ixtiraçı-
sı”, akademik Y.H.Məmmədəliyev adı-
na mükafata layiq görülmüşdür.
2 iyul 2002-ci ildə Azərbaycan Res-
publikasının İnsan hüquqları üzrə ilk
müvəkkili (ombudsman) secilmişdir.
2010-cu ildə təkrarən yeni müddətə
seçilmişdir. Dinlərarası və Beynəlxalq
Dünya Sülh Federasiyası tərəfindən
2005-ci ildə “Sülhməramlı səfir” fəxri
adı verilmişdir. Bu mükafat dinlərarası
əməkdaşlığa, beynəlxalq mənəvi
dəyərlərə, BMT-nin gücləndirilməsinə,
sülh mədəniyyətinin yaradılmasına yar-
dımçı olan şəxslərə təqdim edilir. 2003-
cü ildə ABŞ-ın Mədəni Konvensiya
qurumu tərəfindən Beynəlxalq Sülh Mü-
kafatı ilə təltif olunmuşdur. Ombudsman
bu mükafata insan haqlarının qorunması
və həyata keçirilməsi sahəsində səmərəli
fəaliyyətinə, insanlıq harmoniyasının
yaradılmasında xidmətlərinə görə layiq
görülmüşdür.
Keçmiş SSRİ Ali Soveti Rəyasət
Heyətinin Fərmanına əsasən, “Şərəf ni-
şanı” ordeni və “Əmək veteranı” medalı
ilə təltif edilmişdir. Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin
2007-ci il 16 iyul tarixli Sərəncamı ilə
insan hüquqlarının qorunması sahəsində
xidmətlərinə görə “Şöhrət” ordeni ilə
təltif olunmuşdur.
Siyasət.Hərbi iş