245
Milli Qəhrəmanlar
45
illiyi
Ehtiram Əliyev
1972
AV
Q
U
S
T
Əliyev Ehtiram İsrayıl oğlu 1972-ci il
avqust aynın 1-də Ucar rayonunun Qaz-
yan kəndində anadan olmuşdur. 1987-ci
ildə burada səkkizinci sinfi bitirdikdən
sonra Bakı Maşınqayırma Texnikumu-
na daxil olmuşdur. 1992-ci ildə texni-
kumu bitirmiş və Azərbyacan Silah-
lı Qüvvələri sıralarına çağırılmışdır.
Xidmət etdiyi hərbi hissədən Naxçıvan
MR-na gondərilmiş, Sədərək və Bata-
bat yaylağında ermənilərə qarşı aparılan
döyüş əməliyyatlarında yaxından iştirak
etmişdir.
1993-cü ildə E.Əliyevin xidmət et-
diyi hərbi hissə Ağdama gondərilir. O,
Ağdam, Füzuli, Tərtər və Cəbrayıl ra-
yonlarında aparılan hərbi əməliyyatlarda
şücaət göstərmişdir. 1994-cü ildə
döyüşlərin birində yaralanmış, müalicə
olunduqdan sonra yenidən orduya qa-
yıtmışdır. 1994-cü ildə Tərtər bölgəsinə
göndərilmişdir. 1996-cı ilin avgust ayın-
da ordudan təxris olunmuşdur.
1997-1998-ci illərdə Sabunçu ra-
yon Polis idarəsində işləmişdir. 2000-
ci ildə Təfəkkür Universitetinə daxil
olmuşdur. Nəqliyyat Nazirliyinin Bakı
Beynəlxalq və Şəhərlərarası Avtovağza-
lında sərnişindaşımanın təşkili şöbəsinin
rəis müavini işləmişdir.
Aləlidir.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğ-
luna “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir.
1998-ci ildə ümummilli lider Heydər
Əliyev Ehtiram Əliyevə “Qızıl Ulduz”
medalını təqdim etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbycan Milli Qəhrəmanı”adı verilməsi
haqqında[Əliyev Ehtiram İsrayıl oğlu –Müdafiə Nazirliyi,baş çavuş-Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun
müdafiəsi,onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət
göstərdiyinə ]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.
Əliyev Ehtiram İsrayıl oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı,
2008.- S.54-55.
Əsgərov, V. Əliyev Ehtiram İsrayıl oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Sumqayıt, 2010.- S.76.
Seyidzadə, M. Əliyev Ehtiram İsrayıl oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.54.
1
Milli Qəhrəman
246
Milli Qəhrəmanlar
45
illiyi
Rövşən Əliyev
1972-1992
AV
Q
U
S
T
Rövşən Nəriman oğlu Əliyev 1972-
ci il avqust ayının 30-da Bakı şəhərində
anadan olmuşdur. 1989-cu ildə Xətai
rayonundakı 254 saylı orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət
Politexnik İnstitutunun maşınqayırma
fakültəsinə daxil olmuş, 1991-ci ilin
may ayında könüllü olaraq orduya yazıl-
mışdı. O, döyüşə atılaraq Ağdam rayo-
nunun Sirxavənd, Qarançı kəndlərinin
düşməndən azad edilməsində yaxın-
dan iştirak etmiş və böyük igidlik
göstərmişdir.
13 may 1992-ci ildə ermənilər bi-
zim əsgərləri Dəhraz kəndindən çıxar-
maq məqsədilə Abdal kəndinə hücum
edirlər. Tələbə döyüşçü Ağbulaq-Dəhraz
əməliyyatlarında xüsusilə fərqlənir. Bu
kəndlər Rövşən Əliyev kimi oğulların
dönməzliyi sayəsində erməni quldurlar-
dan təmizlənir.
1992-ci ilin iyun ayında ermənilər
yenidən Dəhraz kəndinə hücum edir.
Həmin döyüşlərdə Rövşən yaralı yol-
daşlarının düşmən əlinə keçməməsi
üçün böyük şücaət gostərərək, onları
döyüş meydanından uzaqlaşdırmağa
müvəffəq olur. O, komandirini xilas
edərkən başından yaralanır və həlak
olur.
Azərbaycan Respublikası Preziden-
tinin 7 dekabr 1992-ci il tarixli 350 say-
lı Fərmanı ilə Əliyev Rövşən Nəriman
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında
dəfn edilmişdir.
Təhsil aldığı 254 saylı orta məktəbə
və Bakı şəhərindəki küçələrindən birinə
qəhrəmanın adı verlmişdir.
Ə d ə b i y y a t
Azərbyacan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycan Milli Qəhrəmanı”adı verilməsi haqqında:
[Əliyev Rövşən Nəriman oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında ,dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igilik və şücaətə görə]Azərbaycan Respublikası Prezidentinin Fərmanı,7 dekabr
1992-ci il //Azərbaycan Respublikası Ali Soveinin məlumatı.- 1992.- №24.- S.50 (Ölümündən sonra).
Əliyev Rövşən Nəriman oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. A.Həmidova.- Bakı,
2008.- S.62-63.
Əsgərov, V. Əliyev Rövşən Nəriman oğlu //Əsgərov V. Azərbaycanın milli qəhrəmanları.- Sumqayıt, 2010.- S.88.
Seyidzadə, M. Əliyev Rövşən Nəriman oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.65.
30
Milli Qəhrəman